Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə110/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   107   108   109   110   111   112   113   114   115

O, panikaya düşdü. YOX! O, kripteksi götürdü. Sirkə ovcuna tökülürdü. Tibinq
sanki məhv olan papirusu görürdü. Sən axmaqsan, Robert! İndi sirr əbədi olaraq
açılmayacaq!
Tibinq az qala ağlayacaqdı. Qraal məhv oldu. Hər şey bitdi. O, Lenqdonun belə
edəcəyinə inanmamışdı. Tibinq silindrin disklərini tərpətməyə cəhd etdi, nazik
papirus kağızının heç olmasa, qalıqlarını xilas etmək istədi. Silindrin uclarından
tutub dartdı və onun açıldığını görüb təəccübdən gözləri bərəldi.
Lyu, sakitcə köks ötürüb silindrin içinə baxdı. Bir neçə şüşə qırıntısını nəzərə
almasaq bomboşdur. Papirus kağızı yoxdur. Qalıqları da qalmayıb. Tibinq çevrilib
Lenqdona baxdı. Onun yanında Sofi dayanmışdı və Tibinqi tapança ilə nişan
almışdı.
Ser Lyu çaşqın halda gözlərini mərmər silindrə dikdi və yalnız indii disklərin
müəyyən qaydada düzüldüyünü gördü. Və beş thərfli sözü oxudu: APPLE – ALMA.
- Həvvanın dişlədiyi kürə, - Lenqdon sakitcə dedi, - buna görə Allahın qəzəbinə
tuş gəlmişdi. İlkin günah. Müqəddəs qadın başlanğıcının məhv edilməsinin
simvolu.
Bu an Tibinq hər şeyi başa düşdü. Hə, əlbəttə ki! İsaak Nyutonun qəbrini
bəzəyən kürə, onun başına düşən alma olmalı idi. Böyük alim bundan sonra
ümumdünya cazibə qanununu kəşf etmişdi. Onun əllərinin bəhrəsi, dölü! Burda
dölartıran bətnə işarə var!
- Robert, - baş verənlərdən tamamilə sarsılmış Tibinq mızıldadı, - siz onu
açmısınız… Bəs xəritə hardadır?
Lenqdon gözünü qırpmadan əlini tvid pencəyinin cibinə salıb ehtiyatla papirus
kağızını çıxartdı. Onu yavaş-yavaş açıb baxdı və gülümsədi.
O bilir! Tibinqə elə gəldi ki, indicə ürəyi partlayacaq.
- Mənə də deyin! – o yalvardı. – Xahiş edirəm, mənə də deyin! Allah xatirinə
yalvarıram! Hələ ki, gec deyil!
Bu vaxt dəhlizdə ayaq səsləri eşidildi. Lenqdon saitcə parirus kağızını büküb
cibinə qoydu.
- Yox! – Tibinq çarəsizcə qışqırıb ayağa qalxmaq istədi.
Qapı gurultu ilə açıldı və Bezu Faş meydanda qızmış öküz kimi, Çepter-Hausa
girdi. Qəzəbdən parıldayan kiçik gözlər hədəfi axtardı və nəhayət, döşəməyə
uzanmış Tibinqdə dayandı. Faş nəfəsini dərdi, tapançanı kobura qoyub Sofiyə tərəf
çevrildi.
- Şükür allaha, agent Neve siz mister Lenqdonla təhlükəni dəf etmisiniz. Mən
xahiş edəndə, siz gərək polisə gələydiniz.
Bu vaxt Britaniya polisləri otağa girib Tibinqi tutdular və onun əllərinə qandal
vurdular.
Sofi sarsılmışdı. O, Faşı burda görəcəyini gözləmirdi.
- Siz bunu necə tapdınız?
Faş Tibinqi göstərdi:


- O, səhvə yol verdi. Abbatlığın mühafizəçilərinə öz şəxsiyyət vəsiqəsini
göstərdi. Bu Adamı axtardağımızı bütün xidmətlərə xəbər vermişdik.
- O, Lenqdonun cibindədir! – Tibinq birdən çığırdı. – Qraalın yerini göstərən
xəritə!
Polislər Tibinqin qolundan tutub apardı. O, başını çevirib yenə də Lenqdonu
səslədi.
- Robert, mənə də deyin! Harda?
Lenqdon onun gözlərinin içinə baxıb dedi:
- Qraalın yerini yalnız ləyaqətlilər öyrənə bilər. Bunu mənə siz demisiniz, Lyu.
CII FƏSİL
Kensinqton-qardenz parkına duman çökmüşdü. Saylas axsaya-axsaya kolluqların
arasına girib gizləndi. Dizlərini yaş otların üstünə qoydu və yalnız indi böyründəki
yaradan qan axdığını hiss etdi. Qanı dayandırmağa cəhd belə etmədi. Dayanıb
irəliyə baxdı.
Duman hər şeyi tanınmaz dərəcədə dəyişmişdi. Saylasa elə gəlirdi Ki, bura
cənnətdir.
O, dua edirmiş kimi, əllərini açdı və yağış damcılarının barmaqlarındakı Qanı
yuyub aparmasına baxdı. Bərk yağan yağış onun kürəyinə və çiyinlərinə tökülürdü.
Saylasa elə gəlirdi ki, onun bədəni dumanın içində əriyir.
Mən ruham.
Budur, başının üstündən sakitcə əsən meh özü ilə nəm torpağın qoxusunu
gətirdi. Saylas bütün bədəni ilə dua edirdi. O, bağışlanması üçün dua edirdi.
Yaradandan mərhəmət istəyirdi. Amma Ən çox öz hamisi, yepiskop Arinqarosa
üçün dualar edirdi… Dua edirdi ki, Allah vaxtından əvvəl onu öz yanına aparmasın.
Onun bu dünyada görməli olduğu çox işlər qalıb.
Duman Saylası bürümüşdü və birdən o, özünün yüngülləşdiyini hiss etdi.
Sanki, azacıq mehin belə aparacağı yarpağa çevrilmişdi. O, gözlərini bağlayıb son
duasını etməyə başladı.
Hardansa Manuel Arinqarosanın səsini eşitdi. Bizim Allah böyük və
mərhəmətlidir, o pıçıldayırdı. Və Saylasın ürəyindəki ağrı getdikcə azalırdı: o,
yepiskopun həmişəki kimi haqlı olduğunu anladı.


CIII FƏSİL
Yalnız axşam tərəfi Londonun səmasında günəş göründü, damlar, yollar, səkilər və
otlar qurumağa başladı. Bezu Faş yorğunluqdan səntirləyə-səntirləyə polis
şöbəsindən çıxıb taksi saxladı. Ser Lyu Tibinq sorğu-sual zamanı öz
günahsızlığından ağzı köpüklənə-köpüklənə danışırdı. Onun Qraal, gizli sənədlər və
təşkilatlar haqqında ağlasığmaz sözlərini eşidən Faş belə nəticəyə gəldi ki, hiyləgər
qoca öz vəkilləri üçün zəmin hazırlayır. Onlara imkan yaradır ki, öz müdafiə
taktikalarını onun müvəqqəti ağlını itirməsi, dəliliyi üzərində qursunlar.
Dəliyə bir bax, Faş düşündü. Öz günahsızlığını sübut etmək üçün versiyanın
hazırlanmasında Tibinq dəlilərə xas olmayan yaradıcılıq göstərmişdi. Bu məqsədlə
o, «Opus Dei» və Vatikandan istifadə etsə də, sonradan aydın oldu ki, onların bu
məsələyə heç bir dəxli yoxdur. Onun çirkin göstərişlərini hansısa fanatik-rahib və
keşiş yerinə yetirirmiş. Bundan başqa, Tibinq dinləyici qurğunu əlil Adam üçün
əlçatmaz yerdə qoymuşdu. Danışıqlara onun xidmətçisi Remi qulaq asırmış. Elə bu
qulluqçunun sayəsində Tibinq şəxsiyyətini və onun bu işdə iştirakını
müəyyənləşdirmək mümkün olmuşdu. Demək lazımdır ki, Remi vaxtında bu
dünyanı tərk etmişdi – anafilaktik şoka düşüb ölmüşdü.
Bütün bunlar çətin ki, ağıldan kəm adamın işləri olsun, Faş düşündü.
Kollenin Şato Villet qəsrindən verdiyi informasiya təsdiq edirdi ki, Tibinqin
yaradıcılıq məharətindən Faş özü də öyrənə bilər. Parisin mühüm müəssisələrinin
birində səsötürücü «böcək» gizlətmək üçün Britaniya tarixçisi qədim yunanların
təcrübəsindən istifadə etmişdi. Troya atı. Tibinqin maraq dairəsində olan
məmurların əksəriyyəti müxtəlif antikvar əşyalar şəklində bahalı hədiyyələr
almışdılar, digərləri Tibinqin təşkil etdiyi auksiona gəlmişdilər. Sonyerlə isə tamam
başqa cür davranılmışdı. Tibinqin vəsaiti hesabına Luvrda yeni «Da Vinçi» guşəsinin
yaradılması imkanlarını müzakirə etmək üçün kurator Şato Villetə günorta
yeməyinə dəvətnamə almışdı. Dəvətnamədə ser Lyunun Sonyerin düzəltdiyi robot-
cəngavərə göstərdiyi maraq da qeyd olunmuşdu. Lütfkarlıq edib onu özünüzlə
gətirsəniz, çox xoşhal olarıq. Sadəcə baxmaq istəyirik. Sonyer ingilislə görüşməyə
getdi və robot-cəngavər günorta vaxtı Remi Leqaludekin nəzarətinə verildi. Onun
kifayət qədər vaxtı var idi ki, oyuncağın içərisinə səsötürücü «böcəyi» qoya bilsin.
Taksinin arxa oturacağında oturmuş Faş gözlərini yumdu. Parisə qayıtmazdan
əvvəl daha bir yerə baş çəkməyi unutmamalıyam.
Yaz günəşinin parlaq şüaları Müqəddəs Məryəm hospitalının palatasına
dolmuşdu.
- Siz bizim hamımızı təəccüöləndirdiniz, - tibb bacısı gülümsəyərək dedi. –
Demək olar ki, siz ölümdən qayıtdınız.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə