Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/56
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5559
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   56

 
132
tipləri və fəaliyyətinin əsasları da göstərilmişdir. 
Məktəbəqədər tərbiyə müəssisələri aşağıdakı tiplərə bölünür: 
-
 
Körpələr evi; 
-
 
Körpələr evi-uşaq bağçası; 
-
 
Uşaq bağçası; 
-
 
Əqli və ya fiziki cəhətdən qüsurlu uşaqlar üçün məktəbəqədər tərbiyə 
müəssisələri;  
-
 
Məktəb-uşaq bağçası. 
Əsasnamədə  məktəbəqədər müəssisələrdə  işin təşkili üzrə müddəalar qeyd 
olunur (III bölmədə), məktəbəqədər tərbiyə müəssisələrinin uşaqlarla 
komplektləşdirilməsi (IV bölmədə) və  məktəbəqədər müəssisəsinin idarə olunması, 
ona rəhbərlik üzrə müddəalar müəyyən edilmişdir. Məktəbəqədər müəssisəsinin 
tərbiyə-təlim işləri sahəsində hüquq və  vəzifələri, maliyyə-təsərrüfat fəaliyyəti, 
əməyin təşkili və  əmək haqqının ödənilməsi sahəsində  məktəbəqədər müəssisənin 
hüquqları, məktəbəqədər müəssisənin yaradılması, yenidən təşkili və  fəaliyyətinin 
dayandırılması, məktəbəqədər müəssisənin hüquqi müstəqilliyi yeni dövrün tələbləri 
baxımından əsaslandırılmışdır. 
Yuxarıda göstərilən rəhbər sənədlər, xüsusilə  də  məktəbəqədər tərbiyə 
müəssisələri haqqında “Əsasnamə”nin qəbulu müstəqillik dövrünün tələb və 
ehtiyacını, dövrün ruhunu özündə  əks etdirən çox mühüm və tarixi əhəmiyyət kəsb 
edən bir sənəddir. Məhz bu sənədin qəbulu ilə müstəqil, suveren Azərbaycan 
Respublikasında məktəbəqədər tərbiyə müəssisələri özünün inkişafının yeni dövrünə 
qədəm qoydu. Məktəbəqədər tərbiyə müəssisələrinin işi, onun məzmunu yeni dövrün 
tələbləri  əsasında yenidən qurulmağa başladı. Bu müəssisələr üçün yüksək ixtisaslı 
milli kadrlar hazırlığına yeni məzmunlu və istiqamətli təlimati-metodik göstərişlərin 
hazırlanmasında yeni mərhələnin əsası qoyuldu. 
Müstəqillik dövründə  təhsil sisteminin bütün həlqələri kimi, məktəbəqədər 
tərbiyə müəssisələrinin işində özünü göstərən yeniliklərdən, başqa sözlə desək, 
Sovetlər birliyi dövründən fərqli olaraq diqqəti cəlb edən cəhətlərdən biri də budur ki, 
tədqiq etdiyimiz dövrdə Azərbaycanda uşaq və gənclərin təlimi, tərbiyəsi və təhsili 
getdikcə dünya standartlarına daha çox uyğunlaşmaq yolu keçmiş məktəbdir. 


 
133
2004-cü ildə hazırlanmış “Məktəbəqədər tərbiyə konsepsiyası”nda qeyd 
olunduğu kimi, müstəqil Azərbaycan dünya standartlarına uyğun təlim sistemini 
yaratmaq işinə onun ilkin pilləsi olan məktəbəqədər tərbiyə  və  təlimin 
təkmilləşməsindən başlanmışdır. Həmin sənəddə qeyd olunur ki, bunsuz gələcəyin 
hərtərəfli, ahəngdar inkişaf etmiş şəxsiyyətini formalaşdırmaq, onları müstəqil həyata 
hazırlamaq mümkün olmaz. Konsepsiyada həmçinin aşağıdakı məsələlər də açıqlanır: 
-
 
uşaqlarla pedaqoji işin məqsəd və prinsiplərinin humanistləşdirilməsi; 
-
 
məktəbəqədər tərbiyə müəssisəsinin quruluşu; 
-
 
məktəbəqədər müəssisə
-
 
məktəb kompleksi, evdə  uşaq bağçası, xüsusi təyinatlı  məktəbəqədər 
müəssisələr; 
-
 
müəssisə - uşaq bağçaları, məktəbəqədər tərbiyə müəssisələrində pedaqoji 
işin məzmunu; 
-
 
uşağın sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi, uşaqların 
tərbiyəsi və  təlimində onların yaş xüsusiyyətlərinin nəzərə alınması, məktəbəqədər 
yaşlı uşaqların tərbiyəsi, məktəbəqədər yaşlı uşaqların təlimi və s. 
XX  əsrin son illəri və XXI əsrin  əvvəlləri tərbiyəçilərin hazırlığını, bu 
hazırlıqda xüsusi payı olan pedaqoji təmayüllü ali və orta ixtisas məktəblərinin işinin 
daha da təkmilləşdirilməsini, ölkəmizdə aparılan təhsil islahatını, yeniləşən təhsil 
sisteminin ən vacib məsələləri kimi qarşıya qoyur. 
Təsadüfi deyil ki, Təhsil islahatı proqramı  təhsil sistemində yüksək 
intellektual potensialı formalaşdıran, müasir tələbatı ödəməyə qadir olan kadr 
hazırlığı həyata keçirməyə imkan verən təşkilatı-iqtisadi mexanizmin qurulmasını və 
lazımi elmi-metodik bazanın yaradılmasını zəruri hesab edir. 
Yeniləşən təhsil sistemində aparılan islahatın müvəffəqiyyəti yüksək ixtisaslı 
kadrların hazırlığından və bu sahədə aparılan işlərin keyfiyyətindən daha çox asılıdır. 
Paralel olaraq komfort şəraitli, yüksək ödənişli özəl uşaq bağçalarının da 
yaradılması prosesi getmişdir. Yüksək peşəkarlıq fəaliyyəti olan mütəxəssislərin 
rəhbərliyi ilə  işləyən bu bağçalarda böyük müvəffəqiyyətlər  əldə edilmişdir. 
Bəzilərində isə xüsusi təhsili olmayan adamlar rəhbərlik etdiyi üçün məktəbəqədər 
yaşlı  uşaqların yaş xüsusiyyətləri nəzərə alınmamış, təlim-tərbiyə prosesi aşağı 


 
134
səviyyədə olmuşdur. Bu cür vəziyyət dövlət uşaq bağçalarında da özünü büruzə verir. 
Belə müəssisələrə müxtəlif kursları bitirmiş, səriştəsi, müvafiq elmi-pedaqoji 
hazırlığı  və bu sahədə çalışmaq üçün lazımi keyfiyyətləri olmayan şəxslər cəlb 
olunmuşlar. Halbuki hər hansı bir kursu bitirmək haqqında sənəd onların 
məktəbəqədər təhsil müəssisələrində pedaqoji işlə  təmin olunmasına heç bir əsas 
vermir. 
Kadr hazırlığında, gələcək tərbiyəçilərin peşə hazırlığında pedaqoji təcrübə 
həlledici mərhələdir. Müşahidələr göstərir ki, uşaq bağçasında təcrübə keçən tələbələr 
pedaqogika, psixologiya, metodika və ixtisas fənlərindən elementar məsələlərin 
həllində  çətinlik çəkirlər. Onlar pedaqoji, psixoloji müşahidə apara bilmir
məşğələlərin təhlilində, tərbiyəvi tədbirlərin aparılmasında savadsızlıq nümayiş 
etdirirlər, mülahizələrini  əsaslandıra bilmir, proqram və metodik vəsaitlərlə  işləyə 
bilmir, gündəlik icmal tərtib etməkdə çətinlik çəkir. Bunun səbəblərindən biri ali və 
orta ixtisas məktəblərində bu istiqamətdə  işlərin lazımi səviyyədə aparılmamasıdır. 
Tələbələrə  gələcəkdə lazımi bacarıq və  vərdişlər aşılanmır, təcrübə keçirilən uşaq 
bağçasının maddi-texniki bazası, təchizatı da aşağı səviyyədə olur. 
Tərbiyəçi kadrların yenidən hazırlanması  məsələləri də bu günün tələbidir. 
Qeyd etmək lazımdır ki, kadrların yenidən hazırlanmasına yönəldilən mühazirələrin 
elmi-pedaqoji səviyyəsi ön plana çəkilir. Artıq bəsit, müasirlikdən uzaq, təhsil 
islahatının tələblərinə cavab verməyən mühazirə  mətnləri müasir uşaq bağçası 
tərbiyəçilərinin tələbini qane edə bilməz. Tərbiyəçilərin yeni təlim texnologiyalarına 
yiyələnmələrinə, yeni idarəetmə modelinin yaradılmasına və digər məsələlərin 
tərbiyəçilərə çatdırılmasına ehtiyac vardır. Yenidən hazırlanma kurslarında açıq 
dərslərin, onların video-kasetlərinin nümayiş etdirilməsi, qabaqcıl tərbiyəçilərin iş 
təcrübəsi, onlarla görüşlər təşkil edilməsi kadrların peşəkarlıq ixtisasının 
artırılmasında mühüm rol oynayır. Kompüterdən, internetdən istifadə edilməsi, yeni 
biliklərin verilməsində audiovizual vasitələrin tətbiqi tərbiyəçi kadrların öz peşəkarlıq 
səviyyəsini artırmasını tələb edir. 
Uşaq bağçalarının təcrübəsinin öyrənilməsi göstərir ki, tərbiyəçilər arasında 
təlim prosesində yeni təlim texnologiyalarından istifadə etmək arzusunda olanlar da 
çoxdur. Metodik müşavirələr, məruzələrin dinlənilməsi, konfranslar və seminarlar, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə