8
FOLKLOR,
ETNOQRAFIYA VƏ
MIFOLOGIYA
9
Folklor, Mifologiya, Etnoqrafiya
«Dədə Qorqud» eposunda Qaf-
qaz türklərinin vahid dövlət yarat-
maq arzuları, onlara məxsus əraziləri
düşmən basqınlarından qorumaları, öz
içərilərində yetişən xəbis, şər adamların
hiyləsinə uymamaları ayrı-ayrı boyların
ana xəttində durur və ulu babalarımızın
idarəçilik sisteminin strukturları bütün
atributları ilə göstərilir. Bu sistemdə
çox qədim dövrlərdən miras qalan
hakimiyyətin nəsildən-nəslə keçməsi
prinsipinə də (lakin dünya tarixində
mövcud olan ümumi monarxiya üsul-
idarəsindən tamamilə fərqli formada),
kollektiv idarəçiliyə də rast gəlirik. Bir
cəhət heyrət doğurur: mədəni ölkələrdə
bu gün uğurlu sayılan prezident üsul-
idarəsinə oxşar dövlət quruluşunun
eposda, demək olar ki, əsas amilləri
özünə yer tapır. Şumer, misir, yunan və
roma xalqlarının eposlaşmış mifoloji
mətnlərində dövlətin yaranması, quru-
luşu geniş şərh olunsa da, idarəçiliyin
əsası tanrılarla əlaqələndirilir. Bu
Ramazan Qafarlı,
filologiya üzrə elmlər doktoru, professor
İÇ OĞUZLA DIŞ (DAŞ) OĞUZUN
SAVAŞININ SƏBƏBİ
10
DƏDƏ QORQUD ARAŞDIRMALARI
səbəbdən də iqtidar rolunda yarımallah - yarıminsan tək dünyaya
gələn mədəni qəhrəmanlar və onun nəslinin nümayəndələri çıxış
edirlər. Xalq isə təbiətdəki başqa canlılardan biri kimi xarakterizə
olunur. Kütlələr dövlətin yaranması və inkişafında, qorunmasın-
da fəal rola malik göstərilmirlər. Hakimiyyətin pilləvari qurulu-
şunun ən yüksək qatında tanrılar tərəfindən «seçilən», insanların
(ümumiyyətlə, bütün canlıların) birliyini təşkil etməyi bacaran,
təbii fəlakətlərə, şər qüvvələrə qarşı mübarizənin təşkilatçısına
çevrilən və qara camaatı Yaradıcının xidmətində durmağa çağıran
fövqəltəbii gücə malik məxluqlar əyləşirlər.
«Dədə Qorqud»da isə tamamilə başqa mənzərənin şahidi
oluruq. 24 tayfanın (eposun «Qazlıq Qoca oğlu Yeynək boyu»nda
Bayandır xanın əmrində deyilir: «İyirmi dörd vilayətin bəyləri
gəlsin!» - Bax: Kitabi-Dədə Qorqud, Bakı, 1988, s. 193. Yaxud
«Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy»da ozan Dəli
Dondazın 24 oğuz boyunu tərif edib oxşaması barədə məlumat
verilir, - Yenə orada. s. 175) birliyindən yaranan qalın oğuz elində
xanlar xanı Bayandır xan sabitliyin qarantı funksiyasını daşısa
da, hər vilayətin özünün bəyi və xüsusi idarəçilik sistemi nəzərə
çarpdırılır.
Bir cəhət maraqlıdır ki, eposda ölkə iki qanada - İç oğuza
(Üç ox) və Dış/Daş (Boz ox) oğuza bölünür. Lakin hakimiyyət
bölgüsü ümumoğuz mifoloji təsəvvüründəki kosmoloji struktur-
dan fərqli şəkildə aparılır. Yəni, idarəçilik Boz oxların deyil, Üç
oxların (Oğuzun adadakı ağac koğuşunda rastlaşdığı gözəl qadın-
dan dünyaya gələn oğlanları – Göy xan, Dəniz xan və Dağ xa-
nın törəmələrinin) əlindədir. Oğuzun oğlanları Gün xan, Ay xan
və Ulduz xan göy işıq zolağı ilə göydən enən qadının bətnində
yetişirlər. Atalarının vəsiyyətinə görə, bu üç qardaşın tapdığı qızıl
yay aralarında üç hissəyə bölünür, ona görə də onların nəslinin
davamçılarına pozuq/ bozuq/ boz oxlar deyirlər.
11
Folklor, Mifologiya, Etnoqrafiya
Əsatirə əsasən, bölünmüş yayın hissələri bir-birinə
birləşməklə sehirli gücünü əldə edir və oxların sərrast atılması-
na şərait yaranır. Bu mənada bozoxlar hakimiyyət strukturun-
da üçoxlardan üstün göstərilir. Ümumilikdə götürdükdə bu ona
işarədir ki, qardaşlar heç zaman bir-birindən ayrı düşməməli, par-
çalanmamalıdırlar. Əks halda güclərini itirib düşmən tərəfindən
yeniləcəklər (Sxemə bax).
Kişi
başlanğıc
↔ qadın
başlanğıc və
əlaqə
→
törəyiş
→
hədiyyə
→
əməl
→
qazanc
↔
birlik
OĞUZ XAN
GÖY
QADINI
Gün,
Ay,
Ulduz
Qızıl yay Bolün-
məzlik
Hakimiy-
yət və
dövlət
QALIN
OĞUZ
ELİ
OĞUZ XAN
YER
QADINI
Göy,
Dağ,
Dəniz
Üç qızıl
ox
Ayrıl-
mazlıq
Müdrik-
lik və
sərkərdəlik
QALIN
OĞUZ
ELİ
Eposda türkün ilkin kosmoloji bölgüsünün yerdəyişmə
şəklində təqdimi tarixi gerçəkliklə üst-üstə düşür. Çünki
Azərbaycan türklərinin etnik tərkibində üçoxlar (bayandır, ba-
yat, salur və s.) üstünlük təşkil etdiyindən idarəçiliyi öz əllərində
cəmləşdirmiş (məsələn, məşhur Ağqoyunlu hökmdarı Uzun Həsən
Bayandır soyundan idi), şifahi və yazılı oğuznamələrdə dəyişiklik
etməklə ilkin kosmoloji dünya modelini oğuzların Qafqazdakı və
Yaxın Şərqdəki durumuna uyğunlaşdırmışdılar. Bu hal getdikcə
«Dədə Qorqud»da mətn strukturunun daxili qanunauyğunluğuna
çevrilib boyları digər oğuznamələrdən əsaslı şəkildə ayırmışdır.
Hiss olunur ki, Bayandır xan oğuzun iki qolu arasındakı
fərqlərdən doğa biləcək ölkədaxili çəkişmələrin aradan qaldırıl-
masında Dədə Qorqud, Qazlıq Qoca kimi bilicilərin köməyinə ar-
OĞUZ
XAN
QALIN
OĞUZ
ELİ
12
DƏDƏ QORQUD ARAŞDIRMALARI
xalanır və hakimiyyəti müddətində
böyük uğurlar qazanır.
Ola bilsin ki, Bayandır xanın
təşəbbüsü ilə İç oğuzlu Ulaş xan
(Salur Qazanın atası) Dış oğuz-
lu «doqquz tayfanın başçısı» Alp
Aruzun bacısı ilə evlənmişdi, eləcə
də Dədə Qorqudun elçiliyi ilə İç
oğuzlu Bamsı Beyrək Dış oğuzun
sayılan bəyi Baybicanın qızını al-
mışdı. Lakin ozanlar bu qohumluq-
ların sürüşkənliyinə də boylarda
işarə edirlər.
Dış oğuzlular bəzən başqa
əqidəli (xristian, yaxud bütpərəst)
qonşu soydaşları ilə (əsasən, qıp-
çaqlarla) gizlin danışıqlar aparır-
dılar. Məsələn, Baybican Bamsı
Beyrəklə göbəkkəsmə nişanlanmış
qızı Banu Çiçəyi Bayburd hakiminə
ərə vermək niyyətini gizlətmirdi.
İki gəncin saf məhəbbətinə həsr
olunan boyda açıq-aydın göstərilir
ki, «oğuz zamanında evlənən hər
igid ox atardı. Oxu düşən yerdə
gəlin otağı qurardı. Beyrək xan da
oxunu atdı, oxu sancılan yerdə ota-
ğını qurdurdu…Yarımasın kafirin
cəsusu, bunları görüb, getdi Bay-
burd hasarının bəyinə xəbər verdi.
Dedi: «Nə oturmusan, sultanım,
Ağ çadır ə
işıq – od – günəş – kişi –
əbədi yaşarlıq
Yuxarı qat
Qırmızı çadır B ±
Torpaq – yer-su – məkan –
yurd – qadın -örən
Orta qat
Qara çadır V ◙
Cəhənnəm –zülmət – yoxluq –
ölüm – şər
Aşağı qat
Dostları ilə paylaş: |