Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə103/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   99   100   101   102   103   104   105   106   ...   115

kilsədən fərqli olaraq burda giriş mərkəzdən yox, yandan idi. Bundn başqa,
abbatlıqda əlavə tikililər də çox idi. Bircə yanlış addım, yanlış keçiddən keçmək,
hündür divarlarla əhatə olunmuş çoxlu keçidlər labirintində azmaq riskini artırırdı.
- Burda xidmətçilər qırmızı sutana geyirlər, - Lenqdon dedi və mərkəzə doğru
getdi. Cənub transeptinin uzaq küncündə qızılı mehrab görünürdü. Onun yanında
bir neçə adam iki əli və iki ayağı üstündə durmuşdu. O, bilirdi ki, şairlər guşəsində
(C.Çoser, A.Tennison, Ç.Dikkens və b. kimi şair və yazıçıların dəfn olunduğu
Vestminster abbatlığının bir hissəsi) belə səhnələrə tez-tez rast gəlinir, bu
adamların durduğu pozalar ona xoşagəlməz təsir bağışlayırdı. Döşəməsilənlər kimi
qurdalanırlar, yalnız adi döşəmənin yerinə altında ölülər uyuyan plitələrdir.
- Deyəsən, burda heç kim yoxdur, - Sofi dedi. – Bəlkə, özümüz qəbri axtaraq?
Lenqdon heç bir söz demədən, onu bir neçə addım da irəliyə aparıb sağ tərəfi
göstərdi.
Sofinin heyrətdən ağzı açıla qaldı – onun qarşısında binanın daxili gözəlliyi əks
olunmuşdu. Əlçatmaz gözəllik.
- Aha, indi başa düşürəm, - o dedi. – Bizə doğrudan da bələdçi lazımdır.
***
Bu vaxt azca aralıda, onlardan yüz yard məsafədə Sofi və Lenqdonun
görmədiyi xor pərdəsinin arxasında, ser İsaak Nyutonun möhtəşəm məqbərəsinə
kimsə yaxınlaşırdı. Ustad dayanıb qəbrə on dəqiqədən çox baxdı.
Qara mərmərdən olan böyük sarkofaqda dahi alimin klassik kostyumda
heykəli qoyulmuşdu. O, qürurla öz kitablarına söykənmişdi – «Natural fəlsəfənin
riyazi başlanğıcı», «Optika», «İlahiyyat», «Xronologiya» və sair. Nyutonun
ayaqlarının yanında iki qanadlı oğlan büküzlü kağızları açırdı. Onun arxasında çox
sadə və düzgün piramida vardı.
Piramida burda yersiz görünsə də, onun özü yox, onnun ortasında olan
həndəsi fiqur Ustadın diqqətini cəlb etdi.
Kürə.
Ustad Sonyerin tapmacasının üstündə indiyə qədər baş sındırırdı. Qəbirdən
itmiş kürəni tap… Böyük kürə piramidanın barelyefi şəklində idi, onun üstündə
bütün göy cisimləri təsvir olunmuşdu – bürclər, Zodika işarələri, kometlər, ulduzlar
və planetlər. Onun yuxarısında isə ulduzların əhatəsində Astronomiya ilahəsinin
alleqorik təsviri vardı.
Sonsuz sferalar.
Əvvəl Ustad əmin idi ki, qəbri tapan kimi yerində olmayan kürə və ya sferanı
müəyyənləşdirmək asan olacaq. O, göy cisimlərinin xəritəsinə baxdı. Hansı planet
burda çatmır? Bəlkə, hansısa bürcdə astronomik cismin biri yoxdur? O, heç nə
anlamırdı. Ustad elə düşünürdü ki, «papa tərəfindən dəfn edilmiş cəngavər»də
olduğu kimi burda da cavab sadə və aydındır. Mən hansı kürəni axtarıram? Qraalı
tapmaq üçün dərin astronomik biliyə malik olmaq lazım deyil, axı.
Qəbirdən itmiş kürəni tap.


Qızılgül çiçəyi – bəhrə verən bətnə bir işarədir.
Bu zaman Ustadın gözü turistlərə sataşdı. O, tezcə kripteksi cibinə qoyub,
turistlərin stolun üstünə qoyulmuş qaba nəzir atdıqlarına hirsli-hirsli baxdı.
Əllərində karandaş və qalın dəftər tutmuş bu adamlar sonra yollarına davam
etdilər. Yəqin ki, onlar Şairlər Guşəsinə gedib Çoser, Tennison və Dikkensi ziyarət
edəcəklər.
Təklikdə qalmış Ustad abidəyə daha da yaxınlaşıb ona təpədən dırnağa qədər
diqqətlə baxmağa başladı. Sarkofaqın dayandığı dırnaqlı pəncəyə baxdı, sonra
Nyutonun fiqurunu, onun əsərlərinin daş heykəlini, əllərində kağız olan iki mələyi
nəzərdən keçirtdi. Baxışları daha da yuxarıya dikildi. Budur, nəhəng kürə barelyefli
piramida.
Axı, burda hansı kürə olmalıdır?... və yoxdur?.. O, ehtiyatla cibindəki kripteksə
əlini sürtdü, məni Qraaldan cəmi beş hərf ayırır!
O, dərindən nəfəs alıb pərdənin arxasından çıxdı və baş mehraba aparan girişə
tərəf baxdı. Uzaqda qırmızı sutana geymiş yerli xidmətçi görünürdü. Onu iki nəfər
əllərini yelləyərək çağırırdılar… bu adamlar ona tanış gəldi.
Əlbəttə ki! Lenqdon və Neve.
Ustad sakitcə geriyə çəkilib pərdənin dalında gizləndi. Buranı nə tez tapıblar!..
O, şübhə etmirdi ki, Lenqdonla Neve gec-tez şerdəki cəngavərin kim olduğunu
anlayıb Nyutonun abidəsi yanına gələcəklər. Amma bunun belə tez olacağını o
gözləmirdi. Ustad bir daha dərindən nəfəs alıb öz şansını götür-qoy etdi. O,
çətinliklərə və xoşagəlməz sürprizlərə alışmamışdı. Necə olur-olsun kripteks
məndədir.
O, əlini yenə cibinə salıb ona qətiyyət verən ikinci əşyanı yoxladı. «Meduza»
tapançası. O, arkanın altından keçəndə gözlədiyi kimi, girişdəki detektorlar siqnal
verdi. Amma Ustad mühafizəçilərə tərs-tərs baxıb şəxsiyyət vəsiqəsini göstərəndə
onlar geri çəkildilər. Yüksək rütbəyə hörmət etmək lazımdır.
Ustad əvvəlcə kripteksin müəmmasını özü tapıb vəziyyəti mürəkkəbləşdirmək
istəmirdi. Amma Lenqdonla Sofinin gəldiyini görüb planını dəyişdi. Hadisələr daha
yaxşı nəticələrə gətirib çıxara bilərdi. Onun «kürə» ilə işi alınmadı, qoy onlar
kömək etsinlər. Əgər Lenqdon şerin şifrəsini açıbsa və kimin qəbrindən söhbət
getdiyini anlayıbsa, bəlkə kürəni də tapacaq. Ola bilsin ki, açar sözü artıq o bili rvə
belə olduqda, onu məcbur etmək lazımdır ki, bu sirri açıb desin. Təzyiq etmək
lazımdır və…
Əlbəttə ki, burda yox.
Sakit, gözdənuzaq yerdə.
Bu vaxt Ustad abbatlığa gələndə yolda gördüyü kiçik elanı xatırladı və dərhal
anladı: bundan yaxşı yer tapmaq olmaz, yalnız onları tələyə necə salmağı
düşünmək lazımdır.
Məsələ ondadır ki, onları bu yerə necə çağıracaq.


XCVIII FƏSİL
Lenqdon və Sofi şimal girişinə tərəf yavaş-yavaş addımlayırdılar. Onlar bir xeyli
getdilər, amma Nyutonun qəbrinə yaxşıca baxa bilmədilər. Sarkofaq dərin oyuqda
yerləşirdi və onu yalnız müəyyən bucaq altında görmək mümkün idi.
- Orda heç kim yoxdur, - Sofi dedi.
Lenqdon başını tərpətdi. Oyuğun qarşısı boş idi.
- Mən yaxınlaşacam, - o dedi. – siz isə burda gizlənin, əgər kimsə…
Amma Sofi kölgədən çıxıb qətiyyətlə oyuğa tərəf getdi.
- … bizi izləsə, - Lenqdon sözünü bitirib, köks ötürərək onun dalınca getdi.
Lenqdonla Sofi möhtəşəm məqbərəni görüb dayandılar. Qara mərmərdən
sarkofaq… kitablara söykənmiş Nyutonun heykəli… qanadlı iki oğlan… nəhəng
piramida… və … və böyük ölçülü kürə.
- Siz, bu haqda bilirdinizmi? – Sofi heyrətlə soruşdu.
Lenqdon başını yırğaladı. O, da belə bir şeny gözləmirdi.
- Deyəsən, onun üstündə bürclər təsvir olunub, - Sofi dedi.
Onlar yaxınlaşdılar, Lenqdonun heyrətdən ağzı açıla qalmışdı. Nyutonun
heykəli başdan-başa kürələrlə – ulduzlarla, kometlərlə, planetlərlə bəzədilmişdi.
Qəbirdən itmiş kürəni tap… samanlıqdaa iynə axtarmağa bənzəyir.
- Burda nə çox astronomik cisimlər var? – Sofi dedi.
Lenqdon qaş-qabağını tökdü. Onun fikrincə planetlərlə Qraal arasında yeganə
əlaqə beşguşəli Venera ulduzu ola bilərdi. Amma o, Templ kilsəsinə gələrkən
«Venus» sözünü kod kimi yoxlamışdı.
Sofi sarkofaqa tərəf getdi, Lenqdonsa əksinə geriyə addımlayıb
izlənilmədiklərini öyrənmək üçün ətrafa baxdı.
- «İlahiyyat», - Sofi kitabların adını oxudu, - «Xronologiya», «Optika», «Natural
fəlsəfənin riyazi başlanğıcı» - O, Lenqdona tərəf çevrildi. – Bunlar sizə nəsə
deyirmi?
Lenqdon yaxınlaşıb gözlərini qıyaraq baxdı.
- «Natural fəlsəfə…» Məncə burda söhbət planetlərin cazibə qüvvəsindən
gedir… yəni, kürələrin yaxud sferaların qravitasiya qanunu. Amma burda itmiş
kürənin nə mənası var… anlaşılmır.
- Bəs, Zodiak bürcləri? – Sofi kürənin üstündəki bürcləri göstərib dedi. –
Xatırlayırsınızmı, mənə Balıq və Dolça bürclərindən danışmışdınız?
Günlərin sonu, Lenqdon düşündü.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə