Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə112/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   107   108   109   110   111   112   113   114   115

Londondan Edinburqa uçarkən onlar bir az istirahət etmişdilər, amma irəlidə
onları nəyin gözlədiyini düşündüklərindən yata bilməmişdilər. Səmanın fonunda
kilsənin cizgilərinə baxan Lenqdon özünü dovşan yuvasına düşmüş Alisa kimi hiss
etdi. Yəqin ki, yuxu görürəm. Amma Sonyerin son yazısı məhz buy eri göstərirdi.
Qədim Roslinin altında Qraal sizi gözləyir.
Lenqdona elə gəlirdi ki, Qraalın xəritəsi – onun yerinin işarələndiyi sxem yaxud
diaqramm şəkil kimi olmalıydı. Amma deyəsən, Prioratın son sirrini açmaq üçün
onlar çox baş sındırmalı olacaqlar. Sonyer bunu da əvvəlkilər kimi şifrələmişdi. İlk
baxışdan sadə görünən şer kimi. Roslin kilsəsinin təsvirində bir neçə xarakterik
memarlıq xüsusiyyətləri xatırladılırdı.
Sonyerin son ismarıcının sadə görünməsinə baxmayaraq, Lenqdon özünə əmin
deyildi. Roslin kilsəsi çox məşhur yer idi. Əsrlər boyu Qraalın bu daş məbəddə
yerləşməsi haqqında əfsanələr dolaşmışdı. Son on ildə bu barədə artıq ucadan
danışırdılar. Sonra güclü radar vasitəsilə binanın altında yeraltı tikili olduğu
aşkarlandı. Bu müəmmalı «seyf» bütün binanı öz üzərində saxlayırdı. Həm də nə
girişi, nə də çıxışı vardı. Arxeoloqlar partladıcıların köməyilə zirzəmiyə girməyə
icazə istədilər, amma Roslin Fondu müqəddəs yerdə belə işlərin aparılmasını qəti
qadağan etdi. Bu da şayiələri daha da qızışdırdı. Roslin Fondu cəmiyyətdən nəyi
gizlin saxlamaq istəyir?
Kilsə ən aktiv ziyarətgaha çevrildi. Macəraaxtaranlar, sirr ovçuları deyirdilər ki,
guya onları buraya güclü maqnit sahəsi cəzb edir; çoxları yeraltı girişi axtardığını
bildirirdi. Amma əksəriyyət Qraal haqqında daha çox öyrənmək və müqəddəs
torpaqlarda gəzmək üçün bura gəldiyini söyləyirdi.
Lenqdon özü burda heç zaman olmamışdı, amma hər dəfə ona Qraalın Roslin
kilsəsində gizlədildiyini deyəndə gülmüşdü. Yox, ola bilər ki, uzaq keçmişdə, Qraalı
müəyyən müddətə barada saxlayıblar.
Amma indi aydındır ki, Qraal orda yoxdur, bu sadəcə mümkün deyil. Son on
ildə kilsə diqqət mərkəzində olmuşdu. Bundan başqa, insanlar gec-tez yeraltı
tikiliyə girmək üçün yol tapacaqdılar.
Qraalla məşğul olan ciddi alimlər bir şeydə həmrəy idilər: Roslin – Priorat
tərəfindən Qraal ovçularını yanlış izə salmaqdan ötrü xüsusi olaraq tikilmiş bir növ
tələ rolunu oynayır. Amma indii, son ismarıcı oxuyan Lenqdon buna əmin deyildi.
Bütün günü ona bir sual əzab vermişdi: Sonyer bu cür aydın hədəfə bizi niyə çətin
yolla gətirmişdi?
Yalnız bir cavab mümkün idi. Roslində bizim anlamadığımız və bilmədiyimiz
nəsə var.
- Robert! – maşının yanında durmuş Sofi onu çağırdı. Əlində Faşın ona
qaytardığı palisandr ağacından mücrü vardı. Yenidən yığılmış hər iki kripteks
mücrünün içinə qoyulmuşdu. Şer yazılmış papiruslar da burda idi.
Qraviy tökülmüş uzun cığırla addımlayan Sofi və Lenqdon kilsənin qərb
tərəfdəki məşhur divarının yanına gəlib çıxdılar. Adi tamaşaçılar hesab edirdilər ki,


qəribə şəkildə çıxıntısı olan divar – məbədin tikilməmiş hissəsidir. Lenqdona görə,
əslində bunun tarixi daha qədimlərə gedib çıxırdı.
Süleyman padşahın məbədinin qərb divarı.
Kilsənin əsasını qoyan tampliyerlər ordeninin cəngavərləri onu Süleyman
peyğəmbərin Yerusəlimdəki məbədinə oxşatmağı qərara almışdılar. Çıxıntısı olan
qərb divarı, dar, düzbucaqlı ibadətgah və yeraltı tikili – bütün bunlar nə vaxtsa
doqquz tampliyerin qyimətsiz xəzinəni tapdığı yerin, müqəddəs tikilinin oxşarı idi.
Bütün bu oxşarlıqlar – tampliyerlərin Şotlandiya torpaqlarında Qraal üçün daha
müasir bina tikdiyini sübut edirdi və Lenqdon bunları etiraf etməyə məcbur idi.
Roslin kilsəsinə giriş, o gözlədiyindən də sadə idi. Kiçik taxta qapının üstündə
«Roslin» yazılmış palıd lövhə vurulmuşdu.
Lenqdon Sofiyə izah etdi ki, bus öz «Qızılgül xətti» meridianının adından
yaranıb və kilsə məhz bu meridianda yerləşir. Sonra dedi ki, Qraal üzrə mütəxəssis
və alimlər «Qızılgül xətti»nin Mariya Maqdalinanın nəslini göstərdiyini hesab
edirlər.
Kilsə tezliklə bağlanacaqdı, ona görə də, Lenqdon qətiyyətlə qapını itələdi.
Sifətinə isti külək dəydi, məbəd sanki ağır iş günündən sonra nəfəsini dərirdi.
Girişdəki arkanı beşləçəkli oymalar bəzəyirdi.
Qızılgüllər. İlahənin bətni. Sofi ilə birlikdə Kilsəyə girən Lenqdon ona diqqətlə
və acgözlüklə nəzərdən keçirtdi. Sanki hər şeyi birdən bilmək istəyirdi. O
məbədlərdəki daş üstündə oymalar barədə çox oxumuşdu. Amma bunu öz
gözlərinlə görmək tamam başqa şeydir.
Rəmzlər cənnti – Lenqdonun kollegalarından biri buranı belə adlandırmışdı.
Divarlarda bir düym belə boş yer yox idi, hər yer simvollarla örtülmüşdü.
Xristian xaçları, yəhudi ulduzları, mason möhürləri, tampliyerlər ordeninin xaçları,
bolluq buynuzları, piramidalar, astroloci işarələr, bitkilər, tərəvəzlər, beşguşəli
ulduzlar və qızılgüllər. Tampliyer-cəngavərlər daş üstündə naxış oymağı yaxşı
bacarırdılar, bənnalar ittifaqı yaradıb bütün Avropada kilsə tikirdilər. Roslin onların
dahiyanə ustalığının ən gözəl nümunəsi idi. Dərhal görünürdü ki, onlar burda
xüsusi məhəbbətlə və canfəşanlıqla işləyiblər. Ustalar bir daşı belə rəsmsiz
qoymamışdılar. Roslin kilsəsi bütün dinlərin… bütün ənənələrin məbədi idi, amma
hər şeydən əvvəl o, Təbiəti və Müqəddəs qadın başlanğıcını mədh edən məbədgah
idi.
İçəridə gənc ekskursiya bələdçisinin başına toplaşmış turistlərdən başqa heç
kəs yox idi. O, turistləri adi, bəlli marşrutla, binanın daxili hissəsini birləşdirən
görünməz cığırla aparırdı. Yüz illər boyunca minlərlə insan bu nöqtələri birləşdirən
xətlər boyunca addımlamışdılar və döşəmədə nəhəng simvol yaranmışdı.
Davud ulduzu, Lenqdon düşündü. Yox, bu təsadüfi deyil. Süleyman möhürü
adı ilə də tanınan bu fiqur nə vaxtsa qədim münəccim-kahinlərin gizli simvolu
olmuşdu, sonralar yəhudi hökmdarları Davud və Süleyman bunu öz
hakimiyyətlərinin rəmzi kimi qəbul etmişdilər.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə