Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə113/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   107   108   109   110   111   112   113   114   115

Kilsə xidmətçisi Lenqdon və Sofini görüb, vaxtın gec olmasına baxmayaraq
onları gülərüzlə salamladı. Və məbədə baxmağa dəvət etdi.
Lenqdon minnətdarlıqla başını tərpədib yoluna davam etdi. Sofi isə hələ
qapının ağzında idi, üzündən təəccübləndiyi və çaşıb qaldığı aydın görünürdü.
- Nə olub? – Lenqdon soruşdu. Sofi kilsəyə baxırdı.
- Mənə elə gəlir ki… burda olmuşam.
Lenqdon təəccübləndi:
- Amma siz, Roslin kilsəsi barədə heç nə eşitmədiyinizi demişdiniz.
- Eşitməmişəm… - o, tərəddüdlə ətrafa baxdı. – Yəqin ki, uşaq vaxtlarımda
babam məni bura gətirib. Bilmirəm. Xatırlamıram. Amma hər şey tanış gəlir. – Sofi
kilsənin içindəki əşyalara baxmağa davam etdi. – Hə, dəqiq. – O, irəlini göstərdi. –
Bu iki sütun. Mən bunları dəqiq görüməşm.
Lenqdon onun göstərdiyi yerə baxdı və binanın uzaq küncündə üstündə
naxışlar oyulmuş iki sütun gördü. Ağ daş qızılı-qırmızı haşiyələrlə bəzədilmişdi,
batmaqda olan günəşin şüaları pəncərədən onların üstünə düşürdü. Sütunlar,
adətən mehrabın olduğu yerdə qoyulmuşdu və çox qəribə görünürdü. Soldakı sadə
şaquli xətlər üzrə oymalarla, sağdakı isə mürəkkəb spiralvari naxışlarla
bəzədilmişdi.
Sofi onlara tərəf addımladı. Lenqdon da onun arxasınca tələsdi. Sütunlara
yaxınlaşa Sofi qətiyyətlə dedi:
- Bəli, mən onları gördüyümə, tamamilə əminəm!
- Şübhə etmirəm ki, siz onları görmüsünüz. – Lenqdon dedi. – Amma burda
olmaya da bilər.
Sofi ona tərəf çevrildi:
- Siz nə demək istəyirsiniz?
- Bu sütunların hər yerdə çoxlu oxşarı var. Əsrlər boyu dəfələrlə onların
oxşarını düzəltmişlər.
- Roslinin oxşarı? – Sofi ucadan dedi.
- Xeyr. Sütunların oxşarı. Yadınızdadırsa, mən sizə Roslin kilsəsinin Süleyman
məbədinə bənzədiyini demişdim. Bu iki sütunun oxşarı nə vaxtsa Süleyman
məbədinin girişində ucaldılmışdı. – Lenqdon soldakı sütunu göstərdi. – Bu Boaz
yaxud Mason sütunu adlanır. Sağdakı isə Çaçin yaxud Şəyird sütunu. – O, sözünə
ara verib dedi. – Ümumiyyətlə, hər bir mason məbədində belə iki sütun var.
Lenqdon tampliyerlər ordeni ilə müasir gizli mason təşkilatları arasında
əlaqənin olduğunu Sofiyə danışmışdı. Cak Sonyerin son şerində Roslini daş
oymalarla bəzəmiş mason-ustalar haqqında işarələr vardı. Şerdə kilsənin ulduz və
planetlərin təsviri oyulmuş tavanı haqqında da deyilirdi.
- Mən mason məbədində heç vaxt olmamışam, - Sofi sütunlara baxıb etiraf
etdi, - amma əminəm ki, sütunları məhz burda görmüşəm. – O, yenə də ətrafa
baxıb yaddaşını təzələyəcək nəsə görməyə çalışdı.


Turistlər gedirdilər, ekskursiya bələdçisi gülərüzlə Lenqdon və Sofiyə tərəf
addımladı. Bu, iyirmi yeddi yaşlarında hündür çəkmə geymiş gənc oğlan idi. Saçları
saman kimi uzun və sarı idi.
- Biz bağlamaq istəyirik. Sizə kömək lazımdırmı?
Qraalı tapmağa bizə kömək edə bilərsinizmi? – Lenqdon düşündü.
- Kod! – Birdən Sofi dedi, onun üzü canlandı. – Burda kod olmalıdır!
Gənc adam gülümsündü:
- Bəli, o burdadır, mem.
- Tavanda, - Sofi sağ tərəfi göstərib mızıldadı, - bax, orda…
- Görürəm ki, siz burda ilk dəfə deyilsiniz, - gənc oğlan dedi.
Kod, Lenqdon düşündü. O, Kilsənin bu memarlıq xüsusiyyətini tamam
unutmuşdu. Hər şeydən başqa, Roslin kilsəsi yüzlərlə daş blokları olan qübbəli tağı
ilə də məşhur idi. Hər blokun üstündə bir simvol vardı. İlk baxışdan bu simvollar
ixtiyari düzülmüşdü, amma onlar bir yerdə şifrəli mətn təşkil edirdi. Bu mətni isə
indiyədək heç kim aça bilməmişdi. Bəziləri bu kodun yeraltı tikilinin girişini
göstərdiyini deyirdi. Başqaları burda Qraalın əsil tarixinin şifrəli şəkildə yazıldığını
hesab edirdi. Əsrlər boyu kriptoqraflar bunun üstündə baş sındırmışdılar – amma
əbəs yerə. Hətta bu gün Roslin Fondu bu simvolların mənasını tapan adama külli-
miqdarda mükafat vəd etmişdi. Amma bu hələ də sirr olaraq qalırdı:
- Sizə bələdçilik edəcəyimə şadam…
Mənim ilk kodum, o, qübbəli tağa, sanki transdaymış kimi yaxınlaşaraq
düşündü. O, Qızılgül rəngli mücrünü Lenqdona verib Qraal, Sion Prioratı və digər
sirləri müəyyən müddətə unutdu. Və budur indi, simvollarla dolu qübbəli tavanı
gördükdə xatirələrini yada saldı. O, burda ilk dəfə necə olduğunu xatırlayıb məyus
oldu.
O, hələ kiçik qız idi… onun ailəsinin həlak olmasından bir il keçirdi. Babası
tətildə onu Şotlandiyaya gətirmişdi. Parisə, evə qayıtmazdan əvvəl onlar Roslin
kilsəsinə baxmağı qərara aldılar. Axşam düşmüşdü, kilsə bağlı idi. Amma onlar
necəsə kilsəyə girə bildilər.
- Tezliklə evə gedəcəyik, baba? – Sofi dedi. O, çox yorulmuşdu.
- Tezliklə qızım. – Babasının səsi qəmgin idi. – Burda mənim balaca bir işim var.
Bəlkə, maşında gözləyəsən?
- Çox vacib işdir, hə?
Babası başını tərpətdi:
- Mən tez gələcəm. Söz verirəm.
- Bəs, tağın üstündəki koda bir də baxmaq olarmı? Bu çox maraqlıdır!
- Bilmirəm! Mən bir dəqiqəliyə çıxmalıyam, əzizim. Tək qorxmazsan ki?
- Mən heç nədən qorxmuram! – o dedi. – Hələ hava qaralmayıb!
O gülümsündü:
- Yaxşı, qoy sən deyən olsun. – deyə babası onu qübbəli tağa tərəf apardı.
Sofi daş döşəməyə uzanıb başının üstündəki maraqlı rəsmlərə baxdı.


- Mən bu kodu tapa bilərəm! Özü də sən gələnə qədər!
- Onda tələs! – babası əyilib onun alnından öpdü və yan qapıya tərəf getdi. –
Mən bir dəqiqəliyə çıxıram. Qapını açın qoyuram. Nəsə olsa, çağırarsan. – O, bu
sözləri deyib çıxdı.
Sofi döşəməyə uzanıb işarələrə baxırdı. Gözləri yumulurdu. Bir neçə
dəqiqədən sonra işarələr bir-birinə qarışdı, sonra tamam itdi. O, yuxulamışdı.
Sofi soyuğun təsirindən oyandı.
- Grand-pere?
Cavab gəlmədi. Sofi ayağa qalxıb donunu çırpdı. Yan qapı açıq idi. Hava
qaralmışdı. O, həyətə çıxıb babasını gördü. O, kobud daşlardan tikilmiş kiçik evin
artırmasında dayanıb kimləsə danışırdı. Sofi şüşəli qapının o tərəfində dayanan
adamı görmədi.
- Baba! – o, yenə çağırdı.
Babası çevrilib ona əl elədi və azca da gözləməsini istədi. Sonra söhbət etdiyi
adama nəsə deyib əli ilə ona öpüş yolladı. Qayıdıb Sofiyə yaxınlaşdı. Onun gözləri
yaşarmışdı.
- Baba, niyə ağlayırsan?
O, Sofini qaldırıb bərk-bərk qucaqladı.
- Ah, Sofi! Biz bu səninlə çox adama «əlvida demişik». Bu çox ağırdır.
Sofi qəzanı xatırladı, ana-atası ilə, nənəsi və kiçik qardaşı ilə necə vidalaşdığı
yadına düşdü.
- Sən, indi başqa adamla vidalaşırdın, hə?
- Çox yaxın və sevdiyim əziz dostumla, - o, boğuq səslə dedi. – Qorxuram ki,
onu çox uzun müddət görməyim.
Lenqdon kilsənin divarlarına baxırdı və yenə də dalana dirəndiklərini hss
edirdi. Sofi tacdakı koda baxmağa getdi və içində Qraalın yerini göstərən kağız olan
mücrünü Lenqdona verdi. Amma bu son açar da köməyə gəlmirdi. Sonyerin şerri
tamamilə aydın şəkildə Roslin kilsəsini göstərsə də, Lenqdon ünvanı düz
tapdıqlarına əmin deyildi. Şerdə «qab» və «qılınc» sözləri vardı. Amma bu
simvolları o, burda görməmişdi.
QƏDİM ROSLİNİN ALTINDA
QRAAL SİZİ GÖZLƏYİR.
ORDA GİRİŞİ QAB VƏ
QILINC QORUYUR.
Lenqdon yenə də hiss etdi ki, o, hansısa xırda, amma mühüm detalı unudur.
- Maraqlandığım üçün məni bağışlayın, - ekskursiya bələdçisi gözlərini
Lenqdonun əlindəki mücrüdən çəkməyərək dedi. – Amma bu mücrü… soruşmaq
olarmı, bu, sizə hardandır?
Lenqdon yorğun-arğın gülümsədi:
- Bu, çox uzun əhvalatdır.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə