Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə100/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   96   97   98   99   100   101   102   103   ...   115

qurtum içdi. Sonra dodaqlarını dəsmalla sildi, maşina keçib Reminin yanında
oturdu və qapını örtdü.
Remi əlindəki guşəli daşı təntənə ilə yuxarı qaldırdı.
- Az qalmışdı ki, itirək.
- Sən işin öhdəsindən yaxşı gəldin, - Ustad dedi.
- Biz bunu bir yerdə etdik! – Remi əlavə etdi və guşəli daşı Ustada verdi.
Ustad uzun müddət kripteksə baxıb gülümsədi.
- Bəs, silah? Barmaq izlərini, yəqin ki, silmisiniz?
- Bəli. Sildikdən sonra qaytarıb maşının dolabçasına qoydum.
- Əla! – Ustad bir qurtum da konyakdan içib şüşəni Remiyə uzatdı. –
Uğurumuzun şərəfinə! Sona az qalıb.
Remi minnətdarlıq edib konyakdan içdi. Düzdür, konyakın dadı bir az şor idi,
amma bu, elə də əhəmiyyətli deyildi. İndi o, Ustadla əsil, tamhüquqlu tərəf
müqabilidir. O, həyatında olacaq dəyişikliklərin yaxınlaşdığını hiss edirdi. İndii daha
heç zaman xidmətçi olmayacağam. Remi ördəklər üzən gölməçəyə baxdı, Şato
Villet yuxu kimi uzaqdaydı.
Bir qurtum da içdikdən sonra Remi, bədəninə yayılan xoş istini hiss etdi.
Amma tezliklə bu istilik onu yandırıb yaxdı. Remi qalstukunun düyününü boşaltdı,
ağzında xoşagəlməz dad hiss edib şüşəni Ustada qaytardı.
- Mənim bəsimdir, - o, çətinliklə dedi. Ustad şüşəni alıb dedi:
- Remi, ümid edirəm ki, mənim üzümü görən yeganə adam olduğunu
anlayırsan. Mənim sənə olan etibarım böyükdür.
- Bəli, - xidmətçi cavab verdi. Onu üşütmə tutdu və yenə qalstukunun
düyününü boşaltdı. – Bu sirri mən özümlə qəbirə qədər aparacağam.
Ustad bir az susub dedi:
- Mən sənə inanıram. – Sonra konyak şüşəsini və guşəli daşı cibinə qoydu.
Əlini maşının dolabçasına uzadıb onu açdı, və «Meduza» markalı kiçik tapançanı
götürdü. Remini bir anlığa qorxu bürüdü, amma Ustad tapançanı şalvarının cibinə
qoydu.
O, nə edir? Nə üçün? Remini soyuq tər basdı.
- Mən sənə azadlıq vəd etmişdim, - Ustad dedi, onun səsində təəssüf hiss
olunurdu. – Amma bütün vəziyyəti nəzərə alsaq, bundan artıq sənə yaxşılıq edə
bilmərəm.
Remi boğazının şişdiyini və nəfəs ala bilmədiyini hiss etdi. Hər iki əli ilə
boğazından tutaraq o, birdən ikiqat əyildi, traxeyalarındakı spazmdan ögüməyə
başladı. O, qışqırmaqistədi, amma boğuq səslə inildədi. İndi, konyakın niyə şor
daddığını anladı.
Mən ölürəm! O, məni öldürdü!..
Hələ bu fikrinə axıra qədər inanmayan Remi yanında oturmuş Ustada tərəf
çevrildi. O, sakitcə maşının şüşəsindən irəliyə baxırdı. Reminin gözləri tutqunlaşdı,
o, ağzını geniş açıb hava udmağa çalışırdı. Mən onun üçün dəridən-qabıqdan


çıxdım! O, buna necə ürək etdi? Remi, Ustadın onu aradan götürmək qərarına nə
üçün gəldiyini bilmirdi. Ya bunu o, əvvəlcədən fikirləşmişdi, ya da Reminin Templ
kilsəsindəki hərəkətləri onun xoşuna gəlməmişdi. Leqaludek bunu bilməyəcəkdi.
Qorxu və qəzəb – indi onu bu hisslər çulğamışdı. O, Ustadın üstünə atılmağa cəhd
etdi, amma bədəni onun sözünə qulaq asmırdı. Mən sənə inandım, mən hər şeyimi
sənə qurban verdim!
Remi yumruğunu qaldırıb klaksona vurmaq istədi, amma yıxılıb oturacağa
düşdü. Və beləcə əlləri ilə şişmiş boğazından tutaraq Ustadın böyründə uzandı.
Yağış daha da möhkəmləndi. Remi artıq heç nə görmürdü, amma sönməkdə olan
şüurunun dərinliklərində gözəl təsəvvür oyanmışdı. Ətraf dünya onun üçün
mövcudluğunu itirəndə, suyun günəş şüaları altında parıldadığını gördü, Rivyeranın
sahillərinə çırpılan dalğaların səsini eşitdi.
Ustad limuzindən düşdü və ətrafda heç kimin olmadığını görüb məmnun qaldı.
Mənim başqa seçimim yox idi, o, öz-özünə dedi və hətta bir az təəccübləndi: indii
o, etdiyi əməl üçün təəssüflənmirdi. Remi belə taleni özü seçdi. Bütün bu vaxt
ərzində Ustad qorxurdu ki, əməliyyat sonna çatanda Remini aradan götürməli
olsun. Amma axmaq, Templş kilsəsində özünü yolverilməz şəkildə aparmaqla
sonunu özü yaxınlaşdırdı. Robert Lenqdonun Şato Villetə gözlənilməz gəlişinin həm
müsbət, həm də mənfi tərəfləri vardı. Lenqdon guşəli daşı gətirməklə onların
canını bu qiymətli xəzinənin axtarışından qurtardı, amma o, həm də polisi onların
izinə düşürdü. Reminin barmaq izləri nəinki bütün evdə, həm də növbə çəkdiyi
səsdinləmə postunda, anbarın çardağında da vardı. İndi Ustad öz
uzaqgörənliyindən sevinirdi. O, hər şeyi etmişdi ki, Remi ilə onun birgə fəaliyyətini
ifşa edəcək heç bir bağlılıq olmasın. Əgər Remi ağzından qaçırmasaydı, Ustaddan
şübhələnmək belə mümkün deyildi. Amma indi, bu təhlükə də aradan qaldırıldı.
Daha bir budaq kəsildi, Ustad düşündü və limuzinin arxa qapısınıa yaxınlaşdı.
Polis nə baş verdiyini heç zaman başa düşməyəcək… və onu ələ verəcək canlı şahid
də yoxdur. O, ehtiyatla ətrafa baxıb onu heç kimin izləmədiyinə əmin olaraq arxa
qapını açıb salona keçdi.
Bir neçə dəqiqədən sonra Ustad Sent-Ceyms parkından artıq çıxırdı. İndi yalnız
iki nəfər qalırdı: Lenqdon və Neve. Onlarla daha çətin olacaq. Amma eybi yox,
öhdəsindən gələrik. İndi onları düşünməyin yeri deyil, təcili kriptekslə məşğul
olmaq lazımdır.
O, təntənə ilə parka baxaraq, irəlidə öz hədəfini görürdü. London, burda papa
tərəfindən dəfn edilmiş cəngavər yatır. Bu şeri eşidən kimi Ustad cavabı bildiyini
dərhal anladı. İndiyə qədər başqalarının bunu bilməməsində təəccüblü bir şey
yoxdur. Düzgün yolla əldə edilməsə də, hər halda mənim üstünlüyüm var. Ustad
bir neçə ay ərzində Sonyerin bütün danışıqlarına qulaq asmışdı və bir dəfə Böyük
Ustad, Leonardo Da Vinçi qədər ehtiram etdiyi bu məşhur cəngavər haqqında
demişdi. Şerdə məhz bu cəngavər barədə söhbət getdiyinə şübhə ola bilməzdi,
amma Sonyerin də haqqını vermək lazımdır. Ustadı başqa şey düşündürürdü. Son


açar sözü tapmaq üçün qəbirin necə kömək edəcəyi indiyə qədər müəmma olaraq
qalırdı.
Qəbirdən itmiş kürəni tap…
Məşhur qəbrin şəkilləri Ustadın yadanda idi. İncə gözəlliyə malik kürə. Bu
nəhəng sfera qəbirin üstünü tutmuşdu və onunla demək olar ki, eyni ölçüdə idi.
Kürənin mövcudluğu Ustadı sevindirsə də, eyni zamanda narahat edirdi. Bir
tərəfdən bu işarədir, digər tərəfdən açar söz qəbirdə olmuş… amma indi itmiş
kürəylə əlaqəlidir. Belə olduqda bu, həmin kürə deyil. Vəziyyəti aydınlaşdırmaq
üçün o, qəbrə diqqətlə baxmağı qərara aldı.
Yağış, elə bil, vedrədən tökülürdü. O, kripteksin islanmaması üçün onu sağ
cibinə qoydu. Sol cibində «Meduza» tapançası vardı. Bir neçə dəqiqədən sonra o,
Londonda doqquzuncu əsrin sonlarının ən gözəl binasında yerləşən məbədə girdi.
Bu anlarda yepiskop Arinqarosa kiçik təyyarədən düşüb, yağışın altında,
sutanasının ətəklərini qaldıraraq Biqqin-Hill aerovağzalının binasına tərəf getdi. O,
ümid edirdi ki, onu kapitan Faş özü qarşılayacaq. Amma onun əvəzinə Britaniya
polisinin əlində çətir tutmuş gənc zabiti gəldi.
- Yepiskop Arinqarosa? Kapitan Faş təcili getməli oldu. Məndən xahiş etdi ki,
sizi qarşılayım və ötürüm. Sizi Skotland-Yarda aparmağımı tapşırdı. Hesab edir ki,
ora sizin üçün təhlükəsizdir.
Təhlükəsiz? Arinqarosa içində Vatikan Bankının istiqraz vərəqləri olan ağır
portfelə baxdı. O, az qala bu sərvəti unutmuşdu.
- Hə, sizə minnətdaram.
Arinqarosa polis avtomobilinə əyləşdi. Maraqlıdır, Saylas indi hardadır? Bir
neçə dəqiqədən sonra, bunun cavabını polisdən öyrəndi.
Orm-Kort, ev 5.
Arinqarosa bu ünvanı yaxşı tanıyırdı. Bu, «Opus Dei»nin London
rezidensiyasıdır.
- Məni ləngimədən ora aparın! – o, sürücüyə dedi.
XCV FƏSİL
Lenqdon axtarışın nəticələri ekranda görünən andan gözünü kompüterdən
çəkmədi.
Beş dəqiqə. Cəmisi iki məlumat.
Heç birisinin məsələyə dəxli yox.
O, artıq narahat olmağa başlamışdı.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə