16
DƏDƏ QORQUD ARAŞDIRMALARI
qanad artıq işığa və göylə yerin birliyinə (Göy tanrı və Ana torpa-
ğa) inamdan üz döndərmək istəyir. Diqqət etdikdə, müharibənin
toxumlarının içəridən səpildiyi aydınlaşır. Qardaş qırğınına səbəb
dədə-baba adətlərinin pozulması göstərilsə də, tamamilə özgə
zəmin üzərində baş verir. Doğrudür, boyun əvvəlində ozanlar qar-
şıdurmanın toxumlarının Qazanın evinin talan edilməsi törənində
Dış oğuzluların iştirak etməməsi ilə səpildiyini bildirirlər və epo-
sa həsr olunan əksər tədqiqat əsərlərində Qazanın qoyduğu yeni
ənənənin böyük əhəmiyyətindən, qeyri-adiliyindən bəhs açırlar.
Əslində isə «evin talanması»nda heç bir qeyri-adilik yoxdur və
Bayandır xanın idarəçiliyində sınaqdan çıxarılmış elin ildə bir
kərə məclis düzənləməsi, bəylərin orada gördüyü işlərə görə yer
və pay alması adətini daha qədimlərdə tətbiq edilən «evi yağma-
latma» ilə əvəzləmək ancaq uğursuzluq gətirir, Qalın oğuzun birli-
yini laxladır. Bu, daha mütəşəkkil dünyagörüşündən üz döndərib
primitiv, daha doğrusu, barbar inama qayıtmaq meyli idi. Təzə ti-
kilmiş sarayın taxtalarını köhnə mıxla pərçimləməyə bənzəyirdi.
Müqayisə edək: Bayandır xan ildə bir dəfə qalın oğuz bəylərini
məclisinə çağırırdı. Burada hərənin öz yeri vardı və o yeri öz işi
və əməli ilə qazanmışdı. «Uluş qoca oğlu Səyrək boyu»nda bir
epizoda diqqət yetirək: «Xanım, yenə Əyrək bəyləri qoyub yu-
xarı başa keçəndə Tərsuzamış deyilən bir oquz igidi dedi: «Ay
Uşun qocanın oğlu, bu oturan bəylər hər biri oturduğu yeri qı-
lıncı ilə, çörəyi ilə alıblar. Əyə, sən başmı kəsdin, qanmı tökdün,
acmı doydurdun, yalın adammı geyindirdin?» (Kitabi-Dədə Qor-
qud, s. 208). Oğuz elində ad-san qazanmaq üçün iki şərt vacib
sayılırdı: torpağı yadlardan qorumağı bacarmaq və kimsəsizlərə,
köməksizlərə əl tutmaq.
Burada Əyrək, ilk növbədə, ona etiraz etməli idi ki,
Tərsuzamış onun adını çəkmirdi, hərəkətlərinə Uşun qocaya
görə göz yumulduğunu bildirirdi. İkincisi, məhz Bayandır xanın
17
Folklor, Mifologiya, Etnoqrafiya
hakimiyyət strukturunda ancaq iki cəhətə görə başa keçmək –
vəzifə almaq mümkün idi: düşməni məhv etməklə və kasıblara
səxavət göstərməklə. Bəs hakimiyyət Qazan bəyə çatandan sonra
o, Qalın oğuzu hansı prinsiplərlə idarə etməyə başlayır? Qazan
bəy Bayandır xanın yolunu davam etdirmir, onun idarəçilikdəki
uğurlu prinsiplərindən üz döndərir. İlk baxışda orijinal görünən,
ancaq barbar bir adətlə öz xanlığını təsdiqləməyə çalışır. «Üç ox
və Boz ox tayfaları bir yerə toplaşanda Qazan adət üzrə evini ta-
lan elətdirər, şey-şüyünü bölüşdürərdi» (Kitabi-Dədə Qorqud, s.
221).
Epos boyu İç oğuz və Dış oğuz adıyla işlənən tayfa birliyinin
mifik bölgü ilə verilməsi (Üç ox və Boz ox) göstərir ki, «yağ-
malanma» adətini Qazan bəy «icad» etməmişdi, qədim dövrlərdə
daha çox ömrünü at üstündə keçirən, yurddan-yurda yürüşlər edən
köçəri türklərin başçıları topladıqları qənimətlər yığılan çadırı ta-
lan etdirməklə, döyüşçülərini özlərinə bağlayar, gələcək yürüşlərə
ruhlandırardılar. Lakin oturaq həyata keçəndən sonra ocağın, evin
hər daşı türk üçün müqəddəs sayılmış və bu halda Bayandır xa-
nın məclis çağırması, hərəyə bir il ərzində ölkənin tərəqqisi üçün
gördüyü işlərə görə mükafatlar verməsi yeni idarəçilik üsuluna
keçiddən xəbər verirdi.
Deyilənlərdən belə nəticə çıxır ki, sonuncu boyda Bayandır
xan dünyadan köçmüşdü. Onun yerini tutmağa çalışan Qazan
bəy igidliyi ilə ad-san qazansa da, Qalın oğuz elinin bir qanadı-
nın qanını bədənində daşısa da, siyasətdə hələ naşı idi. Bayan-
dır xanın qoyduğu prinsipləri uğurla davam etdirmək əvəzinə,
təkcə ətrafındakılara – yaxınlarına yarınmaqla köhnə ənənəyə
qayıtmağa can atırdı. Divanına Dədə Qorqud sayaq müdrikləri
toplamaqdansa, oda su töküb söndürənləri deyil, bir az da qala-
yanları çağırır və İç oğuz bəyləri ilə Dış oğuz bəyləri arasında
ayrı-seçkilik yaranmasına şərait yaradır. Hakimiyyətdə həmişə
18
DƏDƏ QORQUD ARAŞDIRMALARI
ağlına, bacarığına və igidliyinə görə öz yanında yer verən Bayan-
dır xanın əksinə olaraq, o, böyür-başındakı kütbeyinlərin təkidi
ilə “evinin talanması”nı Dış oğuz bəyləri olmayan vaxtda keçirir.
Doğrudur, boyda Qazanın bir dəfə də olsun xan kimi təqdiminə
rast gəlmirik. Əksinə, talanma adəti təsvir olunan epizodlarda o,
heç bəy kimi də təqdim edilmir, sadəcə, Qazan adıyla hadisələrin
mərkəzində durur. Xanlar xanı Bayandır isə heç bir boyda «xan-
sız» nəzərə çatdırılmır. Ola bilsin ki, hələ Qalın oğuz elinin qu-
rultayında onun varisliyi (Bayandır xanın oğlu olmadığına görə el
ağsaqqallarının razılığı ilə hakimiyyətə kürəkəni keçə bilərdi) –
xanlığı təsdiqlənməmişdi. Ona görə də «doqquz tayfanın başçısı»
Alp Aruzun da iştahından hakimiyyəti ələ almaq keçirdi. Əvvəlki
boylara görə, bu vəzifəni tutmağa daha çox Qazanın mənəvi haq-
qı çatır. Ona görə ki, Bayandır xanın yeganə övladı – varisi Bur-
la xatunla ailə qurmuşdu, döyüş uğurları ilə də bütün bəylərdən
seçilmişdi. Lakin oğuzlarda hakimiyyətin atadan oğula, yaxud
qıza keçməsi şərti xarakter daşıyırdı. Əsas o idi ki, varis övlad
qabiliyyəti, ədaləti və ağlı ilə həmin vəzifəni tutmağa layiq ol-
sun. Qazan özü də bunu yaxşı bilirdi. Bu səbəbdən də boyların
birində oğlunun yetkinlik yaşına çatmasına baxmayaraq, şücaət
göstərməməsindən bərk narahatçılıq keçirirdi: «Sabahkı gün vaxt
gələr, mən ölüb sən qalanda taxt-tacımı birdən sənə verməzlər,-
deyə sonumu andım, oğul! - deyirdi». (Kitabi-Dədə Qorqud, s.
167).
Bütün bunlar onun sərkərdəliyindən irəli gəlirdi. Qazan bəy,
ilk növbədə, döyüşçü – düşmən başı kəsən, yağı qanı tökən, qa-
lalar alan strateq idi. O, düşməni yerdən qalxan tozdan tanıyırdı.
Lakin dövlət idarəçiliyində döyüş meydanlarında olduğu qədər
usta deyildi.
İkincisi, sual doğur: İç oğuza «talanda iştirak etmədikləri»
üçün Dış oğuz dönük çıxanda Dədə Qorqud hardaydı? Oğuzun ən
Dostları ilə paylaş: |