Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə60/67
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39444
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   67

246 
 
2)
 
Orta və ya xüsusi - 1 ton tullantının (axıntının) 
təmizlənməsinə çəkilən xərclər; 
3)
 
Həddi  (normativ)  xərclər  -  hər  bir  əlavə 
tullantının  (axıntının)  1  tonunu  təmizləmək 
üçün  əlavə  xərclər.  Bundan  başqa,  təbiəti 
mühafizə xərcləri iki dərəcəyə (növə) bölünür: 
cari və əsaslı xərclər. 
Kapital  (əsaslı)  xərcləri  ekoloji  məqsədlər 
üçün həyata keçilən, materiallaşdırılan (maddiləşdiri-
lən)  xərclərdir.  Bəzən  kapital  qoyuluşu  təbiəti 
mühafızə  fondlarında  əhəmiyyətli  dərəcədə  böyük 
ola bilər (bəzi sahələr üzrə 30-40%). 
Ətraf mühiti mühafızə məqsədi daşıyan kapital 
qoyuluşuna bir dəfəlik xərclər aid edilir: 
-
 
təbiəti  mühafizə  obyektlərinin  rekonstruk-
siyası və yeni obyektlərin yaradılması; 
-
 
ətraf  mühitə  mənfi  təsiri  azaltmaq  məqsə-
dilə  istehsalat  texnologiyalarının  modern-
ləşdirilməsi; 
-
 
istehsalat  texnologiyasının  ətraf  mühiti 
mühafizə məqsədilə müəyyənləşdirilməsi. 
Kapital  qoyuluşları  əsasən  su  obyektlərinin, 
hava  hövzəsinin  və  torpaqların  mühafızəsinə  istiqa-
mətləndirilir.  Adətən  kapital  qoyuluşlarının  ən  çox 
payı (faizi) su obyektlərinin mühafizəsinə yönəldilir. 
Su obyektlərinin mühafizəsi üçün əsas kapital qoyu-
luşları  tikinti  üçün  birdəfəlik  aşağıdakı  xərclərdən 
ibarət olur: 


247 
 
-
 
istehsalat  və  kommunal  tullantı  sularının 
təmizlənməsi  üçün  stansiyalar  (təmizləyici 
qurğular),  habelə  tullantı  sularının  ilkin 
təmizlənməsi  (lokal  təmizləyici  qurğular) 
və  təmizlənmiş  sulardan  istifadə  üçün 
yenidən təmizləmə stansiyaları; 
-
 
su  mühafizə  zonalarının  kompleks  tədbir-
lərlə  əlaqələndirilməsi  (texnoloji,  meşə 
meliorativ,  aqrotexniki,  hidrotexniki,  sani-
tar və s.); 
-
 
neftin, mazutun toplanması qurğuları, habe-
lə  su  akvatoriyalardan  zibili  və  digər 
tullantıları toplama qurğuları; 
-
 
su obyektlərini çirkləndirən sənaye tullantı-
larını  zərərsizləşdirmək  üçün  poliqon  və 
qurğuların tikilməsi; 
-
 
gəmilərdən  təsərrüfat  sularının  qəbul  edil-
məsi  üçün  sahil  qurğularının  tikilməsi, 
habelə  zibillərin  utilləşdirilməsi,  anbarlaş-
dırılması və təmizlənməsi; 
-
 
şəhərlərin və yaşayış məntəqələrinin kanali-
zasiya sistemlərinin tikintisi və s. 
Hava  hövzəsinin  mühafizəsi  üçün  xərclər 
birdəfəlik aşağıdakı tikinti işlərinə yönəldilir: 
-
 
texnoloji xətlərdən, digər çirklənmə mənbə-
lərindən  ayrılan  maddə və  qazların tutulma 
və  zərərsizləşdirilməsi  üçün  qurğuların 
tikintisi; 


248 
 
-
 
nəzarəttənzimləyici 
punktların  tikintisi 
(əsasən toksik avtomobil qazların miqdarını 
müəyyən etmək üçün); 
-
 
tüstü  boruları,  qaz  buxarların,  aspirasiya 
sistemlərinin tikintisi; 
-
 
sanitar-mühafizə 
zonalarının  salınması 
(müəssisələr ətrafı, yol boyunca və s.), 
Torpaqların  mühafızəsinə  yönəldilən  əsaslı 
vəsaitlərə daxildir: 
-
 
eroziyaya,  selə,  sürüşməyə  qarşı  hidrotex-
niki qurğuların tikilməsi; 
-
 
dik yamacların terraslaşdırılması; 
-
 
qoruyucu  meşə  zolaqlarının,  o  cümlədən 
tarla qoruyucu və eroziyaya qarşı meşələrin 
salınması; 
-
 
torpaqların  bərpası  (rekultivasiyası,  reabli-
tasiyası); 
-
 
zibil  emalı  və  zibil  yandıran  zavodların 
tikintisi. 
Cari istismar xərclərinə daxildir: təbiəti müha-
fizə  istiqamətli  əsas  fondların  saxlanması  və  qulluq 
edilməsi,  təbiəti  mühafizə  ilə  əlaqədar  xidmətlərin 
ödənilməsi,  cari  təbiəti  mühafızə  xərclərinin  ümumi 
istehsal xərclərinə görə payı 0,2-3% arasında dəyişir. 
MDB  ölkələrində  və  eləcə  də,  Rusiyada,  o 
cümlədən,  Azərbaycanda  cari  xərclər  kapital  qoyu-
luşundan ən azı 3 dəfə çox olub, hava hövzəsinə görə 
isə  5:1  nisbətindədir.  Əlbəttə,  göstərilən  vəziyyəti 
optimal hesab etmək olmaz. ABŞ-da bu nisbət l:l-dir. 


249 
 
Cari xərclərin çox olması o deməkdir ki, əsaslı təbiəti 
mühafızə avadanlıqları uzun müddət istismar edilmir. 
Ekoloji xərclər istehsalat xərclərinin tərkib hissəsidir 
və  nəticədə  məhsulun  qiyməti  vasitəsilə  onların 
xərcini alıcı çəkir. 
Layihənin  qənaətbəxş  olması  əsaslı  vəsaitin 
planlaşdırılması  və  maliyyələşdirilməsi  smetanın 
zəruri xərclərini özündə nə dərəcədə əks etdirməsin-
dən  asılıdır.  Smetanın  dəqiqliyi  kompleks  işlərin 
əsaslı (mükəmməl) təyin edilməsindən və irəli sürü-
lən təkliflərin düzgünlüyündən çox asıhdır. 
Smeta  dəyərinin  göstəriciləri  layihə  hesabat-
larının variantlarının qiymətləndirilməsində və onlar-
dan  ən  məqsədəuyğun  olanını  seçməkdə  istifadə 
edilir.  Smeta  əsasında  və  təqvim  planına  müvafiq 
olaraq  layihənin  büdcəsi  tərtib  edilir.  Lakin  smeta 
yalnız  layihənin  yekun  dəyərinin  proqnozunu  verir 
və  ilkin  hesablama  yuvarlaqlaşdırılmış  normativlər 
üzrə  TİƏ-nin  hazırlanmasında  həyata  keçirilir. 
Obyektin  tikintisinin  dəyərini  müəyyən  edən  əsas 
sənəd-yekun  smetanın  hesablanmasıdır.  Bu  iş  cari 
qiymətlər  səviyyəsində  tərtib  edilir.  Həmin  sənəd 
özündə aşağıdakıları cəmləşdirir: 
1)
 
Tikinti sahəsinin hazırlanmasını; 
2)
 
Tikintinin əsas obyektlərini; 
3)
 
Yardımçı  istehsalat  və  xidmət  əhəmiyyətli 
obyektləri; 
4)
 
Energetika təsərrüfatı obyektlərini; 
5)
 
Nəqliyyat təsərrüfatı və rabitə obyektlərini; 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə