Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə53/56
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5559
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   56

 
159
əhəmiyyətindən danışarkən Frebel qeyd edir ki, 3 yaşa qədər uşaqlar artıq  əşya 
haqqında, onun xarici forması, quruluşu, bərkliyi, yumşaqlığı, rəngi, həcmi haqqında 
müəyyən biliklərə yiyələnmiş olurlar. Bu hədiyyənin vasitəsilə uşaqlar əşyanın daxili 
quruluşunu, onun hissələrə ayrılması, hissələrdən tamın  əmələ  gəlməsi kimi yeni 
məlumatlara yiyələnirlər. Adətən, uşağa ona verilən oyuncağın xaricini öyrəndikdən 
sonra onun daxili ilə maraqlanır, onu sökür, içərisinə baxmaq istəyir, belə olduqda 
oyuncağı uşaq sındırır, yenidən düzəldə bilmir. Bu baxımdan uşaqlara bu hədiyyənin 
verilməsi zəruridir. Çünki uşaq  əvvəl top və kürə ilə qapalı  əşyanı öyrənir, üçüncü 
hədiyyədə isə  uşaqlar  əşyanın davamlılığını, qoyanda dura bilən olduğunu, söküb-
yığmağın asan olduğunu öyrənirlər. Üçüncü hədiyyənin mahiyyəti ondan ibarətdir ki, 
uşaq burada yeni bilik alır.  
Dördüncü hədiyyə - səkkiz hissəyə bölünmüş  kərpicdir.    Bu  hədiyyənin 
köməkliyi ilə  uşaqlar uzun, enli, hündür sözlərinin mahiyyətini dərk edir, sahə, 
məkan, həcm təsəvvürünə yiyələnirlər. Düzbucaqlı, dördbucaqlı, bərabərlik sözlərinin 
mahiyyətini anlayırlar.  
Beşinci hədiyyə - iyirmi yeddi hissəyə bölünmüş kubikdir.  Iyirmi biri 
bütövdür, üçü-dördü kiçikdir, üçü kəsikdir. Bu kubiklərin köməkliyi ilə  uşaqlar üç 
yüzə qədər fiqur düzəldə bilərlər.  
Altıncı  hədiyyə - iyirmi yeddi hissəyə bölünmüş  kərpicdir.  Bunlardan uşaq 
bağçasında tikinti materialı kimi istifadə olunur. 
F.Frebel uşaqları yaş dövrlərinə bölmüş və bütün oyun və məşğələləri bu yaş 
bölgüsü əsasında işləmişdir. O, yaş dövrlərini  aşağıdakı kimi bölmüşdür:  
1. Körpəlik dövrü – 2-3; 2. Məktəbəqədər dövr – 3-7; 3. Erkən yaş – 7-10; 
4.Yeniyetməlik dövrü – 11-15. 
O, deyirdi ki, hər bir dövrdə  uşağın inkişafı üçün zəruri olan materiallar 
olmalıdır. Uşaq aləmi iki yolla – emprik şəkildə, xarici hiss orqanları  və  hərəkətin 
köməyi ilə təcrübədə dərk edir. Təcrübə insanın daxili aləmini oyadır.  
Fridrix Frebelin məktəbəqədər tərbiyə nəzəriyyəsi hələ öz dövründə o qədər 
də başa düşülməmişdi. Hətta, Almaniyada uşaq bağçalarının açılması qadağan 
edilmişdi. Frebelin yaradıcılığı ölümündən sonra geniş yayılmışdır və öyrənilmişdir. 
Frebelin yaradıcılığı  və  fəaliyyəti haqqında dostu Middendorf demişdi: “Frebel 


 
160
yorulmadan, öz mənafeyini güdmədən işləmişdir. O, uşaqlıqda insanlığın təbiətini 
oxumuşdu. O, insanın kamilləşməsi üçün çalışmışdı”. F.Frebelin ideyaları 
İngiltərədə, Fransada, Amerikada, Rusiyada, Zaqafqaziyada Frebel cəmiyyətləri 
tərəfindən geniş yayılmışdır. Bu cəmiyyətlər uşaq bağçaları açılmasında, 
məktəbəqədər tərbiyə mütəxəssisləri hazırlamaqda xeyli iş görmüşdür. XIX əsrdə 
Frebel sistemi ilə işləyən bağçalar çox idi. 
Fridrix Frebel bütün ömrünü məktəbəqədər uşaqların tərbiyəsi işinə  sərf 
etmiş, uşaq bağçaları yaratmışdır. O, uşaq bağçasında aparılan işin məzmununu və 
metodikasını işləmişdir.  
Məktəbəqədər yaşlı  uşaqların inkişafı  və  tərbiyəsi haqqında klassik rus 
pedaqoqlarından Konstantin Dmitriyeviç Uşinski, Y.N.Vodovozova, K.L.Şleger, 
Y.İ.Tixeyeva, A.S.Makarenko, N.K.Krupskaya, A.V.Suxomlinski və b., eyni 
zamanda italyan pedaqoqları Mariya Montasori, fransız Palina Kerqomar, polyak 
pedaqoqu Y.A.Korçaqın ideyaları bu baxımdan maraq doğurur. 
4. K.D.Uşinskinin (1824-1870) pedaqoji sisteminin əsasını  xəlqilik təşkil 
edir. O, xalq yaradıcılığına, xalqın yaratdığı nağıllara, atalar sözlərinə, tapmacalarına 
yüksək qiymət verir. 
Uşinski məktəb təlimi və  tərbiyə haqqında görkəmli nəzəriyyəçidir. O, 
məktəbəqədər yaşlı  uşaqların həyatında mühüm yer tutan əqli,  əxlaqi, fiziki, əmək 
tərbiyəsi, uşaq oyunları, oyuncaqlar haqqında danışmış, onların əhəmiyyətini yüksək 
qiymətləndirmişdir. Buna görə də o deyirdi ki, uşaqlara müstəqillik vermək lazımdır 
ki, onlar müstəqil olaraq öz güclərinə müvafiq olaraq işlər görsünlər. Odur ki, o, həm 
tərbiyəçilərə, həm də valideynlərə müraciət edərək deyirdi: “Nə onlara heç bir mənası 
olmayan, nə də onların gücünə müvafiq olmayan iş verin. Bunların hər ikisi uşaqlara 
pis təsir edir”.  
Uşinski də Komenskinin, Russonun, Pestalotsinin ardıcılı kimi təbiəti  əsas 
tərbiyə mənbəyi kimi götürür. “Təbiət insan tərbiyəsində ən güclü amildir” - deyir. O, 
uşaqların əqlini inkişaf etdirir, onların duyğularına qüvvətli təsir edir. Onun fikrincə 
təbiət hadisələrini müşahidə etmək, onları araşdırmaq, təbiətin sirlərini öyrənməyə 
çalışmaq uşaqlarda bir sıra gözəl keyfiyyətlərin yaranmasına səbəb olur. Uşaq 
vətənini, təbiətini, onun gözəl mənzərəsini, heyvanlar aləmini öyrənir, sevir. 


 
161
Uşaqlarda ilk insani duyğular heyvanlara, bitkilərə münasibətdə formalaşır. Uşaq 
psixologiyasını gözəl bilən Uşinski məhz buna görə kiçik yaşda uşaqlara təbiəti 
sevdirməyi lazım bilirdi. O, uşaqlar üçün yazdığı hekayələrində də təbiət hadisələrini 
təsvir edir, həmin hekayələrin uşaq qəlbinə etdiyi təsiri uzun illərdən bəri dərsliklərdə 
həmin hekayələrin yaşamasında görür. Onun “Başını dik tutan kimdir”, “Qaraquş və 
pişik”, “Dörd arzu”, “Yayda meşədə” və s. hekayələri uşaq qəlbinə güclü təsir edir. 
Hər bir uşaq həmin hekayədən nəticə  çıxarır. Uşinski bu hekayələrində mahir bir 
rəssam kimi gözəl təbiət lövhələri yaradır.  
O, uşaq oyununun elmi-psixoloji əsasını yaratmışdır. Oyun uşağın daxili 
aləminə mürəkkəb həyat hadisələrindən daha təsirli iz buraxır. Oyunda uşaqlar 
böyükləri görür, öz gücünü sınayır, müstəqil olur. Bir yerdə oynayan uşaqlarda ilk 
ictimai münasibətlərin qarşılıqlı  əlaqəsi yaranır. Oyunda uşaq həyat hadisələrini 
olduğu kimi təqlid edir.  
Uşinski böyük bir uzaqgörənliklə deyirdi ki, məktəbəqədər yaşlı  uşaqların 
həyatında xalq oyunları mühüm yer tutur. Bu oyunları toplayıb uşaqların istifadəsinə 
vermək zəruridir. O yazır: “”Xalq oyunlarına diqqət yetirmək, onu zəngin mənbə 
kimi axtarmaq, təşkil etmək, ondan güclü tərbiyə vasitəsi kimi istifadə etmək gələcək 
pedaqoqların mühüm vəzifələrindən biri olmalıdır.  
Uşaqların dünyagörüşünün,  əxlaqi keyfiyyətlərinin yaranmasında, həyat 
vərdişi qazanmaqda, uşaq fantaziyasına zəngin material verən bir vasitə kimi 
oyuncaqların əhəmiyyətini göstərir.  
Uşaqlar öz oyuncaqlarına ürəkdən bağlı olurlar. Uşaq köhnə kuklasının 
gözəlliyini təsəvvüründə canlandırır, burnu, gözü, üzü çoxdan çevrilmiş kuklasını çox 
sevir, nəinki təzə kuklasını. Təzə kukla birdən-birə uşağın sevimlisinə çevrilə bilmir.  
Uşinski oyuncağın uşaq hissinə etdiyi güclü təsiri belə təsvir edir. “Əməliyyat 
olunmalı olan bir uşağı  xəstəxanaya gətirirlər. Uşaq özü ilə  bərabər kuklasını da 
gətirir. O, ağlayır, əməliyyat olunmağa qoymur, həkim onu dilə tutur. Başa salır ki, 
əməliyyat olunmasan, kuklan öləcək. Bundan qorxan uşaq dərhal razılıq verir və 
bütün ağrılara dözür”. 
Uşinski uşaq oyunu ilə uşaq əməyinin vəhdətini göstərir. Həyatın başlanğıcı 
olan  əməyə  uşaqları  kiçik  yaşdan  alışdırmağı  lazım bilir.  Əmək həm də uşaqların 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə