Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin


Ərzaq problemi KİV tərəfindən əhali problemi ilə



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə39/100
tarix01.11.2017
ölçüsü4,51 Kb.
#7957
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   100

161 
 
Ərzaq problemi KİV tərəfindən əhali problemi ilə 
sıx  əlaqəli  şəkildə  işıqlandırılır və  KİV  dünya  ərzaq 
probleminə Yer kürəsinin bütün əhalisinin kalorili qida ilə 
təmin olunması kontekstində baxır.  
Dünya jurnalistikası belə bir qənaətə  gəlir ki, 
dünya  ərzaq probleminin mahiyyəti  əhalinin  ərzaqla 
təminatı onun sayının artması ilə mütənasib olmalı  və ona  
uyğun gəlməlidir. Məsələn, keçən  əsrin 50-60-cı illərində 
inkişaf etməkdə olan ölkələrdə  ərzaq istehsalının həcmi 
inkişaf etmiş ölkələrdə olduğu templə eyni səviyyədə 
artmışdır. Lakin bu ölkələrdə  əhalinin sayı olduqca sürətlə 
artığından adambaşına düşən istehsalla müqayisədə çox 
aşağı olmuşdur: məsələn, 60-cı illərdə bu rəqəm müvafiq 
olaraq 0,3 % və 1,7 % olmuşdur. 
Ərzaq problemi barədə yazan jurnalistlərin və sahə 
nəşr orqanlarının gəldiyi qənaətə görə, bu gün inkişaf 
etməkdə olan ölkələrdə  ərzaq probleminin həlli onun 
idxalından çox asılıdır (hətta bəzi industrial dövlətlər belə, 
məsələn, İngiltərə ərzaq idxal edir, əksinə, Argentina ərzaq 
ixrac edir). Tədqiqatlar göstərir ki, prinsip etibarı ilə 
dünyada kifayət qədər  ərzaq var, lakin onun bölgüsü 
bərabər aparılmır. 
KİV ərzaq probleminin həlli üçün ərzaq yardımını 
iqtisadi yardım növlərindən biri hesab edir. Lakin, 
həqiqətdə inkişaf etməkdə olan ölkələrə  ərzaq «artığının» 
gödnərilməsi yardım elementi kimi mürəkkəb bir prosesdir. 
Bununla əlaqədar dünya jurnalistikasında ərzaq artığının 
göndərilməsinin yardım hesab olunub-olunmamsı ilə bağlı 
müxtəlif mövqelər mövcuddur. Məsələn, Avropa mətbuatı 
iqtisadçı Kennet Boudinqin hələ 1957-ci ildə  tərtib etdiyi 
bir mexanizmi  əsas tutaraq, belə hesab edir ki, ödənişsiz 
ərzaq yardımı yerli iqtisadiyyatı dağıdır və bu prosesi 
«acınacaqlı teorem» adlandırır. 
KİV belə hesab edir ki, dünya ərzaq probleminin 
162 
 
perspektivli yollarından biri kənd təsərrüfatı ilə  sənayenin 
birgə, paralel inkişaf etdirilməsidir. Biotexnologiyaların 
yaradılması  qısa müddət  ərzində  ərzaq probleminin həllinə 
şərait yarada bilər, yəni bu texnologiyalar kənd əhalisi tərə-
findən çox asanlıqla mənimsənilir və infrasitruktura o qədər 
də böyük kapital qoyuluşu tələb etmir.  
KİV diqqəti inkişaf etməkdə olan ölkələrin kənd 
təsərrüfatına qoyulan xarici yardımın miqdarına da cəlb 
edirlər. Məsələn, hər il bu ölkələrin 2 milyard dollar 
yardıma ehtiyacı olduğu halda, cəmi 430 milyon dollar 
yardım edilir. Bu da olduqca azdır. 
XX əsrin ikinci yarısında dünya mətbuatında ərzaq 
probleminin həlli istiqamətində əsas yer tutan mövzulardan 
biri «yaşıl inqilab» mövzusudur. Yaşıl inqilab mövzusu ilə 
həmin dövrdə yüksəkməhsullu dənli bitki növlərinin əkilib-
becərilməsi, kimyalaşdırma və mexanikləşdirmə prosesləri 
geniş işıqlandırılırdı (qarğıdalı).  
Mətbuat həmçinin bu problemin həlli üçün inkişaf 
etməkdə olan ölkələrin təhsil sistemlərinə də diqqəti cəlb 
edir və göstərir ki, bu öləklərdə təhsil sistemi «fiziki texno-
logiyalara» daha şox bağlı qalmışdır, yəni  əsas diqqət 
mühərriklərin və dəzgahların istismarı üzrə mütəxəssislərin 
hazırlanmasına yönəldilir.  Əslində isə müasir şəraitdə 
biotexnologiya üçün mikrobioligiya, fermentasiya, 
elektronika və proqramlaşdırma üzrə mütəxəssislər 
lazımdır. 
KİV-də  hətta belə ideyalara da rast gəlinir ki, dünya 
ərzaq problemini süni, sintetik qida ilə həll etmək olar və bu 
ideya böyük maraqla müzakirə olunur. Belə hesab olunur ki
ərzaq məhsullarının sintezi, xüsusilə  də zülalların sintezi 
aclıqla bağlı sosial-iqtisadi gərginliyi, həmçinin təbii 
şəraitlə bağlı  ərzaq məhsulu qıtlığını  və  pəhriz  ərzağı 
problemini aradan qaldıra bilər. Eyni zamanda belə bir 
məsələyə də diqqət yetirilir ki, sintetik qida böyük bir elmi 


163 
 
problemdir və ona lazımi diqqətlə yanaşmaq lazımdır. 
 
Qlobal ərzaq probleminin həlli sahəsində  
KİV-in qarşısında duran əsas vəzifələr 
 
1.
 
KİV 
ərzaq probleminin mahiyyətinin 
açıqlanmasına və problemin əhali tərəfindən dərk 
edilməsinə çalışmalıdır. 
2.
 
Ərzaq təminatı sahəsində qabaqcıl yerli və 
beynəlxalq təcrübəni öyrənməli və onu ümumiləşdirib əhali 
arasında yaymalıdır. 
3.
 
Ərzaqla təminat sahəsindəki qüsurları peşəkarlıqla 
tənqid etməli və onların həlli yollarını aramalıdır. 
4.
 
Mövcud imkanları aşkar etməli və onlardan istifadə 
yollarını təbliğ etməlidir. 
 
Kənd təsərrüfatı  və torpaq mövzusunda yazan 
jurnalist müasir aqrar-sənaye komplekslərinin problemlə-
rinin ölkə  və dünya kütləvi informasiya vasitələrində 
işıqlandırılmasının səciyyəvi xüsusiyyətlərini 
ətraflı 
öyrənməli, peşəkarlıq “sirrlərini” və sahə jurnalistlərinin 
konstruktiv daxili yaradıcılıq qanunlarını  nəzəri və praktik 
aspektdən dərindən mənimsəməlidir.  
Ərzaq problemini işıqlandıran peşəkar jurnalist 
problem barədə  nəzəri biliyə malik olmalı, kənd 
təsərrüfatının inkişafı ilə bağlı dövlət proqramlarının  əsas 
müddəalarının KİV-də  işıqlandırılmasının metodoloji 
əsaslarına yiyələnməli və onların yaradıcılığının ana xəttini 
innovasion aqroiqtisadi təfəkkürün əsasları təşkil etməlidir. 
Dünya  əhalisinin  ərzaqla təminatı probleminin 
getdikcə daha da qloballaşması peşəkar jurnalist kadrlarının 
hazırlanmasına jurnalistika və pablik rileyşnz ixtisasları 
üzrə təhsil verən ali məktəblərdən başlanılmasını zəruri edir. 
Bu da öz növbəsində: a) ölkə  və xarici publisistika 
məktəblərinə  mənsub olan tanınmış jurnalist-aqrarçıların 
164 
 
yaradıcılıq irslərinin öyrənilməsinə; b) müasir kütləvi 
informasiya vasitələrində aqroiqtisadi məsələlərin 
işıqlandırırlmasının təhlilinə; və b) aqroiqtisadi məsələlər 
üzrə orijinal müəllif layihələrinin hazırlanmasına 
yönəldilməlidir. Jurnalist-mütəxəssisin hazırlanması 
istiqamətində atılan hər bir addım onun fərdi yaradıcılıq 
imkanlarının özünü maksimum surətdə büruzə verməsinə və 
peşəkar jurnalist kimi KİV-də  sərbəst işləməsinə  şərait 
yaratmalıdır. 
Müasir dövrdə  kənd təsərrüfatı  məsələlərini, xüsusilə 
də qlobal ərzaq problemini işıqlandıran jurnalistin bu 
sahədə qarşıda qoyulan məqsədə çatması bir sıra mühüm 
vəzifələrin yerinə yetirilməsindən olduqca asılıdır. Bu 
vəzifələr aşağıdakılardır:
 
-
 
jurnalistin dövlətin daxili siyasətinin aparıcı 
istiqaməti kimi müasir dövrdə Azəraycan Respublikasında 
aqroiqtisadiyyatın inkişafı haqqında  ətraflı biliyə malik 
olması; 
-
 
müasir aqroiqtisadi təfəkkürün yaranması  və 
fəaliyyət göstərməsi, bütövlükdə təbligat sistemində KİV-in 
rolu və yeri haqqında dəqiq təsəvvürlərin formalaşdırılması;  
-
 
aqrar-sənaye komplekslərinin (ASK) inkişafının 
tarixi xüsusiyyətləri, müasir ənənələri və strukturu ilə 
tanışlıq; 
-
 
aqrar-sənaye komplekslərinin fəaliyyətlərinin 
səmərəliliyinin ölkənin  ərzaq təhlükəsizliyinin vəziyyətini 
və səviyyəsini əvvəlcədən müəyyən etməsi;  
-
 
tanınmış aqrojurnalistlərin KİV materiallarının və 
original mətnlərinin müstəqil təhlili; 
-
 
aqroiqtisadi məsələlərin işıqlandırılması sahəsində 
yaradıcılıq sınaqlarının – müsabiqələrin keçirilməsi. 
 
 
Həqiqətən də, təcrübə göstərir ki, kənd təsərrüfatında 
sahibkarlığın və aqrar-sənaye komplekslərinin (ASK) 
inkişafı  məsələlərinə  həsr olunmuş  KİV və müəllif 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə