Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə65/67
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39444
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   67

266 
 
ümumi  ekoloji  təhlükəsizlik  məsələlərinə  nəzarət 
edir. Qərargah Cenevrə şəhərindədir. 
UNİDO-  sənayenin  inkişafı  üzrə  təşkilatdlr. 
əsas məqsədi qlobal, regional, milli və sahəvi səviy-
yədə sənayenin inkişafına və yeni beynəlxalq iqtisadi 
qanunların  yaradılmasına  köməklik  göstərilməsi 
məsələləri ilə məşğul olur. 
MAQATE-  radioaktiv  maddələrin  daşınması 
və  saxlanılmasının  təhlükəsizliyinin təmin  olunması, 
tullantıların  təkrar  istehsalı  daxil  olmaqla  ümumi 
radiasiyadan  müdafıə  və  təhlükəsizliyin  təmin 
edilməsi üzrə ixtisaslaşmışdır. 
AENBA-  Atom  Enerji  Üzrə  Beynəlxalq 
Agentlik  təşkilatıdır.  1957-ci  ildə  atom  enerjisinin 
sülh  məqsədilə  istifadə  edilməsi  sahəsində  beynəl-
xalq əməkdaşlığın inkişafı üçün yaradılmışdır. 
Eyni zamanda nüvə təhlükəsizliyi üçün müva-
fiq  normalara  əməl  olunmasına,  nüvə  enerjisinin 
hərbi  məqsədlər  üçün  istifadə  olunmasında  nəzarət 
edir.  Agentlik  nüvə  qurğularının  təhlükəsizliyi,  şüa-
lanmadan  müdafıə,  insanların  sağlamlığı,  radiaktiv 
tullantıların saxlanılması, nüvə yanacağından istifadə 
olunması  və  s.  məsələlər  daxil  olan  geniş  təhlükə-
sizlik  proqramı  qəbul  etmişdir.  Agentliyin qərargahı 
Vyana (Avstriya) şəhərində yerləşir. 
Avropa Şurası (AŞ) - öz fəaliyyətini daha çox 
demokratik  prinsiplərin  həyata  keçirilməsinə,  insan 
hüququnun  əsas  prinsiplərinə  riayət  olunmasına, 
Avropa  vətəndaşlarının  həyat  səiyyəsinin  yüksəldil-


267 
 
məsinə,  ekologiya  və  informasiya  sahəsində  əmək-
daşlığa  yönəltmişdir.  Avropanın  nüfuzlu  təşkilat-
larından  biri  olub,  1949-cü  ildə  yaradılıb.  Qərargah 
Strasburqda yerləşir. 
Aparılan  təhlillərdən  aydın  olur  ki,  təbiətdən 
istifadədə,  ekoloji  sahədə  yaranan  beynəlxalq  əmək-
daşlıq  təbii  resurslardan  səmərəli  istifadə  etmək  və 
onun  gələcək  nəsillər  üçün  qorunub  saxlanılmasında 
mühüm  iqtisadi  əhəmiyyət  kəsb  edir.  Həmçinin 
ekoloji  sahədə  yaranan  qlobal  problemləri  həll  et-
məkdə  beynəlxalq  səviyyədə  qəbul  olunmuş  proq-
ramlar  təbii  mühitin  saflaşmasına  təsir  etməklə 
gələcək  nəsillərin  sağlamlığının  qorunmasmda  və 
təmiz  ekoloji  mühitin  formalaşmasında  əhəmiyyət 
kəsb  edən  sahələr  kimi  qiymətləndirilir.  Beynəlxalq 
əməkdaşlığın digər mühüm cəhəti ondadır ki, təbii və 
əmək  resurslarından  istifadəyə  əlverişli  şərait  yarat-
maqla  bərabər,  insanların  həyat  şəraitinin  yaxşı-
laşması  məqsədi  ilə  xüsusi  proqramlar  hazırlanır, 
həyata keçirilir. 
Təbii  sərvətlərin,  ətraf  təbii  mühitin  saflığına, 
insanların sağlamlığının mühafızəsinə olan diqqət və 
qayğının artırılmasına yönəldilmiş beynəlxalq tədbir-
lərin  əhəmiyyəti  ildən-ilə  artır.  Bu  ondan  irəli  gəlir 
ki, əvvəllərdə məlum olmayan yeni-yeni kimya məh-
sulları  və  müxtəlif  tərkibli  materiallar,  maddələr, 
elementlər  istehsal  olunur,  onların  təbii  mühitə  təsir 
dairəsi  planetar  miqyasda  genişlənir.  Təbətdən  alı-
nan, onun sərvətlərindən istehsal edilən yeni məhsul-


268 
 
lar  ictimaiyyətə  xeyir  gətirir,  xalq  təsərüfatının  inki-
şafını  surətləndirir,  əhalinin  bu  və  ya  digər  məh-
sullara  olan  tələbatını  ödəyir,  Bununla  belə  həmin 
məhsulların  kütləvi  surətdə  istehsalı  geniş  miqyasda 
materiyanın  təbii  balansını  pozur,  ətraf  mühitin 
mühafızəsində çətinlik törədən maddələrin miqdarını 
artırır,  ayrı-ayrı  sənaye  sahələrində,  mərkəzlərində 
sağlamlığı təhlükə altına alır. 
BMT-nin  ətraf  təbii  mühitin  mühafızəsi  Proq-
ramına əsasən planetimizdə 4  milyondan artıq müx-
təlif  tərkibli  kimya,  sənaye  məhsulları  və  maddələri 
istifadə  edilir.  Hər  il  dünya  bazarına  700  növ  belə 
yeni məhsul daxil olur. Bununla belə həmin məhsul-
ların  insanlara  və  ətraf  təbii  mühitə  təsir  dairəsinin 
dərəcəsi hələ də dəqiq öyrənilməmişdir. Onların kan-
seroji  (xərçəng  xəstəliyi  törədən), mutaji  (insanın və 
başqa  canlı  orqanizmlərin  təbii  törədici  mexaniz-
minin  pozulması) və  ya  başqa  bioloji  inkişafa  mənfı 
təsir  dairəsinin  dəqiqliyi  lazımi  qədər  öyrənilməyib. 
Buna  görə  təbiətdən,  onun  sərvətlərindən  alınan 
yeni-yeni  məhsullara  ekoloji  baxımdan  və  təbabət 
baxımından dəqiq nəzarət qoyulmalıdır. 
Qeyd  etmək  lazımdır  ki,  balıq  ovu  donan-
masında  texniki  silahlanmanın  xeyli  artmasına  bax-
mayaraq  dünya  okeanında  balıq  tutulmasının  həcmi 
son  zamanlar  azalmaq  üzrədir.  Əgər  1970-ci  ildə 
dünya  okeanından  52,7  mln.ton  balıq  tutulmuşsa, 
indi  bunun  həcmi  xeyli  azalmışdır.  Heyvanlar 
aləminin, xüsusilə vəhşi heyvanların dünyada surətlə 


269 
 
azalması indi böyük həyəcan doğurur. Son 2000 ildə 
dünyada təxminən 106 növ iri məməli heyvanın, 139 
növ quş və başqa heyvanların nəsli kəsilmişdir. 
Mütəxəssislər  belə  qərara  gəlmişlər  ki,  indi 
min növdən artıq onurğalıların məhv olması təhlükə 
altındadır.  Vəhşi  heyvanların  və  yabanı  bitkilərin 
ticarəti üzrə konvensiya katibliyinin məlumatına əsa-
sən,  indi  dünyada  hər  il  mühafızə  altında  saxlanılan 
Afrika  fıllərinin  700  t-dan  çox  sümüyü  satılır.  Belə 
qanunsuz ticarət onsuz da sayı kəskin surətdə azalan 
fıllərin  surətlə  qırılmasına  səbəb  olur.  Bu  qədər 
sümüyü  əldə  etmək  üçün  minlərlə  fıl  öldürülür. 
Bundan  başqa  hər  il  Afrikada,  Braziliyada  2  min 
timsah dərisi aşılanıb satışa verilir. İndi nadir tapılan 
quş və heyvanların qiyməti çox bahalaşmışdır. Məsə-
lən, danışan tutu quşunu çox baha, o cümlədən AFR-
də  15  min  markaya  satırlar.  Cənubi  Amerikada 
yaşayan  atselatdan  hazırlanan  manto  (  buna  10  dəri 
gedir)  75  min  markaya  satılır  ki,  bu  da  «Mersedes» 
markalı minik avtomaşınının qiymətinə bərabərdir. 
Təbii  sərvətlərdən  səmərəli  istifadə  edilməsi, 
ətraf  təbii  mühitin  mühafızəsi  son  yüz  ildə  dünya 
ictimaiyyətinin  həmişə  diqqət  mərkəzində  olmuşdur. 
Müharibədən  sonrakı  dövrdə  ictimai  fıkrin  təsiri 
altında bir çox dövlətlər bu haqda təsirli tədbirlər və 
qərarlar qəbul etmişlər. Qeyd etmək lazımdır ki, hələ 
XX  əsrin  əvvəllərindən  bəri  təbiətin  mühafızəsi 
xüsusilə  vacib  məsələ  kimi  qarşıda  durur.  1910-cu 
ildə  Qratsda  (Avtriya)  keçirilmiş  ÜII  Beynəlxalq 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə