Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə45/56
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5559
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   56

 
135
“dəyirmi masalar”ın keçirilməsi metodist və  tərbiyəçilərin fəaliyyətində müsbət 
dönüş yaradır.  
Orta ixtisas məktəbləri içərisində Bakı  Məktəbəqədər Pedaqoji Məktəbinin 
kadr hazırlığı sahəsində böyük təcrübəsi vardır. Burada beş ixtisas üzrə mütəxəssislər 
hazırlanır: 1. Məktəbəqədər təhsilin pedaqogikası  və metodikası; 2. İbtidai təhsil;     
3. Loqopediya; 4. Xarici dil; 5. Karlarla sosial bərpa işinin təşkili. 
Pedaqoji kollektiv təcrübəli müəllimləri və  gənc yaradıcı qüvvələri özündə 
birləşdirərək tədris işini pedaqoji ustalıqla həyata keçirir. Təcrübənin öyrənilməsi 
göstərmişdir ki, təlim-tərbiyə prosesində müasir təlim texnologiyalarından, kompüter 
təlimindən istifadə olunur. 1985-ci ildən başlayaraq tələbələr informatika və 
hesablama texnikasının  əsaslarını öyrənməyə başlamışlar. Nəzəri fənlər üzrə alınan 
biliklər tələbələrin tədris emalatxanalarındakı  dərslərində, eləcə  də Bakı  şəhər uşaq 
bağçalarında pedaqoji təcrübə keçən zaman möhkəmləndirilir. 
Dövrümüz müasir uşaqlara müasir yanaşma bacarığı olan pedaqoqlar tələb 
edir. Yeni pedaqoji təfəkkür dedikdə, böyüməkdə olan nəslin təlim-tərbiyə 
problemlərinə yeni, müasir nöqteyi-nəzərdən baxış, dünya təcrübəsinə  əsaslanan 
yanaşma nəzərdə tutulur. 
Yeni pedaqoji təfəkkürə “innovasiya” da deyirlər, yəni yeni qayda ilə təlim. 
Elmi-pedaqoji  ədəbiyyatda qeyd olunur ki, “yenilik” və “innovasiya” ayrı-ayrı 
məvhumlardır. Yenilik vasitədir, yəni yeni baxışlar, prinsiplər  əsasında yaradılmış 
metod, metodika, texnologiya və s., innovasiya isə onu mənimsəmə prosesidir. 
Yeni pedaqoji təfəkkür hərəkatına  əsasən məktəb və  məktəbəqədər təhsil 
müəssisəsi rəhbərləri, müəllimlər və tərbiyəçilər cəlb olunmuşlar. Hərəkatın predmeti 
dərs, məşğələ və məktəbdənkənar idarəetmədir. 
Uşaq bağçalarının təcrübəsinin öyrənilməsi göstərir ki, hazırda tərbiyəçilər 
interaktiv təlim texnologiyalarından geniş istifadə etməyə maraq göstərirlər. Lakin 
bunun mahiyyətini izah edə bilmirlər. “İnteraktiv” termini “dialoq”, qarşılıqlı əlaqədə 
fəaliyyət göstərmək kimi izah olunur: “Texnologiya” sözü isə S.A.Smirnovun 
“Pedaqogika, pedaqoji nəzəriyyələr, sistemlər, texnologiyalar” kitabında bu cür izah 
olunur: ““Texnologiya” anlayışını tələb olunan parametrlərlə yeni biliklər almaq üçün 
ilkin materialların təkmilləşdirilməsi üzrə metod və proseslərin toplusu və ardıcıllığı 


 
136
kimi başa düşmək lazımdır” (64, səh.172). 
Texnologiya sözünə üç cür yanaşma vardır. 
Bir qrup müəllimlər texnologiyanı müəyyən məqsədə çatmaq üçün xüsusi 
metodika kimi başa düşürlər. 
Ikinci fikrin tərəfdarları texnologiya dedikdə bütövlükdə pedaqoji sistemi 
nəzərdə tuturlar. “Texnologiya” və “pedaqoji sistem” anlayışlarının uyğun gəlməsinə 
baxmayaraq, bu cür şərh həmin sözün ilkin mənasına daha yaxındır. Çünki 
texnologiya sözünə  həm metodika daxildir, həm də  təlim vasitələrinin sistemi kimi 
mühüm element. 
Üçüncü fikrin tərəfdarları texnologiyanı  təkcə metodika və yaxud pedaqoji 
sistem kimi deyil, müəyyən məqsədə nail olmaq üçün optimal metodika və ya 
alqoritm kimi sistem nəzərdə tuturlar. Lakin demək olmaz ki, bu fikir ilkin şərhə daha 
yaxındır. Çünki texnologiya müəyyən üsuldur. Təsadüfi deyildir ki, “müasir 
texnologiyalar” termini yaranmışdır. 
Interaktiv təlim texnologiyaları üçün aşağıda qeyd olunanlar səciyyəvidir: 
-
 
uşaqların aktiv fəaliyyəti; 
-
 
tərbiyəçinin uşaqla və uşaqların bir-biri ilə əməkdaşlığı; 
-
 
didaktik və başqa oyunlardan istifadə; 
-
 
uşaqların qrupda qeyri-ənənəvi yerləşdirilməsi; 
-
 
müstəqil düşünmək, sərbəst rəy söyləmək bacarığı; 
-
 
başqalarını dinləmək bacarığı; 
-
 
başqasının fikrinə dözümlü olmaq; 
-
 
tənqidi təfəkkürünü inkişaf etdirmək
-
 
kompromis variant tapmaq; 
-
 
nitq qabiliyyətini inkişaf etdirmək. 
 Təlim prosesində inteqrasiya məsələlərini də yeni pedaqoji təfəkkürə aid 
etmək olar. 
Məlumdur ki, bütün yeni məktəbəqədər təhsil müəssisələri köhnə ənənələrlə 
işləyən uşaq bağçalarının bazasında yaranır və burada işləyən mütəxəssislər əvvəlki 
dövrün məzunlarıdır. Müasir metodlar bu müəssisələrdə əsaslı dəyişikliklər aparmağı 
tələb edir. Pedaqoji təhsil müəssisələrinin işinin təhlili göstərir ki, mütəxəssisin 


 
137
hazırlığı onun pedaqoji fəaliyyətinin metodik və didaktik istiqamətlərinə yönəlir. Bu, 
əlbəttə, çox vacibdir, lakin mütəxəssis hazırlığının psixoloji tərəfi nəzərdən yayınır: 
hər  şeydən  əvvəl tərbiyə olunanın başa düşülməsi, böyüyün onunla ünsiyyət etmək 
bacarığıdır. 
 
Ədəbiyyat 
1.
 
Həsənov A.M. Məktəbəqədər pedaqogika, Bakı-2000. 
2.
 
Qədimbəyova Ə.B. Uşaq bağçasında əxlaq tərbiyəsi, Bakı-1969. 
3.
 
Ismayılova M., İsmayılova C. Uşaq bağçalarının böyük qrupunda keçirilən 
didaktik oyunlar, Bakı-1995. 
4.
 
Komenski Y.A. Seçilmiş pedaqoji əsərləri, Bakı-1961. 
5.
 
Məktəbəqədər pedaqogika tarixi (M.Şabayevanın redaktəsi ilə), Bakı-
1967. 
6.
 
Rüstəmova N.M. Məktəbəqədər pedaqogika tarixi, Bakı-2004. 
7.
 
Şirzadova M.H. Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin inkişaf 
tarixindən, Bakı-2007. 
 
2.4. Avropa pedaqoji fikir tarixində uşaqların inkişafı, tərbiyəsi                 
və təhsili haqqında nəzəriyyələr 
Plan: 
1.
 
Avropa pedaqoji fikir tarixində  uşaqların inkişafı, tərbiyəsi və  təhsili 
haqqında T.Kampanella və Y.A.Komenskinin pedaqoji nəzəriyyələri 
2.
 
C.Lokk və J.J.Russonun problemlə bağlı nəzəri müddəaları 
3.
 
Uşaqların inkişafı, tərbiyəsi və  təhsili haqqında  İ.Pestalotsi, R.Ouen, 
Ş.Furye və F.Frebelin pedaqoji ideyaları 
4.
 
K.D.Uşinski, Y.N.Vodovozova, Y.İ.Tixeyeva və P.Kerqomarın 
tərbiyəyə və təhsilə dair irsi 
5.
 
Uşaqların inkişafı, tərbiyəsi və  təhsilinə dair mövcud nəzəriyyələrdə 
A.S.Makarenko və A.V.Suxomlinskinin yeri. 
 
1. Avropa intibahının beşiyi İtaliya idi. Humanizm ideyaları əsasən İtaliyada 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə