Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin


Ərzaq böhranlarının səbəbi nədir? Bu sualı hər bir



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə37/100
tarix01.11.2017
ölçüsü4,51 Kb.
#7957
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   100

153 
 
 
Ərzaq böhranlarının səbəbi nədir? Bu sualı hər bir 
jurnalist özünə verməlidir. 
 
Bəlkə bu, qeyri-münasib iqlim amilləri ilə bağlıdır? 
Müəyyən mənada, bu həqiqətən də belədir. Ən yeni tarixdə 
davamlılığına və coğrafi  əhatəliliyinə görə tayı-bərabəri 
olmayan, 70-80-ci illərdə Afrikada baş vermiş quraqlıq, 
sözün  əsl mənasında, buradakı ölkələri faciə ilə üz-üzə 
qoydu. Bir çox illər  ərzində yağıntının minimuma enməsi, 
su axarlarının və quyuların quruması, Qərbi Afrikada – 
Nigeriya, Seneqal, Şari və s. əsas çay arteriyalarının 
dayazlaşması quraqlığın öldürücü effektini daha da 
kəskinləşdirir və aclığın qaçılmaz olduğunu şərtləndirir.  
Lakin, alimlər təsdiq edirlər ki, Sahel faciəsi həm də 
insanların təbiətdə baş verən proseslərə qarışmasının 
nəticəsi idi. Hələ bu faciənin baş verməsindən xeyli əvvəl 
Sahel ölkələri artıq daha çox sosial-iqtisadi amillərlə 
şərtləndirilən amansız ekoloji böhran zolağına ayaq 
qoymuşdular. Xüsusilə  də odun tədarükü və mal-qaranın 
otarılması
 
məqsədi ilə ucsuz-bucaqsız  ərazilərdə oduncaqlı 
bitkilərin məhv edilməsi
 
mühüm rol oynamışdı.  
Zənnimizcə, Afrkada və dünyanın digər regionlarında 
aclığın və doyunca yeməməyin başlıca səbəblərini sosial-
iqtisadi sahədə, daha dəqiq desək, müasir dövrdə  zəif 
inkişaf etmiş ölkələrdə  bərqərar olmuş iqtisadi vəziyyətdə 
və  kənd təsərrüfatının texniki təchizat səviyyəsində 
axtarmaq daha düzgün olardı. Aclıq içində yaşayan 
regionların  ənənəvi kənd təsərrüfatı özünün məhz bu 
ölkələrə xas olan geriliyi 
və 
mühafizəkarlığı ilə fərqlənir və 
əməyin məhsuldarlığının aşağı düşməsinə  şərait yaradır. 
Hətta, belə bir fikir də vardır ki, bir çox inkişaf etməkdə 
olan ölkələrin kənd təsərrüfatında bu gün mövcud olan 
əmək məhsuldarlığı antik dövrdə Yunanıstanda və Romada 
154 
 
olan məhsuldarlıqla eyni, bəzi hallarda isə ondan da aşağı 
səviyyədədir. Eksperimentlərə  və risk etməyə meylli 
olmayan kəndlilər texniki və aqronomik yeniliklərə çox 
ləng və  həvəssiz reaksiya verirlər. Bu da əhalinin sayının 
sürətlə artdığı bir şəraitdə  ərzaqla bağlı  vəziyyəti daha da 
gərginləşdirir. 
Jurnalistlər, xüsusilə  də  ərzaq təhlükəsizliyi 
məsələlərini işıqlandıran media işçiləri bu diskurslar 
üzərində 
ətraflı dayanmalı, onların mahiyyətinə 
varmalıdırlar. Aydındır ki, əhalinin sayının sürətlə artması 
özü-özlüyündə avtomatik olaraq aclığa aparıb çıxarmır. 
Vəziyyət yalnız demoqrafik artımın ərzaq istehsalı artımını 
qabaqladığı zaman dramatik xarakter alır. Maraqlısı 
burasındadır ki, bu cür mənzərələrə  zəif inkişaf etmiş 
ölkələrin  əksəriyyətində rast gəlinir. Məsələn, keçən  əsrin 
60-70-ci illərində Hindistanın əhalisi hər il orta hesabla 2,3 
% artmışdır. Sonrakı illərdə - 80-ci illərdə  və 90-cı illərin 
əvvəllərində - əhali artımının tempi bir qədər aşağı düşsə də 
(1,7 %), adambaşına düşən  ərzaq istehsalı demoqrafik 
göstəricilərdən çox dala qalırdı. Kənd təsərrüfatının 
intensifikasiyasında nəzərəçarpacaq nailiyyətlər  əldə etsə 
də, bu ölkə 1 milyardlıq  əhalisinin  ərzaqla təmin 
olunmasında bu gün də ciddi çətinliklər yaşayır. 
Qonşu Banqladeşdə daha kəskin vəziyyət 
yaranmışdır. Burada əhali artımının orta illik tempi stabil 
olaraq 2 % artsa da, ərzaq istehsalının artım imkanları 
Hindistana nisbətən daha zəifdir. Eyni zamanda, praktik 
olaraq daim onsuz da ağır olan vəziyyəti daha da 
çətinləşdirən su daşqınları bu ölkənin başı üzərində damokl 
qılıncı kimi asılmışdır. Regionun bir sıra digər ölkələrinin 
də öz əhalisini ərzaqla təmin etmək perspektivləri ürəkaçan 
deyil. Bu ölkələrdə  əhalinin sayı yüksək templə artır və 
sürətli urbanizasiya vəziyyəti daha da mürəkkəbləşdirir.  
Afrikada da aclığın kökünün kəsilməsi imkanları çox 


155 
 
problemlidir. Qara qitənin təxminən 15 ölkəsində  əhalinin 
artım tempi 3 %-i keçmişdir. Latın Amerkasının da bəzi 
ölkələrində (Karib hövzəsi) artım tempi çox yüksəkdir. 
Bütün bunları  nəzərə alaraq, bəzi mütəxəssislər 
inkişaf etməkdə olan ölkələrdə  ərzaq probleminin həllini 
düzgün demoqrafiya siyasətinin aparılması ilə 
əlaqələndirirlər. Onlar problemin həlli kimi doğumun 
məhdudlaşdırılmasını  təklif edirlər. Həmçinin, “üçüncü 
dünya”da aclığın aradan qaldırılması sahəsində özünü hələ 
XX  əsrin 60-cı illərində büruzə vermiş “yaşıl inqilab”a 
böyük ümid bəsləyirlər. Əvvəllər bu anlayış altında əsasən 
praktik olaraq keyfiyyətcə yeni dənli bitki sortlarının tətbiqi 
başa düşülürdü və bu sortların  ənənəvi sortlardan fərqli 
olaraq tropik və subtropik şəraitdə yüksək məhsul 
verəcəyinə inanırdılar. Lakin, sonralar “yaşıl inqilab” 
terminini, ənənəvi əkinçiliyin modernləşdirilməsi üzrə aqro-
texniki tədbirlər də daxil olmaqla, daha geniş  mənada 
işlətməyə başlamışlar.  
Son 30 ildə adambaşına düşən orta ərzaq qəbulu 18 % 
artmışdır. Dünyadakı aclıq problemi dünya kənd təsərrüfatı 
potensialının tükənməsi ilə bağlı deyil, sosial-iqtisadi 
amillərlə, ilk növbədə  əksər dünya ölkələrinin yoxsulluğu 
ilə bağlıdır ki, burada iqtisadi inkişaf üçün kapitalın 
olmaması böyük əhali qruplarını ac və yarıac  şəkildə 
mövcud olmağa məcbur edir. Eyni zamanda, inkişaf etmiş 
sənaye ölkələri (ABŞ  və s.) qiymətlərin inkişaf etməkdə 
olan ölkələr üçün əlçatmaz olan yüksək səviyyədə 
saxlanılması  məqsədi ilə  dənli bitkilərin səpinini 
azaldılması siyasətini həyata keçirirlər. Məhz zəngin və 
kasıb ölkələrin maraqlarının parçalanması dünyada ərzaq 
təhlükəsizliyi probleminin həllinə mane olur. Əgər 
dünyanın aqrar potensialı gündəlik olaraq adambaşına 2500 
kkalori səviyyəsində  ərzaq təminatına kifayət edirsə, bunu 
ayrı-ayrı ölkələr və regionlar haqqında demək olmur. 
156 
 
Məsələn, ötən  əsrin 90-cı illərinin  əvvəllərində dünyada 
adambaşına düşən orta ərzaq istelakı 2700 kkaloriyə bərabər 
idisə, ABŞ  və Kanadada bu rəqəm 3600 kkal., Qərbi 
Avropa ölkələrində 3500 kkal., tropik Afrika dövlətlərində - 
cəmi 2100 kkal., Hindistan və Banqladeşdə isə 2200 kkal. 
təşkil edirdi. Yəni, bir sıra ölkələrdə istehlak normal həyat 
fəaliyyəti üçün vacib olan 2500 kkalorilik təməl 
səviyyəsindən xeyli çox idisə, bəzi ölkələrdə, hələ yüz 
milyonlarla ac və doyunca yeməyən sadə insanlar bir yana 
dursun, hətta orta səviyyə bu normadan aşağı olmuşdur. 1,5 
mlrd. ha. torpaqda istehsal olunan ərzağın adekvat bölgüsü 
aparılarsa, bu ərzaqla Yer kürəsində yaşayan bütün əhalini 
təmin etmək olar. 
Mütəxəssislərin fikrincə, yaxın 20-50 illik 
perspektivdə dünyanın ərzaqla təminatında elə bir irəliləyiş 
görünmür. 1 milyarda qədər doyunca yeməyən insanı təmin 
etmək üçün əlavə olaraq 120-150 mln. ton taxıl yetişdirmək 
lazımdır. Müasir dövrdə hökumətlərin və dünya xalqlarının 
xoş  məramları olarsa, bu problemi nəzəri cəhətdən həll 
etmək mümkündür.  
 
Azərbaycan öz ərzaq təhlükəsizliyini gücləndirir 
 
Azərbaycanın sürətli sosial-iqtisadi inkişafını 
xarakterizə edən mühüm amillərdən biri də ölkədə ümumi 
istehsal həcminin ildən-ilə artması  və bunun ən müxtəlif 
sahələri  əhatə etməsidir.  İstehsalat və hasilatın real 
strukturunun təhlili göstərir ki, ölkədə qeyri-neft sektorunda 
dinamik artım yaşanmaqdadır. Bu vəziyyət Azərbaycanın 
iqtisadi inkişafında diversifikasiya siyasətinin uğurla 
reallaşdırılmasından və bu sferada yaşanan tərəqqinin 
konkret bir sahə üzrə deyil, daha genişmiqyaslı xarakter 
daşımasından xəbər verir.  
Bütün bunlar yeni istehsal sahələrinin, iş yerlərinin 
açılmasında, iqtisadi artımın davamlılığının təmin 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə