Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə99/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   95   96   97   98   99   100   101   102   ...   115

çətin girişi olan kitabxanaya – Vatikan arxivlərinə baxmağa icazə almışdı.
Maraqlıdır, o düşündü, Lenqdon orda hansı gizli məlumatları öyrənə bilərdi və
Londonda qəbir haqqında informasiya axtarışı Vatikandan əldə edilmiş məlumatla
bağlı deyildi ki? Hettem uzun müddət idi ki, kitabxanada işləyirdi, ona görə də
Londona cəngavər axtarışı üçün gələnləri yalnız bir şeyin – Qraalın
maraqlandırdığını bilirdi.
Kitabxanaçı qız gülümsəyib eynəyini düzəltdi.
- Siz, ser Lyu Tibinqin dostlarısınız, İngiltərəyə gəlib cəngavər axtarırsınız, - o,
ovcunu açdı. – Burdan mən belə nəticə çıxarıram ki, sizi Qraal maraqlandırır.
Lenqdonla Sofi təəccüblə bir-birinə baxdılar. Hettem gülüb dedi:
- Mənim dostlarım, bizim kitabxana Qraalın bütün ovçuları üçün baza
düşərgəsidir. Lyu Tibinq də onlardan biridir. Əgər mənə «qızılgül», «Mariya
Maqdalina», «Sanqril», «Merovinqlər», «Sion Prioratı» kimi sözlərin hər birinin
axtarışına görə bir şillinq də versəydilər, indii çoxdan varlanmışdım. – O, eynəyini
çıxarıb onlara baxdı. – Mənə əlavə informasiya lazımdır.
Qonaqlar susmuşdular, amma Hettem onların sirlə xudahafizləşmələrinə hazır
olduqlarını hiss etmişdi, onlar üçün nəticə daha mühüm idi.
- Budur, - Sofi Neve dedi, - bu, bizim bildiyimizin hamısıdır. – O, Lenqdondan
qələmi alıb qalan iki sətri də yazdı və kitabxanaçı qıza uzatdı.
Qəbirdən itmiş kürəni tap.
Qızılgül çiçəyi – bu, bəhrə verən bətnə işarədir.
- Deyəsən, mən sizə kömək edə biləcəm, - o dedi, - Bu şeri hardan əldə
etdiyinizi soruşa bilərəmmi? Bəs, nəyə görə məhz kürəni axtarmaq lazımdır?
- Əlbəttə ki, soruşa bilərsiniz, - Lenqdon təbəssümlə dedi. – amma bu çox uzun
tarixdir, bizim vaxtımızsa məhduddur.
- «Sizin işiniz deyil»in nəzakətli forması?
- Qulaq asın, Pamela, - Lenqdon dedi, - əgər bu cəngavərin qəbrini tapmağa
kömək etsəniz ömrümüz boyu sizə minnətdar olarıq.
- Yaxşı, - Hettem cavab verib yenidən kompüterin arxasına keçdi, - Mən
çalışaram. Əgər hər şey Qraalın ətrafında fırlanırsa, başqa açar sözlərdən istifadə
etməyə çalışaq. Onları əlavə kimi daxil edib və yenə axtarış proqramını işə
salacam. Bu yalnız Qraala aid olan mətnlərin üzə çıxmasına kömək edəcək.
O kompüterdə yazdı:
Axtarış: cəngavər, London, papa, qəbir.
Bir az aşağıdan isə bunları yazdı:
Qraal, Qızılgül, Sanqril, qab.
- Bu, nə qədər vaxt aparacaq? – Sofi soruşdu.
- Bir neçə yüz terabayt? – Pamela gözlərini qıyıb, «Axtarış» düyməsini» basdı.
– Çox yox, on beş dəqiqə. Sofi susdu, amma anladı ki, bu on beş dəqiqə onlara
əbədiyyət kimi gələcək.


- Çay içirsinizmi? – kitabxanaçı qız soruşdu və çaydan qoyulmuş stola
yaxınlaşdı. – Lyu həmişə mənim dəmlədiyim çayı xoşlayırdı.
XCIII FƏSİL
«Opus Dei»nin Londondakı rezidensiyası Orm-Kort, 5-də yerləşən kərpic bina idi,
qarşı tərəfində Nort-Uok küçəsi və Kensinqton-qardenz parkı yerləşirdi. Saylas heç
zaman burda olmamışdı, amma binaya yaxınlaşdıqca hər addımda sakitlik və
əminlik hiss edirdi. Saylas bura piyada gəlib çatdı. Bərk yağış yağmasına
baxmayaraq, Remi onu bir neçə kvartal aralıda maşından düşürdü – limuzinin
mərkəzi küçələrdə görünməsini istəmirdi. Amma Saylas piyada getməyinə etiraz
etmədi. Yağış təmizləyicidir.
Reminin məsləhəti ilə o, silahdan barmaq izlərini sildi, sonra onu kanalizasiya
quyusuna atdı. Və silahdan canını qurtardığı üçün sevindi. Ürəyi yüngülləşdi.
Ayaqları hələ də ağrıyırdı, amma Saylas bundan da möhkəm ağrıya dözməyə
öyrənmişdi. O, Reminin limuzində saxladığı əl-qolu bağlı olan Tibinqi düşündü.
Britaniyalı çox güman ki, əzab çəkir.
- Onunla nə edəcəksən? – o, maşından düşməzdən əvvəl Remidən soruşdu.
Remi çiyinlərini çəkdi:
- Bunu Ustad bilər.
Amma Saylas onun səsindən hökmün nə olacağını hiss etdi.
O, «Opus Dei»nin binasına yaxınlaşdı, yağış daha da gücləndi. Əsil leysan idi.
Sutana tamamilə islanmışdı, yaş parça təzə yaralara yapışıb bərk ağrıdırdı. Amma
Saylas buna əhəmiyyət vermirdi. O, son günlərdə etdiyi günahlardan
təmizlənməyə hazır idi. O, öz işini görüb. Saylas həyətdan keçib qapıya
yaxınlaşdıqda onun açıq olduğunu görüb təəccüblənmədi. O, dəhlizə girib ayağını
xalçanın üstünə qoymuşdu ki, elektron qurğu işə düşdü və yuxarıdan zəng səsi
eşidildi. Buranın sakinləri günün böyük hissəsini öz otaqlarında dua etməklə
məşğul olduğundan, bu adi hal idi. Saylas başının üstündəki taxta döşəmənin
cırıldadığını eşitdi.
Bir dəqiqədən sonra rahib sutanası geymiş bir kişi aşağı düşdü.
- Kömək lazımdır?
Onun mehriban gözləri olsa da, baxışı qəribə idi.
- Sağ olun. Mən Saylasam. «Opus Dei»nin üzvüyəm.
- Amerikalı?
Saylas başını tərpətdi:


- Mən burda cəmi bir gün qalacam. Dincəlmək istəyirəm. Bu mümkündürmü?
- Bu nə sualdır. Üçüncü mərtəbədə iki boş otaq var. Sizə çay və çörək gətirə
bilərəm.
- Çox sağ olun, - Yalnız indi Saylas vəhşicəsinə acdığını hiss etdi.
O, yuxarı qalxıb otağa girdi. İslanmış sutanasını çıxarıb alt paltarında dizləri
üstdə çökdü. Dəhlizdə ayaq səsləri eşidildi – bu rahib idi, yaxınlaşıb podnosu
qapının yanına qoydu. Saylas dua etdi, sonra yeyib yatmağa uzandı.
Üç mərtəbə aşağıda telefon zəng çaldı. «Opus Dei»nin Saylası içəri buraxan
xidmətçisi cavab verdi.
- Sizi London polisi narahat edir, - o, kişi səsi eşitdi. – Biz albinos-rahibi
axtarırıq. Onun sizdə ola bilməsi barədə məlumat almışıq. Onu görmüsünüzmü?
Rahib çaşıb qaldı.
- Bəli, o gəldi. Nə baş verib?
- O, indi sizdədir?
- Bəli, yuxarıdadır. Dua edir. O, nə edib ki?
- Qoy, otağında qalsın, - Kişi ciddi surətdə əmr etdi. – Heç kimə bir söz
deməyin. Mən onun dalınca öz adamlarımı gbndərirəm.
XCIV FƏSİL
Sent-Ceyms parkı – Londonun mərkəzində, Vestminster və Bukinhem saraylarının
yaxınlığında yerləşən yaşıl adadır. İndii o, onu görməyi arzu edən hər kəsə açıqdır,
amma bir vaxtlar Kral VIII Henrix onu çəpərə salıb, maral bəsləyərək saray
xadimləri ilə ova çıxardı. Londonlular isti və günəşli günlərdə söyüd ağaclarının
altında piknik qurub göldəki qutanları yemləyirlər. Onu da deyək ki, bu qutanların
əcdadlarını II Karla rus səfiri hədiyyə etmişdi.
Bu gün Ustad hava küləkli və yağış olduğu üçün burda qutan görmədi, amma
dənizdən qağayılar uçub gəlmişdi. Parkın çəmənliyi yüzlərlə ağ quşla örtülmüşdü,
onlar hamısı rütubətli küləyin kəsilməsini gözləyərək bir istiqamətə baxırdılar.
Səhər dumanına baxmayaraq, burdan parlamentin məşhur binası və Bq-Ben gözəl
görünürdü. Əgər bir az da yuxarıya baxsaydı, söyüd salxımlarının arasından
Ustadın da bildiyi kimi, cəngavərin qəbrinin yerləşdiyi binanın şpilləri görünürdü.
Məhz bu səbəbdən o, Remi ilə görüşü burda təyin etmişdi.
Budur, Ustad limuzinin qabaq qapısına yaxınlaşdı və Remi lütfkarlıqla qapını
açıb kənara çəkildi. Amma Ustad oturmağa tələsmirdi, konyak şüşəsini çıxarıb bir


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə