Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə64/67
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39444
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   67

262 
 
inkişaf  etmiş  ölkələri  tərəfındən  istismara  məruz 
qalır.  Digər  tərəfdən  müəyyən  qrup  ölkələr 
ərazilərində  olan  təbii  sərvətlərdən  istifadə  etməklə 
ekoloji  cəhətdən  ətraf  ölkələrin  mühitinə  ziyanlar 
vururlar. Ekoloji cəhətdən ən çox çirklənmələr tranzit 
çaylara  məruz  qalan  ölkələrin  ərazisində  müşahidə 
edilir.  Həmçinin  iqtisadi  cəhətdən  inkişaf  etmiş  sə-
naye  ölkələrində  atmosferə  buraxılan  zəhərli  tullan-
tıların xüsusi çəkisinin artması hava axınları vasitəsi 
ilə  digər  qonşu  ölkələrin  ərazilərinə  ziyan  verməklə 
təbii  mühitdə  (meşələrin  quruması,  səhralıqların 
əmələ  gəlməsi,  torpaqların  çirklənməsi,  müxtəlif 
xəstəliklərin  yayılması  və  s.)  deqradasiyaya  səbəb 
olur. Bu cəhətdən təbiəti mühafızə sahəsində və eko-
loji  cəhətdən  davamlı  sosial-iqtisadi  inkişafın  təmi-
natında  beynəlxalq  əməkdaşlığın  böyük  rolu  vardır. 
Ətraf mühitin mühafızəsi sahəsində dünyanın bir çox 
aparıcı beynəlxalq təşkilatları; BMT-nin Ətraf Mühit 
Proqramı,  Ekologiya  Fondu,  Dünya  Bankı,  Avropa 
İttifaqının TASİS Proqramı, Ümumdünya Vəhşi Tə-
biət  Fondu,  BMT-nin  İqtisadi  və  Sosial  Şurası 
(İQSOS),  YUNESKO,  YUNEP,  FAO,  ÜST, 
UNİDO,  MAQATE,  AENBA,  Avropa  Şurası  (AŞ) 
və  s.  fəaliyyət  göstəririlər.  Qeyd  olunan  beynəlxalq 
təşkilatların  ətraf  mühitin  mühafizəsinə  və  sosial 
iqtisadi  inkişafın  davamlılığına  dair  müvafiq 
proqramlar  tərtib  edirlər.  Ekoİoji  cəhətdən  davamlı 
inkişaf  anlayışı  ilk  dəfə  1972-ci  ildə  Ərtaf  Mühit 
Üzrə  Stokholm  Konfransında  irəli  sürülmüşdür.  Bu 


263 
 
konfransda ətraf mühitin pişləşməsi ilə əlaqəli olaraq 
BMT  tərəfındən  müstəqil  orqan  olan  "Ərtaf  Mühit 
Üzrə BMT Proqramı" yaradılır və YUNEP adını alır. 
YUNEP-in  əsas  vəzifəsi  daha  qabarıq  olan 
ekoloji  problemlər:  torpaqların  çirklənməsi,  meşə-
lərin  qırılması,  səhralaşma,  şirin  su  ehtiyanın  azal-
ması,  okeanların,  dənizlərin  və  çayların  çirklənməsi 
və  s.  üzrə  tövsiyyələr  vermək,  təbiəti  mühafızə  ilə 
əlaqəli  proqramları  hazırlayıb  həyata  keçirməkdən 
ibarətdir.  Eyni  zamanda  ekoloji  sahədə  olan  ziddiy-
yətlərin həlli üçün müəyyən bir mexanizmin yaradıl-
ması  tələb olunurdu.  Bu  cür  mexanizm  1992-ci  ildə 
Rio-De-Janeyro şəhərində BMT-nin "Ətraf Mühit və 
Davamli  İnkişafa  aid  Konfransın  qərarlarına  əsasən 
yaradıldı.  (R.M.Məmmədov,  Bakı  2009).  Eyni 
zamanda  konfransda  davamlı  inkişaf  üzrə  mühüm 
sənəd  olan  "Agenda  21"  ("XXI  əsrin  gündəliyi") 
proqramı qəbul olunur. 
"Agenda 21" dörd bölmədən ibarətdir. 
"Sosial-iqtisadi  aspektlər"  adlanan  birinci 
bölmədə inkişaf etməkdə olan ölkələrdə davamlı in-
kişafı  sürətləndirmək  üçün  beynəlxalq  səviyyədə 
yoxsulluqla  mübarizə;  tələbat  strukturunun  dəyişil-
məsi;  əhalinin  dinamikası  və  davamlı  inkişafı;  insan 
sağlamlığının  qorunması;  yaşayış  məskənlərinin 
davamlı inkişafına yardım məsələləri irəli sürülür. 
İkinci  bölmədə  təbii  resurslardan  səmərəli 
istifadə və onların mühafızəsi adlanır. Burada əsasən 
atmosferin  mühafızəsi;  torpaq  resurslarından  istifa-


264 
 
dəyə kompleks yanaşma; meşələrin qırılmasına qarşı 
mübarizə;  səhralaşma  və  quraqlığa  qarşı  mübarizə; 
dağ rayonlarının davamlı inkişafı; kənd təsərrüfatının 
və  kənd  rayonlarının  inkişafına  kömək;  biomüxtəlif-
liyin  qorunub  saxlanılması;  şirin  su  ehtiyatının  və 
keyfıyyətinin  qorunması;  təhlükəli  tullantıların  eko-
loji cəhətdən təhlükəsiz şəraitdə kənarlaşdırılması və 
s. məsələlər öz əksini tapmışdır. 
"Əsas  insan qrupları rolunun  möhkəmləndiril-
məsi"  adlanan  üçüncü  bölmədə:  davamlı  və  ədalətli 
inkişafın  təmin  olunması  naminə,  qadınların  məna-
feyi naminə qlobal fəaliyyət; davamlı inkişafın təmin 
edilməsi  prosesində  uşaq  və  gənclərin  maraqlarının 
nəzərə  alınması;  yerli  icma  və  qeyri-hökumət  təşki-
latlarının  rolunun  möhkəmləndirilməsi;  yerli  idarə-
etmə orqanlarının (bələdiyyələrin) təşəbbüskarlığı və 
fəallığı nəzərdə tutulur. 
"Agenda  21"  -in  dördüncü  bölməsində  irəli 
sürülən məsələlərin həyata keçirilməsi üçün maliyyə 
ehtiyatları  və  mexanizmləri;  ekoloji  cəhətdən  təmiz 
texnologiyaların əldə edilməsi sahəsində əməkdaşlıq; 
davamlı  insan  inkişafının  təmin  olunmasında  elmin 
rolu;  kadr  hazırlığı;  beynəlxalq  təşkilatların  mexa-
nizmləri;  beynəlxalq  hüquq  sənədləri  və  mexa-
nizmləri nəzərdən keçirilir. 
RİO-92 konfransında "RİO Bəyannaməsi" qə-
bul edildi ki, burada hər bir dövlər BMT-nin Nizam-
naməsi  və  beynəlxalq  hüquqi  prinsiplərinə  müvafıq 
olaraq öz təbii resurslarından istifadə etmək hüququ-


265 
 
na  malikdir.  Həmçinin  ərtaf  mühit  və  inkişaf 
məsələləri  sahəsində  öz  müstəqil  siyasətini  aparmaq 
hüququna malikdir. 
YUNESKO  əsasən  "insan  və  biosfer"  proqra-
mını  həyata  keçirir.  Insanlarla  ətraf  mühir  arasında 
qarşılıqlı  əlaqə  və  inkişafın  sosial  iqtisadi  amilləri 
üzrə tədqiqatlar aparır. Digər sahələrdə isə savadsız-
lıqla  mübarizə,  təhsilin  planlaşdırılması,  insan  hü-
quqları  sahəsində  və  dünyada  sülhün  möhkəm-
lənməsi üzrə tədqiqatlar aparır. 180-ə qədər üzvü var. 
Qərargahı Paris şəhərindədir (Fransa). 
FAO-BMT-nin  ərzaq  və  Kənd  Təsərrüfatı 
Təşkilatl  (Food  and  Agricultral  Organization  of  the 
Nations,  FAO)  1945-ci  ildə  yaradılmışdır.  Dünyada 
aclıqla mübarizə, insanların qidalanması və həyat şə-
raitinin  yaxşılaşdırılması,  kənd  təsərrüfatında,  balıq-
çılıqda,  meşəçilik  sahələrində  məhsuldarlığın  artırıl-
masına  kömək  etmək  məqsədilə  yaradılmışdır.  Eyni 
zamanda  kənd  təsərrüfatı  məhsullarının  istehsalı  və 
emalının  yaxşdaşdırılması,  torpaq  və  su  resursla-
rından, gübrələrdən istifadə üçün işlər aparır. 
ÜST-  Ümumdünya  Səhiyyə  Təşkilatı  olub, 
bütün  xalqların  sağlamlığının  ən  yüksək  səviyyəyə 
çatdırılması  məqsədilə  1946-cı  ildə  yaradılmış  və 
1948-ci  ildən  fəaliyyət  göstərir.  Müxtəlif  xəstəliklə-
rin  ləğvi  üçün  beynəlxalq  əməliyyatlar  təşkil  edir. 
Dərman  preparatlarının  keyfıyyətinə,  narkotik  mad-
dələrin  yayılmasına,  təmiz  su  və  qida  məhsullarına, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə