108
yanaşılmır. Üçüncüsü, keçmiş SSRİ məkanında “Məktəbəqədər pedaqogika” adı
altında çap olunan dərs vəsaitlərinə qədər çap olunan ədəbiyyatın demək olar ki,
hamısı “Məktəbəqədər tərbiyə” (“Doşkolnoye vospitaniye”), “Məktəbəqədər
müəssisələrdə tərbiyə” (“Vospitaniye v doşkolnıx uçrejdeniyax”) adı altında
hazırlanmış bu materialların hamısında məktəbəqədər tərbiyə müəssisələrində həyata
keçirilən tərbiyə işləri, qismən isə təlim işləri işıqlandırılır. Bu materiallarda uşaqların
yaş dövrlərinə də münasibət müxtəlifdir. Əksər ədəbiyyatda bağça yaşlı uşaqların yaş
dövrləri qruplar üzrə aparılan bölgüyə əsasən müəyyənləşdirilərək “kiçik qrup”, “orta
qrup”, “böyük qrup”, “məktəbəhazırlıq qrupu” şəklində ifadə olunmuşdur. Maraqlı
orasıdır ki, mövcud ədəbiyyatda qruplardakı yaş dövrləri də müxtəlif tərzdə ifadə
olunur. Bütün bunların səbəblərini aşağıdakı şəkildə qruplaşdırmaq olar:
1.
Bir sıra ədəbiyyatda məktəbəqədər pedaqogikanın növlərə bölünərək
“çağalıq pedaqogikası”, “körpəlik pedaqogikası”, “məktəbəqədər pedaqogika” kimi
göstərilməsi.
2.
Bir qism mütəxəssislərin uşaqların ailədə, körpələr evində və uşaq
bağçalarında tərbiyəsinə aid olan işlərin məktəbəqədər tərbiyəyə şamil etməsi və
bütün bunları “məktəbəqədər pedaqogika” kimi nəzərdən keçirməsi.
3.
Bəzi mütəxəssislərin körpələr evində aparılan tərbiyə işlərinin uşaq
bağçalarında aparılan tərbiyə işlərilə fərqli və ya vəhdətdə götürmələri.
4.
Ənənəvi pedaqogikaların pedaqoji elmlər sistemi adlanan bölmələrində
məktəbəqədər pedaqogikaya yanaşmaların müxtəlif olması.
Ənənəvi pedaqogikalardakı bu məsələyə dair bəzi yanaşmaları nəzərdən
keçirsək fikrimizi daha ətraflı əsaslandıra bilərik.
1958-ci ildə respublikamızda dərc olunmuş ilk “Pedaqogika” adlı dərs
vəsaitində (50, səh.22) göstərilir: “Körpəlik pedaqogikası – 3 yaşına qədər olan
uşaqların bəslənməsi və tərbiyəsindən bəhs edir. Məktəbəqədər pedaqogika - 3
yaşından 7 yaşınadək uşaqların bəslənməsi və tərbiyəsindən bəhs edir. Məktəbəqədər
pedaqogika 3 yaşından 7 yaşınadək olan uşaqların təlim və tərbiyəsindən bəhs edir”.
Göründüyü kimi ayrı-ayrı illərdə çap olunmuş iki dərslikdə bir fikir olduğu kimi, eyni
cür ifadə edilir.
Müəllifləri A.Abbasov, H.Əlizadə, N.Kazımov, Ə.Həşimov, Ə.Paşayev və
109
F.Rüstəmov olan pedaqogikalara diqqət edək: Körpəlik pedaqogikası –
Pedaqogikanın bu sahəsi 3 yaşınadək olan uşaqlara göstərilən qayğı və diqqət
məsələləri ilə məşğuldur. Məktəbəqədər tərbiyə pedaqogikası – bağça yaşlı uşaqların
tərbiyəsi, təlim məsələlərini tədqiq edir və əsaslandırılmış tövsiyələr hazırlayır. (30,
səh.16); Məktəbəqədər pedaqogika məktəbəqədər yaşlı uşaqların təlim-tərbiyəsinin
qanunauyğunluqlarını araşdırır, onların təlim-tərbiyəsini təşkil etmək üçün proqram
hazırlayır və həmin proqramın həyata keçirilməsi yollarını müəyyənləşdirir (7,
səh.9,10); Məktəbəqədər pedaqogika məktəb yaşına çatmamış uşaqların tərbiyə və
təlim məsələlərini öyrənir (51, səh.21).
3. Buradan belə bir nəticəyə gəlmək olur ki, müəlliflərin bir qismi çağalıq
pedaqogikasını, körpəlik pedaqogikası - məktəbəqədər pedaqogikadan ayrı təsəvvür
edir, bir qismi onları məktəbəqədər pedaqogikanın tərkibində nəzərdən keçirməyə
üstünlük verir, bir qismi məktəbəqədər pedaqogika deyəndə uşaqların məktəbəqədər
yaş dövründəki tərbiyəsilə məşğul olmağı göstərsələr də bu işi konkret olaraq harada
(ailədə və ya bağçada) həyata keçirilməsini nəzərdən qaçırır, bir qismi isə
məktəbəqədər pedaqogika deyəndə konkret olaraq məktəbəqədər yaşlı uşaqların
bağçada tərbiyəsi və təliminin pedaqoji, psixoloji, fizioloji və metodik imkanlarından
istifadə edərək bir şəxsiyyət kimi formalaşmasına xidmət edən elm sahəsi kimi
nəzərdə tuturlar. Bütün bunlar deməyə əsas verir ki, bu günə qədər hələ də
məktəbəqədər pedaqogikanın sərhədləri düzgün, konkret müəyyənləşdirilməmişdir.
Prof. Fərahim Sadıqov “Pedaqogika” adlı (Bakı-2006, səh.40) yazdığı dərs
vəsaitində təklif edir ki, ölkəmizdə yaranmaqda olan Milli pedaqogikanın struktur
bölmələri yenidən nəzərdən keçirilsin. Milli pedaqogikanın müvafiq bölmələri, o
cümlədən pedaqoji elmlər sistemi bölməsi daha aydın, daha geniş, daha ətraflı şəkildə
yenidən öyrənilib ümumiləşdirilsin.
5.
Prof. F.Sadıqov pedaqoji elmlər sisteminin aşağıdakı şəkildə nəzərdən
keçirilməsini daha məqsədəuyğun hesab edir:
1)
Çağalıq və körpəlik pedaqogikası. 2) Məktəbəqədər pedaqogika. 3) Məktəb
pedaqogikası. 4) Texniki peşə məktəbi pedaqogikası. 5) Milli pedaqogika. 7)
Əlahiddə pedaqogika. 8) Əmək-islah pedaqogikası. 9) İstehsalat pedaqogikası.
10) Mədəni-maarif pedaqogikası. 11) Fənlərin tədrisi metodikası. 12) Pedaqogika
110
tarixi. 13) Müqayisəli pedaqogika. 14) Ailə tərbiyəsi pedaqogikası. 15) Azərbaycan
xalq pedaqogikası. 16) Pedaqoji psixologiya. 17) Tibbi pedaqogika. 18) Sosial
pedaqogika. 19) İdman pedaqogikası. 20) Musiqi pedaqogikası və s.
O, məktəbəqədər pedaqogikanın ilkin sahəsi olan çağalıq və körpəlik
pedaqogikasının aşağıdakı şəkildə nəzərdən keçirilməsini məqsədəuyğun hesab edir:
-
Çağalıq və körpəlik pedaqogikası ailədə, körpələr evi-uşaq bağçalarında
uşaqların fizioloji, psixoloji inkişafını, pedaqoji baxımdan formalaşdırılmasını
öyrənir və ümumiləşdirir.
-
Məktəbəqədər pedaqogika ailədə və uşaq bağçasında uşaqların fizioloji,
psixoloji inkişafı, habelə onların pedaqoji baxımdan hərtərəfli formalaşdırılmasını
öyrənir və ümumiləşdirir (60, səh.40).
Xalqımızın yüksək zəka sahiblərinin, aqil və müdrik şəxsiyyətlərinin səyi ilə
zaman-zaman yaradılmış mənəviyyatımızın, ictimai şüurun bir forması olan yüksək
əxlaqi dəyərlərlə yetişməkdə olan gənc nəsli tərbiyə etmək vacibdir. Ulularımızın,
klassik pedaqoqların tətbiq etdiyi bu tərbiyə prinsiplərini örnək götürməklə,
körpələrimizi Vətənə, xalqa, doğma torpağa məhəbbət ruhunda tərbiyə edilməsi lazım
bilinmiş və indi də vacib sayılır.
Azərbaycanda məktəbəqədər təhsil və tərbiyə probleminin həyata keçirildiyi
bütün dövrlərdə xalqın taleyi gələcək nəslin düzgün təhsilləndirilməsi və tərbiyə
olunması ilə sıx bağlı olmuşdur.
Eyni zamanda bütün fəaliyyəti dövründə gənc nəslin mənəvi tərbiyəsini və
təlimini əsas vəzifə kimi qarşıya qoyan ulu öndərimiz H.Ə.Əliyev Azərbaycan
Respublikası gənclərinin birinci forumundakı yüksək əhəmiyyətli çıxışında demişdir:
“Ümumbəşəri dəyərlər, Azərbaycan xalqının milli-mənəvi dəyərləri hər bir gənc
tərəfindən mənimsənilməlidir... Mənəviyyat olmayan yerdə heç bir şey də ola bilməz.
Xalqımızın tarixinin əsasını təşkil edən bütün mərhələlərdə, keçmiş əsrlərdə yüksək
mənəviyyat olmuşdur. Keçmiş tariximizdən bizə qalan simaları bu gün bizim üçün
nümunə edən onların yüksək mənəviyyatıdır, yüksək amallarıdır. Ona görə də bu gün
mənəvi tərbiyə bəlkə də keçmiş illərdən daha çox lazımdır”.
Odur ki, yüksək intellektə, bacarığa, hərtərəfli biliyə, mütərəqqi
dünyagörüşünə, yüksək mədəniyyətə malik olan və onu daim inkişaf etdirməyə qadir
Dostları ilə paylaş: |