Dərs vəsaiti Azərbaycan Dövlət Neft və Sənaye Universiteti təsdiq etmişdir. Əmr №01-I/18



Yüklə 15,93 Mb.
səhifə17/72
tarix29.11.2023
ölçüsü15,93 Mb.
#143259
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   72
C fakepathD rs v saiti - Kütl mübadil si avadanl qlar

Ələkşəkilli boşqablardakı (şək. 2.35) çoxlu 2 ÷ 25 mm diametrli deşiklər vasitəsilə buxar boşqabdakı maye qatının içindən keçir. Müəyyənləşdirilmişdir ki, 8 ÷ 12 mm deşikli boşqablar daha böyük məhsuldarlığa və effektivliyə malik olmaqla, dayanıqlı iş diapazonu kiçik diametrli deşikləri olan boşqablarla eynidir. Buxara görə böyük yüklənmələrdə, deşiklərinin diametri 4 − 5 mm olan boşqablarla müqayisədə mayenin daha çox aparılması bu boşqabların əsas çatışmazlığıdır. Boşqabın yatağında 1 mayenin səviyyəsi axıdıcı arakəsməyə 2 bərkidilən tökülmə astanası ilə saxlanılır. Buxarın olduqca alçaq sürətlərində onun basqısı tökülmə astanasının hündürlüyünə uyğun maye qatını saxlaya bilmir və maye deşiklərdən aşağıda yerləşmiş boşqaba tökülə bilər. Bu da kütlə mübadiləsi prosesinin hərəkətverici qüvvəsini xeyli aşağı salır. Ona görə də, buxar müəyyən sürətlə hərəkət etməli və boşqabdakı maye qatının müqavimətini dəf etmək və boşqabın deşiklərindən mayenin aşağı tökülməsinin qarşısını almaq üçün kifayət qədər basqıya malik olmalıdır.

Şək.2.35. Ələkşəkilli boşqab: a-iki qonşu boşqabın sxemi; b-ələkşəkilli KOCH-GLITSCH LP tipli boşqabın yatağı; 1-boşqabın yatağı; 2-axıdıcı arakəsmə; 3-hidravliki qıfıl; 4-kolonun gövdəsi

Beləliklə, ələkşəkilli boşqablar qalpaklı və klapanlı boşqablarla müqayisədə dar dayanıqlı iş diapazonuna malikdir.


Ələkşəkilli boşqabların üstünlüklərinə boşqabın böyük sərbəst, yəni deşiklərlə tutulmuş kəsiyi, deməli, buxara (qaza) görə yüksək məhsuldarlığı, az metaltutumluğu, quruluşunun sadəliyi, quraşdırılması və təmirinin asan olması, nisbətən alçaq hidravliki müqaviməti, kifayət qədər yüksək effektivliyi aid edilir. Ancaq bu boşqablar çirklənmələrə və çöküntülərə həssasdırlar, yəni onların deşikləri tutula bilər.
Ələkşəkilli boşqabların hidravliki müqavimətini azaltmaq və dayanıqlı iş diapazonunu genişləndirmək üçün onları klapan quruluşları ilə uyğunlaşdırırlar (şək. 2.36); nəticədə buxara görə alçaq və yüksək məhsuldarlıqda boşqabın işinin effektivliyi artır. Alçaq yüklənmələrdə boşqab adi ələkşəkilli kimi işləyir, yüklənmənin artması ilə klapan 2 açılır və klapanla boşqabın yatağı arasında yarıq yaranır; oradan üfqə nəzərən müəyyən bucaq altında çıxan buxar boşqabın üstündə axıdıcı quruluş istiqamətində mayenin qarışmasını təmin edir və boşqabda maye səviyyələri fərqini azaldır.

Şək.2.36. Ələkşəkilli-klapanlı boşqabın elementi: 1-boşqabın yatağı; 2-klapan

Ələkşəkilli-klapanlı boşqab alçaq hidravliki müqavimətə malik olmaqla, böyük dayanıqlı iş diapazonunu təmin etdiyindən, vakuum altinda gedən proseslər üçün də yararlıdır.
Kəsilib-qatlanmış deşikli ələkşəkilli boşqablar (şək. 2.37) qalınlığı 2–3 mm olan polad vərəqdən hazırlanan ayrı-ayrı bölmələrdən ibarətdir və düzaxınlı şırnaq rejimində işləyir.
Damcı aparılmasını azaltmaq məqsədilə boşqabın üstündə 60° bucaq altında qaytarıcı elementlər 2 yerləşdirilir. Fazaların kontaktı düz axında və qismən

Şək. 2.37. Kəsilib-qatlanmış deşikli ələkşəkilli boşqab: 1-kəsilib- qatlanmış deşikli boşqabın bölməsi; 2-qaytarıcı element

qaytarıcılarda çarpaz axında baş verir. Boşqabın effektivliyini yüksəltmək məqsədilə yatağın ayrı-ayrı bölmələrində müxtəlif istiqamətli kəsikləri olan kəsilib-qatlanmış vərəqli boşqabların modifikasiyaları da mövcuddur.


Boşqabın hidravliki müqavimətinin azaldılması üçün onun sərbəst kəsiyi, kolonun kəsiyinin 30%-dən az olmamaq şərtilə kifayət qədər böyük olmalıdır. Bunun sayəsində belə boşqablar vakuum kolonlarında da işlədilir.
Ələkşəkilli boşqablar mənfi temperaturlarda işləyən havaayırıcı qurğuların rektifikasiya kolonlarının kontakt quruluşları kimi daha geniş yayılmışlar.

arakəsməyə 3 yaxınlaşan maye axıdıcı arakəsmə 4 və axıdıcı stəkan 2 vasitəsilə aşağı boşqaba tökülür.
Şək. 2.38. S-varı arakəsməli ələkşəkilli boşqab: 1-deşikli vərəq; 2-axıdıcı stəkan; 3-S-varı arakəsmə; 4-axıdıcı arakəsmə;
5-daşırıcı arakəsmə


Kiçik diametrli aparatlarda S-varı arakəsməli ələkşəkilli boşqablar (şək. 2.38) işlədilir. Belə boşqab onu iki yerə bölən S-varı arakəsmə 3 qaynaq edilmiş deşikli vərəqdən 1 ibarətdir. Yuxarı boşqabdan tökülən maye axıdıcı stəkandakı 2 yarıqlar və daha sonra daşırıcı arakəsmə 5 vasitəsilə boşqaba daxil olur və vərəqdəki 1 deşiklər vasitəsilə aşağıdan qalxan buxarla görüşərək, oxlarla göstərilən istiqamətdə hərəkət edir. Digər tərəfdən



Yüklə 15,93 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə