Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə55/67
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39444
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   67

226 
 
və  insana,  təbii  şəraitə  normativ  təsirə  nə  dərəcədə 
əməl etdiyini göstərir. 
Təbii   ekoloji   normativ  insan  sağlamlığına  
təhlükə    təsirinin  astanasını  səciyyələndirir.  Tibbi 
göstərici 2 qrupa ayrılır. 
1.
 
Sanitar 
gigiyenik 
normativ-zərərli 
maddələrin gərginliyi, radiasiya təsirinin 
yol verilən həddi. 
2.
 
Ekoloji 
normativləri, 
normaları, 
qaydaları. 
Hər  bir  çirkləndirici  maddə  üçün  2  normativ 
maksimal  -  birdəfəlik  və  orta  gündəlik  qatılıq  həddi 
müəyyən edilir. 
Təbii  resursların  istifadəsi  normativləri  də 
mövcuddur.  Bu normativ  müəyyən  müddət üçün  tə-
yin  edilir.Eyni  zamanda  ətraf  mühitə  yüksək  norma-
ların həddi də müəyyən edilir. Bu normativ xüsusən 
ərazi sənaye  kompleksinin  formalaşmasında sənaye-
nin,  kənd  təsərrufatının,  təbii  mühitin  özünü  bərpa 
meyarlarında özünü göstərir. 
Ekoloji  sferada  proqnozlaşdırma  və  planlaş-
dırma  cəmiyyət  və  təbiətin  qarşılıqlı  əlaqəsinin  hə-
mahəngliyinin  təmin  edilməsində  ən  əsas  istiqamət-
lərdən biridir. 
Ekoloji-iqtisadi  proqnozlaşma  regionun  ətraf 
təbii  mühitinin  mövcud  vəziyyətinin  sosial-iqtisadi 
inkişafla  əlaqədar  olaraq  təhlilini  aparmaqla  tərtib 
edilir.  Ekoloji-iqtisadi  analiz  region  və  fırmalar  sə-
viyyədə  həm  ümumi  proqnozlaşma  proqram  tərtib 


227 
 
etmə  və  s.üçün  həmdə  xüsusilə  təbiətdən  istifadənin 
pullu  olmasını  müəyyən  etmək  iqtisadi  və  inzibati 
metodların ekoloji tənzimləmədə effektinin artırılma-
sı üçün və s. səbəblərdən ola bilər. 
Ekoloji-iqtisadi  analizin  predmeti  insanların 
həyat fəaliyyətinin və ətraf mühitin vəziyyətinin qar-
şılıqlı əlaqəsinin obyektiv və subyektiv amillərin tə-
siri  altında  özü  də  ekoloji-iqtisadi  göstəricilər  siste-
minə əsaslanan proseslərin öyrənilməsidir. 
Ekoloji-iqtisadi analizin aşağıdakı vəzifələri var. 
1.
 
Ətraf mühıtə təsirin qiymətləndirilməsi ekoloji 
ekspertiza,  ekoloji-iqtisadi  proqramların  və 
regional  ekoloji  proqramların  istifadəsi  üçün 
baza təminatının yaradılması. 
2. Ekoloji və iqtisadi göstəricilərin razılaşması. 
3.  Təbiəti  mühafizə  fəaliyyətinə  xərclərin  də-
qiq uçotu və onun nəticələrinin təyin edilməsi. 
4.      Təbiətdən  səmərəsiz  istifadədən  dəymiş 
ziyanın müəyyən edilməsi. 
5.  Ekoloji-iqtisadi  göstəricilərin  yekun  nəti-
cələrə təsirinin aşkar edilməsi. 
6.  Təbiəti mühafizə avadanlığından istifadənin 
təhlili. 
7.  Müəssisə  və  regionların  təbiəti  mühafizə 
fəaliyyətinin müqayisəli təhlili. 
8.  Regionun ekoloji-iqtisadi potensialının art-
ması ehtiyatlarının axtarılması. 
Hazırda  müəssisələrin  təbiəti  mühafizə  fəaliy-
yətini  analiz  etmək  üçün  müəyyən  metodik  baza 


228 
 
mövcuddur  və  onu  regionun  ekoloji-iqtisadi  təhli-
lində istifadə etmək olar. 
2.
 
Ətraf  mühitə  təsirin  qiymətləndirilməsi  və 
ekoloji ekspertiza prosesi keçirilərkən ekoloji-
iqtisadı  analiz  onların  əsasını  (bazasını)  təşkil 
etməlidir.  
3.
 
Ətraf  mühitə  təsirin  qiymətləndirilməsi 
kompleks 
prosesdir 
və 
onun 
həyata 
keçirilməsində  müxtəlif  sahələr,  mütəxəsislər, 
o cümlədən iqtisadiyyat iştirak edir. 
ƏMTQ  nəzərdə  tutulan  planlaşdırılması  ətraf 
mühitin  keyfiyyətinə  potensial  təsirin  dərəcəsini 
və xüsusiyyətlərini də müəyyən edir. 
     ƏMTQ  sənədinin  ən  ümdə  məqsədi  ondan  iba-
rətdir  ki,  sifarişçi  planlaşdırdığı  fəaliyyəti  ilə  təbiəti 
mühafizəni təmin etsin. 
ƏMTQ-da əsas vəzifə ondan ibarətdir ki, ətraf 
mühit  və  cəmiyyət  üçün  qeyri-məqbul  olan  nəti-
cələrin  qarşısını  almaq  üçün  zəruri  olan  tədbirlərin 
aşkarlanmasını  və  qəbul  edilməsini  təmin  etsin. 
ƏMTQ   aşağıdakı sənədlərin hazırlanmasını həyata 
keçirir. 
1.
 
Konsepsiyaları,  proqramları  və  o  cümlədən 
investisiya olunan fəaliyyəti müəyyən etməsi. 
2.
 
Sahə  və  ərazilər  üzrə  sosial-iqtisadi  informa-
siyaların tərtibi. 
3.
 
Təbii  ehtiyatların  istifadəsi  və  mühafizəsi 
sxeminin tərtibi. 
4.
 
Şəhərsalmanın sənədləşdirilməsı. 


229 
 
5.
 
Yeni texnika, texnologiya materialların hazır-
lanması üzrə sənədlərin tərtibi. 
6.
 
İnvestisiya  layihələrinin  planqabağı  əsasları-
nın rəsmiləşdirilməsi. 
ƏMTQ-nın miqyasları və onlara olan təıəbatlar 
da  müxtəlif  ola  bilər.  Bununla  yanaşı  bütün  ƏMTQ 
üçün ümumi 1 struktur mövcud olmalıdır. 
1.
 
İlkin  informasiyanın  toplanması  məsələnin 
ümumi vəziyyətinin qiymətləndirilməsi. 
2.
 
Nəzərdə  tutulan  layihənin  həyata  keçiriləcəyi 
rayonun ətraf mühitinin təsviri. 
3.
 
Qanun  və  qanunvericilik  aktuallığının  əhatəli-
yinin qiymətləndirilməsi. 
4.
 
Layihənin  ətraf  mühitə  birbaşa,  dolayı  və 
potensial  təsirinin  qiymətləndirilməsi:  cari  və 
uzun 
müddətli,  cüzi, 
habelə 
dönməz 
proseslərin nəticələri. 
5.
 
Alternativ variantların baxılması və analizi.  
6.
 
Kompleks  tədbirlərin  qiymətləndirilməsi  və 
onların  həyata  keçməsi  üçün  maliyyə  vəsait-
lərinin ayrılması. 
7.
 
Layihənin  həyata  keçməsinin  nəticələrinin 
struktur təyini. 
8.
 
Monitorinqlə tələbatın olub-olmamasını müəy-
yən etmək. 
Adətən  layihəçi  tərəfindən  aparılan  ƏMTQ 
ekoloji ekspertiza ilə çox sıx əlaqəlidir və oxşar eko-
loji-iqtisadi  göstəricilər  sisteminə  söykənir.  Ekoloji 
ekspertiza dövlət nəzarət planlama orqanları tərəfin-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə