169
qabaqlaması, KİV-lərin özləri
üçün daha sərfəli mövzulara
müraciət etmələri nəticə etibarı ilə aqrosənaye
problemlərinin reallıqlarının ictimai şüurda qeyri-adekvat
əks olunmasına gətirib çıxarır.
Aqrojurnalistikanın onun öz adekvat sosial
əhəmiyyətinə layiq bir səviyyəyə qaldırılması nəzəri və
praktik jurnalistikanın ən ümdə vəzifəsi olmalıdır.
Yoxlama sualları və tapşırıqlar
1.
Statistik materiallardan istifadə edərək, ərzaq çatış-
mazlığını qlobal problem və KİV-in əsas mövzularından
biri kimi xarakterizə edin.
2.
Ərzaq təhlükəsizliyi nədir?
3.
Azərbaycan Respublikasında
ərzaq
təhlükəsizliyinin təmin olunması üçün həyata keçirilən
Dövlət Proqramlarının əsas müddəalarını şərh edin.
4.
Qlobal ərzaq probleminin həllində KİV-in
iştirakının səmərəliliyini təmin edən amillər hansılardır?
5.
Qlobal ərzaq probleminə aid publikasiyaların
hazırlanmasının hansı metodoloji əsasları var?
Qlobal ərzaq probleminin KİV-də qeyri-peşəkar
səviyyədə işıqlandırılmasının səbəbləri nədir?
6.
Qlobal ərzaq probleminin həlli sahəsində KİV-in
qarşısında hansı ümumi vəzifələr durur?
170
V MÖVZU
Jurnalistika və müasir dövrün qlobal
demoqrafiya problemləri
Müasir dövrün qlobal problemlərindən, bəşəriyyəti
əsaslı surətdə ciddi narahat
edən məsələlərdən biri də
demoqrafik proseslər və bu proseslərlə əlaqədar sosial
sahədə yaranan irimiqyaslı dəyişikliklərdir. Demoqrafik
problemlər dünya ölkələrinin sosial-siyasi həyatının
göstəricisinə və xarici siyasətinin uğurla həyata keçirilməsi
faktoruna çevrilmişdir. Əvvəllər beynəlxalq ictimaiyyətdə o
qədər də narahatlıq doğurmayan əhalisakinliyi problemi,
xüsusilə də onun cəmiyyətdə baş verən digər sosial-siyasi
proseslərə təsiri və bunun da nəticəsində həmin proseslərin
neqativliyinin artması bu məsələlərə
demoqrafik aspekt
verilməsini, onları doğuran
səbəblərin, həlli yollarının və
cəmiyyətin ayrı-ayrı sosial-siyasi institutlarının, xüsusilə də
kütləvi informasiya vasitələrinin problemin həllində
yerinin və rolunun müəyyən edilməsini tələb edir. Bu isə,
qlobal demoqrafiya probleminə yeni mövqe və normalardan
yanaşmaqla, KİV-də aidiyyəti ekspertlərin, mütəxəssislərin,
dövlət məmurlarının və kütləvi auditoriyanın iştirakı və
müasir televiziyanın texniki imkanlarından (rəqəm, peyk,
NLP) istifadə edərək geniş müzakirələrin keçirilməsi yolu
ilə mümkündür. Buna nail olmaq üçün peşəkar jurnalist-
iqtisadçının, jurnalist-demoqrafın hazırlanması, onun
problemə bələdlilik
səviyyəsi, öz peşəsinə və müzakirə
olunan problemə konkret mövqeyinin olması, jurnalist
sənəkarlığı amillərindən yararlanma bacarığı əsas
şərtlərdəndir.
Jurnalist-demoqraf nələri bilməlidir?
171
Demoqrafik proseslər dünya və insan
inkişafının göstəricisi kimi:
jurnalist-demoqrafın bilik dairəsi
“Demoqrafiya”
(latınca demos – xalq, qrapho isə –
yazıram) əhalinin yazılması, daha dəqiq desək, əhalinin
siyahıya alınması deməkdir. Bu termin altında əhali, onun
strukturunu və dinamikasını öyrənən elm nəzərdə tutulur.
Müasir dövrdə demoqrafik proseslərin kəmiyyət xarakteris-
tikaları, yəni əhalinin sayı, onun tərkibi (yaş, peşə, etnik və
s.) coğrafi yerləşməsi və miqrasiyası, doğum, ölüm, ömrün
uzunluğu və s., o cümlədən,
bu göstəricilərin siyasi, sosial-
iqtisadi və mədəni amillərdən asılılığı dünyada baş verən
qlobal proseslərin göstəricisi kimi nəzərdən keçirilir.
Məsələ burasındadır ki, son iki yüz ildə Yer kürəsi
əhalisinin sayının əvvəlki dövrlərə nisbətən çox sürətlə
artması müəyyən yeni və daha mürəkkəb problemlərin
yaranmasına gətirib çıxarır. 2011-ci il noyabr ayının 1-nə
olan məlumata görə, dünya əhalisinin sayı artıq 7 milyardı
keçmişdir.
72
XXI əsrin ortalarına bu rəqəmin 9 milyarda,
2075-ci ildə isə təxminən 12-15 milyarda çatacağı
proqnozlaşdırılır. Mütəxəssislərin fikirləri və kütləvi
informasiya vasitələrinin çıxışları ilə tanışlıq
göstərir ki, bu
cür əhali artımı Yer kürəsinin biosfer şəraitinə uyğun
gəlməyə və ekoloji, məskunlaşma, ərzaq, tibbi xidmət
təminatı və s. sarıdan onun imkanları xaricində ola bilər.
Ümumiyyətlə, əhalinin sayının kəskin şəkildə artması və ya
azalması cəmiyyətin sosial-iqtisadi (o cümlədən, siyasi) və
demoqrafik inkişafı sahəsində müəyyən əlavə problemlər
yarada bilir. Bu, nəsillər arasındakı əlaqələrin pozulmasında
və insanların yeniliklərə, cəmiyyətdə yeni yaranan
72
http://ru.euronews.net/2011/10/31/population-s-uneven-boom/
172
institutlara adaptasiyasında özünü daha qabarıq şəkildə
büruzə verir.
Qlobal demoqrafiya problemi kütləvi informasiya
vasitələrinin tez-tez müraciət etdiyi
mövzulardan biridir və
özündə bir-biri ilə sıx bağlı olan üç əsas problemi
birləşdirir:
əhali problemi,
ərzaq problemi
bərpa olunmayan resurslar (minerallar və enerji
resursları) problemi.
Kütləvi informasiya vasitələri
bu prosesləri, eyni
zamanda dünyada baş verən sosial-təbii proseslərin əsas
göstəricilərindən biri kimi təhlil edir və işıqlandırır. Həm
sahə elmi, həm də KİV belə bir ortaq nəticəyə gəlir ki,
bəşəriyyətin müasir
vəziyyəti və onun gələcəyi, hətta ən
inkişaf etmiş ölkələrin perspektivləri demoqrafiya
problemlərinin vaxtında həllindən çox asılıdır və əhalinin
keyfiyyəti anlayışı və bu anlayışa daxil olan komponentlərlə
müəyyən olunur. Əhalinin keyfiyyəti dedikdə, insanların
həyatının tibbi-genetik və sosial-psixoloji xarakteristikaları-
nın kompleksi, başqa sözlə desək, insanın fiziki sağlamlığı,
həyat komfortu, intellektual qabiliyyətinin
inkişaf səviyyəsi
və bu qabiliyyətin reallaşdırılması mexanizmləri nəzərdə
tutulur. Ancaq bu gün nə sahə elmi, nə də jurnalistika bu
proseslərin nə ilə tənzimlənməsi haqqında suala dəqiq cavab
verə bilimirlər. Amma, belə bir hal dəqiq məlumdur ki,
əhalinin keyfiyyəti bir nəsildən başqa bir nəslə doğru dəyişə
bilir. Bu onunla izah olunur ki, müəyyən genotiplər
(orqanizmin irsi əsasları, xromosomlardakı genlərin
məcmusu) digərlərinə nisbətən
daha intensiv şəkildə
çoxalır. Məsələn, zehni əməklə məşğul olan şəxslərin ailə
üzvlərinin (uşaqların) sayı fiziki əməklə məşğul olan
şəxslərin ailə üzvlərinin sayından az olur.