Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə114/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   107   108   109   110   111   112   113   114   115

Gənc adam nədən başlayacağını bilmədiyindən tərəddüd edirdi. Və gözlərini
mücrüdən çəkmirdi.
- Qəribədir… amma, mənim nənəm də beləsi var… qiymətli əşyalar üçün.
Lenqdon gənc adamın səhv etdiyinə əmin idi. Prioratın guşəli daşını saxlamaq
üçün əldə düzəldilmiş belə mücrü bir dənə ola bilərdi.
- Ola bilsin ki, buna çox oxşayır, amma…
Onların söhbətini yan qapının taqqıltısı kəsdi. Sofi heç nə demədən kilsədən
çıxıb təpənin enişi ilə bir az aralıdakı daş tikiliyə tərəf getdi. O, hara gedir?
Ümumiyyətlə, onlar bu kilsəyə girəndən bəri, Sofi özünü çox qəribə aparırdı.
Lenqdon həmsöhbətinə tərəf çevrildi:
- Siz bilirsinizmi, bu ev kimindir?
Gənc adam çaşqın halda başını tərpətdi:
- Bu ev keşişindir. Burda kilsənin kuratoru da yaşayır. O, həm də Roslin
Fondunun rəhbəridir. – O, bir az susduqdan sonra davam etdi: - Həm də, mənim
nənəmdir.
- Sizin nənəniz Roslin Fondunun rəhbəridir?
Gənc oğlan yenə başını tərpətdi:
- Mən onunla bu evdə yaşayıram, kilsəyə baxmağa kömək edirəm,
ekskursiyaya gələnlərə yol göstərirəm. – O, çiyinlərini çəkdi. – Bütün ömrümü
burda keçirmişəm. Nənəm mənim bu evdə böyüdüb və tərbiyə edib.
Lenqdon Sofidən sarı narahat olmuşdu deyə, onun ardınca evə tərəf yollandı.
Amma yolun yarısında birdən dayandı. Gənc oğlanın sözləri qulaqlarında
cingildəyirdi. Nənəm məni bu evdə böyüdüb və tərbiyə edib.
Lenqdon Sofinin uzaqlaşan fiquruna baxdı, sonra nəzərləri əlində tutduğu
mücrüyə dikildi. Yox, bu ola bilməz! O, gənc oğlana tərəf dönüb dedi:
- Siz deyirsiniz ki, bu mücrüdən nənənizin də var?
- Hə. Lap surəti kimidir.
- Bəs, bunu hardan əldə edib?
- Babam onun üçün düzəldib. Mən hələ körpə olanda babam ölüb. Amma
nənəm onu xatırlayır. Onun haqqında çox danışır. O, əsil usta olub. Əlləri qızıl imiş.
Lenqdon ipin ucunu tapdığını hiss edirdi.
- Dediniz ki, nənəniz sizi tərbiyə edib. Soruşa bilərəmmi ki, valideynlərinizin
başına nə iş gəlib?
Deyəsən, sual gənc adamı təəccübləndirmişdi.
- Onlar mən balaca olarkən ölüblər. Babamla bir gündə.
Lenqdonun ürəyi möhkəm döyünürdü.
- Avtomobil qəzasında?
Ekskursiya bələdçisinin yaşıl gözlərində təəccüb vardı.
- Bəli. Avtomobil qəzasında. O vaxt bütün ailəmiz həlak oldu. Mən babamı,
valideynlərimi və… - o susub, gözlərini aşağı dikdi. – və bacınızı itirdiniz, - Lenqdon
tamamladı.


Kobud daşdan tikilmiş ev Sofinin yaddaşında qaldığı kimiydi. Gecə düşmüşdü,
ev isti və rahat idi. Aralı qalmış şüşəli qapıdan təzəcə bişmiş çörəyin ətri gəlirdi.
Sofi yaxınlaşıb, birdən içəridə kiminsə boğuq-boğuq hönkürtüsünü eşitdi.
Astanadan baxıb yaşlı qadını gördü. Onun kürəyi qapıya tərəf idi. Amma Sofi
məhz onun ağladığını başa düşdü. Qadının dən düşmüş, uzun, gözəl saçları vardı.
Sofi ürəyi titrəyə-titrəyə artırmaya tərəf addımladı. İndi o, qadının əlində çərçivəyə
alınmış kişi fotoşəklinin olduğunu görürdü. Qadın şəkildəki üzü məyus-məyus
sığallayırdı.
Və bu üz Sofiyə çox tanış idi! Qrand-pere…
Yəqin ki, qadın onun ölümü barədə kədərli xəbəri dünən gecə eşitmişdi.
Bu vaxt Sofinin ayağının altında döşəmə cırıldadı, qadın geri çevrilib onunla
göz-gözə gəldi. Sofi qaçmaq istəyirdi, amma ayaqları sözünə baxmırdı. Qadın qeyri-
ixtiyari olaraq gah əlindəki şəkilə, gah da Sofiyə baxırdı. Sonra o, fotoşəkli rəfə
qoyub qapıya yaxınlaşdı. Onlar dayanıb şüşə arakəsmədən bir-birinə baxırdılar. Bu,
əbədiyyət kimi gəldi onlara. Qətiyyətsizlik, təəccüb, ümid – yaşlı qadının üzündə bu
hisslər vardı… Və nəhayət, dalğa kimi gələn sevinc parıltıları.
O, qapını açıb artırmaya çıxdı, əllərini uzadıb yumşaq ovuclarını Sofinin üzündə
gəzdirdi. Sofini sanki ildırım vurmuşdu.
- Ah, əziz balam!
Sofi onu tanımırdı, amma bu qadının kim olduğunu dərhal hiss etdi. Nəsə
demək istədi, amma ağzını aça bilmədi.
- Sofi!.. – qadın onu öpərək hönkürtü ilə ağlayırdı. Nəhayət Sofi zorla dillənə
bildi:
- Amma… babam, o demişdi ki, sizin hamınız…
- Bilirəm, bilirəm. – Qadın onun çiyinlərini qucaqlayaraq mehriban gözlərini
ondan çəkmirdi. – Biz babanla müxtəlif dəhşətli şeylər danışmağa məcbur idik. Və
bunu ona görə edirdik ki, başqa cür mümkün deyildi. Mən çox təəssüf edirəm…
Amma bunlar sənin təhlükəsizliyin üçün idi, Prinsessa.
Son sözləri eşidən Sofi dərhal babasını xaatırladı. Uzun illər boyu babası onu
belə adlandırmışdı – Prinsessa. Ona elə gəldi ki, babasının səsi daş qayalara dəyib,
Roslin qülləsinə qayıtdı. Yein təkinə keçib görünməz boşluqlarda uğuldadı.
Qadın Sofini qucaqlamışdı, onun gözlərindən yaş sel kimi axırdı.
- Baban həqiqəti sənə danışmağı çox istəmişdi! Amma siz küsmüşdünüz. O,
çox əzab çəkirdi, səninlə barışmağa var gücü ilə çalışırdı. Onun sənə
aydınlaşdıracağı o qədər şey vardı ki! o qədər! – O, Sofinin alnından öpüb qulağına
pıçıldadı: - Prinsessa, bundan sonra heç bir sirri olmayacaq. Sənin ailən haqqında
həqiqəti öyrənməyinin vaxtı yetişib.
***
Sofi nənəsi ilə artırmada oturub, sevincindən ağlayırdı. Onlara tərəf gənc
oğlan yaxınlaşdı. Onun gözlərində ümid vardı.
- Sofi?..


Sofi başını tərpətdi, göz yaşını silib ayağa qalxdı. Gənc oğlanın üzü ona tanış
deyildi. Amma onlar qucaqlaşanda hiss etdi ki, bu oğlan həmişə ona doğma olub,
damarlarından eyni qan axıb…
Tezliklə Lenqdon da onlara qoşuldu. Sofi dünənə qədər bu nəhəng dünyada
tənha olduğuna inana bilmirdi. Amma indi, qərib ölkədə, tanış olmayan yerdə, üç
nəfər ən yaxın insanın əhatəsində olanda anladı ki, o, doğma evini, yurdunu tapıb.
CV FƏSİL
Roslin gecə düşmüşdü.
Lenqdon artırmada tək dayanmışdı. Şüşəli qapının arxasından gələn şən
söhbətlərə, gülüşlərə qulaq asaraq gülümsəyirdi. Tünd braziliya qəhvəsi yuxunu
dəf etmişdi, amma bunun uzun sürməyəcəyini bilirdi. Son iki gündə çox
yorulmuşdu.
Lenqdon çevrildi. Qapıda Sofinin nənəsi dayanmışdı, gümüşü saçları ay
işığında parıldayırdı. İndi Lenqdon bilirdi ki, son iyirmi səkkiz ildə o, Mariya Şovel
adını daşımışdı.
Lenqdon gülümsəyib dedi:
- Sadəcə, uzun ayrılıqdan sonra ailə üzvlərinə sərbəst danışmaq lazım
olduğunu düşündüm. – o, pəncərədən Sofinin qardaşı ilə nə haqqındasa
danışdığını gördü.
Mari gəlib onunla yanaşı durdu.
- Mister Lenqdon, Cakın qətlə yetirilməsi xəbərini eşidən kimi, Sofidən sarı çox
narahat oldum. Və bu gün onu evimin qapısı ağzında görəndə xeyli yüngülləşdim.
Sizə təşəkkür etməyə söz tapmıram.
Lenqdon necə cavab verəcəyini bilmirdi. Bir az əvvəl o, Sofinin nənəsilə
təklikdə söhbət etməsinə imkan yaratsa da, Mari onun da əyləşib qulaq asmasını
istədi. Mister Lenqdon, ərim sizə çox inanırdı. Mən də inana bilərəm.
Lenqdon Sofi ilə birlikdə onun mərhum valideynlərinin tarixçəsinə lal
təəccüblə qulaq asdı. Qeyri-adi görünsə də, onun valideynlərinin hər ikisi
Merovinqlər sülaləsindən idi və İsa Məsihlə Mariya Maqdalinanın törəmələri
sayılırdı. Amma təhlükəsizlik məqsədi ilə familiyalarını dəyişdirib Plantar və Sen-
Kler qoymuşdular. Onların övladlarının damarlarında şah qanı axırdı, ona görə də,
onlar Sion Prioratının himayəsi və mühafizəsi altında idilər. Valideynləri səbəbi
bəlli olmayan avtomobil qəzasında həlak olanda Priorat narahat oldu. Bu onu
göstərirdi ki, kilsə onların hansı nəsildən olduğunu öyrənə bilib.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə