Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə50/56
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5559
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   56

 
150
dəyişdirilməsini, qida və s. istəyir. Belə  ağlamaq fasiləli olur. Uşağın fasiləsiz 
ağlamağı onun hər hansı bir yerinin ağrıması ilə olur. Russo da ona görə deyirdi ki, 
uşaqların göz yaşlarına rəhm edin.  
Russo uşağın nitq inkişafına xüsusi əhəmiyyət verirdi. O tələb edirdi ki, söz 
aydın deyilməli və  əşya uşağa göstərilməlidir. Uşaq nitqinin inkişafında Russo hər 
cür tələskənliyin əleyhinədir. Sözlərin təhrif edilərək tələffüz olunması Russoya görə 
uşaqda pəltəklik yaradır.  
Ikinci mərhələdə Russoya görə iki yaşa qədər uşaqlar həqiqi  əqli 
qabiliyyətlərə malik olmurlar və buna görə  də  əqli öyrətməyə yaramırlar. Onlarda 
təfəkkür, hətta yaddaş belə yoxdur. Onlar səsləri, obrazları, duyğuları, rabitələri 
yadda saxlaya bilirlər. Onların bilikləri yalnız duyğularda  əks olunur, təfəkkürə 
keçmir. Bu dövr əqlin yuxu dövrüdür. Madam ki, belədir, onda uşaqlara  əqli 
məsələlərlə məşğul olmağı təklif etməyin faydası yoxdur.  
Russoya görə fiziki inkişaf,  əqli inkişafla sıx bağlıdır. Fiziki inkişaf  əqli 
inkişaf mərhələsinə zəruri hazırlığı yerinə yetirir.  
Uşağın ağıllı  və düşüncıli olması üçün onun möhkəm, sağlam olmasına 
çalışın. Qoyun o işləsin, hərəkət etsin, qaçsın, qışqırsın, həmişə fasiləsiz hərəkətdə 
olsun. Qoyun o, güclü və qüvvətli adam olsun. Onda onun əqli də inkişaf edəcəkdir. 
Bədəni fiziki möhkəmləndirməyə  gəldikdə Russo burada uşağın həddən artıq 
əzizlənməsi və  qəyyum edilməsinin  əleyhinə  çıxır. Uşağın ilk addımlarından 
müstəqilliyə öyrədilməsi vacibdir. Uşaq öz gücünə, qüvvəsinə inanmalıdır. Russo 
qeyd edirdi ki, Emil ayaq açıb yeriyəndə onun qoruyucu papağı, təkərlərə bərkidilmiş 
səbəti olmayacaqdır. O, özü yeriməyi öyrənəcək, yıxılacaq, duracaq, lakin, 
öyrənəcəkdir. Qoy uşaq müstəqil addım atarkən yıxılsın, dizi əzilsin,  əti göyərsin – 
bütün bunlar bu yaşda təhlükəli deyil. Çünki, əzab çəkmək ilk şeydir ki, uşaq ona 
alışmalı, öyrənməlidir.  
Russo  əmək tərbiyəsinə xüsusi əhəmiyyət verirdi. Əmək insanın zəruri 
tələbatıdır. Russonun əmək növləri içərisində sənətkarlıq əməyi yüksək yer tutur, o, 
bu əməyə xüsusi qiymət verir. Çünki sənətkar heç kimdən asılı deyildir.  
Uşağa hansı peşəni öyrətməli? Hər  şeydən  əvvəl daim faydalı olan peşəni 
öyrətmək lazımdır. Bu peşələr dəbdən, dövlətli adamlardan asılı olmayaraq 


 
151
mövcuddur. Buna görə də Emil özünə şərəfli, faydalı bir peşəni seçməlidir. Russoya 
görə peşələr içərisində ən şərəflisi əkinçilikdir. Daha sonra dülgərlikdir.  
3. Iohan Henrix Pestalotsinin (1746-1847) əsərlərində, xüsusilə “Herbartın 
doqquz sualına cavab”, “Oğlunun tərbiyəsi haqqında Pestalotsinin gündəliyi”, 
“Analar üçün kitab”, “Qu quşunun nəğməsi”  əsərində ailədə  tərbiyə  məsələlərinə 
geniş yer vermişdir. Ailədə  uşaqların ilk tərbiyəçisi anadır. Ana əvvəlcə  uşaqların 
hisslərinə təsir etməli, sonra isə hisslərin bu cür tamamlanmış tərbiyəsində ağıla təsir 
etmək üçün bazis axtarmalı, uşağın rahatlığını təmin edən vasitələrdən istifadə etməyi 
bacarmalıdır. Məktəb yaşına çatmamış  uşaqlar üçün Pestalotsi ailəni ilk tərbiyə 
məktəbi hesab edərək orada uşaqların hisslərinin, nitq və  təfəkkür qabiliyyətlərinin 
inkişaf etdirilməsini, sağlamlıqlarının qorunmasını  zəruri sayırdı. Pestalotsi deyirdi 
ki, ana kimi sevirsə uşaq da onu sevir. Ana kimə etibar edirsə, uşaq da ona etibar edir. 
Ana kimə inanırsa, uşaq da ona inanır.  
Uşaq hiss orqanlarından istifadə etməyə başlayan andan ana onun hiss 
üzvlərinə  təsir edərək  əşyaları göstərməklə  uşağın təsəvvürünü, görüş dairəsini 
genişləndirə bilər. Uşaq dil açarkən ana onu bədən üzvləri ilə tanış edir. Uşaq başı, iki 
gözü, iki qulağı, iki əli, iki ayağı olduğunu öyrənir. Bundan sonra uşaq  əyninə 
geyindiyi paltarları, onu əhatə edən  əşyaları adları ilə deyə bilir. Uşağın üç yaşı 
tamam olmamış ana ona ilkin hesab ünsürləri öyrədə bilər. Uşaq rəqəmləri tanıyır, 
şəkillərdə onları göstərə bilir. Uşaq 4 yaşa keçid dövründə düz xətt, üfüqi xətt, qapalı 
xətt çəkə bilir. Ana uşağa  əşyaları yerdən yığışdırmağı, bir yerə toplamağı, aparıb 
yerinə qoymağı öyrətməlidir. Bu işləri yerinə yetirən uşaq bundan sevinc hissi keçirir.  
Oğlunun tərbiyəsi haqqında “Pestalotsinin gündəliyi”ndə  uşaqları erkən 
yaşdan  ətrafda baş verən hadisələri müşahidə etməyi öyrətməyi zəruri sayırdı. O, 
qeyd edirdi ki, ən böyük sevinc yavaş, uzun axtarışlardan doğur. Uşağa başladığı işi 
sona çatdırmağa kömək etmək,  şərait yaratmaq lazımdır. Tərbiyə  işində heç vaxt 
tələsmək olmaz. Təbiət uşaq üçün ən yaxşı müəllim olur. Təbiətin azad 
auditoriyasında uşaq özünü daha sərbəst, azad hiss edir.  
Uşağı   bacara   bildiyi   işi   görməsinə   imkan  verilməlidir.  Uşaqları  erkən 
yaşlarından işə, zəhmətə alışdırmadan ondan dəyərli insan tərbiyə etmək qeyri-
mümkündür. Uşaq sevincli əməyə doğru getməlidir. Bağda, həyətdə işləmək, bitkilər 


 
152
toplamaq və s. ictimai həyata hazırlıqdır. Unutmaq olmaz ki, günahsızı cəzalandıran 
hər bir kəs məhəbbəti itirir. 
Ana dilinin öyrədilməsindən danışarkən Pestalotsi deyir ki, Ana dilinin və hər 
hansı bir dilin təbiətə müvafiq öyrənilməsi hissi qavrayış vasitəsilə  əldə edilən 
biliklərlə əlaqədardır. 
Nitq orqanları inkişaf etməyincə  uşaq danışa bilmir. Təbiət körpəni 
danışmağa öyrədə biləcək ayrı bir yol tanımır. Uşağa danışmağı öyrətmək üçün ana 
təbiət özünə icazə verməlidir ki, uşağın eşitməsi, görməsi, duyması və s. üçün malik 
olduğu bütün gözəl imkanlarla ona təsir etsin. Uşaq özünün gördüyünü, eşitdiyini, 
duyduğunu, iy və dad bildiyini dərk etdikcə onda həmin təəssüratı ifadə edə bilən 
sözlərə bələd olmağa və öz fikrini həmin sözlər vasitəsilə ifadə etməyə başlayacaq. 
Pestalotsi oğlu haqqında yazdığı gündəlikdə  məktəbəqədər yaşlı  uşaqlarla 
aparılan təlim məşğələlərinə xüsusi əhəmiyyət verir. O, tərbiyəçilərə  məsləhət 
görürdü ki, uşaqlar başladığı  işi sona çatdırmayınca irəli getməyə  tələsmə, sən 
bununla boşboğazlığın və fikri azdırmağa səbəb olan huşsuzluğun qarşısını ala 
bilərsən. Təlimdə yersiz tələskənlik ziyan gətirər. Irəli getməli, daim işləməlisən. 
Lakin həmişə arxaya da, keçdiyin yola da nəzər salmalısan. Şöhrətpərəstliyə uymaq 
lazım deyil, yalnız həqiqəti axtarmaq lazımdır.  
Pestalotsi nəsihətçilikdən uzaq olmağı məsləhət görür. Nəsihət uşağı bezdirir, 
həmin sözlər hər gün təkrar olunduqca onlar hiddətlənir. Azadlığa üstünlük verir. 
Azadlığın boğulması  uşağın qəlbində müqavimət doğurur. Azadlıq uşağın qəlbini 
sakitliklə, təmkinliklə doldurur. Lakin bu uşağı özbaşınalığa gətirib çıxarmamalıdır.  
Pestalotsi yazır, “vətəndaşı erkən yaşlarından işə alışdırmadan ondan dəyərli 
insan tərbiyə etmək olmaz”. Lakin əmək cəlbedici, sevinc gətirən olmalıdır.  
Kiçik uşaqların təlimində və tərbiyəsində nümunə xüsusi əhəmiyyət kəsb edir. 
Uşaqlar hələ saymaq vərdişinə yiyələnmədən say haqqında sözləri öyrənirlər - bir, üç, 
beş, on və s. Burada uşaq heç bir aydınlıq görmür, o, yalnız sadəcə olaraq sözləri 
eşitdiyi kimi yadında saxlayır. Biz ikini bilməyən uşağa üçü öyrətsək, nə qədər səfeh 
iş  olardı.  Qoy  uşaq  əvvəlcə  ikini  yaxşı  öyrənsin,  sonra  üçü  öyrət. O zaman uşaq 
saymağı nə qədər təbii öyrənir.  
Bədən tərbiyəsindən danışarkən tələb edir ki, bu oyun və məşğələ açıq havada 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə