Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə58/67
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39444
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   67

238 
 
C
 
- obyektin smeta dəyəridir;  
T - obyektin (tədbirin) xidmət davamiyyətidir;  
З - tədbirə çəkilən orta illik cari xərcdir. 
Təbiətdən  səmərəli  istifadə  üzrə  tədbirlərin 
effektivliyi göstəricilər sistemi ilə səciyyələnir. Onlar 
nəticələrlə  (alınmış  yaxud  gözlənilən)  və  xərclərin 
(ehtiyatların) nisbətini əks etdirirlər. Onların arasında 
təbiəti  mühafızə  qurğularının  fond  verimi,  təbiət 
tutumu  (ziyan  tutumu),  istehsal  edilən  məhsulun 
tullantısı və s. əhatə olunur.  
Ətraf  mühitə  çirklənmədən  dəymiş  iqtisadi 
ziyanın  hesablanması.  Təbiəti  mühafizə  tədbirləri-
nin səmərəsinin dəf edilmiş ziyan kimi təyin edilməsi 
ziyanın müəyyənləşdirilməsi üsuluna əsaslanır. Ətraf 
mühitin  çirklənməsi  nəticəsində  dəymiş  ziyan-
əslində faktik və ya mümkün olan itkilərdir: ekoloji, 
sosial və iqtisadi. İki cür ziyan ayırırlar: bilavasitə və 
dolayısı 
ziyan.Bilavasitə 
ziyan 
insanların 
sağlamlığının  pisləşməsi,  maddi  dağıntılar,  təbii 
mühitin  tənəzziilü;  dolayısı  ziyan  əlilliyin  artımı, 
xəstəliklər, 
təsərrüfat 
sahələrində 
bəzən 
məhsuldarlığın  aşağı  düşməsi  və  adətən  bilavasitə 
ziyanı  qiymət  və  ya  natural  hesablama  ilə  müəyyən 
etmək  olur,  dolayısı  ziyanı  isə  hesablamaq 
(qiymətləndirmək) çətindir. 
Hesablamaya  yatan  ziyanlar  iqtisadi  və  sosial 
iqtisadi ziyanlardır: Birinci qrupa aiddirlər: 
-
 
alıınmamış məhsul; 
-
 
biogeosenozların  məhsuldarlığının azalması; 


239 
 
-
 
bina  və  qurğuların  xidmət  müddətinin  qısal-
ması (azalması); 
-
 
tullantıların-xammal  kimi  istifadəyə  yararlı 
olması; 
-
 
çirklənmənin  nəticələrinin  ləğvinə  olan 
xərclər; 
-
 
bərpaya lazım olan xərclər; 
-
 
çirklənmədən  xəstəliyə  görə  əmək  məhsul-
darlığının azalması və s. 
Sosial-iqtisadi 
ziyan 
aşağıdakı  struktura 
malikdir: 
-
 
xəstəliklərin  artımı  ilə  əlaqədar  səhiyyəyə  və 
ictimai  təminata  çəkilən  xərclər;rekreasiya 
(istirahət)  ehtiyatlarının  saxlanması  üçün 
xərclər; 
-
 
ekoloji  səbəblərə  görə  əhalinin  miqrasiyası 
(köçməsi, yerdəyişməsi) xərcləri
-
 
istirahət üçün əlavə xərclər. 
Dolayı  ziyanların  (ekoloji  və  sosial)  miqdarı 
(kəmiyyətcə)  qiymətləndirməyə  yatmırlar,  onları 
cəmdə şərti hesablanan ziyanlar adlandırırlar. 
Sosial ziyanlar aşağıdakılardır: 
-
 
landşaftın korlanması sayəsində estetik ziyan; 
-
 
ölüm hallarının çoxalması ilə yaranan patoloji 
ziyanlar; 
-
 
psixoloji ziyanlar. 
Ekoloji  ziyanlar  unikal  ekosistemlərin  dağıl-
ması,  növlərin  məhv  olması,  yoxa  çıxması,  genetik 
itkilər və s. ilə əlaqədardır. 


240 
 
İqtisadi  ziyan-ətraf  mühitin  çirklənməsi  nəti-
cəsində  onun  faydalılıq  dərəcəsinin  dəyişməsidir. 
İqtisadi ziyan aşağıdakı xərclər hesabına yaranır: 
-
 
cəmiyyətin  ətraf  mühitində  dəyişmələrlə 
əlaqədar əlavə xərclər; 
-
 
ətraf  mühiti  əvvəlki  vəziyyətinə  gətirmək 
üçün xərclər; 
-
 
gələcək  cəmiyyətin  qıt  olan  ehtiyatlarının 
dönməz  olaraq  bir  hissəsinin  götürülməsi  ilə 
əlaqədar xərclər. 
Ziyan  biranlıq  permanent  (torpaqların  ero-
ziyası  və  şoranlaşması  zamanı),  latent    (vaxt  keç-
dikdən sonra baş verən, ləng hərəkət edən) və s. olur. 
Bundan başqa iqtisadi ziyanı iki növə - potensial və 
hesablama yolu ilə təyin olunan növlərə bölürlər. 
Potensial ziyan elə iqtisadi ziyandır ki, ləğvinə 
indiki zamanda əlavə xərc tələb olunmur. Hesablama 
ziyanın  elə  hissəsidir  ki,  müəyyən  dövrdə  üzə  çıxır 
və  iqtisad  elminin  indiki  səviyyəsinə  uyğun  olaraq 
pul  formasında  ifadə  edilməsi  mümkündür.  Həmin 
sahəyə  dair  məlumatımız  artdıqca  hesablama  ziyan 
potensial  ziyana  çevriləcək,  potensial  isə  artıq  dəy-
miş ziyan kimi özünü göstərəcəkdir. Qiymətləndirmə 
hesablamalarına  görə  potensial  iqtisadi  ziyan  70-
80%, hesablama  ziyanı isə  faktik  ziyanın 60-65%-ni 
təşkil edir. 
Adətən  ziyanın  aşağıdakı  strukturunu  qeyd 
edirlər:  
1) əhalinin sağlamlığına;  


241 
 
2) kommunal və məişət təsərrüfatına;  
3) kənd və meşə təsərrüfatına;  
4) nəqliyyata, sənayeyə;  
5) digər sahələrə dəyən ziyanlar. 
    Hər bir lokal ziyan ayrılıqda təyin edilir, sonra isə 
toplanır.  Ziyanın  bu  cür  təyinatı  lokal  (yerli) 
ziyanların  toplanması  metodu  adlanır,  yaxud  da 
birbaşa  hesablanır.  Bu  halda  hesabatların  əsasını 
aşağıdakı ardıcıllıq təşkil edir: 
1)
 
maddələrin  çirklənmə  mənbəyindən  atılma-
sının (axıdılmasının) təyini; 
2)
 
qarışıqların  qatılığının  atmosferdə  (su  hövzə-
sində) müəyyən edilməsi
3)
 
natural ziyanın təyini; 
4)
 
iqtisadi ziyanın təyini. 
Atmosfer  havasının  çirklənməsindən  dəyən 
iqtisadi  ziyan  aşağıdakı  xərclərin  cəmindən  əmələ 
gəlir:  xəstələnmələrin  artması  nəticəsindəki  xərclər, 
əsas fondların təmirinin sayının artması, onların xid-
mət  müddətinin  azalması;  kənd  təsərrüfatı  torpaqla-
rının  məhsuldarlığının  azalması,  meşələrin  məhsul-
larının  azalması  və  s.  Bu  yanaşma  çoxlu  miqdarda 
ilkin  informasiya  tələb  edir  və  iqtisadi  ziyanı  daha 
dəqiq  təyin  edir,  Təcrübədə,  adətən,  iqtisadi  ziyanın 
yuvarlaqlaşdırılmış  qiymətləndirilməsi  üsulundan 
istifadə  edirlər.  Bu  təxmini  qiymətləndirmə  verir, 
lakin  daha  ümumi  məsələləri  həll  etmək  üçün  əsas 
ola bilər. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə