Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə109/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   105   106   107   108   109   110   111   112   ...   115

- Mənim ailəm avtomobil qəzasında həlak olub, - o, cavab verdi. – Polis bunu
tam müəyyən edib.
- Bəli, bu doğrudan da, avtomobil qəzası idi, - Saylas dedi, - mənim söhbət
etdiyim adam deyir ki, onların maşınının yoldan çıxıb çaya düşməsinə o səbəb
olub.
Sonyer susurdu.
- Müsyö Sonyer, mən sizə zəng etməzdim… amma bu adam sizi də təhlükə
gözlədiyinə eyham etdi. – Saylas sözünə ara verib dedi. – Bir də o, nəvəniz Sofi
haqqında danışdı.
Sofinin adı həlledici rol oynadı. Kurator Saylasdan xahiş etdi ki, o, təcili olaraq
Luvra gəlsin. O, öz kabinetini belə görüşlər üçün ən təhlükəsiz yer hesab edirdi.
Sonra təhlükəni xəbər vermək üçün Sofiyə zəng etməyə çalışdı. Lenqdonla olacaq
görüş yada düşmədi.
İndi, bir-birindən xeyli aralıda dayanmış Lenqdon və Sofiyə baxan Tibinq, bu
kompanyonları birgə işdən ayırdığını düşünürdü. Sofi Neve tamamilə özünü
itirmişdi, Lenqdon isə fikrini açar sözü tapmağa cəmləmişdi. Lenqdon Qraalın
əhəmiyyətini anlayır, indi Sofinin taley ionu maraqlandırmır.
- O, kripteksi heç vaxt sizin üçün açmaz, - Sofi dedi. – Açar sözü tapsa belə.
Tibinq Sofini nişan almağa davam edərək, Lenqdona tərəf baxdı. Silah işlətmək
lazım gələcək, indi buna heç bir şübhəsi qalmamışdı. Bu xoşuna gəlməsə də, bilirdi
ki, əgər lazım gəlsə, tərəddüdsüz tətiyi çəkəcək. Mən əlimdən gələn hər şeyi etdim
ki, onlar bu vəziyyətdən ləyaqətli çıxış yolu tapsınlar. Qraal mənə bu iki nəfərin
həyatından daha qiymətlidir.
Bu an Lenqdon pəncərənin qarşısından geri çəkilib ona tərəf döndü.
- Qəbir… - o, yavaş-yavaş dedi, onun gözləri parıldayırdı. – Mənə elə gəlir ki,
Nyutonun abidəsində nəyi və harda axtarmağı bilirəm. Bəli, mən açar sözü
tapmışam!
Tibinqin ürəyi bərk döyünürdü.
Robert, harda? Deyin mənə!
- Yox, Robert! – Sofi dəhşətlə çığırdı. – Deməyin! Siz ona kömək
etməyəcəksiniz, eləmi?..
Lenqdon əlində kripteks qətiyyətlə onlara tərəf addımladı.
- Heç nə deməyəcəm, - o, Tibinqin düz gözlərinə baxaraq sakitcə dedi, - siz onu
buraxmayınca, heç nə deməyəcəm!
Tibinqin üzü tutqunlaşdı.
- Robert, biz məqsədə çox yaxınıq. Mənimlə oyun oynamayın!
- Mən oyun oynamıram, - Lenqdon dedi. – Sadəcə onu buraxın, vəssalam.
Sonra Nyutonun sərdabəsinə gedərik və orda kripteksi birlikdə açarıq.
- Mən heç yerə getməyəcəm, - Sofi dedi. Onun yaşıl gözləri hirslə baxırdı. –
Kripteksi babam mənə verib. Onu siz açmamalısınız.
Lenqdon Sofiyə tərəf çevrildi, onun gözlərində qorxu vardı.


- Sofi, xahiş edirəm. Siz təhlükədəsiniz. Mən sizə kömək etmək istəyirəm!
Lenqdonun gözlərində qorxu vardı və onların dalaşıb bir-birindən ayrılacağına
hazır olduqlarını görən Tibinq istehza ilə güldü. Lenqdonun bütün cəhdləri,
deyəsən, bu xanıma təsir etmirdi. O, tarixin ən böyük sirrinin qapısının
astanasındadır, amma bu sirrin tapılmasında öz bacarıqsızlığını sübut edən bu
gözəlçənin taleyi onu daha çox narahat edir.
- Sofi… - Lenqdon yalvarırdı. – Sofi, siz getməlisiniz.
O, başını yırğaladı:
- Getməyəcəm. Kripteksi mənə verin, sonra. Ya da onu döşəməyə çırpıb
sındırın.
- Nə? – Lenqdon təəccübləndi.
- Robert, babam kripteksi qatilə verməkdənsə, onu sındırmağı üstün tutardı.
Həm də öz qatilinin! – Sofi sanki ağlayacaqdı, amma belə olmadı. İndii o, Tibinqin
gözlərinə baxırdı. – Hə, güllələyin! Babama məxsus olan əşyanı sizin kirli əllərinizə
təslim etməyəcəm!
Eybi yox, çox gözəl. Tibinq nişan aldı.
- Yox! – Lenqdon qışqırdı və əlindəki kripteksi yuxarı qaldırdı. – Lyu, mə nonu
sındıracam!
Tibinq güldü:
- Qorxu gəlirsiniz, Robert? Buna yalnız Remi Aldana bilər. Mən yox, bunu bilin.
- Siz, ciddi deyirsiniz, Lyu?
Əlbəttə. Məni heç nə ilə qorxutmayın. Mən sizin yalan danışdığınızı indii dəqiq
bilirəm. Sizin cavabı harda axtarmaq lazım olduğundan xəbəriniz belə yoxdur.
- Robert, bu doğrudanmı həqiqətdir? Doğrudanmı siz bilirsiniz, cavabı harda
axtarmaq lazımdır?
- Bilirəm.
Lenqdonun gözləri yalan deyirdi. Tibinq onun yalan danışdığına tam əmin
oldu. Bütün bunlar Sofini xilas etmək cəhdləridir. Yox, o, Lenqdona nahaq yerə bel
bağlamışdı. Təəssüf.
Mən yazıq və zəif insanların əhatəsində olan tənha cəngavərəm. Eybi yoxdur,
kod sözü bir təhər özüm taparam.
İndi Sofi ilə Lenqdon Tibinqi heç nə ilə qorxuda bilməzdi. Qraalla da həmçinin.
Qoy, onların qəbul etdiyi qərar, baha başa gəlsin, amma Tibinq bunu vicdanla
yerinə yetirəcək. Əsas – Lenqdonu kripteksi geri qaytarmağa inandırmaqdır, onu
sakitcə döşəməyə qoysun ki, mən onu götürə bilim.
- Etibar əlaməti olaraq, - Tibinq deyib tapançanın lüləsini aşağı saldı. –
Kripteksi yerə qoyun, gəlin sakitcə hər şeyi ayırd edək.
Lenqdon anladı ki, Tibinq onun qurduğu tələyə düşməyəcək.
O, Lyunun gözlərində qətiyyət görüb, kritik anın yetişdiyini anladı. Mən
kripteksi döşəməyə qoyan kimi, o, ikimizi də öldürəcək. O, bu anlarda Sofiyə tərəf
baxmırdı, amma onun əzabkeş ürəyinin çarəsizcə köməyə çağırdığını hiss edirdi.


Robert, bu adam Qraala layiq deyil. Kripteksi ona verməyin, xahiş edirəm! Bu,
ikimizin həyatı bahasına olsa belə.
Lenqdon bir neçə dəqiqə bundan əvvəl, pəncərənin qarşısında durub bağa
baxanda qərarını vermişdi.
Sofini qorumalı.
Qraalı qorumalı.
O, az qala qışqıracaqdı. Amma necə? Mən bunu bilmirəm!
Onun əzab çəkdiyi bu anlarda qəfildən beyninə bir fikir gəldi. Əvvəllər o, heç
vaxt belə hiss keçirməmişdi. Həqiqət sənin gözlərinin qarşısındadır! İş təkcə kod
sözdə deyil. Qraal özü səni çağırır. Qraalı ləyaqətsiz adama vermək olmaz.
Lyu Tibinqdən bir neçə yard aralıda duran Lenqdon kripteks tutmuş əlini
yavaş-yavaş aşağı saldı.
- Hə, Robert, bax belə, - Tibinq onu nişani alaraq pıçıldadı. – Qorxmayın, onu
döşəmənin üstünə qoyun…
Bu vaxt Lenqdonun başını yuxarı, Çepter-Hausun qübbəsinə tərəf qaldırdı.
Sonra daha da aşağı əyilib, ona tuşlanmış tapançanın lüləsinə baxdı.
- Məni bağışlayın, Lyu.
Və birdən Lenqdon kəskin hərəkətlə dikəlib cəld əlini yuxarı qaldırdı və
kripteksi tavana tərəf tulladı.
Tibinq barmağı ilə tətiyi necə çəkdiyini özü də hiss etmədi. «Meduza»dan
açılan atəş gurultu qopartdı. Bu an Lenqdon cəld geriyə sıçradı və güllə onun
ayaqlarının yanında döşəməyə dəydi. Tibinq ya nişan alıb yenə də atəş açmalıydı,
ya da yuxarı qübbəyə tərəf baxmalıydı. O, yuxarı baxdı.
Guşəli daş!
Sanki zaman durmuşdu, Tibinqin bütün diqqəti yuxarıya atılmış kripteksdəydi.
Budur o, ən yuxarı nöqtəyə çatdı… bir anlığa havada durdu… sonra çevrilib aşağı,
döşəməyə tərəf düşməyə başladı.
Bu kiçik və kövrək əşyada Tibinqin bütün ümid və arzuları toplanmışdı.
Kripteks yerə düşməməlidir! Mən onu tuta bilməyəcəm! Tibinq instinktiv olaraq
hərəkət edirdi. O, tapançanı tullayıb qoltuq ağaclarını buraxdı və irəliyə cumdu. Və
nəhayət son anda kripteksi tutmağa müvəffəq oldu.
Amma Lyu müvazinətini itirdi, ovcunda tutduğu silindrlə birlikdə üzü üstə
yıxıldı. Tibinq yıxılmağın ona baha başa gələcəyini anlayırdı. Əli döşəməyə çırpıldı,
kripteks əlindən düşüb daş döşəməyə dəydi.
Sınan şüşənin xırçıltısı eşidildi.
Tibinqə ani olaraq elə gəldi ki, o ölüb. O, ağzı ilə havanı udmaq istəyirdi, nəfəs
ala bilmirdi. O, soyuq döşəmədə uzanıb boş əllərinə və kənara diyirlənmiş silindrə
baxırdı. O, gözlərinə inanmaq istəmirdi. Və yalnız sirkə qoxusunu duyanda, Tibinq
hər şeyin məhv olduğunu nəhayət, anladı. Sirkəli maye kripteksin içindəkini məhv
etmişdi.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə