Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə56/67
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39444
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   67

230 
 
dən  aparıcı  mütəxəssis  və  alimlərlə  birlikdə  həyata 
keçirilir. 
Layihəqabağı  və  layihə  sənədlərinin  razılaş-
dırılması və onların ekoloji ekspertizaya təqdimatı 1 
sıra mərhələdən keçir. 
 İlk 
dəfə 
sifarişçi(investor) 
müvafiq 
əsaslandırmalarla  öz  mahiyyəti  haqqında  bəyanət 
(deklorasiya) hazırlayır. Sonra respublika və ya yerli 
icra  hakimiyyəti  orqanları  ilkin  olaraq  təsərrüfat 
fəaliyyətinin  aparılmasına  razılıq  verir.  Daha  sonra 
layihəçi obyektin yerləşdiriləcəyi ərazi haqqında tex-
niki-iqtisadi əsaslandırma aparır. 
 Təbiətdən  istifadədə  idarə  etmənin  ən  əsas 
vasitələrindən  biri,  konkret  və  ətraflı  analizə 
əsaslanan,  müəssisədə  ekoloji  tələblərə  riayət 
edilməsinin  qiymətləndirilməsinə  əsaslanan  ekoloji 
auditdir. 
Ekoloji  audit  elə  idxaletmə  vasitəsidir  ki,  öz 
tərkibinə  ardıcıl,  sənədli  təsdiqlənmiş,  dövri  və  cari 
olaraq təbiətdən istifadənin idarəedilmə sisteminə və 
istehsalat  prosesinin  ekoloji  tələblərə  müvafıq 
olmasına qiymət vermə məsələlərini daxil edir. 
Ekoloji audit bir neçə mərhələdə aparılır: 
1.
 
 Audit  üçün  obyekt  seçilir,  qrafik  tutulur,  ko-
manda seçilir, maliyyə planı hazırlanır və s. 
2.
 
İlkin məlumatların toplanmasına və qiymətlən-
dirilməsinə həsr edilir. Həm də fırmanın heyəti 
ilə iş aparılır və daxili sənədlərlə tanış olurlar. 


231 
 
3.
 
Auditin  nəticələrinə  əsasən  hazırlanmış  hesa-
batı,  həmçinin  aşkar  edilmiş  nöqsanların  ara-
dan  qaldırılması  üzrə  tövsiyyələri və təklifləri 
özündə birləşdirir. 
Ekoloji  auditin  digər  audit  növlərindən  fərqi 
ondadır ki, onun aparılması üçün müəssisələrin təbiə-
ti  mühafizə  fəaliyyəti  barədə  böyük  həcmli  konkret 
informasiyanın  toplanması,  təhlili  və  sənədləşdiril-
məsi tələb olunur. 
Proqnozlaşdırma  təbii  ehtiyatlar  potensialına 
və  təbii  ehtiyata  tələbatın  dəyişməsi  barədə  əvvəlcə-
dən görmə və xəbər vermə deməkdir. 
 Təbiətdən  istifadənin  proqnozlaşdırılmasına 
təbii  sistemlərin  özünü  necə  aparmasına  dair 
mülahizələr  yürütmək  üçün  hərəkətlərin  cəmi 
(toplusu) kimi baxmaq olar. 
Planqabağı  təhlil  planlaşdırma  sənədləri  siste-
minə  daxildir.  Buraya  ərazi  təbiəti  mühafizə  kom-
pleks sxemləri, elmi texniki tərəqqiyə dair kompleks 
proqramlar, məhsuldar qüvvələrin inkişafı və yerləş-
dirilməsinin  baş  sxemləri  ərazi-sənaye  kompleksi 
sxemləri  və  layihələri,  şəhərlərin  baş  planları  və  s. 
daxildir. 
Hər  bir  müəssisə  Ətraf  Mühitin  Məhsullarının 
Keyfiyyət  Standartlarının  tələblərinə  uyğun  olaraq 
ekoloji proqramlar əsasında   təbiəti mühafizə tədbir-
ləri  planı  işləyib  hazırlamalıdır.Yəni  təbiətdən  isti-
fadə müqavilə əsasında təbiətdən istifadə edənlə icra 
hakimiyyəti orqanı arasında həyata keçirilməlidir. 


232 
 
 
 
4.2.
 
Təbiətdən  səmərəli  istifadənin  iqtisadi 
mexanizmləri. 
 
Təbiəti  mühafizə  və  yeni  təbii  ehtiyatların 
xərcləri müqabilində böyük nəticələr əldə etmək olar. 
Yaxud da təbü sərvətlərin istehsalına çəkilən xərcləri 
azaltmaqla  dəyişməz  nəticələrə  nail  olmaq  olar. 
Keçmiş  SSRİ respublikalarında təbiətdən istifadənin 
effektliyi  aşağı  idi. Rusiyada  kağız  məhsulu  və  kar-
ton  istehsalı  vahidinə  müasir  texnologiyalar  tələb 
etdiyindən  5-6  dəfə  çox  meşə  qırmaq  lazım  gəlirdi. 
Məhsul  vahidinə  Rusiyada  Yaponiya  və  AFR-ə  nis-
bətən  3  dəfə  çox,  ABŞ-a  nisbətən  isə  2  dəfə  çox 
enerji  sərf  olunurdu.  Başqa  sözlə  desək  istehsalat 
həddindən  artıq  təbii  ehtiyatlar  tutumuna  malik  idi. 
Sərt  iqlim  şəraitinə  görə  Rusiyada  xərclər  çox  ola 
bilər, lakin həmin xərcləri xeyli azaltmaq olar. Digər 
respublikalarda  da  artıq  vəsaitlərin  sərfinə  bəraət 
qazandırmaq olmaz. 
Təbiətdən  istifadənin  iqtisadi  səmərəsinin qiy-
mətləndirilməsi zəruridir. Buraya aşağıdakılar aiddir: 
-
 
artıq  əldə  edilmiş  nəticələri  qiymətləndir-
mək; 
-
 
təbiətdən  istifadə  variantını  daha  məqsədə 
uyğun  seçmək  və  təbiəti  mühafizə  üzrə 
ayrı-ayrı tədbirlərin hazırlanması; 
-
 
optimal  ekoloji-iqtisadi  effektlərə  nail 
olmaq üçün zəruri olan xərcləri həll etmək. 


233 
 
İqtisadiyyatda  həmişə  resurs  azlığından  ən 
yaxşı  variant  seçmək  üçün  imkanlar  müəyyən  edil-
məlidir. Bunun  üçün  xüsusi  meyarlar, ölçü  vahidləri 
olmalıdır. Layihəni o vaxt həyata keçirtmək lazımdır 
ki,  o  səmərəli  olsun.  Bunun  üçün  ekoloji  rifahları 
(ehtiyatları)  qiymətləndirmək  gərəkdir.  Əslində,  bu 
çox mürəkkəbdir, bəzən isə mümkün deyildir. Məsə-
lən, qəşəng  landşaftı  məhv  edib onun  yerində  nə  isə 
tikmək  təkcə  yerli  əhaliyə,  yerli  dövlətə  yox,  bütün 
bəşəriyyətə qarşı təxribatdır. 
İqtisadiyyatda seçim mexanizmi kimi xərclərin 
və  qaydaların  (nəticələrin),  yaxud  səmərənin  müqa-
yisə  edilməsi  ortaya  çıxır.  Bu  yanaşma  «xərclər  və 
faydalar» analizi adını almışdır. 
Normal iqtisadi səmərə potensial faydanın (V) 
xərclər üzərində (S) üstünlüyüdür: 
 
                                  
 
 
  Müasir iqtisadi planlaşdırmada tətbiq edilən 
yanaşma təbii ehtiyatların tükənməsinə səbəb olur. 
Adətən gələcək faydanın ölçülərinin azalması baş 
verir. İndiki iqtisadi fəaliyyət nəsillərin təbii ehtiyat-
lara olan tələbatını gələcək nəsillərin hesabına ödə-
yir. 
İnvestisiyaların  effektivliyinin  təyini  və  ətraf 
mühit:  mühafizədə  xeyirli  variant  seçmək  üçün 
mümkün olan yanaşmalardan (üsullardan) biri «gəti-
rilmiş xərclər» üsuludur. Bu metodda effektin, fayda-
nın,  ziyanın  və  s.  layihədə  həyata  keçirilməsində 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə