Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə49/56
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5559
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   56

 
147
güzəştə getməyi bacarsınlar. Uşağı öyrətmək lazımdır ki, ona başqası  tərəfindən 
verilən hədiyyəni almasın. Bəzən uşaq öz arzusuna çatmaq üçün göz yaşından da 
istifadə edir. Bunun qarşısını almaq lazımdır. Göz yaşı iki səbəbdən olur: biri – o bir 
şeyi istədikdə vermirlər, bu zaman o göz yaşı tökür, ikincisi, çəkdiyi əzabdan da göz 
yaşı tökür. Uşağın üzünə baxdıqda onun nə üçün ağladığını bilmək olur. Birinci 
ağlamağın qarşısını almaq lazımdır. Cəsurluq və qorxaqlıq da insan xarakterinin 
əlamətlərindəndir. Cəsurluq bütün xeyirxahlığın keşikçisidir. Qorxaq adam heç vaxt 
öz insanlıq ləyaqətini yerinə yetirə bilməz. Qorxaqlığın qarşısını lap kiçik yaşlardan 
almaq lazımdır. Elə əşyalar olur ki, uşaq görəndə qorxur.  Odur ki, elə etmək lazımdır 
ki, uşaq qorxmasın.  
Uşaqlarda olan mənfi keyfiyyətlərdən biri də  qəddarlıqdır. Çox zaman uşaq 
əlinə düşən zəif canlını – quşu, kəpənəyi incidir. Körpə vaxtı belə heyvanlarla 
qəddarcasına rəftar edən uşaq böyüyəndə adamlara da qarşı amansız olacaqdır. Buna 
görə də uşaqlarda mərhəmət hissi tərbiyə etmək lazımdır. Belə qayğı uşaqlarda erkən 
yaşdan xeyirxahlıq və qayğıkeşlik tərbiyə edir. Uşaqlarda olan mənfi keyfiyyətlərdən 
biri də laqeydlikdir. Bu elə bir mənfi keyfiyyətdir ki, irqindən, cinsindən asılı 
olmayaraq bütün insanlar arasında yayılmışdır. Uşaqları bu təhlükədən qorumaq 
lazımdır. 
C.Lokk tərbiyədə nüfuza da böyük əhəmiyyət verirdi. Bu nüfuz nəinki 
uşaqlara, hətta onlara baxan dayələrə də təsir etməlidir. O yazır ki, uşaq kiçik yaşda 
olarkən ata nüfuzunun böyük əhəmiyyəti vardır. Lakin, bu nüfuz despotçuluğa 
çevrilməməlidir. Yeri gəldikcə uşağın arzusunu, tələbini də nəzərə almaq lazımdır.   
Jan Jak Russo (1712-1778) on ildən az bir dövrdə (1753-1762) “İctimai 
müqavilə”, “Dalamberə məktub”, “Yeni Eloiza” əsərlərini yazır. “Emil və ya tərbiyə 
haqqında”  əsəri 1761-ci ildə  nəşr olunur. Əsər böyük hay-küyə, hakim və dini 
qüvvələrin etirazına səbəb olur. Fransa parlamenti müəllifin həbs edilməsi haqqında 
qərar qəbul edir. Russo Fransadan qaçmalı olur. Onun adamlarla ünsiyyətdə olması 
qadağan edilmişdi. 1765-ci ildə o məşhur “Tövbə”  əsərini yazır.  Əsərdə özünün 
subyektiv həyəcanlarını, tərcümeyi-hal məlumatları çox incə bir üslubla təsvir edir. 
Narahat  həyat, həyəcanlar onu taqətdən salmışdı. O, 1778-ci ildə iyulun 2-də 
Markiz-de Jerardenin qəsrində vaxtsız vəfat edir. De Jerarden onun qəbri üstündə 


 
148
heykəl qoydurmuş, “burada təbiət və həqiqət nəğməkarı olan bir insan yatır” sözlərini 
heykələ həkk etdirmişdi. 
Komenskinin ideyasına görə, təlim ciddi ardıcıllıqla aparıldığı kimi Russoya 
görə də tərbiyə belə bir ardıcıllıqla həyata keçirilir. Həmin ardıcıllığı Russo “Emil və 
ya tərbiyə haqqında”  əsərində xüsusi qeyd edir. Birinci mərhələ  uşağın anadan 
olandan dil açana qədər dövrü əhatə edir. Bu mərhələdə uşaq tamamilə köməksiz və 
gücsüzdür.  Ikinci mərhələ iki yaşından on iki yaşadək dövrü əhatə edir. Bu 
mərhələdə fiziki qüvvələr inkişaf edir, lakin hələ əqli düşüncə, əxlaqi anlayış yoxdur. 
Üçüncü mərhələ on iki yaşdan on beş yaşadək dövrü əhatə edir. Bu dövr əqli 
qüvvələrin və  mənəvi inkişafın başlanğıcıdır. Bu dövr insan həyatının  ən qiymətli 
vaxtıdır, lakin çox az olan dövrüdür. Bu dövr işləmək, oxumaq, elm öyrənmək üçün 
ən qiymətli dövrdür. Nəhayət, dördüncü mərhələ  gəncliyin böhran dövrüdür
ehtiraslar, mənəvi özünü inkişaf dövrüdür. Bu dövrdə sanki insan yenidən doğulur, 
heç bir insani xassə ona yad deyildir. Bu dörd mərhələnin xüsusiyyətlərinə uyğun 
olaraq tərbiyə özü də  dəyişir. Birinci mərhələdə  tərbiyə özünü sadəcə olaraq uşağa 
qulluq etmək, qayğı göstərməklə ifadə edir. İkinci mərhələdə fiziki tərbiyədə  və 
xarici hisslərin inkişafında öz ifadəsini tapır. Üçüncü mərhələdə  əqli tərbiyədən, 
dördüncü mərhələdə isə  mənəvi tərbiyədən söhbət gedir. “Emil” əsərində  hər 
mərhələyə bir kitab həsr edilmişdir.  
Uşağı kim tərbiyə etməlidir? Öz uşaqlarının tərbiyəsindən imtina edən və 
uşaqlarını priyuta verən valideynləri kəskin tənqid edərək Russo hər bir valideyndən 
öz uşaqlarını  tərbiyə etməyi tələb edir. Uşağa həyat verən ona yaşamağı da 
öyrətməlidir. Kim atalıq borcunu yerinə yetirmirsə, ata adlanmağa layiq deyildir. Heç 
bir yoxsulluq, heç bir məşğuliyyət, insani böyüklük onu uşaqları yedirtmək, tərbiyə 
etmək vəzifəsindən məhrum edə bilməz. Xəstə analar müstəsna olmaqla uşaqları 
analar özləri əmizdirməlidir. Russo uşağa ana qayğısının ictimai-əxlaqi əhəmiyyətini 
çox gözəl təhlil və təsvir edir. “Ana yoxdursa, uşaq da yoxdur”. Tərəflərdən biri öz 
borcunu pis yerinə yetirirsə, o biri tərəf onun əzabını çəkəcəkdir. Uşaq hələ həyatını 
dərk etməzdən əvvəl anasını sevməlidir. Ana qayğısı yoxdursa, ailə də yoxdur. Ana 
olmayanda bütün mənəvi sistem pozulur, ana və övlad arasında məhəbbət tellərini 
bir-birinə bağlaya bilmir. Belə olduqda nə ata, nə ana, nə uşaqlar, nə qardaş, nə də 


 
149
bacı olur, hamı bir-birinə tanış kimi baxır. Onlar bir-birlərini sevə bilərlərmi? Əlbəttə 
yox. Çünki hər kəs özü haqqında düşünür. Priyutlara, monastrlara verilmiş  uşaqlar 
ailə üzvlərinə, ata ocağına bağlılığı itirir. Heç kimlə bağlı olmur. Lakin, Russo qeyd 
edir ki, tərbiyəçisiz keçinmək olmaz. Tərbiyəçi lazımdır. Russonun tərbiyəçisi 
özünəməxsus ideal adamdır. O, nökər deyildir, uşağın və ailənin ən yaxşı dostudur. 
Yer üzündə çox xeyirxah peşə var. Bu peşə pulla deyil, insanın fədakarlığı ilə 
müəyyən  olunur.  Bu  hərbçi  və  tərbiyəçi  peşəsidir.  Russoya  görə  tərbiyəçi  bütün 
məlum olan keyfiyyətlərə sahib olmaqla yanaşı cavan olmalıdır. Onun gənc olması 
şagirdin müəllimə inamı və etibarı yaradır. Russo təsdiq edir ki, uşağın bir tərbiyəçisi 
olmalıdır. O, həm tərbiyəçi, həm də müəllim olmalıdır.  
Uşağa ilk qayğı qida, uşağın bədəninin möhkəmləndirilməsi və nitq 
inkişafıdır.  
Uşağa ilk qayğı fiziki baxımla səciyyələnir. Uşağa qida verilir, bədəni təmiz 
saxlanılır. Bu baxım haqqında Russo xüsusi tövsiyələr verir. Uşağın ilk və əsas qidası 
ana südüdür. Uşağı başqa qadın  əmizdirəcəksə, onda yalnız bədəncə deyil, 
mənəviyyatca, ruhca sağlam və  gənc qadın tapmaq lazımdır. Çünki beləsinin südü 
uşağın mədəsində tez həzm olur. Qida kimi uşağa ilk gündən azadlıq verilməli, o, 
bədən üzvlərinin keyləşməsi olmasın deyə hərəkət etdirilməlidir. Buna görə də Russo 
bələməyin qəti  əleyhinə  çıxırdı. Bələk qan dövranının normal işləməsinə, uşağın 
möhkəmlənməsinə mane olur. Uşağın, temperamentinə  təsir edir və  nəhayət uşaq 
əsəbiləşir və  qışqırır. Russo bələk bağını  uşağın azadlığını  əlindən alan ilk zəncir 
hesab edir. Bu ağılsız adət elə-belə yaranmamışdır. Adamlar öz rahatlığı üçün ilk 
gündən uşağın qol-qıçlarını bağlayıb, onu azadlıqdan məhrum edirlər. Russo uşağın 
tez-tez yuyulmasını  məsləhət görürdü. Bu vaxt uşaq müxtəlif temperatura öyrənir. 
Bütün qayğılarla yanaşı Russo uşağın çox əzizlənməsinin  əleyhinə olmuşdur. Ana 
uşağı əziz-xələf böyüdür, o, övladına böyük ziyan vurur və belə ana ən qəddar anadır. 
Buna görə  də Russo uşağı kiçik yaşlarından müxtəlif iqlim şəraitinə öyrətməyi, 
çətinliyə alışdırmağı tövsiyə edirdi.  
Russo uşaqların ağlamasına xüsusi diqqət yetirir və qeyd edirdi ki, uşaqların 
göz yaşları onların ilk xahişidir. Göz yaşları ilə onlar nə isə istəyirlər. Uşaqların 
ağlamasının iki səbəbini qeyd edir. Uşaq müəyyən tələbatının ödənilməsini – yerinin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə