Демо Сонэ Плайбажк



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə16/240
tarix22.07.2018
ölçüsü3,9 Mb.
#57766
1   ...   12   13   14   15   16   17   18   19   ...   240

~ 36 ~ 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

1.3.



 

Şumer Türkləri 

 

“Tufan”dan sonra İkinci Böyük Turan mədəniyyətinin Yaxın Şərqdə ən 

ön

əmli  davamçısı  Şumer  Türkləri  olmuşdur.  Şumer  Türklərinin  yaratdığı 



böyük m

ədəniyyət  “Tufan”dan  sonrakı  bütün  bəşər mədəniyyətinin ideya 

qaynağı olmuşdur. 

Şumerlər  haqqında tarix elmində  iki  əsas ehtimal var. Bunlardan biri 

ondan ibar

ətdir ki, Şumerlər ən əski çağlardan Mesopotamiyada yaşayan yerli 

(avtoxton)  xalqdır.  İkinci  ehtimala  görə  Şumerlər  Mesopotamiyaya  başqa 

yerd


ən gəlmişlər. Dünya şumerşünaslarının əksəriyyəti bu ikinci ehtimalı əsas 

götürürl


ər ki, biz də  bunu həqiqətə  daha  uyğun  hesab  edirik.  Belə  ki, bu 

şumerşünasların gəldiyi son nəticə bundan ibarətdir ki, “Tufan”dan sonrakı ən 

q

ədim mədəni insan məskəni Çayhun (Amu-Dərya və  ya Öküz) və  Sayhun 



(Sır-Dərya və ya İnci) çaylarının hövzəsi, Aral gölünün ətrafı və Turan ovalığı 

olmuşdur.  “Tufan”dan  sonra  dünyada  mədəniyyət ilk dəfə  Türküstandan 

X

əzər dənizinin sahillərinə qədərki ərazilərdə mərkəzləşmiş və buradan başqa 



ərazilərə  yayılmışdır.  Bunu  nəzərə  alan tədqiqatçılar  göstərirlər ki: “Bir 

vaxtlar “Tarix Şumerdən başlayır” deyildiyi halda indi “Tarix Orta Asiyadan-

Turandan  başlayır”  deməyi tarix elmi bizdən tələb edir. Bu ilk mədəniyyət 

m

ərkəzinin (Türküstan nəzərdə  tutulur-A.M.) yaranma və  varolma tarixi 



eradan  qabaq X-VI minillikl

ərə  aid  edilir.  Dünyanın  ikinci  qədim 

m

ədəniyyətinin toplandığı mərkəz Xəzərin qərb sahillərindən başlayaraq qərbə 




~ 37 ~ 

 

doğru Kür-Araz ovalıqları, Qızılüzən boyu və Urmiya gölü ətrafını əhatə edir. 



Bu m

ədəniyyətin yaranma və varolma tarixi eradan qabaq VII-II minilliklərə 

dayanır.  Tarix  baxımından  Şumer  üçüncüdür.  Dəclə  və  Fəratın  hövzəsi və 

yuxarı axını, Partaq (Zaqros) dağlarının qərb ətəklərindən Ərəbistan səhrasının 

şimal-şərqinədək  olan  ərazini  əhatə  edir və  eradan öncə  IV-II minilliklərə 

bağlanır” (Seçmələr bizimdir-A.M. Bax: Əbülfəz Elçibəy, Bütöv Azərbaycan 

yolunda, ikinci n

əşr, Bakı 2004, səh. 23-24). 

M

əşhur  ingilis  alimləri Q.Çaydl və  S.Lloyd daha da irəli gedərək 



göst

ərirlər  ki:  “Turanlılar  təxminən on, on iki min il bundan əvvəl səfalı, 

b

əhrəli Dəclə və Fərat çayları hövzəsində məskən salıb ətraflarında yaşayan 



saysız-hesabsız  vəhşi  qəbilələrin heyrətli nəzərləri  altında  dünya 

sivilizasiyasının səhərini açdılar. Dünyada ulu bir mədəniyyətin məşəli alışdı. 

Bu  işıq  ehtiyacı  daxildən  gəlirdi və  çox çəkmədi  ki,  qoca  Asiyanın  münbit 

torpaqlı  hər  guşəsində  işıq  adaları  şölələndi” (Seçmələr bizimdir-A.M. Bax: 

Q.Çaydl, Drevneyşiy Vostok v svete novıx raskopok, Moskva 1956, səh. 252-

256; Seton Lloyd, Reki blizniçi, Moskva 1972, s

əh. 16). 

T

ədqiqatçılar  ilk  şəhər dövlətlərinin və  ən  başlıcası,  ilk  yazı 



m

ədəniyyətinin  Şumerlərə  aid  olduğunu  nəzərə  alaraq  Şumerləri dünya 

m

ədəniyyətinin  yaradıcıları  hesab  edirlər.  İlk  yazı  mədəniyyətinin  Şumer 



Türkl

ərinə  aid  olduğunu  irəli sürən tədqiqatçılara  görə,  Şumerlərdən bu 

əlifbanı  əxz edən  Finikiyalılar  ticarət  əlaqələrində  olduqları  sami  xalqlara, 

Yunan v


ə Latınlara aparmış, Latın, Yunan, İbrani və Ərəb əlifbaları da Şumer 

əlifbası  əsasında  yaradılmış,  sonradan  Latın  əlifbası  əsasında  Alban 

(Az

ərbaycan),  Qrobar (Hay), Kartli (Gürcü) və  Kril  (Rus),  Ərəb  əlifbası 



əsasında isə qədim Soğdi və Uyğur əlifbaları yaradılmışdı (Seçmələr bizimdir-

A.M. Bax: Ahmet Cavat, Alfabenin menşei, En eski Türk yazısıdır, İstanbul 

1933). 

Öz qaynağını qədim Günəş İmperiyasının “Müqəddəs sirlər”indən alıb 



dünyaya  yayan,  Ceyms  Çörcvordun  “Böyük  Uyğur  İmperiyası”  adlandırdığı 

Böyük Turan İmperatorluğunun təfəkkürünün məhsulu olan, bəşəriyyətin ulu 

ata v

ə  anası  sayılan  An  (Göy)  və  Ki  (Yer)  düşüncəsi  əsasında  yaranan 



“Bilg

əmiş”  (“Qılqamıs”)  dastanındakı  motivlər  sonrakı  dini  kitablara  da 

keçmiş, Bibliyada “Adəm və Həvva” şəklində öz əksini tapmış, Şumerlərdən 

sonrakı bütün Şərqin və Qərbin bir sıra xalqları bu dastanın güclü təsiri altında 

olmuşlar. Belə ki, An və Kinin nigahından Enli və Enki doğulmuş, Adəm və 

H

əvvadan da Habil və  Qabil dünyaya gəlmişdir.  Deməli,  ilk  qaynağını 



“Müq

əddəs sirlər”dən alan “Bilgəmiş”  dastanındakı  “Nuh  tufanı”,  “Novruz 

Bayramı”, “Qurban Bayramı”, od, torpaq, su və havadan ibarət həyat anlayışı 



~ 38 ~ 

 

v



ə  s. kimi məsələlər də  Şumer  təfəkkürünün məhsuludur. Ümumiyyətlə, 

Şumerlərin mədəniyyəti qədin  Turanlıların  dini-etik  görüşlərinin, fəlsəfi 

baxışlarının,  bədii  fikir  dünyasının  davamıdır.  Deməli, qədim  Turanlılarla 

Şumerlərin, Şumerlərlə sonrakı Türklərin eyni inam fəlsəfəsi daşıması onların 

eyni kökü paylaşmalarına bariz sübutdur. Belə ki, bizim eranın VI əsrinə aid 

Elt


əriş  Xaqanın  şərəfinə  həsr  edilmiş  kitabədə  Göy  Türk  Xaqanı  Qapağan 

Xaqanın dilindən belə bir fikir həkk olunmuşdur ki: “Mən, Qapağan Xaqan, 

Elt

əriş  Xaqanın  elində  tərbiyə  aldım.  Bu  eli  (El  qədim Türklərdə  “Dövlət” 



anlamında  işlədilmişdir.  Bax:  Prof.  Dr.  Laszlo  Rasonyi,  Tarihte  Türklük, 

Ankara 1971, s

əh. 61) mənim  65  ulu  babalarım  yaratmışlar”  (Bax:  Malov, 

S.E., Pamyatniki drevnetyurkskiy pismennosti Monqolii i Kirqizii, Moskva 

1959, s

əh. 7-10). 



Bir çox t

ədqiqatçılar  haqlı  olaraq  təsdiq edirlər ki, Babilistana gələn 

xalq  (Şumerlər nəzərdə  tutulur-A.M.) özü ilə  çox yüksək mədəniyyət də 

g

ətirmişdilər. Şumer Türkləri dünya mədəniyyətinə möhtəşəm tikililər, Eridu, 



Ur, Uruk, Laqaş, Şurrupak, Adab, Nippur, Kiş və s. kimi əzəmətli şəhərlər, ilk 

s

əsli yazı sistemi, ilk nəzmlə yazılmış qəhrəmanlıq epopeyası, ilk kitabxana, 



ilk kitab kataloqu, yeddi notlu septatonik musiqi s

ənəti,  suvarma  kanalları, 

əkinçilik mədəniyyəti, ilk iki palatalı parlament, ilk tarixçi, ilk ədəbi abidələr, 

ilk mat


əm nəğmələri,  heyvanlar  haqqında  ilk  təmsillər toplusu və  s. bəxş 

etmişlər (Seçmələr bizimdir-A.M.  Bax:  Kramer  S.N.Tarih  Şumerle  başlar, 

Ankara 1990). Şumer Türklərində məktəblər, dərsliklər, müəllimlər, mirzələr, 

katibl


ər  olmuş,  bu  mirzə  və  katiblər onlarla gil lövhələrdən ibarət kitablar, 

kitab


ələr, elmi və  rəsm  əsərləri vücuda gətirmişlər.  Bütün  bunlarla  yanaşı 

Şumerlər dünya mədəniyyəti tarixində  ilk  hüquqi  qanunların,  mülkü 

s

ənədlərin, dini və  kosmoqonik təfəkkürün də  yaradıcısı  hesab  olunurlar. 



Q

ədim  Şumerlərdə  hökmdarlar və  qanunvericilər Kainatla dövləti  ayrılmaz 

hesab etmiş, ona görə də öz hakimiyyətlərinin və qanunlarının İlahi xarakter 

daşıdığını  irəli  sürmüş,  bütün  insanları  və  hətta  canlı  və  cansız  varlıqları, 

T

əbiətin  əşya  və  hadisələrini də  dövlətin  bir  üzvü  hesab  etmişlər. Onlar 



mövcud Göy cisiml

ərini və  Təbiət hadisələrini müqəddəsləşdirərək Allah 

s

əviyyəsinə qaldırmış (Göy Allahı Anu, Tufan Allahı Enlil, Şər Allahı Marduk 



v

ə s.), kosmik dövlətlərində ümumi  yığıncağı “Allahların müşavirəsi” hesab 

etmiş, ona görə də özlərini Allahların yerdə iradəsini həyata keçirdiklərini irəli 

sürmüş  və  bununla da öz hakimiyyətlərinin  İlahi  xarakter  daşıdığını 

əsaslandırmağa  çalışmışlar (Seçmələr bizimdir-A.M. Bax: Yusif Rüstəmov, 

Siyasi-hüquqi t

əlimlər tarixi, Bakı 2000, səh. 25-26). 



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə