19
Folklor, Mifologiya, Etnoqrafiya
ağır çağlarında meydana atılıb ağlın köməyi ilə yardım edən Dədə
Qorquddamı dünyadan köçmüşdü? Ancaq onun boyun sonunda
gəlib hadisələrə boy bağlaması adamda çaş-başlıq yaradır. Bura-
da iki hal ola bilər. Birinci, hər boyun sonunda görünüb boy boy-
layan, soy soylayan Dədə Qorqudla dastanda igidlərə ad qoyan,
Beyrəyə elçilik edən, Təpəgözlə danışıqlar aparan qeyri-adi obraz
eyni deyil. Ola bilsin ki, mifik mədəni qəhrəman kimi tanınan
Qorqudla bir sırada oğuzlar arasında Məhəmməd peyğəmbərin
dövründə həmin adı özünə götürən məşhur bir ozan yaşayıb və
qədim xalq söyləmələri əsasında oğuznamələr yaradıb. Sonralar
katiblər onları şifahi nitqdən toplayıb yazıya alanda oğuznamə
söyləyicisi ilə eposun mifoloji qəhrəmanını eyniləşdirmişlər. Əgər
bu fərziyyəyə inansaq, deməli, dar gündə oğuzun yol göstərəni
Dədə Qorqud da sonuncu boyda ya dünyasını dəyişmiş, ya da Qa-
zanın yeni idarəçiliyindən incik düşmüşdü. Əksinə, yəni boyun
sonunda boy boylayan Dədə Qorqudla dastanın personajı kimi
çıxış edən Dədə Qorqudun eyni olduğunu zənn etsək, belə çıxır
ki, o, Qazan tərəfindən sayılmadığından idarəçilikdə məsləhətçi
funksiyasını itirib kənarlaşmışdır. Sözün kəsəri, qiyməti olmayan
məmləkətdə, əlbəttə, Dədə Qorqudlara da yer yox idi.
Üçüncüsü, bəs ən ağır çağlarında ərinin qəzəbini soyu-
dan, oda su tökən tədbirli qadınlar (elə götürək Burla xatunu) nə
səbəbə bu boyda işə qarışıb qan tökülməsinin qarşısını almırlar?
Çünki Qazan üçün öz anasından başqa yerdə qalan arvadların
dəyəri yox idi. O, Burla xatunu atasının sağlığında Dirsə xan
və Bəkil kimi «başım baxtı, evim taxtı» saysa da, hakimiyyəti
ələ keçirəndən sonra «arvad sözü ilə oturub-durmağı» igidliyinə
sığışdırmamışdı. Təsadüfi deyil ki, Qazan ikinci boyda asanlıq-
la anasından başqa hər şeyinin (hətta arvadının və oğlunun da)
düşmən əlinə keçməsi ilə razılaşır. Bu halda o, türkün ilkin kos-
moloji təsəvvüründəki mifik dünya modelinin iki qatından (oğul-
20
DƏDƏ QORQUD ARAŞDIRMALARI
lu – ağ – yuxarı və qadınlı, qırmızı - orta) imtina etmiş və bununla
kökdən ayrılmaq təşəbbüsünü göstərmiş olurdu. Deməli, o, Burla
xatunun da məsləhətinə ehtiyac duymadığından arvadının dövlət
işlərinə qarışmasına yasaq qoymuşdu.
Dördüncüsü, Bayandır xanın sağlığında Qazanın sağında
həmişə qardaşı Qaragünə oturardı. O, dar ayaqda ona üz tutardı,
sözünü, təklifini dinlərdi. Qazan kürəkəni Qarabudağın, oğlu
Uruzun da sözündən çıxmazdı. Ötən çağlarda Qazanın ətrafında
soyunun ən seçmə bəyləri toplaşardı. Bəs Qazan «evini yağma-
ladandan» - pay bölüşdürəndən sonra kimlərin təsiri altınday-
dı və dövlət idarəçiliyində hansı nöqsanlara yol vermişdi? Dış
oğuz bəylərinin onun divanına gəlmədiyini gördükdə əvvəlki
kimi nə arvadı Burla xatuna, nə də qardaşı Qaragünəyə üz tu-
tur. Oğuzda «Qılbaş deərlər bir kişi vardı. Qazan aydır: «Mərə
Qılbaş, bu Taş Oğuz bəgləri daim (xanım) bilə gəlürlərdi. Şimdi
neçün gəlmədilər?» – dedi. Qılbaş aydır: «Bilməzmisən neçün
gəlmədilər? Evin yığmalatdığın dəm Taş Oğuz bilə bulınmadı,
səbəb odur», - dedi. Qazan aydır: «Ədavət bağladılar, həmi?»
– dedi. Qılbaş aydır: «Xanım, mən varayın, onların dostlığın
-düşmənligin biləyin», - dedi. Qazan aydır: «Sən bilürsən, var!»
– dedi» (Kitabi-Dədə Qorqud, s. 123).
Bu dialoqla mənzərə tam aydınlaşır. Birincisi, demə, Qazan
son boyadək nəsli-kökü bəlli olmayan bir kişinin məsləhətləri ilə
durub-otururmuş. İkincisi, dayısının narazı qaldığını hiss edəndə
Alp Apuza tay adamı – Qaragünəni, yaxud oğlu Uruzu minnətə
göndərməyi ağlına belə gətirmir. Əksinə, hər işdə təmkinli,
səbirli olan Qazan burada baş verənlərin səbəbini öyrənmədən
barmaq hədəsinə keçir, Qılbaşın gedib yerində nə olduğunu
bilmək təklifini də əhəmiyyətsiz sayır, «özün bilərsən» deyir, yəni
istəyirsən get, istəmirsən getmə. Dövlət başçısı ölkənin bir qana-
dının incik düşməsinə belə laqeyd yanaşmamalıydı.