Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə105/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   101   102   103   104   105   106   107   108   ...   115

XCIX FƏSİL
Lyu Tibinq qəzəblə baxaraq «Meduza» tapançasından Sofi və Lenqdonu nişan
almışdı.
- Baxın, mənim dostlarım, - o dedi. – Siz mənim evimə gələndən indiyədək sizi
xoşagəlməz hadisələrdən qorumaq üçün əlimdən gələn hər şeyi etdim. Amma sizin
inadkarlığınız məni çox çətin vəziyyətə saldı.
O, Sofi və Lenqdonun üzlərindəki ifadədən onların şokda olduqlarını və belə
satqınlığı gözləmədiklərini anladı. Amma Tibinq əmin idi ki, baş verən hadisələrin
məhz belə nəticələnəcəyini onlar tezliklə anyacaaqlar.
Mən sizə çox şey demək istəyirəm… amma sizin məni başa
düşməyəcəyinizdən qorxuram.
- İnanın, - Tibinq dava etdi, - mən sizi bu hadisələr cəlb etmək istəmirdim. Siz
özünümz mənim evimə gəldiniz. Özünüz mənimlə görüşmək istədiniz.
- Lyu? – nəhayət Lenqdon dillənə bildi. – Lənət şeytana, nə baş verir? Biz, sizin
təhlükədə olduğunuzu hesab edirdik. Biz sizə kömək etmək üçün bura gəlmişik!
- Gələcəyinizə qətiyyən şübhə etmirdim, - Tibinq cavab verdi. – Biz çox şeyi
müzakirə etməliyik.
Lenqdonla Sofi hopnoza düşən adamlar kimi onlara tuşlanmış tapançadan
gözlərini də çəkə bilmirdilər.
- Bu, sadəcə sizin mənə diqqətlə qulaq asmağınız üçündür, - Tibinq tapançaya
işarə edib dedi. – Əgər mən sizə pislik etmək istəsəydim, çoxdan siz ölmüşdünüz.
Siz dünən axşam mənim evimə gələndə, həyatınızı qurtarmaq üçün hər şey etdim.
Mən öyrənmişdim ki, Priorat həqiqəti dünyaya danışmamaq qərarına gəlib. Bax,
buna görə də, yeni minilliyin gəlməsi ilə heç bir şey baş vermədi, sənədlər
açıqlanmadı.
Lenqdon etiraz etmək istədi.
- Əvvəlcə Priorat, - Tibinq davam etdi, - yeni minillik başlayanda Sanqril
sənədlərini açıqlamaq kimi müqəddəs vəzifəni öz üzərinə götürmüşdü. Da Vinçi,
Bottiçelli və Nyuton kimi insanlar öz həyatlarını təhlükəyə ataraq əsrlər boyu bu
sənədləri qruyub öz müqəddəs missiyalarını yerinə yetirmişlər. Budur, indi
həqiqəti aşkarlamaq anı yetişəndə, Cak Sonyer gözlənilmədən qərarı dəyişir.
Yüksək səlahiyyətlərə malik insan öz borcunu yerinə yetirmədi. O, qərara aldı ki,
hələ bunun vaxtı deyil. - O, Sofiyə tərəf çevrildi. – O, Qraalla alver etdi. O, Sion
Prioratını aldatdı. O, əsrlər boyu bu müqəddəs anın yaxınlaşması üçün həyatlarını
riskə atanların ruhuna xəyanət etdi.
- Siz?! – Sofi ucadan dedi və qəzəbdən parıldayan yaşıl gözləri ilə Tibinqə
baxdı. – Deməli, babamın qətlində siz günahkarsınız?..
Tibinq dedi:
- Sizin babanız və onun köməkçiləri müqəddəs Qraala xəyanət etdilər!
Sofi bərk qəzəblənmişdi. Yalandır! O, yalan deyir!


- Sizin babanız Kilsəyə satılmışdı, - Tibinq onun sözünü kəsdi. – Yəqin ki,
keşişlər onun ağzını yummaq üçün təzyiqlər edirmiş.
Sofi başını yırğaladı:
- Kilsə mənim babama heç cür təsir edə bilməzdi!
Tibinq acı-acı güldü:
- Amma, mənim əzizim, Kilsənin bu işdə böyük təcrübəsini nəzərə almamaq
olmaz. Kilsə iki min il ərzində bu sirri faş edə biləcək təqib və məhv edib. İmperator
Konstantinin dövründən üzü bəri Mariya Maqdalina və İsa Məsihin münasibətləri
haqqında əsil həqiqətləri gizlədə bilib. Ona görə də, təəccüblü deyil ki, keşişlər bu
gün də dünyanı bəlirsizlikdə saxlamaq üçün üsullar tapıblar. Bəli, Kilsə kafirləri
məhv etmək üçün daha xaç yürüşləri təşkil etmir. Amma bu, keşişlərin təsir
dairəsinin azaldığına dəlil deyil. Onların aqressivliyi qətiyyən azalmayıb. – O,
sözünə ara verib dedi. – Miss Neve, babanız deyəsən, ailəniz barədə həqiqətləri
sizə demək istəməyib.
Sofi sarsıldı.
- Siz haradan bilirsiniz?
- Bu, vacib deyil. Əhəmiyyətli olan başqa şeydir. Sizin bilməyiniz vacib olan
odur ki, Miss Neve, ananızın, atanızın, qardaşınızın və nənənizin ölümü heç də
təsadüfi olmayıb.
Bu sözlər Sofini heyrətə saldı. Onun nitqi tutuldu. Nəsə demək istədi, amma
boğazındakı qəhər imkan vermədi.
Lenqdon başını yırğalayıb dedi:
- Siz nə deyirsiniz?
- Robert, axı bu, hər şeyi aydınlaşdırır. Hər şey uyğun gəlir. Tarix təkrar olunur.
Kilsənin bunda təcrübəsi var. O, Qraal tarixçəsini gizlətmək üçün qətllər
törətməkdən belə çəkinməyib. Yeni minillik başlandı və Böyük Ustadın, Cak
Sonyerin qətli başqalarına dərs olmalıdır. Robert və Sofi, ağzınızı yumun, yoxsa
növbəti qurbanlar siz olacaqsınız.
- Axı, onlar avtomobil qəzasında həlak olublar, - Sofi mızıldadı. Onun ürəyi
darıxırdı. – Bədbəxt hadisə nəticəsində!
- Uşaqları aldatmaq üçün gözəl nağıldır, - Tibinq dedi. – Bir yaxşıca fikirləşin.
Ailənin yalnız iki üzvü sağ qalıb. Prioratın Böyük Ustadı və onun nəvəsi. Kilsənin
təşkilat üzərində nəzarətini təmin etmək üçün bundan yaxşı cütlük olmaz. Son illər
ərzində Kilsə sizin babanızı hansı terrora məruz qoyub, yalnız təxmin edə bilərəm.
Yəqin ki, onlar babanız Sanqril sənədlərini faş edəcəyi təqdirdə sizi, onun yeganə
nəvəsini öldürəcəkləri ilə hədələyiblər. Ona görə də böyük nüfuz sahibi olan
babanız Prioratı fikrindən dönməyə məcbur edib.
- Qulaq asın, Lyu, - Lenqdon onun sözünü kəsdi. Yalnız indi o, özünə gəlmişdi.
– Etiraf edin ki, bütün bu ölümlərdə Kilsənin əli olduğu barədə sübutlar sizdə
yoxdur. Keşişlərin Prioratı susmağa məcbur etməsini də sübut edə bilməzsiniz.


- Sübut? – Tibinq onun sözünü kəsdi. – Priorata təzyiq edilməsi barədə başqa
nə sübut lazımdır? Yeni minillik başlayıb, amma hələ də bütün dünya bəlirsizlik
içindədir. Məgər bu, sübut deyil?
Tibinqin sözləri hündür qübbənin altında əks-səda verdi. Sofinin qulaqlarında
isə tamam başqa səs cindildəyirdi. Babasının səsi. Sofi, mən ailəmiz haqqında
həqiqəti sənə danışmaq istəyirəm. Yalnız indi o, titrədiyini hiss etdi. Doğrudanmı,
babası ona məhz bunu – ailəsinin qətlə yetirildiyini demək istəyib? Onun ən yaxın
adamlarının həyatın son qoyan bu avtomobil qəzası haqqında ona nə məlumdur
ki? Bəli, ümumi detallardan başqa heç bir şey. Bu bədbəxt hadisə hətta qəzetlərdə
də dumanlı şəkildə təsvir olunmuşdu. Bu bədbəxt hadisəydimi? Yoxsa, təsəlliverici
gecə nağılı? Və Sofi birdən babasının onu necə qoruduğunu xatırladı. Uşaq
vaxtlarında onu bircə saniyə də tək buraxmırdı, babası. Sofi böyüyüb universitetə
qəbul olandan sonra da babasının nəzarətində olduğunu hiss edirdi. Ona gəlirdi ki,
babası onun hər addımını izləyir. Bəlkə, doğrudan da Prioratın xüsusi adamları
gizlicə izləyirmiş?
- Deməli, sizcə Sonyerlə manipulyasiya edirmişlər? – Lenqdon Tibinqə şübhə
ilə baxaraq dedi. – Deməli, onu siz öldürmüsünüz?
- Tətiyi mən çəkməmişəm, - o, cavab verdi. – Sonyer çoxdan, Kilsə onun
ailəsini əlindən alanda ölüb. Amma indi o, öz müqəddəs borcunu yerinə
yetirmədiyi üçün çəkdiyi vicdan əzabından xilas olub. İndi isə gəlin alternativlərə
baxaq. Nəsə etmək lazımdır. Dünya bundan sonra da, bəlirsizlikdə qalmalıdırmı?
Kilsənin bundan sonra öz kitabları vasitəsi ilə insanların beynini yalan ideyalarla
doldurmasına imkan verək? Kilsənin öz nüfuzunu təqiblər, yalanlar, qətllər yolu ilə
artırmasına icazə verəkmi? Yox, bunların sonu olmalıdır! Və bunu biz etməliyik. Biz
Sonyerin əvəzinə onun borcunu ödəməliyik, onun dəhşətli səhvini düzəltməliyik. –
O, bir anlığa susdu. – Biz üç nəfər. Biz bir yerdə hərəkət etməliyik.
Sofi qulaqlarına inanmırdı.
- Bizim kömək edəcəyimizi siz necə düşünə bilərsiniz?
- Əzizim, sadəcə ona görə ki, Prioratın bu sənədləri aşkarlamasından imtina
etməsinə səbəb siz olmusunuz. Babanızın sizə olan məhəbbəti onu zəiflədərək
Kilsənin quluna çevirdi. Yeganə doğma və yaxın itirmək qorxusu onun əl-qolunu
bağladı. O, həqiqəti daha heç vaxt deyə bilməyəcək, çünki onu gözləməyə siz
məcbur etdiniz, onun əl-qolunu siz bağladınız. Həqiqəti dünyaya bildirmək indi
sizin borcunuzdur. Siz Cak Sonyerin ruhu şad olsun deyə, bunu etməlisiniz.
Robert Lenqdon Tibinqin əsil məqsədinin nə olduğunu ayırd etməyə çoxdan
son qoymuşdu. Onu yalnız bir şey narahat edirdi: Sofini burdan necə sağ və
salamat çıxartsın. Əvvəllər özünü Tibinqin qarşısında günahkar sayırdı, indi isə
Sofiyə görə vicdan əzabı çəkirdi.
Mən onu Şato Villetə apardım. Mən də cavabdehəm.
Tibinqin onları burda, Çepter-Hausda soyuqqanlılıqla güllələcəyinə Lenqdon
inanmırdı. İndi o, Tibinqin çox günahsız adamları qurban verdiyini anlayırdı. Belə


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə