Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə104/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   100   101   102   103   104   105   106   107   ...   115

- Balıq erasının sonu və Dolça dövrünün başlanğıcı Sion Prioratı üçün istinad
nöqtəsi idi. Məhz tarixin bu dəyişmə anında onlar Sanqril sənədlərini dünyaya
göstərmək fikrindəydilər. Amma yeni minillik başlayıb, onlarınsa həqiqəti dünyaya
çatdırmaq fikirləri hələ yoxdur.
- Bəlkə, - Sofi dedi, - şerin son sətirləri Prioratın həqiqəti xalqlara açmaq planı
haqqındadır?
… Qızılgül çiçəyi. Bu bəhrə verən bətnə bir işarədir.
Lenqdon diksindi. Əvvəllər o, axırıncı sözlərə o qədər də fikir verməmişdi.
- Axı, özünüz dediniz ki, - Sofi davam etdi. – Prioratın «Qızılgül» və bəhrə
verən bətn haqqında həqiqəti açmaq planı planetlərin vəziyyəti ilə bağlıdır. Yəni,
həmin kürələrin.
Lenqdon başını tərpətdi, o deyəsən, işıq ucu görürdü. Bəli, bu mümkündür.
Amma intuisiyası ona deyirdi ki, astronomik hadisələrin açarla heç cür əlaqəsi
yoxdur. Prioratın Böyük Ustadı tərəfindən verilmiş tapmacaların cavabı simvolik
xarakter daşıyırdı: «Mona Liza», «Madonna mağarada», nəhayət SOFİYA adı.
Planetlərin öz orbitləri ətrafında hərəkətləri isə simvolik deyildi, burda dəqiq
qanunlar işləyirdi. Bundan başqa Cak Sonyer mahir şifrələyici olduğunu sübut
etmişdi və Lenqdon əmin idi ki, Qraal sirrini açacaq bu beş hərfli sonuncu açar söz
həm simvolik, həm də sadə və aydın olmalıdır. Məsələnin həlli üzdədir, lakin…
- Bura baxın! – Sofi həyəcanla dedi və onun əlindən tutdu. Lenqdon onun
qorxduğunu anladı. Bu qorxuya yalnız bir şey səbəb ola bilərdi: onlara tərəf kimsə
yaxınlaaşır. Amma onun baxışlarının hara yönəldiyini izləyən Lenqdon Sofinin qara
mərmərdən olan sarkofaqa baxdığını gördü. – Burda kimsə olub, - o, pıçıltıyla dedi.
Və abidənin ayaq tərəfindəki qara ləkəni göstərdi.
Lenqdon onun həyəcanını bölüşmürdü. Hansısa unutqan turist abidənin
ayaqlarının yanına karandaşını qoyub getmişdi. Boş şeydir. O, Sofini ayağa
qaldırmağa hazırlaşırdı ki, cilalanmış mərmər səthə işıq şüası düşdü və o, donub
qaldı. Sofinin nədən qorxduğunu anladı.
Nyutonun ayaqlarının yanında, sarkofaqın qapığının üstündə kömür
karandaşla yazılmış hərflər göründü.
Tibinq mənimlədir.
Çepter-Haus, cənub çıxışından keçib bağa gəlin.
Lenqdon ürəyi döyünə-döyünə yazını iki dəfə oxudu.
Sofi çevrilib diqqətlə oyuğa baxdı.
Yazı həm ümidverici, həm də təəccüblü idi. Bu, Tibinqin sağ olduğunu göstərir,
Lenqdon öz-özünə dedi. Amma daha bir xoş xəbər də vardı.
- Onlar hələlik açar sözü bilmirlər, - o, Sofiyə dedi.
Sofi başını tərpətdi. Əks halda, bu adamlar nə üçün görüş təyin edib, öz
yerlərini bəlli edərdilər?
- Bəlkə, onlar Tibinqi açar sözə dəyişmək istəyirlər?
- Bəlkə də, bu tələdir.


Lenqdon başını yırğaladı:
- Düşünmürəm. Axı, bağ abbatlığın hasarının o tayındadır. Burda adam çox
olur. – Lenqdon bir dəfə abbatlığın meyvə ağaclı, güllü-çiçəkli kiçik bağçasında
olmuşdu. Başqa müalicə üsullarını qəbul etməyən rahiblər burda müxtəlif dərman
bitkiləri əkmişdilər. Bağ, həm də Britaniyada ən qədim və hələ də bar verən meyvə
ağacları ilə də məşhurdu və turistlərin sevimli yeri idi. – Məncə, adamların çox
olduğu bu yerdə görüş təyin etməklə, demək istəyirlər ki, onlara etibar etmək olar.
Bizi təhlükə gözləmir.
Amma Sofi şübhə edirdi.
- Demək istəyirsiniz ki, bağ abbatlığın o tərəfindədir, deməli, orda
metalaxtaran cihaz da yoxdur?
Lenqdon qaşlarını çatdı. Bünü düşünməmişdi.
O, yenə də möhtəşəm abidəyə baxıb açar söz barədə indiyə qədər ağlına bir
fikir gəlməməsinə təəssüfləndi. Bəs, necə alış-veriş edəcəklər? Lyunu bu
hadisələrin içinə mən soxmuşam və onu xilas etmək üçün hər şeyə hazıram.
- Yazıda deyilir ki, Çepter-Hausdan keçib cənub çıxışına getmək lazımdır, - Sofi
dedi. – Bəlkə, ordan bağ görünür? Ona görə də, çıxmamışdan əvvəl, vəziyyəti
qiymətləndirə bilərik.
Pis ideya deyil. Lenqdon Çepter-Hausun səkkizguşəli rahat tikili olduğunu
bilirdi. Bina inşa edilməzdən əvvəl burda Britaniya parlamenti yerləşirdi. O, çoxdan
burda olmasa da, abbatlıqdan bura birbaşa giriş olduğunu anladı. Amma, bu giriş
hardadır? Lenqdon Nyutonun qəbrindən bir az aralanıb ətrafa baxdı.
Və budur, həmin yerin əks tərəfində, kilsəyə girişin yanında enli və qaranlıq
keçid vardı. Keçidin üstündə yazılmışdı:
Aşağıda adları göstərilmiş binalara giriş burdandır:
Monastır
Baş keşişin evi
Kollec-holl
Muzey
Xəzinədarlıq
Sent-Feyt kilsəsi
Çepter-Haus
Lenqdonla Sofi elə tələsirdilər ki, qaranlıq keçiddən asılmış və bu tikililərin
bəzilərinin təmir üçün bağlandığını göstərən başqa bir kiçik lövhəni görmədilər.
Onlar hündür divarlarla əhatə olunmuş açıq həyətə çıxdılar. Yağış dayanmaq
bilmirdi. Göyün üzü bomboz idi, küləyin vıyıltısı bu mənzərəni daha da
qəmginləşdirirdi. Onlar həyətin perimetrii boyunca uzanan talvarın altına qaçdılar.
Belə alçaq tikililər Lenqdonda narahatlıq yaradırdı.
Amma o, bu xoşagəlməz hissi özündən uzaqlaşdırmağa çalışaraq Sofi ilə
birlikdə tunelə tərəf tələsdilər. Çepter-Haus məhz burda olmalıydı. İndii yağış maili
yağırdı, döşəmə və divarlar islanmışdı, dar keçid nəm və soyuq idi. Onlar yağışdan


qorunmaq üçün kilsəyə tərəf qaçan iki gənclə rastlaşdı. İndii yaxınlıqda heç kim yox
idi, heç kim belə yağışlı və küləkli havada bağın gözəlliyinə baxmağı arzulamazdı.
İrəlidə, sol tərəfdə, onlardan təxminən 40 yard aralıda tağ görünürdü, onun
arxasında isə başqa bir tikiliyə giriş vardı. Bu, onların axtardığı həmin giriş idi.
Amma, giriş alçaqla hasarla bağlanmış, divara vurulmuş lövhədə isə belə
yazılmışdı:
TƏMİR GETDİYİ ÜÇÜN BAĞLI OLAN BİNALAR:
Xəzinədarlıq
Sent-Feyt kilsəsi
Çepter-Haus
Hasarın arxasında uzun və boş dəhliz görünürdü. Lenqdon dəhlizə açılan iki
giriş gördü: sağ tərəfdə – xəzinədarlığa, sol tərəfdə – Sent-Feyt kilsəsinə. Amma
Çepter-Hausa giriş bir az uzaqda, uzun dəhlizin sonunda idi. Lenqdon hətta burdan
ağır taxta qapıların açıq olduğunu gördü. Geniş binaya bağa açılan pəncərələrdən
boz işıq şüaları düşmüşdü.
Çepter-Hausdan keçib, cənub girişinə, sonra bağa gəlin.
- Əgər biz şərq tərəfdəki keçiddən gəlmişiksə, - Lenqdon dedi, - cənub
tərəfdəki giriş, bax, orda yerləşir. Əvvəlcə düz, sonra sağ tərəfə getməliyik.
Onlar uzun və qaranlıq dəhlizə girdilər, külək və yağış səsləri getdikcə azalırdı.
Çepter-Haus əsas binadan ayrılmış köməkçi tikili idi, nə vaxtsa burda parlament
iclasları keçirilirdi.
- Çox nəhəngdir… - onlar zala yaxınlaşdıqda Sofi dedi.
Lenqdon binanın bu qədər böyük olduğunu çoxdan unutmuşdu. Səkkizguşəli
otağın sonunda beşmərtəbəli bina hündürlüyündə, tavana qədər qalxmış
pəncərələr vardı. Əlbəttə ki, belə pəncərələrdən bağ yaxşı görünəcəkdi.
Astanadan içəri keçən kimi Sofi ilə Lenqdon gözlərini qıydılar. Keçidlərdəki və
dəhlizlərdəki qaranlıqdan sonra pəncərələrdən düşən işıq onların gözünü
qamaşdırırdı. Onlar binanın içərisinə girib bağa açılan cənub girişini axtarmağa
başladılar. Amma heç yerdə qapı yox idi.
Onlar çaşqınlıqdan bir müddət yerlərində donub qaldılar.
Arxa tərəfdəki ağır qapının cırıltısı onları geri çevrilməyə məcbur etdi. Budur,
qapı bərk taqqıltıyla örtüldü, rəzələr çəkildi. Girişdə dayanmış kişi onları tapança
ilə nişan almışdı. Gombul, alçaqboylu, qoltuq ağaclarına söykənmiş biri.
Lenqdona elə gəldi ki, yuxu görür.
Lyu Tibinq…


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə