Ders İnformasiya anlayışı, onun formaları və xassələri İnformasiya termini mənşəcə latın sözü olub, izahetmə, şərhetmə, məlumatvermə mənalarını daşıyan «informatio»


Dərs-4 CƏMİYYƏTİN İNFORMASİYALAŞDIRILMASİ



Yüklə 367,5 Kb.
səhifə4/20
tarix31.12.2021
ölçüsü367,5 Kb.
#81776
1   2   3   4   5   6   7   8   9   ...   20
Informatika-Abdullayeva Rena-

Dərs-4 CƏMİYYƏTİN İNFORMASİYALAŞDIRILMASİ

Cəmiyyətin inkişafının əsasını təşkil edən iqtisadi münasibətlər baxımından üç mərəhəlyə bölürlər:



  • aqrar cəmiyyət,

  • sənaye cəmiyyəti

  • informasiya (postsənaye) cəmiyyətləri.

Aqrar cəmiyyətdə insanlar heyvandarlıq və əkinçiliklə məşğul olurdular. Sənaye cəmiyyətində istehsal prosesləri ön plana çıxır, fabrik və zavodlar, sənaye məhsulları iqtisadiyyatın əsasını təşkil edir. Postsənaye və ya informasiya cəmiyyətində isə bilik və informasiya əsas rol oynamağa başlayır. İnformasiya cəmiyyətində informasiyanın toplanması, saxlanması, emalı, istifadəsi və ötürülməsi ilə bağlı fəaliyyət sahələri iqtisadiyyatın əsasını təşkil edir.

İnformasiya cəmiyyəti ideologiyası E.Toffler, D.Bell, M.Kastels və digər məşhur alim-sosioloqlar, filosoflar, iqtisadçılar tərəfindən araşdırılmışdır.



Aqrar cəmiyyət

Aqrar cəmiyyətdə torpaq üzərində hegemonluq zənginliyin əsas mənbəyi sayılırdı. İqtisadiyyatda əsas gəlir mənbəyi kənd təsərrüfatı malları təşkil edir.



Sənaye cəmiyyəti

Sənaye cəmiyyətində insan təbiət üzərindəki hegemonluğunu artır, iqtisadiyyatın əsasını avadanlıqlar, fabrik və zavod binaları təşkil edərkən, yeni iqtisadiyyatda investisiyalar əsasən informasiyanın artırılması, yayılması və insan zəkasının geniş şəkildə istehsal prosesinə cəlb edilməsinə istiqamətlənir.



İnformasiya cəmiyyəti

İnformasiya cəmiyyətində iqtisadiyyatın əsasını informasiyanın əldə edilməsi, emalı və yayılması proseslərini əhatə edir. İnformasiya cəmiyyətinə aid mal və xidmətlər, informasiya və telekommunikasiya texnologiyalarına aid olan mal və xidmətlərdir. Kompüterlər, proqramlar, telekommunikasiya, internet, biotexnologiya və genetika kimi sahələr bu cəmiyyətə aid olan sahələrdir.

Ölkədə informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı ilə bağlı görülən işlər nəticəsində 2003-2009-cu illərdə ölkədə İKT sektoru üzrə 500-ə yaxın yeni özəl müəssisə yaradılıb. 2010-cu il ərzində isə İKT, poçt və informasiya sektorunda əldə olunan gəlirlərin həcmi əvvəlki illə müqayisədə 32,1 faiz artaraq 1 milyard 23,2 milyon manat təşkil edib. 2009-cu illə müqayisədə artım tempi İKT sektorunda 35,5 faiz, o cümlədən telekommunikasiya sektorunda 32,8 faiz, poçt sektorunda isə 29,2 faizə çatıb. İKT və poçt sektorunda əldə olunan gəlirlərin təxminən 80 faizi qeyri-dövlət rabitə müəssisələrinin payına düşüb.

Bununla yanaşı, 2010-cu ildə ölkəmizdə müasir texnologiyaların tətbiqi daha da genişləndirilib, informasiya cəmiyyətinin inkişafı, internetin liberallaşdırılması davam etdirilib, televiziya və radio proqramların yayım keyfiyyəti yüksəldilib, mobil telefon və kompyuter istifadəçilərinin sayı artıb, xarici əlaqələr genişlənib, qanunvericilik bazası daha da təkmilləşdirilib. Azərbaycan İKT ilə bağlı bir sıra mühüm tədbirlərə ev sahibliyi etməsi ilə də bu sahənin inkişafına önəm verdiyini nümayiş etdirməkdədir.

Məktəblərin kompüterləşdirilməsi, gənclərin virtual dünyaya çıxışının təmin edilməsi, onların informasiya texnologiyaları ilə işləmək vərdişlərinə yiyələnmələri üçün atılan məqsədyönlü addımlar da məhz bu məqsədə xidmət edir. Bu baxımdan 2004-cü il 21 avqust tarixli "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramının (2005-2007-ci illər) təsdiq edilməsi haqqında" fərman gənclərin müasir biliklərə yiyələnməsinə və informasiya texnologiyalarını dərindən mənimsəmələrinə elmi-texniki zəmin yaratmışdır. Bundan əlavə, 2008-ci il iyunun 10-da təsdiq edilmiş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" Azərbaycan Respublikasında müasir informasiya və kommunikasiya texnologiyalarının geniş tətbiqi yolu ilə vahid ümummilli təhsil mühitinin yaradılması və əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsi məqsədinə xidmət etmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci il 22 oktyabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)" isə rabitə və informasiya texnologiyalarının geniş tətbiqinə imkan yaradan, habelə bölgələrdə geniş yayılmasını təmin edən mükəmməl fəaliyyət konsepsiyası olmuşdur. Proqrama əsasən, 2008-ci ildə Azərbaycan informasiya texnologiyalarının inkişafı sahəsində ümumdünya orta göstəricilərinə çatmış, bu sektorun inkişafına 150 milyon ABŞ dolları yönəldilmişdir.

Prezident İlham Əliyevin 2008-ci il 11 avqust tarixli "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)" təsdiq edilməsi haqqında sərəncamı da bu sahədə həyata keçirilən dövlət siyasətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir. Fərman ulu öndər Heydər Əliyevin 2003-cü il 17 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya"nın (2003-2012-ci illər)" həyata keçirilməsini təmin etmək məqsədi daşıyır. Sərəncamla "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı" (Elektron Azərbaycan)" təsdiq edilmişdir.



Yüklə 367,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə