Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə111/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   107   108   109   110   111   112   113   114   115

Yepiskop Arinqarosa gülümsəyib cavab verdi:
- Allah həmişə məni qoruyub.
Tibb bacısı yaranı bağlayıb palatadan çıxdı. Üzünə düşən günəş işığından
xoşhallanırdı. Keçən gecə onun həyatında ən dəhşətli gecə idi.
O, meyiti parkda tapılmış, Saylas barədə düşünürdü.
Övladım, bağışla məni, xahiş edirəm…
İndi Arinqarosa öz planını həyata keçirmək üçün Saylası cəlb etdiyinə
təəssüflənirdi. Dünən axşam kapitan Bezu FAş ona zəng etmişdi. O, Sen-Sülpis
kilsəsindəki rahibənin qətlində iştirakda günahlandırılırdı. Arinqarosa anladı ki, o
gecə hadisələr gözlənilməz məcraya düşüb. Xəbərlər buraxılışından daha dörd
nəfərin qətlə yetirildiyini eşidib dəhşətə gəldi. Saylas, sən nə etmisən! Buna necə
cəsarət etdin! Sonra o, Ustadla əlaqə saxlamağa çalışdı, amma mümkün olmadı.
Yepiskop yalnız onda anladı ki, ondan sadəcə istifadə ediblər. Anladı ki, bundan
sonra baş verəcək dəhşətli hadisələrin qarşısını almağın yeganə çıxış yolu – hər
şeyi Faşa etiraf etməkdir. Belə də oldu və bu andan etibarən Arinqarosa Faşla
birlikdə Saylası tutmağa cəhd etdi, daha bir nəfəri öldürmək barədə rahibə əmr
verilməmişdən qabaq onu Ustadın əlindən almaq lazım idi.
Bütün bədənində yorğunluq və zəiflik hiss edən Arinqarosa gözlərini yumdu.
Televizorda məşhur Britaniyalı alim, cəngavər ser Lyu Tibinqin həbsi haqqında son
xəbərləri verirdilər. Ustad bizim hamımızı aldatdı. Güman ki, Tibinq Vatikanın
«Opus Dei»dən ayrılması barədə planlarını öyrənmişdi. Və öz planlarını həyata
keçirmək üçün yepiskop Arinqarosanı seçmişdi. Qraalın ovuna ondan başqa belə
inadkarcasına daha kim çıxa bilərdi? İtirməyə nəyisə olan adam çətin ki, buna
razılaşsın. Həm də, əfsanələrə inansaq, Qraal öz sahibinə görünməmiş hakimiyyət
və qüdrət gətirirdi.
Lyu Tibinq öz həqiqi sifətini yaxşıca gizlətmişdi. Fransız ləhcəsi ilə danışır,
özünü dindar adam kimi göstərir, mükafat kimi ehtiyacı olmadığı halda pul tələb
edirdi. Arinqarosa xoşagəlməz hadisənin baş verdiyindən şübhələndi. Qraalı əldə
etmək müqabilində iyirmi milyon avro miqdarında məbləğ heç nə idi, işin maliyyə
tərəfi isə, bu milyonları Vatikan «Opus Dei»yə dəbbə pulu kimi qaytarmaqla həll
olunacaqdı. Kor istədiyini görər. Amma Tibinqin fırıldaqçılığında ən təhqiramiz
məsələ o idi ki, o, bu məbləği, özünü təqdim edən şəxsə Vatikan Bankının istiqraz
vərəqələri şəklində verilməsini tələb etmişdi. Əgər nəsə baş versə, kələfin ucu qoy
Romaya gedib çıxsın.
- Müqəddəs ata, sizin sağaldığınıza çox şadam.
Arinqarosa bu xırıltılı səsi dərhal tanıdı, amma qapıda dayanmış bu insanın
sifəti ona tanış deyildi, - o, bu insanı tamam başqa cür təsəvvür etmişdi. Kobud
cizgilər, bir-birinə yapışmış qara saçlar, qara kostyumun altındakı köynəkdən
çıxmış yoğun boyun.


- Kapitan Faş? – Arinqarosa tərəddüdlə soruşdu. Dünən gecə kapitanın ona
göstərdiyi qayğıkeşlik, bu ciddi insanın görkəminə uyğun gəlmirdi. Kapitan yatağa
yaxınlaşıb Arinqarosaya yaxşı tanış olan ağır, qara portfeli stulun üstünə qoydu.
- Güman edirəm, bu sizindir.
Arinqarosa içi istiqraz vərəqləri ilə dolu olan portfelə baxdı və utandığından
başını yana çevirdi.
- Bəli… minnətdaram sizə, - o, bir qədər susduqdan sonra yenə davam etdi, -
Kapitan, mən bunların üstündə çox düşünmüşəm… sizdən bir şey xahiş etmək
istəyirəm.
- Hə, əlbəttə. Sizi eşidirəm.
- Saylasın Parisdə öldürdüyü insanların ailəsinə… - o susdu, boğazını qəhər
tutmuşdu. – Anlayıram, dəhşətli itkinin əvəzini heç bir pula ödəmək olmaz. Amma
siz, alicənablıq göstərib bu portfeldəki pulları ölənlərin ailəsi arasında bölsəniz…
Faşın qara gözləri yepiskopa diqqətlə baxırdı.
- Alicənab hərəkətdir, milord. Sizə söz verirəm ki, istəyiniz dəqiqliklə yerinə
yetiriləcək.
Yorucu fasilə yarandı.
Televizorda fransız polisinin hündürboy və arıq zabiti qədim malikanənin
qarşısında müsahibə verirdi. Faş onu tanıyıb gözlərini ekrana dikdi.
- Leytenant Kolle, - Bi-bi-sinin Britaniya üzrə müxbiri olan qızın səsindən
narazılıq hiss olunurdu, - dünən gecə sizin rəisiniz günahsız iki nəfəri qətl
törətməkdə ittiham etdi. Robert Lenqdon və Sofi Neve sizin idarəyə rəsmi şikayət
verəcəklərmi? Kapitan Faş bu səhvə görə üzr istəyəcəkmi?
Leytenant Kolle sakitcə gülümsəyib dedi:
- Öz təcrübəmə əsasən bilirəm ki, kapitan Bezu Faş çox nadir halda səhvə yol
verir. Bu məsələni hələlik onunla müzakirə etməmişəm, amma mənim şəxsi fikrimi
bilmək istəyirsinizsə… düşünürəm ki, agent Neve və mister Lenqdonun günahkar
kimi təqib olunmaları əsil qatili aldatmaq, onun ayıqlığını əlindən alıb sonra başının
üstünü kəsdirmək üçün idi.
Müxbirlər bir-birinə təəccüblə baxdılar. Kolle davam etdi:
- Mister Lenqdon və agent Neve bu planın könüllü iştirakçıları idimi, bunu
bilmirəm və deyə bilmərəm. Kapitan Faş belə informasiyaları tabeçiliyində olan
şəxslərlə bölüşmür. Bu da aydındır. Bir şeyi əminliklə və bütün məsuliyyətimlə
deyə bilərəm ki, kapitan artıq əsil günahkarı həbs edib. Mister Lenqdon və agent
Neve günahkar deyillər.
Faş Arinqarosaya tərəf çevrildi, onun dodaqlarında zorla hiss olunacaq
təbəssüm vardı.
- Bu Kolle, çox qabiliyyətlidir, işini biləndir.
Bir neçə saniyə də keçdi. Faş əli ilə yapışmış saçlarını sığalladı, sonra
Arinqarosaya baxıb dedi:


- Milord, Parisə qayıtmazdan əvvəl, bir suala aydınlıq gətirmək istəyirəm.
Söhbət sizin Londona sanksiyalaşdırılmamış uçuşunuzdan gedir. Kursu dəyişmək
üçün siz pilota rüşvət vermisiniz. Sizə məlumdurmu ki, belə hərəkətlər daşımalar
haqqında beynəlxalq qanuna ziddir?
- Başqa çarəm yox idi, - Arinqarosa pıçıldadı.
- Bəli, bu aydındır. Bunu mənimlə adamlarımla söhbət edərkən pilot da təsdiq
edib. – Faş əlini cibinə salıb qızıl üzüyü çıxartdı.
Faşdan üzüyü alıb barmağına taxanda yepiskopun gözləri yaşarmışdı.
- Siz çox alicənabsınız, - o, Faşın əlindən tutub yüngülcə sıxdı, - Çox sağ olun.
Kapitan əlini yelləyib pəncərəyə tərəf yaxınlaşdı. Dayanıb şəhərə baxdı, onun
fikri uzaqlarda idi. Sonra yenidən yepiskopa tərəf çevrilib dedi:
- Milord, burdan hara gedəcəksiniz?
Bir gün əvvəl təxminən belə bir sualı Arinqarosaya Qandolfo qəsrini tərk
edəndə də vermişdilər.
- Hesab edirəm ki, mənim yolum da sizin yolunuz kimi bəlli deyil.
- Hə, düzdür, - Faş cavab verdi. – Düşünürəm ki, tezliklə istefa verəcəyəm.
Arinqarosa gülümsədi.
Azca inamı olsa – insan möcüzələr yaratmağa qadirdir, kapitan. Bir azca
inam…
CIV FƏSİL
Əsasən Kodlar kilsəsi adlanan Roslin kilsəsi Şotlandiyada, Edinburqdan yeddi mil
aralıda yerləşirdi. O, qədim Mitra məbədinin yerində tikilmişdi. 1446-cı ildə onun
əsasını qoyan tampliyer-cəngavərlər daşların üstünü müxtəlif rəmzlərlə
bəzəmişdilər. Daha dəqiq desək, yəhudi, xristian, misir, mason və bütpərəst
ənənələrindən götürülmüş rəmzlərlə.
Kilsə şimaldan cənuba doğru Qlastonberidən keçən meridianın üzərində
yerləşirdi. Bu Qızılgül xətti Kral Arturun Avalon adasını da göstərirdi və müqəddəs
rəmzlərlə əlaqəli olan britan həndəsəsində başlanğıc nöqtə hesab edilirdi. Məhz bu
Qızılgül xəttinin oricinaldakı «Roslin» kimi yazılan adı Kilsəyə də verilmişdi.
Roslin kilsəsinin şpilləri yerə uzun kölgələr salmışdı. Robert Lenqdon və Sofi
Neve icarəyə götürdükləri maşını məbədin yerləşdiyi təpənin ətəyindəki parkda
saxlayanda, artıq axşam düşürdü.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə