Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə61/67
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39444
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   67

250 
 
6)
 
Su  təchizatı, kanalizasiya,  istilik  və  qaz  təchi-
zatı qurğuları və xarici (bayır) şəbəkələrini; 
7)
 
Ərazinin  abadlaşdırılması  və  yaşıllaşdırıl-
masını; 
8)
 
Müvəqqəti bina və qurğularını; 
9)
 
Digər işlər və xərcləri; 
10)
 
Tikilən  müəssisənin  müdiriyyətinin  saxlan-
ması,  müəllif  nəzarətinin  həyata  keçirilməsi 
obyektlərini;  
11)
 
Layihə və axtarış işlərini. 
Yekun  smeta  hesablamalarının  tərtibi  lokal 
(yerli) və obyekt smetalarına  əsaslanır. Burada həm-
çinin  əlavə  xərclər,  həm  də  nəzərə  alınmayan 
(əvvəlcədən görülməyən) işlərin vəsait ehtiyatları da 
nəzərdə tutulur. Obyekt smetaları öz tərkibində lokal 
smetanın  məlumatlarını  birləşdirir  və  onun  əsasında 
obyekt  üçün  müqavilə  qiymətləri  formalaşdırır.  Bu 
halda obyekt smetasının rolunu lokal smeta oynayır. 
Obyekt  smeta  hesablamalarında  (smetada)  sətirbə-
sətir  və  həm  də  yekunda  vahid  qiymətlər  (dəyərlər), 
məsələn,  1  m
3
  həcm,  1  m
2
  sahə,  1  m  məsafə  və  s. 
təyin edilir. 
Obyekt  və  lokal  smetalarda  normativ  əmək 
tutumu  və  smeta  əmək  haqqı  ayrılır.  Lokal  smeta-
larda  resurs  göstəricilərini  ayırmaqla  aşağıdakı 
sənədlər tərtib edilir: 
-
 
işlərin  əmək  tutumunu  (adam-saatla); 
fəhlələrin əsas əmək haqqını təyin etmək. 


251 
 
Lokal  smetalarda  (hesablamalarda)  smeta 
sənədlərinin  tərkibində  işlərin  dəyəri  iki  qiymət 
səviyyəsində aydınlaşdırıla bilər: 
-
 
bazis  səviyyəsi  üçün  -  fəaliyyətdə  olan 
smeta normaları və qiymətləri ilə müəyyən-
ləşdirilir . 
-
 
cari  (proqnoz)  səviyyəsində  -  smeta  tərtib 
edilən  dövr  üçün  formalaşmış  qiymətlərlə, 
yaxud  tikinti  başlanan  gündən  başlayaraq, 
mövcud 
olan 
qiymətlərlə. 
Tikinti, 
yenidənqurma, əsaslı təmir (bina və qurğu-
larda),   müəssisələrin genişləndirilməsi və 
yenidən  təşkilinin  smeta  dəyərinin  təyin 
edilməsinin  əsasını  smeta  normativləri 
(smeta  normaları  külliyatı,  qiymətlər  və 
qiymətləndirmələr  normaları),  habelə  qay-
dalar  və  əsasnamələr  təşkil  edir.  Yuvarlaq-
laşdırılmış smeta normalarına aiddir: faizlə 
ifadə olunan smeta normativləri (üstəgəlmə 
xərclər,  smeta  gəliri,  əlavə  xərclər),  iriləş-
dirilmiş smeta normativləri və göstəriciləri. 
Tikintinin  smeta  dəyəri  -  bu  kapital  (əsaslı) 
qoyuluşunun  ümumi  cəmidir.  Tikinti  və  quraşdırma 
işlərinin  smeta  dəyəri  birbaşa  xərclərdən  (bilavasitə 
xərclərdən), əlavə məxariclərdən və smeta gəlirindən 
ibarətdir.  Birbaşa  xərclərə  aiddir:  fəhlələrin  əsas 
əmək haqları, materialların, konstruksiyaların, detal-
ların, yarımfabrikatların dəyəri, maşın və mexanizm-
lərin istismar xərcləri. 


252 
 
Smeta qiymətlərini təyin etmək üçün aşağıdakı 
metodlar  tətbiq  edilə  bilər:  bazis-kompensasiya, 
resurs, resurs-indeks.  Bundan  başqa  smetanı  «əvvəl-
lər  tikilmiş  və  ya  layihələşdirilmiş  obyekt-analoq-
ların  qiymətləri  haqqında  məlumatlara  əsasən» 
müəyyən  etmək  olar.  Bazis-kompensasiya  üsulu 
smeta  normalarının  istifadəsinə  əsaslanır.  Bu  halda 
qiymət  iki  mərhələdə  təyin  edilir.  Eyni  zamanda 
texnoloji  məqsədlərə  elektrik  daşıyıcılarının  sərfi, 
maşınların istismar vaxtı, fəhlələrin əmək xərcləri də 
nəzərə  alınır.  Resursların  sərfinin  yekun  göstərici-
lərini  hesablamaq  üçün  əvvəlcədən  lokal  resurs 
siyahısını  tərtib  etmək  məqsədə  uyğundur.  Bu  siya-
hıda  obyektdə  həyata  keçirilən  hər  bir  iş  növü  üzrə 
resursların  dəyərini  həm  bazis  (orta  smeta  qiymətlə-
rinə əsasən, normativlər üzrə), həm də cari (proqnoz) 
qiymətləri  səviyyəsində  təyin  etmək  məqsədə 
uyğundur. 
Resurs-indeks  üsulu  -  bu  resurs  üsulunun 
resurslara  verilmiş  indeks  sistemi  (materiai,  texniki, 
energetik,  əmək.  avadanlıq,  xidmətlər  və  s.)  ilə 
birləşməsinə əsaslanır. 
Layihə üzrə xərclərin planlaşdırılması maliyyə 
resurslarına  tələbatı  ödəmək  məqsədilə  həyata  keçi-
rilməlidir.  Bu  isə  layihənin  büdcəsinin  tərtib  edil-
məsini tələb edir (təqvim planına və layihənin strate-
giyasına əsasən). 
 
 


253 
 
 
FƏSİL V 
TƏBİƏTDƏN İSTİFADƏ SAHƏSİNDƏ 
BEYNƏLXALQ ƏMƏKDAŞLIQ 
 
5.1.
 
Təbii  resurslardan  istifadədə  beynəlxalq 
əməkdaşlıq. 
 
XX  əsrin  50-ci  illərindən  başlayaraq  dünya 
ərazisində  olan  təbii  resurslardan  istifadə  daha 
intensiv  xarakter  almışdır.  Yeraltı  və  yer  üstü  təbii 
resursların  istismarının  intensivləşdirilməsi  təbiəti 
mühafizə  ilə  əlaqəli  qlobal  problemlərin  inkişafına 
təsir göstərmişdir. Təbii resursların istifadəsində XX 
əsrin  sonunda  və  XXI  əsrin  əvvəlindən  başlayaraq 
dünya  ölkələrinin  ərazilərində  olan  resurslarından 
səmərəli istifadə olunmasında beynəlxalq əməkdaşlıq 
mühüm iqtisadi əhəmiyyət kəsb etmişdir. Beynəlxalq 
əhəmiyyətli təbii resurslara mineral və maye yanacaq 
resursları, torpaq və su ehtiyatları, meşə resursları və 
atmosferdə  olan  resurslar  daxil  edilir.  Qeyd  olunan 
resursların hər hansı ölkənin ərazisində yerləşməsin-
dən asılı olaraq istehsal dövriyyəsinə cəlb olunmasın-
da beynəlxalq müqavilələr təsir edici rola malikdir. 
    Yuxarıda 
qeyd  olunan  resurslar  içərisində 
beynəlxalq  əməkdaşlıq  əsasında  istifadə  olunan  ən 
çox  mineral  və  maye  yanacaq  resursları  üstünlük 
təşkil  edir.Aparılan  iqtisadi  təhlillərə  görə  mineral 
yanacaq  resursların  dünya  üzrə  ümumi  ehtiyatı 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə