Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə107/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   103   104   105   106   107   108   109   110   ...   115

içməliyik. Bütün həqiqəti öyrənəcəyimizə və dünyaya çatdıracağımıza and
içməliyik.
Tibinqin düz gözlərinə baxan Sofi soyuq səslə dedi:
- Mən heç vaxt babamın qatilinə sadiq qalacağıma and içə bilmərəm. Amma
bir şeyə and içərəm: əlimdən gələn hər şeyi edəcəyəm ki, onu həbsxanaya
göndərim.
Tibinq məyus halda dedi:
- Mademuazel, çox təəssüf ki, siz belə düşünürsünüz. – Sonra Lenqdona tərəf
çevrilib tapançanı mona tuşladı: - Bəs, siz Robert? Mənimləsiz ya yox?
C FƏSİL
Yepiskop Manuel Arinqarosa fiziki əzablara dözməyə alışıq deyildi, sinəsi yandıran
güllə yarası onun ruhunu da ağrıdırdı.
O, gözlərini açdı, amma zəiflik və yağış damcıları gözlərini dumanlandırırdı.
Mən hardayam? O, hiss etdi ki, kiminsə güclü əlləri onun çiyinlərindən tutub
harasa sürüyür.
Əlini çətinliklə yuxarı qaldırıb gözünü sildi və bu adamın Saylas olduğunu
gördü. Nəhəng albinos onu palçıqlı səki ilə sürüyür və fəryad edərək köməyə
çağırırdı. Qırmızı gözləri irəli baxırdı, göz yaşları qan sıçramış ağappaq sifətindən
sel kimi axırdı.
- Mənim oğlum, - Arinqarosa pıçıldadı, - sən yaralısan?
Saylas gözlərini aşağı saldı, onun sifəti ağrıdan əyilmişdi.
- Mən sizin qarşınızda günahkaram, ata! – Danışmaq da onun üçün əzabverici
idi.
- Yox, Saylas, - Arinqarosa dedi. – Mən səndən bağışlanmağımı istəyirəm. Bu
mənim günahımdır. Ustad mənə söz verdi ki, heç bir qətl olmayacaq. Mənsə sənə
onun bütün dediklərinə əməl etməyi tapşırdım. Çox tələsdim. Çox qorxdum. Bizi
satdılar. Ustad bizə heç zaman Qraalı verməz.
Yepiskop şüurunu itirdi, Saylas onu əllərinə alıb apardı. Yepiskop keçmişi
xatırladı, özünü İspaniyada gördü. Yaxşı başlanğıc idi: Ovyedoda Saylasla birlikdə
kiçik katolik kilsəsi tikmişdi. O, özünü Nyu-Yorkda, Leksinqton-avenyuda «Opus
Dei»nin mənzil-qərargahının tikintisinin təşkili zamanı xatırladı.
Yeiskop Arinqarosa beş ay bundan əvvəl pis xəbər almışdı. Onun həyatı boyu
gördüyü bütün işlər təhlükə altındaydı. O, hər şeyi xatırladı, onun həyatını dəyişən


Qandolfo qəsrindəki görüşü xatırladı… Bütün bədbəxtliklər o dəhşətli xəbərdən
başladı.
… Arinqarosa qürurla, Qandolfo qəsrindəki Astronomik kitabxanaya girdi,
əmin idi ki, burda ona mükafat verəcəklər, Amerikada katolikliyin nümayəndəsi
kimi gördüyü işlərə görə minnətdarlıq edəcəklər.
Amma onu cəmi üç nəfər qarşıladı.
Vatikanın katibi. Qaraqabaq. Qaşqabaqlı.
Və iki yüksək çinli italyan kardinalı. Riyakar üzlü. Lovğa və zabitəli.
Katib? – Arinqarosa təəccübləndi.
Vatikanın hüquqi məsələlər üzrə katibi Arinqarosanın əlini sıxıb qarşı tərəfdəki
kreslonu göstərdi:
- Buyurun, əyləşin.
Arinqarosa nəsə pis şey baş verdiyini hiss edib əyləşdi.
- Yepiskop, mən çox danışmağın, dünyəvi dedi-qodunun həvəskarı deyiləm, -
katib dedi. – Ona görə də icazə Verin, məsələyə keçək, sizi buraya nə üçün
çağırdığımızı izah edək.
- Hə, əlbəttə. Mənim diqqətim sizdədir, - Arinqarosa cavab verdi və
kardinallara tərəf baxdı.
- Düşünürəm ki, - katib dedi, - «Opus Dei»nin ziddiyyətli fəaliyyəti nəticəsində
baş verən siyasi qalmaqallardan son zamanlar cənab-əqdəslərinin və Romanın
digər ruhanilərinin narahatlığı sizə yaxşı məlumdur.
Arinqarosanın tükləri biz-biz durdu. Kilsədə liberal dəyişikliklərin tərəfdarı kimi
çıxış etməklə Arinqarosanı məyus edən yeni pontifikdən dəfələrlə analoci iradlar
eşitmişdi.
- Sizi əmin etmək istəyirəm ki, - katib dedi, - cənab-əqdəsləri sizin kilsəyə
mənsub dindarların idarə edilməsində dəyişiklik tərəfdarı deyil.
- Bəs, mən nə üçün çağırılmışam?
Gombul köks ötürdü:
- Bilmirəm bunu sizə deyim, yepiskop, mən incə danışmaqda mahir deyiləm.
Ona görə mus-mus deyincə, birdəfəlik Mustafa deyəcəm. İki gün əvvəl Vatikanın
katiblər şurası «Opus Dei»nin Vatikandan ayrılması üçün gizli səsvermə keçirdilər.
Arinqarosa onu düzgün anlamadığına əmin idi.
- Bağışlayın?..
- Qısa desək, düz altı aydan sonra «Opus Dei» Vatikanın prelaturasına artıq
daxil olmayacaq. Siz müstəqil Kilsə olacaqsınız. Pontifik sizdən ayrılman istəyir.
Etibarını əldən vermək istəmir. O, katibliyin qərarı ilə razılaşdı, lazımi sənədlər
tezliklə imzalanacaq.
- Amma bu… mümkün deyil!
- Əksinə, çox realdır. Və vacibdir. Cənab-əqdəsləri sizin «cismin təmizlənməsi»
kimi aqressiv siyasətinizdən narazıdır. – o, sözünə ara verdi. – O cümlədən


qadınlara qarşı siyasətinizdən. Əgər daha açıq desək, «Opus Dei» Vatikan üçün
maneə və daim böyüyən şübhə mənbəyidir.
Yepiskop Arinqarosa möhkəm təhqir olunmuşdu. Şübhə?
- «Opus Dei» - öz sıralarını daim və sürətlə artıran yeganə katolik təşkilatıdır.
Təkcə keşişlərin sayı on bir mindən yuxarıdır!
- Bu doğrudur və bizi çox narahat edir, - kardinallardan biri dedi.
Arinqarosa dözmədi:
- Siz yaxşı olar, cənab-əqdəslərindən soruşasınız ki, 1982-ci ildə Vatikan
Bankına kömək edəndə də biz şübhə mənbəyi olmuşuq?
- Vatikan buna görə həmişə sizə minnətdarlıq edəcək, - katib acı səslə dedi. –
Amma bəziləri əmindirlər ki, sizin maliyyə dəstəyiniz, prelatura statusu almaq üçün
yeganə səbəb olub.
- Bu yalandır! – Arinqarosa hirslənmişdi.
- Necə olur-olsun, biz yaxşılıqla ayrılmaq istəyirik! Biz hətta sizə olan
borcumuzu qaytarmaq üçün xüsusi sxemdə hazırlamışıq. Bütün məbləğ beş dəfəyə
ödəniləcək.
- Məni satın almaq istəyirsiniz? - Arinqarosa bərkdən dedi. – Pul basmaq
istəyirsiniz ki, mən sakitcə gedim? Həm də «Opus Dei»nin bütün bu xaosda yeganə
sağlam səs olan bir vaxtında…
Kardinallardan biri onun sözünü kəsdi:
- Bağışlayın, mən səhv eşitmədim ki? Siz «sağlam» dediniz?
Arinqarosa stola söykəndi, onun səsi cingildəyirdi.
- Bəs, siz nə vaxtsa özünüzə sual vermisiniz ki, katoliklər Kilsəni niyə tərk
edirlər? Ayılın, gözlərinizi açın, kardinal! İnsanlar Kilsəyə daha hörmət etmir. Dinə
heç kim ciddi yanaşmır. Doktrina ucuz bufetin piştaxtasına çevrilib! Nə arzu
edərdiniz?! Buyurun seçin: günahların bağışlanması, xaç suyuna salma, priçastie,
messa. Götürün, rədd olun, qalan şeylərlə işiniz yoxdur! Məgər sizin Kilsə dini
bələdçi kimi öz əsas missiyasını yerinə yetirirmi?
- Üçüncü əsrin qanunları, - ikinci kardinal etiraz etdi, - Məsihin müasir
tərəfdarları üçün qəbuledilməzdir. Bu qanun və qaydalar bugünkü cəmiyyətdə
sadəcə işləmir.
- Amma bizdə, «Opus Dei»də yaxşı işləyir!
- Yepiskop Arinqarosa, - katib ciddi səslə dedi. – Pontifik, sizin təşkilatı
dəstəkləyən öz sələfinə hörmət əlaməti olaraq altı ay gözləməyə razılaşıb. Və
«Opus Dei»yə Vatikanın tabeçiliyindən könüllü olaraq çıxmaq hüququ verib.
Vatikanla bütün fikir ayrılıqlarınızı rəsmiləşdirib müstəqil xristian təşkilatı kimi
təsdiq olunmanızı təklif edirəm.
- Mən imtina edirəm! – Arinqarosa ucadan dedi. – Və bunu şəxsən onun
özünə deməyə hazıram!
- Cənab-əqdəsləri sizinlə daha görüşmək istəmir.
Arinqarosa yenə ayağa qalxdı:


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə