Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə59/67
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39444
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   67

242 
 
Atmosferə  dəymiş  ziyanı  təyin  etmək  üçün 
aşağıdakı düsturdan istifadə etmək olur: 
 
 
 
                
 
Burada; 
   -  çirklənmənin  hər  şərti  tonuna  görə 
ödəmədir  (xüsusi  ziyandır),  man.  şərti  ton  ilə  ifadə 
olunur.  Bu  qiymətdə  inflyasiya  nəzərə  alınmalıdır. 
Hesablamada  baza  göstəricisi  aşağıdakı  kimi  ifadə 
edilir. Məsələn, 1 ton 
  
 
    şərti ton).  
  -  ölçüsüz  kəmiyyət,  ərazinin növündən  asılı 
olaraq,  atmosferin  çirklənməsinin  nisbi  təhlükəsini 
səciyyələndirir (xüsusi cədvəldən götürülür). 
  -  ölçüsüz  kəmiyyət,  qarışıqların  atmosferdə 
səpələnməsinin  xarakterindən  asılıdır  (cədvəldən 
götürülür). Əgər qaz təmizləyən avadanlıq yoxdursa, 
yaxud  təmizləmə  dərəcəsi  70%-dən  azdırsa,  onda 
 =3;  təmizləmə  70-90%  olarsa   =2,5;  90  %-dən 
çox olarsa 
  =2 götürülür. Qaz xassəli çirklənmə və 
aerozollar üçün 
  =l götürülür.  
M  -  çirkləndirici  maddələrin  gətirilmiş  kütləsi 
(şərti ton /il), aşağıdakı düstur ilə təyin edilir: 
 
    ∑
 
 
 
 
 
   
 
 
Burada 
 
 
 - çirkləndirici maddənin ümumi kütləsi; 


243 
 
 
 
  -  (i  maddəsinin)  nisbi  aqressivlik  göstə-
ricisidir.  Bu  göstərici  həddi  yol  verilən  qatılıq 
(HYVQ) nəzərə alınmaqla təyin edilir (1/HYVQ). 
Su  hövzələrinin  çirklənməsindən  dəyən  ziya-
nın  yuvarlaqlaşdırılmış  qiymətləndirmə  metodu 
aşağıdakı düsturla ifadə edilir: 
 
 
 
       
 
    
 
Burada; 
  - xüsusi ziyan (şərti ton axıntıya görə - man); 
 
 
 - müxtəlif su təsərrüfatı sahələri üçün sabit 
göstərici; (konstanta), xüsusi cədvəldən götürülür. 
Ziyan  hesablama  yolu  ilə  təyin  edilir,  həm  də 
məhsul hasilatına dəyən xüsusi ziyanın hesablanması 
ilə də təyin edilə bilər. 
Təxmini  metodla  hesablamalar  göstərir  ki,  cə-
miyyətə  dəyən  ziyan  hava  hövzəsinin  çirklənməsin-
dən  60%,  su  hövzəsinin  çirklənməsindən  30%  və 
bərk  tullantılarla  çirklənmədən  10%  təşkil  edir. 
İnkişaf  etmiş  xarici  ölkələrdə  təbiətdən  səmərəsiz 
istifadəyə  görə  dəymiş  iqtisadi  ziyan  4-8%  (ümumi 
daxili  məhsul)  təşkil  edir.  Rusiya  üzrə  ümumi 
ziyanın  qiyməti  15-17%  təşkil  edir  (1990). 
Azərbaycanda bu rəqəm bir qədər yüksəkdir. 
Ekoloji  xərclər  və  layihələrin  smeta  dəyə-
rinin müəyyən edilməsi. Təbiətdən səmərəli istifadə 
tədbirlərinin  effektivliyi  dəqiq  ekoloji  xərclərin  uço-
tunun aparılmasını tələb edir. Təbiəti mühafizə xərc-


244 
 
ləri  –  insanların  yaşayış  mühitinin  keyfiyyətini 
saxlamaq  üçün  ictimai  zəruri  xərclərdir.  Təbiəti 
mühafizə xərclərinin tərkibində aşağıdakı elementləri 
ayırmaq olar: 
1)
 
Ətraf  mühitə  zərərli  maddələrin  atılmasını 
(axıdılmasını) azaldan tədbirlərə çəkilən xərc-
lər birbaşa olub çox-sahəlidir: qurğuların tikin-
tisi,  texnologiyaların  təkmilləşdirilməsi,  xam-
malın  kompleks  istifadəsi,  tullantıların  durul-
dulması, neytrallaşdırılması, basdırılması və s. 
2)
 
Təbii  ehtiyatlar  potensialını  saxlamaq  üçün 
xərclər  xüsusi  qorunan  təbiət  ərazilərinin 
yaradılmasına,  bərpa  olunan  təbii  ehtiyatların 
təkrar istehsalına və s. sərf edilir; 
3)
 
İctimai  inkişaf  xərcləri-insanların  rekreasiya, 
estetik va digər tələbatlarının təmin edilməsi. 
İqtisadi  nöqteyi-nəzərdən  insanın  ətraf  mühitə 
təsir fəaliyyəti aşağıdakı xərcləri tələb edir: 
-
 
təsirin qarşısının alınması xərclərini; 
-
 
iqtisadi ziyanlara sərf edilən xərcləri
-
 
bilavasitə  ziyanın  ləğvinə,  neytrallaşdırıl-
masına  və  kompensasiyasına  yönəldilmiş 
xərcləri. 
Göstərilən  xərclər  ən  effektiv  ekoloji  xərclər 
hesab  olunur.  Çünki  onlar  ziyanın  qarşısının  alın-
masına sərf edilir. Onlar əsasən mühafizə (preventiv) 
tədbirlərin  yerinə  yetirilməsinə  yönəldilir.  Onlara 
yeni  aztullantılı,  mütərəqqi  texnologiyaların  yaradıl-
ması, ekoloji təhsil, kadrlar hazırlığı, ƏMTQ, ekoloji 


245 
 
ekspertiza  (EE),  ekoloji  infrastruktur  obyektlərinin 
yaradılması, ekoloji sığorta və s. daxildir. 
Kompensasiya 
xərclərinin 
səviyyəsi 
isə 
aşağıdakılar ilə təyin edilə bilər: 
-
 
ətraf  mühiti  tam  bərpa  etmək  üçün  mak-
simal zəruri xərclərin həcmi; 
-
 
minimal  effektiv  xərclər  üzrə  aşağı  səviy-
yəsi, maliyyə xərcləri; 
-
 
prioritet  sayılan  sahələr  üzrə  həyata 
keçirilən xərclər; 
-
 
maliyyə cəhətdən məqbul xərclər. 
Təbiəti  mühafizəyə  vəsaitlərin  maksimum  və 
minimum  xərclərə  bölünməsi  məqsədəuyğun  deyil-
dir. 
Bəzən  yeni  texnologiyaların  (kompleks,  aztul-
lantılı)  tətbiqi  zamanı  təbiəti  mühafizə  xərclərinin 
hesablanması  məsələsi  ortaya  çıxır.  Burada  təbiəti 
mühafizəyə  çəkilən  xərci  hesablamaq  çətin  olur. 
Tullantıların  istifadəsi  əlavə  məhsul  verir  və  ətraf 
mühitə  mənfi  yükü  azaldır.  Ona  görə  də  istehsalat 
prosesini  iki  yerə  bölüb,  həm  istehsalata,  həm  də 
təbiəti mühafizəyə olan xərcləri təyin etmək çətindir. 
Lakin belə bölgü vergi güzəştlərini müəyyən edərkən 
lazım gəlir. 
Mikroiqtisadi  səviyyədə  təbiəti  mühafizə 
xərcləri aşağıdakı qaydada bölünür: 
1)
 
Ümumi,  yaxud  bütövlükdə  təbiəti  mühafızə 
tədbirlərinin realizə edilməsinə çəkilən xərclər; 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə