Dərs vəsaiti Azərbaycan Dövlət Neft və Sənaye Universiteti təsdiq etmişdir. Əmr №01-I/18



Yüklə 15,93 Mb.
səhifə15/72
tarix29.11.2023
ölçüsü15,93 Mb.
#143259
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   72
C fakepathD rs v saiti - Kütl mübadil si avadanl qlar

S-varı elementli boşqablar (şək. 2.26) qalpaklı boşqabların bir növü olmaqla, elementləri polad vərəqlərin ştamplanması yolu ilə hazırlanırlar. Yığılmış halda S-varı elementin 4 trapesiyaşəkilli yarıqları 12 olan qalpak hissəsi qonşu elementin nov hissəsini örtür. Hər bir S-varı element eyni zamanda buxar və maye üçün boşluqlar yaradır. Onlar boşqabda maye axının hərəkəti istiqamətinə perpendikulyar yerləşdirilirlər. Boşqabın başlanğıcında buxar elementi 3, axıdıcı quruluşun yanında isə maye elementi 7 yerləşdirilir. Buxarın yanlardan çıxmasının qarşısını almaq üçün S-varı elementin buxar hissəsinin yanları tıxaclarla 11 bağlanır.
Konstruksiyanın sərtliyini artırmaq və boşqabın quraşdırılmasını sadələşdirmək üçün S-varı elementlərin uzunluğu boyu eninə arakəsmələr 5 qaynaq edilir. Maye axını boyu çoxlu elementlər olduqda, boşqabın ortasında sökülən S-varı element 6 nəzərdə tutulur. Bu halda, boşqabın sökülməsinə ortadan da başlamaq imkanı yaranır.
S-varı elementlər 4 dayaq rəfinə 9 bənd şəkilli məngənələrlə 10 bərkidilirlər. Bəndin bir qırağı dayaq rəfinin altına, digər qırağı isə S-varı elementin nov hissəsinin alt divarına dirənir. Bəndə yuxarı ucunda kəsiyi olan M12 sancağı qaynaq edilmişdir. Sancaq S-varı elementdə açılmış uzunsov deşiyə keçirilir və qayka ilə

Şək. 2.26. S-varı elementli boşqabın konstruksiyası: 1-kolonun gövdəsi; 2-axıdıcı quruluş; 3-buxar elementi; 4-S-varı element; 5-eninə arakəsmə; 6-sökülən S-varı element; 7-maye elementi; 8-mayenin axması üçün deşik; 9-dayaq rəfi; 10-məngənə; 11-tıxac; 12-S-varı elementdəki yarıqlar; 13-şayba


təchiz edilir. Qaykanın altında uzunsov şayba 13 yerləşdirilir. S-varı elementi dayaq rəfinə bərkitmək üçün sancaqlı bəndi şaquli ox ətrafında 90° döndərərək, bəndin qırağını dayaq rəfinin altına keçirmək və qaykanı bərkitmək lazımdır. Dayaq rəfindən element əks ardıcıllıqla, yəni qayka boşaldılır, sancağın yuxarı ucundakı kəsiyinə yerləşdirilən vintburanla sancaq 90° əks istiqamətdə döndərilir və oval deşiyin kolonun mərkəzinə tərəf aralanır. Bu halda bəndin qırağı dayaq rəfinin altından çıxır.


S-varı elementin profili artırılmış sərtliyə malik olduğundan, onları diametri 4000 mm-ə qədər kolonlarda aralıq dayaq tirlərindən istifadə etməməklə, qalınlığı 2 mm olan polad vərəqlərdən hazırlamaq mümkündür.
Maye axını S-varı elementlərin üstündən keçərək və onlardan tökülərək axıdıcı quruluşa tərəf hərəkət edir. Buxar S-varı elementlərin yarıqlarından keçir və mayenin içindən barbotaj edir. Bu halda buxar yarıqlardan mayenin hərəkəti istiqamətində çıxdığından onun hərəkətinə kömək etməklə, boşqabdakı maye səviyyəsinin qradiyentini azaldır.
Konstruksiyasının sadəliyi S-varı elementli boşqabları tez sökməyə və yığmağa imkan verir. Onların metal tutumluluğu nisbətən azdır (55–90 kq/m2), məhsuldarlığı isə qalpaklı boşqabla müqayisədə 20–30 % çoxdur. Müqayisə olunan boşqabların effektivlikləri təqribən eynidir. Buxara görə optimal yükü qalpaklı boşqabdakından 10–25 % azdır.
Bu boşqabların dayanıqlı iş diapazonunu və məhsuldarlığını artırmaq üçün S-varı elementlərin 2 (şək. 2.27) üstündə düz bucaq formalı düzaxınlı klapanlar 1 yerləşdirilir. Bu boşqabların məhsuldarlığı düzaxınlı klapanlı boşqablarla müqayisədə 10 % artıqdır.
Klapanlı boşqablar neft emalı və neft-kimya sənayesində geniş tətbiq edilirlər. Boşqabın deşiklərinin (şək. 2.28) üstündə sərbəst oturmuş klapanlar 2 qazın sərfi artdıqca yuxarı qalxmaqla, qazın keçməsi üçün klapanla boşqabın yatağı arasındakı araboşluğunu artırır. Ona görə də, qazın bu araboşluqdakı, deməli boşqabdakı maye sütununun içinə girmə sürəti təqribən dəyişməz qalmaqla, boşqabın sabit effektiv işi təmin edilir. Bu halda boşqabın hidravliki müqaviməti azacıq

Şək. 2.27. S-varı elementli və klapanlı boşqab: 1-klapan; 2-S-varı element; 3-eninə arakəsmə; 4-kolonun gövdəsi; 5-axıdıcı arakəsmə; 6-cib


artır. Bu boşqabları diskli və düzbucaqlı klapanlarla hazırlayırlar; boşqablar düzaxınlı və çarpazaxınlı hərəkət rejimlərində işləyirlər. Düzaxınlı klapanlı boşqablarda şahmat qaydasında yerləşdirilmiş deşiklərdə diametri 50 mm olan qazın (buxarın) hərəkəti zamanı 6–8 mm hündürlüyə qalxa bilən özütənzimlənən diskli klapanlar yerləşdirilir. Bu halda, boşqabın yatağı və klapan tam qalxdıqda onun diski arasındakı yarığın keçid kəsiyinin sahəsi klapanın altındakı deşiyin sahəsindən azacıq az alınır.


Diskli klapan 2 (şək. 2.29) üç istiqamətləndirici ilə təchiz edilmişdir: onlardan ikisi 3 uzundur. Bundan başqa, klapanın diskində ştamplama ilə xüsusi söykənəcəklər 5 hazırlanır; onlar disklə boşqab arasında ilkin araboşluğunu təmin etməklə, klapanın boşqaba yapışmasının qarşısını alır (şək.2.28, I vəziyyəti; şək. 2.29).
Buxara görə alçaq məhsuldarlıqda klapanın yüngül hissəsi qalxır (şək. 2.28, II vəziyyəti) və buxar klapanla boşqabın yatağı arasındakı yarıqdan mayenin

Şək. 2.28. Düzaxınlı klapanlı boşqab: Klapanın vəziyyətləri:

Yüklə 15,93 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə