Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə106/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   102   103   104   105   106   107   108   109   ...   115

yağışda, bu qalın daş divarların arasında atılmış güllə səslərini heç kim eşitməzdi.
Bu fakt da Lenqdonu ehtiyatlı olmağa vadar edirdi.
Lenqdon Sofiyə baxdı: onun üzündən heç nə oxunmur. Kilsə Prioratı susmağa
məcbur etmək üçün onun bütün ailəsini məhv edib? Müasir Kilsənin buna əl
atması inanılası deyildi. Başqa bir izah olmalıdır.
- Gəlin Sofini buraxaq, - Lenqdon Tibinqin düz gözünün içinə baxaraq dedi. –
Bu məsələni ikimiz müzakirə edək.
Tibinq saxta gülüşlə dedi:
- Qorxuram ki, belə ehtiyatsızlıq etməyi özümə rəva bilməyim. Mən başqa şey
təklif edirəm. – O, Sofini nişan almağa davam edərək, o biri əli ilə cibindən
kripteksi çıxartdı. Əlində bir az saxlayıb onu Lenqdona uzatdı. – Etibar əlaməti
olaraq alın, Robert.
Robert yerindən tərpənmədi. Lyu könüllü olaraq guşəli daşı bizə verir? Bu ola
bilməz!
- Alın! – Tibinq dedi.
Lenqdon Tibinqin guşəli daşdan imtina etməsində yalnız bir səbəb görürdü.
- Deəmli, siz onu açmısınız. Xəritəni götürmüsünüz…
Tibinq etirazla başını yırğaladı:
- Ah, Robert! Əgər mən bu məsələni həll edə bilsəydim, çoxdan burda
deyildim. Qraalın dalınca gedərdim, sizi isə özümlə aparmazdım. Yox, mən cavabı
bilmirəm. Bunu sakitcə etiraf edirəm. Əsil cəngavər müqəddəs Qraal qarşısında
vicdanlı olmalıdır. O, yuxarıdan gələn işarələri anlamılıdır. Sizi abbatlıqda görən
kimi hər şeyi anladım. Siz bura bir səbəbə gəlmisiniz: mənə kömək etmək üçün.
Mən şöhrət istəmirəm. Mən Böyük Həzrətə xidmət edirəm, bundan lovğalanmaq
yersizdir. Həqiqət. Gerçəklik. Bəşəriyyət həqiqəti bilməyə layiqdir. Qraal bizi
birləşdirib. O, nəhayət, sirin açılmasını gözləyir. Birz bir yerdə işləməliyik.
Tibinq həqiqət və etibar haqqında dediyi sözlərə baxmayaraq, əlindəki
tapança Sofiyə tuşlanmışdı. Belə olduqda Lenqdon irəli gedib Tibinqin əlindən
soyuq silindri aldı. Silindrin içindəki maye pıqqıldadı. Lenqdon yenə geriyə çəkildi.
Silindrin diskləri öz yerindəydi. Kripteksi heç kim açmamışdı.
Lenqdon Tibinqə baxıb dedi:
- Əgər mə nonu döşəməyə çırpıb sındırsam necə olacaq?
Tibinq qəh-qəhə çəkdi:
- Mən hələ Templ kilsəssində anladım ki, sizin kripteksi sındırmaq hədələriniz
ucuz yalandır. Robert Lenqdon guşəli daşı sındırmaz. Six tarixçisiniz, Robert. İki
minillik sirin açarı, Qraalın itirilmiş açarı sizin əlinizdədir. Siz tonqallarda yandırılmış
cəngavərlərin ruhlarının səsini eşitməlisiniz. Onlar bu sirri mühafizə ediblər.
İstəyirsiniz ki, onların qurban getməsi əbəs yerə olsun? Yox, siz onların qisasını
almalısınız. Siz həmişə heyran olduğunuz və indii sizin yerinizdə olmağı şərəf hesab
edəcək Leonardo da Vinçi, Bottiçelli, Nyuton kimi dahilərə qoşulmalısınız. Bu


kripteksin sirri hamımızı çağırır. Bu sirr azadlığa can atır. Zaman yetişib. An gəlib.
Tale özü bu böyük ana bizi gətirib.
- Mən sizə kömək edə bilməyəcəyəm, Lyu, çünki kripteksi açmaq üçün lazım
olan sözü bilmirəm. Nyutonun qəbrinə bir neçə dəqiqə baxa bildim. Əgər açar sözü
bilsəydim belə… - Lenqdon yersiz danışdığını görüb susdu.
- Mənə deməzdiniz eləmi? – Tibinq köks ötürdü. – Etiraf edim ki, çox məyus
oldum, Robert. Həm də təəccübləndim. Təəccübləndim ki, siz mənə borclu
olduğunuzu hələ də anlamırsınız. Şato Villetə gələn kimi əgər Remi ilə mən sizi
aradan götürsəydik, bu, mənim işimi çox asanlaşdırardı. Amma mən hər şeyi riskə
atdım, Allah bilir nələrə getdim ki, sizinlə nəcib insan mkimi davranım.
- Siz, buna nəciblik deyirsiniz? – Lenqdon tapançaya işarə etdi.
- Bunlar hamısı Sonyerin günahlarıdır, - Tibinq tələsik dedi. – O və onun
senechaux-ları Saylasa yalan danışdılar. Belə olmasaydı, mən guşəli daşı çətinlik
çəkmədən əldə edərdim. Hardan bilim ki, məni aldatmaq üçün bu qədər uzağa
gedib guşəli daşı öz nəvəsinə, bu işlərə dəxli olmayan bir adama verəcək? – Tibinq
Sofiyə məzəmmətlə baxdı. – Elə bir vecsiz məxluqa ki, ona bu günə qədər simvollar
üzrə məşhur mütəxəssis dayəlik edir. – Tibinq yenə Lenqdona tərəf çevrildi. –
Xrşbəxtlikdən Robert, sizin iştirakınız hər şeyi dəyişdi. Həmma mənim üçün
müəyyən dərəcədə xilaskarlıq da etdiniz. Guşaləi daş həmişəlik o bankda qala
bilərdi, siz onu alıb düz mənim evimə gətirdiniz.
İndi nə etmək olar? Bəlkə, razılaşım? – Lenqdon düşündü. Axı, nə olur-olsun,
Tibinqlə məni doğrudan da çox şey birləşdirir.
İndi Tibinqin səsində özündən razılıq notları hiss olunurdu:
- Mən biləndə ki, Sonyer ölərkən sizə ismarıc yazıb, Priorata aid qiymətli
informasiya əldə etdiyinizi dərhal anladım. Bu nə idi: guşəli daşmı yoxsa onu harda
axtarmaq barədə məlumatmı? – bunu bilmirdim. Amma polis sizi təqibə
başlayanda, mənim yanıma gələcəyinizə əmin idim.
- Əgər gəlməsəydik? – Lenqdon dedi.
- Mən sizə necə kömək edəcəyimi artıq düşünmüşdüm. Qısası, necə olur-
olsun, guşəli daş Şato Villetə gəlməliydi. Və sizin onu düz mənim evimə
gətirməyiniz haqlı olduğumu sübut edir.
- Nə?! – Lenqdon ucadan dedi.
- Saylas Şato Villetə gəlib guşəli daşı sizdən almalıydı. Bununla da siz heç bir
zərər görmədən oyundan çıxmalıydınız. Həm də məndən şübhələnməyəcəkdilər.
Ancaq məsələnin mürəkkəb, Sonyerin kodlarının çətin olduğunu görüb, müəyyən
müddətə sizin köməyinizdən istifadə etmək qərarına gəldim. Guşəli daşı Saylas,
sonra da sizdən ala bilərdi.
- Templ kilsəsində, - Sofi dedi. Onun səsi qəzəb və nifrətlə dolu idi.
Hər şey öz yerini tutur, Tibinq düşündü. Templ kilsəsi guşəli daşı Sofi və
Lenqdondan almaq üçün ideal yer idi. Həm də onları bura gətirmək çətin deyildi,
Sonyerin şerində Londondakı qəbirə işarələr vardı. Saylas guşəli daşı əldə


etməyincə, Remi gizləndiyi yerdən çıxmamalıydı. Amma təəssüf, Lenqdonun
kripteksi döşəməyə çırpıb sındırmaq hədəsi Remini panikaya saldı. Əgər o vaxt, bu
axmaq Remi özünü gözə soxmasaydı, - Tibinq düşündü və özünün oğurlanmaq
quramasını xatırladı, - hər şey başqa cür olacaqdı. Axı Remi, onunla birbaşa əlaqəsi
olan yeganə adam idi və o, öz üzünü göstərməyə cəsaərt etmişdi!
Xoşbəxtlikdən, Tibinqin əslində kim olduğunu Saylas bilmirdi. Reminin
doğrudan da, limuzinin arxa oturacağında əsirin əl-qolunu sarıdığına rahibi
inandırmaq asan oldu. Sürücü oturacağı ilə salonun arxa hissəsi arasındakı
arakəsməni qaldırandan sonra, Tibinq sürücü ilə yanaşı oturmuş Saylasa zəng edir.
O, fransız ləhcəsində danışıb, özünü Ustad kimi qələmə verir və Saylasa «Opus
Dei»nin London rezidensiyasında gizlənməyi tapşırır. Sonra isə polisə bircə zəng
kifayət edirdi ki, artıq gərəksiz olan rahib oyundan uzaqlaşdırılsın.
Artıq ucları kəsib atmaq.
O biri «uc»la daha mürəkkəb idi. Remi.
Tibinq çox düşünüb-daşındı, amma başqa çıxış yolu tapmadı. Remi ona öz
sadiqliyini dəfələrlə sübut etmişdi. Amma Qraalın axtarışı həmişə qurban tələb
edib. Və qərar öz-özünə gəldi. Limuzinin mini-barında araxis bankası və kiçik
konyak şüşəsi vardı. Bir çimdik araxis tozu Remidə ölümcül boğulma yaratmağa
bəs edirdi. Onun araxisə qarşı allergiyası vardı. Remi limuzini Harsqardz-Pareyddə
saxladıqdan sonra, Tibinq maşından çıxıb, qapaqdakı qapıya yaxınlaşır və keçib
Reminin yanında oturur. Bir neçə dəqiqədən sonra çıxıb, arxa oturacaqdakı dəlilləri
məhv edir. Sonra öz missiyasını tamamlamağa yollanır.
Vestminster abbatlığı yaxınlıqda idi, Tibinqin metal qoltuq ağaclarını və
cibindəki kiçik «Meduza» tapançasını siqnalizasiya sistemi aşkar etsə də,
mühafizəçilər Tibinqi saxlamağa cəsarət etmədilər. Onu metal qoltuq ağaclarından
məhru edib metalaxtarıcının altından sürünüb keçməyə məcbur edək? O, bədbəxt
və şikəstdir. Tibinq onlara cəngavərlik rütbəsi aldığını sübut edən vəsiqəni də
göstərdi. Yazıq mühafizəçilər özlərini itirib əlil-lordu abbatlığa buraxdılar.
İndi isə, çaşıb qalmış Lenqdon və Neveyə baxan Tibinq, «Opus Dei»ni bu işə
necə qarışdırdığını deyib lovğalanmaqdan özünü güclə saxladı. Bunu sonra danışar.
İndi işlə məşğul olmaq lazımdır.
- Mes amis, - Tibinq fransızca dedi, - vous ne trouve pas le Saint-Graal, cest le
Saint-Graal qui vous trouve. (Mənim dostlarım, siz Müqəddəs Qraalı tapmırsınız,
Müqəddəs Qraal sizi tapır – fr.) – o gülümsədi. – Biz bir yoldayıq. Qraal özü bizi
tapıb və birləşdirib.
Lenqdonla Sofi susub qalmışdılar.
Tibinq bu dəfə pıçıltıyla dedi:
- Qulaq asın. Məgər eşitmirsiniz? Bu, əsrlərdən gələn Qraalın öz səsidir. Bizi
çağırır. O yalvarır ki, biz onu Prioratın pəncəsindən qoparıb xilas edək. Sizin əlinizə
unikal imkan düşüb. Dünyada yalnız biz üç nəfər kripteksi aça bilərik. – Tibinq bir
anlığa susdu, onun gözləri parıldayırdı. – Biz bir-birimizə sadiq qalacağımıza and


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə