Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə52/56
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5559
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   56

 
156
etdirən” müəssisə açır. “Uşaqlarımız üçün yaşayaq” devizi ilə “Bazar günü” 
vərəqəsini buraxır. 1840-cı ildə öz müəssisəsini “Uşaq bağçası” adlandırır. 1843-çü 
ildə yeni “Ana laylası” adlı əsərini yazır. 1850-çi ildə “Fridrix Frebelin həftəliyi” adlı 
əsərini buraxır. Bağçanı saxlamaq üçün cəmiyyət ona kömək edir. 
Frebel ömrünün sonuna yaxın Mariental şəhərində uşaq bağçası açır. Lakin bu 
bağça tezliklə bağlanır. Çünki Prussiya maarif naziri uşaq bağçası açmasını qadağan 
etmişdi. Onun bağçası ateizmdə, dövlət siyasətinə zidd olmaqda təqsirləndirilir.  
Frebel 1852-ci ildə Mariental şəhərində vəfat etmişdir. Onun ölümündən bir 
necə il sonra nəinki Almaniyada, İngiltərədə, Fransada, Rusiyada da uşaq bağçaları 
açılmağa  başladı, hətta Frebel cəmiyyəti yarandı. Onun açdığı kurslar Frebel kursları 
adlandırıldı. Freberin məzarı üstündə onun hədiyyələrinin rəsmi çəkildi və bu sözlər 
yazıldı: “Uşaqlarımız üçün yaşayaq”.  
F.Frebel məktəbəqədər tərbiyə sahəsində klassik pedaqoqdur. Onun pedaqoji 
nəzəriyyəsi öz dövründə mühüm əhəmiyyət kəsb etməsə də, ölümündən sonra geniş 
miqyasda yayılmışdır.  
F.Frebel böyük bir həvəslə  qızları, qadınları  tərbiyəçi kimi oxumağa təkid 
edirdi. O, qadınlar üçün xüsusi kurs açmışdı. Burada tərbiyə alanları bağbanlar 
adlandırırdılar. Bağban bağa qulluq etdiyi kimi burada tərbiyə alan uşaqları da 
tərbiyəçilər sevməlidirlər. Doğrudur, Frebelin sağlığında bu kurslara, uşaq 
bağçalarına əhəmiyyət verilmirdi, lakin Frebel uşaq bağçaları üçün çox iş görmüşdür. 
O, tərbiyə  məsələsində  uşaqlar arasında heç bir sinfi fərq qoymamışdır. O, 
Almaniyanı gəzmiş, xalq mahnılarını, xalq oyunlarını toplamışdı.  
F.Frebel uşaqların yaradıcı fəaliyyətini, onların xarici hiss orqanlarını, təhsil 
məsələlərini öz məktəbində Pestalotsinin prinsipləri  əsasında işləmişdir. Onun 
fikrincə, əmək, incəsənət, dil, tarix, riyaziyyat, vətənşünaslıq, oyun tərbiyədə mühüm 
rol oynayır. O, uşaq oyunlarına xüsusi əhəmiyyət verir. Ona görə  də “oyun 
böyüklərin  əlində pedaqoji vasitə olmalıdır”. Oyun üçün xüsusi meydançalar 
olmalıdır, oyun uşaq orqanizmini möhkəmlətmək üçün zəruridir. Xalq balalarının 
gələcək təhsil işinə bu müəssisələr xidmət etməlidir.  
F.Frebelin uşaq bağçası açmaq ideyasına Pestalotsi ilə yanaşı 
Y.A.Komenskinin və filantropistlərin də böyük təsiri olmuşdur. O, uşaq 


 
157
fəaliyyətində, oyunda, məşğələdə, sensor tərbiyədə onların metodlarından istifadə 
etmişdir. Xüsusən Jan Pol Rixterin “Levana”
1
, Y.A.Komenskinin “Ana qucağı 
məktəbi”  əsərini çox sevmişdir. O, uşaq bağçasını açmazdan əvvəl onun məqsədini 
müəyyənləşdirir. Onun fikrincə, uşağı  hələ körpəlikdən vətəninin həqiqi vətəndaşı 
tərbiyə etmək üçün uşaq bağçası lazımdır. O, 1837-ci ildə uşaq bağçası açır. 
 
Frebelə görə bağçada bitki bəslənən kimi uşaq da uşaq bağçasında 
bəslənməlidir. Onlarda yüksək emosionallıq, gümrahlıq yaradılmalı, onlar məktəb 
təliminə hazırlanmalıdır. Məktəbəqədər uşaqları özfəaliyyətə hazırlamaq üçün onların 
bədənlərini möhkəmlətmək, xarici hiss üzvlərini təmin etdirmək zəruridir. Uşaqlarda  
belə keyfiyyətləri tərbiyə etmək üçün tərbiyəçilər olmalıdır. Belə  tərbiyəçiləri isə 
azırlamaq lazımdır. “Bağçada güllərə bağbanlar qulluq etdiyi kimi uşaq bağçasında 
da tərbiyəçilər-bağbanlar qulluq etməlidir”. Frebel uşaq bağçasında uşaqların 
hərtərəfli inkişafını  təmin etmək üçün müxtəlif məşğələlərin keçirilməsini zəruri 
hesab edirdi. O, uşaq bağçasında aşağıdakı  məşğələləri nəzərdə tutur: fiziki tərbiyə 
(hərəkət, gəzinti) oyun, məşğələ (müxtəlif materiallarla), yapma, rəsm, ana dili  (ana 
dilində müsahibə, nəql etmə, şer və s.) musiqi, nəğmə, elementar riyaziyyat, təbiətdə 
əmək, ibadət və s. Bu məşğələlər vasitəsilə uşaqlarda fiziki, əqli, əxlaqi, dini, estetik 
qabiliyyətlər inkişaf etdirilir. Frebel uşaq bağçasında məşğələlərin keçirilməsinə 
böyük  əhəmiyyət verir. Bu məşğələlərin keçirilməsi üçün o, uşaqlara hədiyyə adlı 
vəsaitlər hazırlamışdır. Həmin vəsaitlər indi də  uşaq bağçaları üçün əhəmiyyətini 
itirməmişdir. Həmin hədiyyələr aşağıdakılardan ibarətdir: 
Birinci hədiyyə  rəngli topdur:  O, topu uşaqlara körpəlik çağından gənclik 
çağına kimi məsləhət görür. Çünki uşaq həmişə topla oynayır. Top hissələrə 
bölünmür. Bölünsə mənasını itirər. Top hər tərəfdən qapalıdır, bütövdür. Uşaq kiçik 
yaşlarından  əşyanı bütöv halda görmək, onu əlinə götürmək istəyir. Biz küçədə, 
həyətdə iri topu ikiəlli əlinə götürüb, qucağına sıxan uşağın necə sevindiyini görürük. 
Bu  zaman  uşağın  sevincinin  həddi-hüdudu  olmur.  Frebel deyir ki, siz hələ beşikdə 
baş barmağını ovcunun içərisində  sıxaraq uzanan körpə  uşağı görürsünüz, biz onu 
çağırdıqda, o anasına tərəf  əlini-ayağını oynada-oynada baxdıqda, yaxud ağladıqda 
___________________________  
1
Levana – Roma əsatirinə görə uşaqları qoruyan mələyin adıdır. 


 
158
yumruğunu necə sıxdığını görürsünüz. Bu uşağın fiziki inkişafına kömək edir, çünki 
bu zaman onun əl, barmaq, qol əzələləri dartınır. 2-3 aylıqdan həmin topu uşağın 
beşiyi üzərindən asmaq lazımdır. Çünki top yelləndikcə  uşaq ona sarı atılır, onu 
tutmaq istəyir. Belə olduqda uşağın əl-qol, ətraf, kürək əzələləri inkişaf edir, uşaqda 
gümrahlıq əmələ gəlir. Uşaq iməklədiyi dövrdə ana topu irəli atır, uşaq topun dalınca 
iməkləməyə başlayır, onu götürmək üçün hərəkət edir. Nəhayət, yeriməyə başlayan 
zaman topu atırlar, uşaq topun dalınca gedir, onu əlinə götürəndə sevinir. Xüsusən, 
rezin top yerə  dəydikcə o atılıb-düşür, bu uşağın diqqətini cəlb edir. Uşaq topun 
hərəkətini, yuvarlaqlığını görür. Uşaq topla oynayarkən onun qavrayışının üç forması 
inkişaf edir: uşaq  əşyanın özünü görür, məkan və zaman qavrayışları inkişaf edir. 
Nəhayət, oyun sözlə, mahnı ilə müşaiyət olunur: uşaq sözlə hərəkətin ahəngini dərk 
etməyə başlayır. Top hər dəfə yerə dəydikcə səs çıxarır. 
 
Frebelin topa aid mahnıları belə adlanır: “Topla havada oyun”, “Rəngli top”, 
“Qaytanlı top” və s. Onun tədqiqatına görə top uşağa sevinc və  şadlıq gətirir. Top 
başqa  əşyaları  əvəz edir. O, açıq yerdə  şeh damlasına, suya, çiçəyə, böcəyə, 
kəpənəyə, düz meydançada açara oxşayır. Qaytanla bağlı olanda zınqrova, balaca itə, 
ata, quzuya, pişiyə, göyərçinə, at balasına oxşayır. Top vasitəsilə  uşaqlar  əşyalarla 
yanaşı, həm də müxtəlif rənglərlə tanış olur.  
Ikinci hədiyyə - ağac altlığa bərkidilmiş kürə, kub, silindr forma etibarı ilə 
bir-birinə ziddir. O, bu hədiyyəni uşaqlara altı aydan sonra verməyi tələb edir. Yəni 
uşaq öz bədən quruluşu ilə maraqlanmağa başlayır, bu zaman həmin oyuncaq uşağa 
böyük ləzzət verir. Bu oyuncaqlar Frebelin ziddiyyətlər nəzəriyyəsi ilə bağlıdır. Uşaq 
əşyalar arasındakı ziddiyyəti əyani gördükdə onların mahiyyəti haqqında daha dürüst 
məlumat almağa başlayır. 
Kürə ovucun içərisində, boşqabda hərəkət edir, ana kürəni müxtəlif cür 
hərəkət etdirərək deyir: “Bax, kürə oynayır, uçur, fırlanır və s.” Kub isə heç fırlanmır. 
“Onu bir tilin üzərində fırladır, yenə də düz durur. Kürə və kubikdən müxtəlif fiqurlar 
düzəltmək olar. Odur ki, Frebel hələ kiçik yaşlardan uşaqları quraşdırma işinə 
alışdırmağı məsləhət görür. Kürəni kubikin üzərinə qoyarkən adam fiquru alınır. (Bu 
oyuncaqlarla həm qızlar, həm də oğlanlar oynayır.) 
Üçüncü   hədiyyə  -  səkkiz   hissəyə   bölünmüş   kubikdir.   Bu   hədiyyənin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə