Демо Сонэ Плайбажк



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə12/240
tarix22.07.2018
ölçüsü3,9 Mb.
#57766
1   ...   8   9   10   11   12   13   14   15   ...   240

~ 28 ~ 

 

bu  qadir  Varlıq  tərəfindən  yaradıldığını  və  bu  Varlığın  insanın  Səma  Atası 



(Göy  Tanrı)  olduğunu,  bu  Yaradıcı  Varlığın  insan  yaradıldığı  zaman  onun 

b

ədəninə əsla ölməyən, əbədi var olan bir Ruh yerləşdirdiyini, bədənin maddi 



olduğundan  torpağa  dönməsini,  bütün  insanlar  Tanrı  tərəfindən 

yar


adıldığından onların bir-birinə qardaş olduğunu, insanın necə yaşamasını, 

onun h


əyatdakı  vəzifəsini, özünü əbədiyyətə  necə  hazırlamasını  öyrədir. Bu 

din


ə görə “Ruh xeyri, maddi isə şəri yaradır”. “Müqəddəs sirlər”də göstərilir 

ki: “İlahi sevgi olan yerdə şərə yer yoxdur”. 

İnsanın və Dünyanın yaranması ilə bağlı qədim gil kitabələrdə göstərilir 

ki: “Z


əka (Tanrı nəzərdə tutulur-A.M.) dünyadakı hər şeyin yaradıcısı İnsanı 

yaratdı və onun bədəninə diri və əbədiyaşar bir Ruh yerləşdirdi. Və İnsanın 

idrak qüvv

əti  Yaradanın  bənzərliyində  oldu”. Qədim Maya və  Turan 

m

ənbələrinə əsaslanan Ceyms Çörçvord göstərir ki, doğrudur, İnsan məməlilər 



sinfin

ə aiddir, ancaq onun bədəni Ruh ilə birləşdirildiyi üçün O, bütün başqa 

canlılardan fərqli və seçilən bir məxluqdur və O, yer üzünə hakim olmaq üçün 

gönd


ərilmişdir. Bu yüksək məziyyət İnsandan başqa heç bir canlı varlığa bəxş 

edilm


əmişdir.  Bu  da  İnsanın  İlahi  bir  gücə  sahib  olduğunun  dəlilidir. Bu 

m

ənada  İnsanın  belə  bir gücə  sahib  olmayan  başqa  bir  heyvandan-Darvinə 



gör

ə  meymundan  əmələ  gəlməsi və  ya  ondan  çevrilmiş  olması  mümkün 

deyildir. Bu q

ədim  Uyğur  və  Maya abidələrinə  əsaslanan Ceyms belə  bir 

q

ənaətə  gəlmişdir  ki,  İnsana  bu  güclə  birlikdə  ondan necə  yararlanmaq 



bacarığı və Tanrının bir parçası olaraq bu Sonsuz Varlığa yaxınlaşmaq və ya 

orta 


əsr sufilərinin də dediyi kimi “Tanrıya qovuşmaq qüdrəti” verilmişdir. Bu 

aliml


ər bu baxımdan İnsanı Tanrının “övladı” saymışlar. 

Müq


əddəs mətnlərdə Yaradan haqqında deyilir ki: “İnsan üçün Yaradan 

tam qavrana bil

əcək deyildir. Yaradan rəsm edilə bilməz, Ona ad verilməz. O, 

adsız  olandır”.  Günəş  İmperiyasında  Yaradanın  adını  tələffüz etmək günah 

sayıldığı  üçün  insanlar  Günəşi  tək  Tanrının  atributu,  təmsilçisi  saymışlar. 

Gün


əş  İmperiyasının  dini  mədəniyyətində  insanlara  heç  vaxt  Tanrıdan 

qorxmaq öyr

ədilməyib, əksinə onlara Tanrıya sevgi və güvən öyrədilmişdi. Bu 

t

əfəkkür Türklərdə İslamı qəbul edənədək davam etmiş və Türklərdə belə bir 



ata  sözü  yaranmışdı  ki:  “Türklər öncə  Tanrını  sevərlərdi,  İslamı  qəbul 

etdikd


ən sonra bu sevgiyə qorxu da əlavə olundu”. 

Bu q


ədim kitabələrdə həmçinin göstərilir ki, İnsan erkək və dişi olaraq 

yaradılmışdır. Onlar ilkin olaraq bitişik şəkildə yaradılmış, bu bitişik insanın 

iki  başı,  dörd  ayağı,  dörd  qolu,  dörd  əli,  dörd  gözü,  dörd  qulağı,  iki  burnu 

olmuşdur. Bədənləri  yuvarlaq  olmuşdur.  Bunu  təsdiq edən Böyük Turan 

İmperiyasının  paytaxtı  Xora-Xota  şəhərindən  qazıntı  nəticəsində  arxeoloqlar 



~ 29 ~ 

 

t



ərəfindən  tapılan  və  20 min il bundan öncəyə  aid  ikibaşlı  yuvarlaq  insan 

r

əsmidir. Bu rəsm  insanın ikili  prinsiplə  yaradıldığını  yaşadan  hələlik tarixə 



b

əlli ən qədim mənbədir. Tanrı sonradan bitişik insanı ayırmış, insan erkək və 

dişi olaraq iki olmuş, bu ikidən üç, dörd və bütün insanlıq törəmişdir. 

Ceyms Çörçvorda gör

ə Uyğurlar (oxu: Turanlı Türklər) 70 min il əvvəl 

Mu  qit


əsindən  çıxıb  Günəş  İmperatorluğundakı  böyük  mədəniyyəti, dili və 

dini  sonradan  dünyaya  yaymışlar.  Alimə  görə, Atəşpərəstlik, Musəvilik, 

Xristianlıq  və  İslamiyyət kimi tək  Tanrılı  dinlərin təməlində  Günəş 

İmperiyasının  dini  dayanır.  Ceyms  xüsusi  olaraq  qeyd edir ki, Musa 

Peyğmbərin “Tövrat”ı Mu qitəsinin dili və yazısı olan Maya və Uyğur dili və 

yazısı ilə qələmə alınmış Nağa-Maya mətnlərinin tərcüməsi, surətidir. Bunlar 

sonradan Babild

ə həbsdə olan və dini xadim olmayan Əzra (üzeyir) tərəfindən 

saxtalaşdırılmışdır.  Alimin  fikrincə, istər Tövrat, istərsə  də  İncil  Günəş 

İmperiyasının vəhy edilmiş müqəddəs mətnləri əsasında yaranmışdır. 

Yuxarıda da qeyd edildiyi kimi zəlzələ nəticəsində Mu qitəsinin Sakit 

Okeana q


ərq  olması  ilə  Günəş  İmperatorluğu  da  süquta  uğramış,  onun 

müst


əmləkələri öz müstəqilliyini  elan  etmiş  və  sonradan  onların  bəzisi yeni 

İmperatorluqlar  qurmuşlar  ki,  bu  İmperatorluqlardan  ən  əzəmətlisi Böyük 

Turan  İmperatorluğu  olmuşdur.  Turan  İmperatorluğunun  paytaxtı  Baykal 

gölünün yaxınlığında yerləşən Xora-Xota (oxu: Qor Ata) şəhəri olmuşdur. Bu 

şəhərin  xarabalıqlarından  arxeoloji  qazıntılar  nəticəsində  xeyli miqdarda 

maddi-m


ədəniyyət nümunələri tapılmışdır ki, bunların içərisində əslindən ipək 

parça üz


ərinə köçürülmüş oturmuş vəziyyətdə qadın hökmdarı və onun ərinin 

r

əsmləridir. Mütəxəssislər  bu  şəkilləri XVIII-XVI minilliklərə  aid edirlər. 



T

ədqiqatçı  Ceyms  Çörçvord  göstərir ki, Çin əfsanələrinə  görə  Uyğurlar 

(Turanlılar) 17 min il əvvəl mədəniyyətin zirvəsinə yüksəlmişlər. Bu, tarixi-

geoloji fenomenl

ərə  də  uyğun  gəlir. Qədim  Uyğurların  (Turanlıların) 

sivilizasiya v

ə mədəniyyət baxımından xeyli irəlilədiklərini xüsusi qeyd edən 

Ceyms göst

ərir  ki,  Uyğurlar  (Turanlılar)  astrologiya,  mədənçilik, toxuculuq

memarlıq,  riyaziyyat,  təhsil, oxumaq-yazmaq,  tibb və.s kimi elmləri 

mük

əmməl  bilmişdilər. Onlar ipək, taxta və  metal üzərində  dekorativ 



s

ənətlərin  ustası  idilər.  Onlar  qızıl,  gümüş,  bürünc  və  gildən heykəllər 

yapmışdılar  ki,  bu  Misir  tarixindən daha əvvəllər  olmuşdur.  Müəllifə  görə, 

Himalay dağları da daxil olmaqla Orta Asiyada mükəmməl inşa edilmiş şəhər 

v

ə  qəsəbələr, bir-birindən gözəl  inşa  edilmiş  yaraşıqlı  binalar,  saraylar, 



m

əbədlər, xüsusi evlər, qədim caddələr və  karvan  yolları  məhz  Uyğur 

İmperatorluğunun (oxu: Turan İmperatorluğunun) şah əsərləri olmuşlar. 



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə