Dərs vəsaiti Azərbaycan Dövlət Neft və Sənaye Universiteti təsdiq etmişdir. Əmr №01-I/18



Yüklə 15,93 Mb.
səhifə11/72
tarix29.11.2023
ölçüsü15,93 Mb.
#143259
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   72
C fakepathD rs v saiti - Kütl mübadil si avadanl qlar

Borulu absorber (şək. 2.18) quruluşuna görə sərt konstruksiyalı gövdəborulu istilikdəyişdiricilərə oxşayır. Absorbent yuxarı boru şəbəkəsinə verilir, borular üzrə paylanır və onların iç səthləri üzrə nazik təbəqə halında axır.
Çoxlu sayda boruları olan absorberdə absorbentin borular üzrə paylanmasını yaxşılaşdırmaq məqsədilə xüsusi paylaşdırıcı quruluşlardan istifadə edilir. Qaz borularla aşağıdan yuxarı tökülən nazik maye təbəqəsinə qarşı hərəkət edir. Absorbsiya istiliyini kənarlaşdırmaq

Şək. 2.17. Təbii qazın təmizlənməsi və qurudulması üçün üfqi tozlandırıcı absorberin sxemi: 1-giriş separatoru; 2-tozlandırıcı; 3-kütlə mübadiləsi bölməsinin separatoru; 4-sonuncu separator; Axınlar: I-xam qaz; II-regenerasiya olunmuş qlikol; III-quru qaz; IV-doymuş qlikol; V-kondensat



Şək. 2.18. Borulu nazik təbəqəli absorber: 1-gövdə; 2-borular; 3-arakəsmələr; 4-şəbəkələr


lazım gəldikdə borulararası fəzaya soyuducu agent (adətən su) verilir.
Düz-paralel doldurmalı aparatda (şək. 2.19) müxtəlif materialdan (metal, plastik kütlə, karkasa geydirilmiş parça və s.) şaquli vərəqlər halında vərəq doldurma dəsti 1 yerləşdirilir. Absorberin yuxarı hissəsində vərəq doldurmanın hər iki tərəfdən bərabər isladılmasını təmin etmək üçün paylaşdırıcı quruluşlar 2 nəzərdə tutulmuşdur.
Əksaxınlı nazik təbəqəli aparatlarda qazın yol verilən



Şək. 2.19. Düz-paralel doldurmalı nazik təbəqəli absorber: 1-vərəq doldurma dəsti; 2-paylaşdırıcı quruluş

sürəti (yəni boğulmanın başlanma nöqtəsinə qədər olan sürət) kifayət qədər böyükdür – 3÷6 m/s-dir. Yerli müqavimətləri dəf etmək üçün praktiki olaraq, təzyiq itkisi olmadığından bu absorberlərin hidravliki müqaviməti azdır. Ona görə də, nazik təbəqəli əksaxınlı aparatların qaz üzrə böyük məhsuldarlıq və az hidravliki müqavimət tələb olunduqda, eləcə də komponentlərin nisbətən alçaq çıxarılma dərəcəsi mümkün olan hallarda işlədilməsi məqsədəuyğundur.


Qalxan nazik maye təbəqəli aparat (şək. 2.20, a) boru şəbəkələrində 2 bərkidilmiş boru dəstindən 1 ibarətdir. Qaz borularla 1 eyni oxda yerləşən paylaşdırıcı qol borularla 4 verilir. Absorbent borulara yarıqlardan 5 keçərək (II düyünü) daxil olur. Kifayət qədər böyük sürətlə hərəkət edən qaz nazik maye təbəqəsini özü ilə

Şək.2.20. Qalxan nazik maye təbəqəli absorberlər: a-bir pilləl absorber; b-iki pilləli absorber; düyünlər: I-borunun çıxışında fazaların hərəkət sxemləri; II-borunun girişində fazaların hərəkət sxemləri; 1-borular; 2-boru şəbəkələri; 3-qaytarıcı; 4-paylaşdırıcı qol borular; 5-absorbenti vermək üçün yarıqlar

bərabər aşağıdan yuxarı aparır, yəni absorber qalxan düz axın rejimində işləyir. Borudan çıxan maye yuxarı boru şəbəkəsinin 2 üstünə tökülür və absorberdən çıxarılır. Gedən qazla damcıların aparılmasını azaltmaq üçün absorberdə qaytarıcılar 3 quraşdırılır. Absorbenti soyutmaq məqsədilə borulararası fəzaya soyuducu agent verilir. Prosesin effektivliyini artırmaq üçün bu tipli çoxpilləli absorberlər tətbiq edilir.


Şək. 2.20, b-də hər bir pilləsi düz axın prinsipilə işləyən, eyni zamanda aparatda bütövlükdə qaz və maye əks axınlı hərəkət edən iki pilləli qalxan nazik maye təbəqəli absorber göstərilmişdir. Çoxpilləli absorberlərin tətbiq edilməsi nazik maye təbəqəli absorberlərin konstruksiyalarını xeyli mürəkkəbləşdirir.
Qalxan maye axınlı aparatlarda qazın saniyədə onlarca metrə çatan çox böyük sürətlərini (səviyyəsində) yaratmaq mümkündür, bu halda kütləötürmə əmsalları xeyli yüksəlir, ancaq bununla bərabər hidravliki müqavimət də olduqca artır. Məhz, bu səbəb nisbətən alçaq təzyiqli absorbsiya prosesinin aparılması zamanı bu aparatların geniş tətbiq edilməsini məhdudlaşdırır.



Yüklə 15,93 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə