Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə66/67
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39444
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   67

270 
 
Zoologiya  konqresi,  1913-cü  ildə  Beri  şəhərində 
Təbiətin  Beynəlxalq  mühafızəsi  üzrə  çağırılmş  kon-
fransda mühüm təcrübi əhəmiyyət daşıyan məsələlər-
dən  başqa,  təbii  sərvətlərin  gələcək  nəsil  üçün 
saxlanılmasına,  onların  mühafızəsinə  dair  bir  sıra 
vacib vəzifələr irəli sürülmüşdür. 
Əsrimizin  60-cı  və  70-ci  illərində  təbiətin 
mühafızəsi üzrə dünya ictimai fıkir mübadiləsi daha 
geniş  miqyas  alır.  Dünya  ölkələrinin  əksəriyyətinin 
təklifınə  və  təkidinə  görə  1968-ci  ildə  BMT-nin 
YUNESKO təşkilati xətti ilə Paris şəhərində keçiril-
miş  biosferin  və  onun  sərvətlərinin  mühafızəsi  üzrə 
beynəlxalq konfransı, Avropa iqtisadi komissiyasının 
1971-ci  ildə  Praqa  şəhərində  ətraf  mühitin  mühafı-
zəsinə həsr olımmuş konqresi və 1972-ci ildə BMT-
nin  Stokholm  şəhərində  insanı  əhatə  edən  mühitin 
mühafızəsinə  dair  konfransı  cəmiyyətin  qarşısında 
təbiətin  mühafızəsi  sahəsində  mühüm  vəzifələr 
qoymuşdur. 
70-ci  illərdə  ətraf  təbii  mühitin  mühafızəsi, 
təbii sərvətlərdən istifadə edilməsi üzrə dövlətlərarası 
beynəlxalq  əlaqələr  xeyli  genişləndirilmişdir.  Siyasi, 
iqtisadi,  mədəni,  elmi-texniki  əməkdaşlıq  sahəsində 
dövlətlərarası  əlaqələr  təkmilləşir  və  inkişaf  edir. 
Dövlətlərin, müvafıq beynəlxalq təşkilatların, siyasi, 
elm  xadimlərinin,  mütəxəssislərin  köməyi  ilə  təbiət 
problemləri  üzrə  elmi  cəhətdən  əsaslı  ölçülüb-biçil-
miş  tədbirlərin  həyata  keçirilməsi  mühüm  məsələ 
kimi  qarşıda  durur.  Göstərilən  müddətdə  dəniz  və 


271 
 
okeanların,  atmosferin,  bir  çox  ölkələrdən  keçən  və 
ölkələrdaxili tranzit çayların mühafızəsinə dair ciddi 
qərarlar  və  təkliflər  qəbul  edilmişdir.  Heyvanlar 
aləminin, xüsusilə suda yaşayan məməli heyvanların, 
ağ  ayıların,  Arktika  suitilərinin,  bütün  köçəri  hey-
vanların, onların yaşayış mühitinin mühafızəsinə dair 
müvafıq  qərarlar  qəbul  edilir.  Təbii  mühitin  müha-
fızəsinin  təşkili  problemində  BMT-nin  1972-ci  ildə 
insanı əhatə edən mühitin mühafızəsi üzrə konfransı 
proqramının  fəaliyyətdə  olmasının,  BMT-nin  Baş 
Məclisinin  bir  sıra  təkliflərinin,  məsələn,  Avropada 
təhlükəsizlik  və  əməkdaşlıq  aktı  (1975-ci  il)  qərar-
larının həyata keçirilməsinin böyük təsiri olmuşdur. 
İqtisadi  cəhətdən  inkişaf  etmiş  rayonlarda, 
məsələn,  Şimali  Amerikada,  qərbi  Avropada,  Yapo-
niyada,  keçmiş  SSRİ-də  ətraf  təbii  mühitin 
mühafızəsi ilə baglı daha çox tədbirlər irəli sürürlər. 
Bu  ölkələrin  sərhədləri  boyu  ekoloji  mühitin  saflığı 
uğrunda  tranzit  çayların  çirklənməsinə  qarşı  müba-
rizədə  mühüm  işlər  görülmüşdür.  Avropa  regional 
beynəlxalq  təşkilatları  dairəsində,  məsələn,  Avropa 
Şurası, İqtisadi əməkdaşlıq, inkişaf və başqa beynəl-
xalq  təşkilatların  fəaliyyəti  sayəsində  ətraf  təbii 
mühitin mühafızəsi, təbii sərvətlərdən, iqtisadi, texni-
ki  imkanlardan  səmərəli  istifadə  edilməsi  barəsində 
bir  sıra  müqavilələr  bağlanmış,  qərarlar  qəbul  edil-
mişdir. Avropanın bir sıra beynəlxalq təşkilatlarında 
ətraf təbii mühitin mühafızəsinə dair xüsusi bölmələr 
yaradılmışdır.  Afrikada,  Latın  Amerikasında,  Cənu-


272 
 
bi-Şərqi Asiyada və Sakit okean hövzəsi ölkələrində 
təbii  sərvətlərin  mühafızəsi  üzrə  beynəlxalq  miqyas-
da mühüm işlər həyata keçirilməkdədir. 
Son  10-12  ildə  beynəlxalq  miqyasda  təbətin 
mühafızəsinə dair tədbirlər üzrə əldə edilmiş mühüm 
nailiyyətlərdən  biri  BMT  dairəsində  bu  sahədə 
dövlətlərarası  işlərin  uzlaşdırılması  və  maddi  cəhət-
dən  maraqlandırılması  olmuşdur.  1972-ci  ildə  BMT 
tərəfindən  Stokholm  şəhərində  insanı  əhatə  edən 
mühitin mühafızəsi probleminə həsr edilmiş konfrans 
öz  tarixi  əhəmiyyətinə  görə  mühüm  yer  tutur.  Bu 
konfransın  yekunları  üzrə  BMT-nin  Baş  Məclisinin 
XXÜII sessiyasında uzunmüddətli əhəmiyyətə malik 
olan nizamnamə qəbul edilmişdir. 
Göstərilən  nizamnaməyə  əsasən  BMT-nin 
daxilində  ətraf  təbii  mühitin  mühafızəsi  ilə  məşğul 
olan YUNEP adlı xüsusi təşkilat yaradılmışdır. 
    Stokholm  konfransından  başqa  əhali  məskunlaş-
ması  (Buxarest,  1974-cu  il),  ərzaq  problemi  (Roma, 
1974-cü  il),  yaşayış  məntəqəsi  (Vankuver,  1976-cı 
il), 
su 
sərvətləri( 
Mindel 
Plata,1977-ci 
il) 
problemlərinə  həsr  edilmiş  konfransların  qərarları 
mühüm  yer  tutur.  Göstərilən  konfransların  mühüm 
əhəmiyyətindən  biri  də  beynəlxalq  səpgidə  hüquqi 
həyatın  ayrılmaz  hissəsinə  çevrilməsidir.  Bununla 
yanaşı  təbiəti  mühafızə  sahəsində  beynəlxalq  əmək-
daşlığın  inkişaf  etdirilməsində  bir  sıra  çətinliklər 
vardır.  Bu  çətinliklər  təbii  mühitin  mühafızəsində 
ayrı-ayrı  dövlətlərin  mənafelərinin  toqquşmasından, 


273 
 
kapitlist istehsal münasibətləri şəraitində təbii sərvət-
lərdən  plansız  istifadə  edilməsindən,  imperialist  dai-
rələrin  mürtəce  siyasəti  nəticəsində  hərbi  silahların 
və xərclərin ildən-ilə artırılmasından irəli gəlir. 
Müasir  dövrdə  ekologiyanın  və  iqtisadiyyatın 
qarşılıqlı  inkişafı  vacib  problemə  çevrilmişdir. 
«Ekoinkişaf»  adlanan  bu  konsepsiya  bütün  beynəl-
xalq  müşavirələrdə,  konqreslərdə  ictimaiyyətin 
diqqət 
mərkəzində 
durmuşdur. 
YUNEP-in 
idareəedici  şurasının  ikinci  sessiyası  (  1974-cü  il) 
qərara  almışdır  ki,  «ekoinkişafın»  konsepsiyasını  və 
metedologiyasını  gələcəkdə  də  inkişaf  etdirmək 
zəruridir. 
Beynəlxalq konfranslar təbiətin mühafızə edil-
məsi  sahəsində  dünyada  əməkdaşlığı  ənənəvi  və  ən 
səmərəli  formalarından  biridir.  Lakin  bu  konfrans-
ların qərarları, onun iştirakçılarının  hüquqi  cəhətdən 
fəaliyyəti  məcburi  deyildir,  lakin  onlar  təbiətin  mü-
hafızəsi  üzrə  siyasi,  beynəlxalq  qaydaların  icrasına 
yardım  edirlər.  Təbiətin  mühafızəsi  sahəsində  mü-
hüm forum olan beynəlxalq konfransların keçirilməsi 
əsasən  XX  əsrin  əvvəllərindən  başlanmışdır.  İsveç-
rənin dəvəti ilə konfransda 17 dövlətin nümayəndəsi 
iştirak  edirdi.  Bunlar:  Avstriya,  Almaniya,  ABŞ, 
Argentina,  Belçika,  Böyük  Britaniya,  Danimarka, 
İsveç,  İsveçrə,  İspaniya,  İtaliya,  Macarıstan,  Nider-
landiya,  Norveç,  Portuqaliya,  Rusiya,  Fransa  idi. 
Konfrasda  təbiətin  sərvətlərinin  istifadə  edilməsi, 
təbiətin  mühafızəsi  sahəsində  bütün  məlumatların 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə