Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə108/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   104   105   106   107   108   109   110   111   ...   115

- O, sələfinin himayəsində olan prelaturanı məhv edə bilməz!
- Mən çox təəssüf edirəm. – Katib ondan gözünü çəkmirdi. – Allah həm verir,
həm də alır.
Ürəyinə qorxu dolmuş Arinqarosa Qandolfo qəsrindən çaşqın halda çıxdı. Nyu-
Yorka qayıdıb bir neçə gün öz mənzilindən bayıra çıxmadı, məyus halda
xristianlığın gələcəyi haqqında düşündü.
Və bir neçə həftədən sonra yepiskopa edilmiş telefon zəngi hər şeyi dəyişdi.
Zəng edən fransız ləhcəsi ilə danışıb özünü Ustad deyə təqdim etdi. Bu rütbə
prelaturada geniş yayılmışdı. O, Vatikanın «Opus Dei»dən ayrılmaq haqqında
planlarını bildiyini dedi.
O, bunu necə öyrənib? – Arinqarosa təəccüblə düşündü. O, əmin idi ki,
Vatikanın «Opus Dei»dən ayrılmaq planlarını yalnız bir neçə nəfər yüksək rütbəli
şəxs bilir. Necə olur-olsun, söz çıxmışdı.
- Mənim hər yerdə gözüm və qulağım var, yepiskop, - Ustad demişdi. – buna
görə də, çox şey bilirəm. Sizin köməyinizlə müqəddəs relikviyanın harda
gizlədildiyini öyrənmək istəyirəm. Bu, sizə də ölçüyəgəlməz hakimiyyət verəcək.
Elə bir hakimiyyət ki, Vatikan qarşınızda baş əyəcək. Dini, imanı xilas edəcək
hakimiyyət. – O, sözünə ara verib dedi, - Mən bunu təkcə «Opus Dei» üçün
etmirəm. Bu, hamımız üçün vacibdir.
Allah alır… amma Allah həm də verir. Arinqarosa ürəyində ümid işıqlarının
yandığını hiss etdi.
- Planlarınız haqqında mənə danışın.
Müqəddəs Məryəm hospitalının qapıları açılanda yepiskop Arinqarosa huşunu
itirmişdi. Yorulub əldən düşmüş Saylas qəbul otağına girdi. Daş döşəməyə dizləri
üstdə düşüb köməyə çağırdı. Qəbul otağındakı insanlar yepiskopun başı üstünə
əyilmiş yarıçılpaq albinosu görüb qorxdular.
Şüurunu itirmiş yepiskopu xərəyə qoymağa kömək edən həkim yaralının
nəbzini yoxlayıb dedi: - O, çox qan itirib. Demək olar ki, ümid yoxdur.
Birdən Arinqarosanın qaşları tərpəndi, o, özünə gəlib gözləri ilə Saylası
axtarmağa başladı.
- Övladım…
Saylasın ürəyi qəzəb və çarəsizlikdən partlayırdı.
- Ata, bütün ömrümü qurban versəm də, bizi satan bu əclafı tapacam! Mən
onu öldürəcəm!
Arinqarosa yalnız başını yırğalaya bildi və onu aparacaqlarını anlayıb məyus
oldu.
- Saylas… əgər indiyə qədər məndən heç nə öyrənməmisənsə, xahiş edirəm…
bir şeyi yadında saxla, - O, Saylasın əlini tutub sıxdı.
- Bağışlamaq bacarığı… İlahi vergidir…
- Amma, ata…
Arinqarosa gözlərini yumdu.


- Sən dua etməlisən, Saylas.
CI FƏSİL
Robert Lenqdon Çepter-Hausun qübbəsi altında dayanıb Lyu Tibinqin ona
tuşlanmış tapançasına baxırdı.
Robert, siz mənimləsiz ya yox?
Cəngavər ser Lyunun bu sözləri onun qulaqlarında hələ də cingildəyirdi.
Lenqdon anlayırdı ki, o, buna dəqiq cavab verə bilməyəcək.
Əgər «hə» desə, o, Sofiyə xəyanət edər. «Yox» cavabı isə, Tibinqi məcbur
edəcək ki, onları güllələsin.
Professorun müəllimlik peşəsi mübahisəli məsələləri tapança altında həll
etməyi öyrətməmişdi. Amma bu peşə, ona ən ziddiyyətli suallara cavab tapmağı
öyrətmişdi. Əgər suala düzgün cavab yoxdursa, vəziyyətdən yalnız bir çıxış yolu
var.
Nə hə, nə yox.
Yalnız susmaq.
Və Lenqdon gözlərini kripteksdən çəkmədən geriyə addım atdı. O, gözlərini
qaldırmadan, dinmədən geriyə çəkilirdi, hər addımı boş və nəhəng tikilidə əks-səda
verirdi. Neytral zolaq. Bu anda yeganə çıxış yolunun açar sözün tapılmasında
kömək etmək olduğunu - Tibinqin anlayacağına ümid edirdi. Ümid edirdi ki, onun
susması Sofiyə onu tərk etməyəcəyini anladacaq.
Mütləq vaxt qazanmaq lazımdır. Düşünmək üçün.
Düşünmək. Lenqdon Tibinqin ondan məhz bunu gözlədiyinə əmin idi. Bax,
buna görə o, kripteksi mənə verib. Təhlükə qarşısında olduğumu hiss etməyim
üçün. Qərara gəlməyim üçün. İngilis ümid edirdi ki, Lenqdon təhlükə anında Böyük
Ustadın əl işinə toxunsa, orda gizlənən sirrin əhəmiyyətini anlayacaq. Əsil alimdə
olan maraq hissi oyanıb digər hissləri unutduracaq. Əgər guşəli daşın sirri açılmasa,
bunun tarix üçün böyük itki olacağını anlamağa məcbur edəcək.
Lenqdon əmin idi ki, onun Sofini xilas etmək üçün tək çıxış yolu – açar sözün
tapılmasıdır. Alver bu zaman ola bilər. Mənim silindrdən xəritəni çıxara biləcəyimi
Tibinq anlasa, onda güzəştə getməsi mümkündür. Lenqdon asta-asta pəncərələrə
tərəf addımlayırdı… bütün fikri isə Nyutonun sərdabəsini bəzəyən astronomik
simvollar və fiqurlarda idi.
Qəbirdən itmiş kürəni tap.
Qızılgül çiçəyi. Bu, bəhrə verən bətnə bir işarədir.


O, arxasını Tibinq və Sofiyə tərəf çevirərək pəncərələrə tərəf addımlayırdı.
Özünü Sonyerin yerinə qoymaq, onun nə düşündüyünü anlamaq lazımdır.
Lenqdon pəncərədən bağa baxaraq fikirləşirdi. Görəsən, Nyutonun sərdabəsini
bəzəyən hansı kürə idi? Onun gözlərində ulduzlar, kometlər, planetlər canlandı,
amma Lenqdon fikrində bunların üstündən dərhal xətt çəkdi. Sonyer dəqiq
elmlərlə məşğul deyildi. O, humanitar biliklərə yiyələnmişdi, incəsənət və tarixi
gözəl bilirdi. Müqəddəs qadın başlanğıcı… qab… Qızılgül… qadağan edilmiş Mariya
Maqdalina… ilahənin devrilməsi… Qraal…
Qraal bəzi əfsanələrdə, uzaqlarda, kölgədə rəqs edən həyula kimi, gah
görünən, gah da qeyb olan qəddar məşuqə kimi təsvir edilirdi.
Ağacların küləkdən əyilən budaqlarına baxan Lenqdona elə gəldi ki, Qraalın
görünməz mövcudluğunu hiss edir. İşarələr, əlamətlər ətrafa səpələnib. Budur,
dumanın arasından gözəl mənzərə – ağ-çəhrayı rəngli çiçəkləri olan alğa ağacı
göründü. Çiçəklərin hər birində beş ləçək vardı, Zöhrə ulduzu kimi gözəl idilər.
İlahə bağda… O, yağışın altında rəqs edərək qədim mahnılar oxuyur, budaqların
arasından baxaraq Lenqdona sanki xatırlatmaq istəyir ki, biliyin açarı burda, lap
yaxındadır, əlini uzatsan çatar.
Yuzaaqda dayanmış Tibinq Lenqdonun hər bir hərəkətini izləyirdi.
Mən belə də bilirdim, Tibinq düşündü. O, cavabı axtarır.
Lyu bu ana qədər Lenqdonun Qraalın açarını tapdığından şübhələnmişdi.
Tibinq öz planını Lenqdonun Cak Sonyerlə görüşəcəyi gecə həyata keçirməsi
təsadüfi deyildi. Kuratorun söhbətlərinə gizlicə qulaq asan Tibinq, bu görüşə məhz
Sonyerin təkid etdiyini öyrənmişdi. Burdan bir nəticə çıxırdı. Lenqdonun
əlyazmalarında Prioratın maraqlarına toxunan nəsə vardı. Yəqin ki, Lenqdon
həqiqəti tam təsadüfən öyrənib. Və Sonyer bu həqiqətin üzə çıxacağından
qorxmuşdu. Prioratın Böyük Ustadı Lenqdonu bir məqsədlə görüşə çağırmışdı –
onu susmağa məcbur etmək üçün, Tibinq buna əmin idi.
Amma həqiqəti, artıq uzun müddətdir ki, gizlədirlər. Daha bəsdir!
Tibinq cəld hərəkət etməli olduğunu anladı. Saylasın hücumu iki məqsəd
güdürdü. Birincisi, Sonyeri saxlamaq, Lenqdonu susmağa inandırmağına imkan
verməmək. İkincisi, guşəli daşı əldə etmək. Tibinq guşəli daşı ələ keçirən vaxt,
Lenqdon Parisdə olacaq. Əgər lazım olsa, Tibinq onu da bu işə cəlb edəcək.
Saylasın Sonyerə hücumunu təşkil etmək çətin iş deyildi. Tibinq kuratorun gizli
qorxuları, əndişələri barədə çox şey öyrənmişdi. Dünən gündüz Saylas Luvrda olan
Sonyerə zəng edib, özünü Paris kilsəsinin keşişi kimi qələmə verdi.
- Bağışlayın, müsyö Sonyer, mən sizinlə təcili olaraq görüşüb söhbət
etməliyəm. Mən heç zaman etirafları gizli saxlamaq qaydasını pozmamışam.
Amma indi… bu istisnadır. Sizin ailənizin bir neçə üzvünü öldürən adam
günahlarının bağışlanması üçün mənə indicə etiraf etdi.
Sonyer bu sözlərə inamsız yanaşdı.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə