Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə53/67
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39444
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   67

217 
 
mümkün deyil. Bu baxımdan, sosial təmayüllü bazar 
münasibətləri  əsasında  inkişaf  etmiş  ölkələrin  təcrü-
bəsi  göstərir  ki,  kənd  təsərrüfatı  və  ərzaq  məhsulları 
bazarı  dövlət  tərəfindən  daima  tənzimlənir.  Onun 
bilavasitə  ərzaq  bazarında  baş  verən  iqtisadi  pro-
seslərə  təsir  imkanları  və  metodları  ölkənin  iqtisadi 
inkişaf  səviyyəsindən,  təbii-iqtisadi  xüsusiyyətlərin-
dən və s. amillərdən asılı olaraq müxtəlifdir. 
Ərzaq  bazarı  daxili  bazarın  tərkib  hissəsi  ol-
maqla  aqrar  iqtisadiyyatın  ən  mühüm  subyektləri 
kimi  kənd  təsərrüfatı  məhsullarının  istehsalçıları  və 
istehlakçıları  arasındakı  iqtisadi  münasibətlərin 
məcmusunu özündə əks etdirir. 
Ərzaq  bazarında  kənd  təsərrüfatı  əmtəə  isteh-
salçıları  ilə  istehlakçıları  arasındakı  qarşılıqlı  müna-
sibətlər  tələb  və  təklif  əsasında  formalaşır.  Ərzaq 
bazarı  mahiyyət  etibarı  ilə  əhalinin  ərzaq  və  yeyinti 
məhsullarına  olan  tələbatında  mühüm  funksiyalar 
yerinə yetirir. 
Ərzaq bazarının mahiyyətini, onun elmi-nəzəri 
aspektlərini,  habelə  öİkə  əhalisinin  ərzaq  və  yeyinti 
məhsullarına  olan  təiəbatının  ödənilməsinin  mövcud 
vəziyyətini təhlil edərək dövlətin bu sahəyə təsirinin 
aşağıdakı iqtisadi vasitələrini müəyyən etmək olar ki, 
bunlar da tənzimləmənin istiqamətlərini təşkil edir: 
-
 
daxili  bazarda  kənd  təsərrüfatı  məhsullarına 
olan  tələbə  təsiretmə  məqsədilə  qiymətlərin 
tənzimlənməsi; 


218 
 
-
 
kənd  təsərrüfatında  vergi  sisteminin  və  ya 
subsidiyaların köməyilə  əmtəə  istehsalçılarının 
xərclərinin səviyyəsinə təsir göstərilməsi
-
 
istehsalın səviyyəsindən asılı olmayaraq  əmtəə 
istehsalçılarının dövlət təminatı. 
Ölkə  üçün  zəruri  xarakter  daşıyan  kənd 
təsərrüfatı  məhsulları  istehsalının  stimullaşdırılması, 
habelə  əmtəə  istehsalçılarının  xarici  bazarın  zərərli 
təsirindən  qorunması  və  təminatlı  daxili  bazar  yara-
dılması  ərzaq  bazarının  tənzimlənmə  mexinizminin 
ən  mühüm  tərkib  hissəsidir.  Kənd  təsərrüfatı  məh-
sulları  üzrə  idxal  və  ixrac  əməliyyatlarının  tənzim-
lənməsi  daxili  bazarın  qorunması  baxımından  mü-
hüm  əhəmiyyət  kəsb  edir.  Bu  baxımdan  beynəlxalq 
hüquq  normaları  əsasında  ərzaq  təhlükəsizliyini 
təmin  etmək  məqsədilə  müvafıq  tədbirlər  görülməli-
dir. 
Birinci növbədə son məhsul istehsalının artırıl-
masına  nail  olunmalı,  istehsal  strukturunda  son 
məhsullar buraxan yerli strukturlar yaradılmalıdır. 
İkinci-  müəssisələrin  xalis  gəlirinin  artması 
məhsulların  istehsalı,  satışına  çəkilən  xərclərin,  yəni 
maya  dəyərinin  aşağı  düşməsindən  bilavasitə 
asılığını gücləndirmək lazımdır. 
Üçüncü  -  ərazi  bölgüsünün  təbii  və  iqtisadi 
əsaslara  uyğun  yenidən  qurulmasında  ərazi  təsərrü-
fatçılığını  iqtisadi  cəhətdən  canlandıra  bilən  daxili 
hərəkətverici qüvvəni aşkara çıxarıb iqtisadi əlaqələr 
dövriyyəsinə cəlb etmək lazımdır. 


219 
 
Bir-birini 
tamamlayan 
həmin 
vəzifələrin 
həyata  keçirilməsi  bütövlükdə  respublika  daxili 
bazarın formalaşdırılmasına fəal təsir edə bilər.    
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


220 
 
FƏSİL IV 
TƏBİİ EHTİYATLARIN 
QİYMƏTLƏNDİRİLMƏSİ VƏ ONLARDAN 
İSTİFADƏNİN İQTİSADİ SƏMƏRƏSİ 
 
4.1.
 
Təbii ehtiyatların iqtisadi qiymətləndiril-
məsinin zəruriliyi və əhəmiyyəti. 
 
Təbiətdən  səmərəli  istifadə,  planlaşdırma, 
təbiətdən  istifadənin  idarə  edilməsi,  habelə  ekoloji-
iqtisadi  şəraitin  öncə  görümü  (proqnozlaşdırılması) 
təbii-ehtiyat  potensialının  ekoloji-iqtisadi  qiymətlən-
dirilməsini əhatə edir. 
Təbii  mühit  insanların  həyat  fəaliyyətinə 
təminat  verməklə  aşağıdakı  funksiyaları  yerinə 
yetirir: 
1)
 
insanın təbii artımına təminat yaradır; 
2)
 
təbii ehtiyatlarla təmin edir
3)
 
tullantıları  və  çirklənməni  assimiliyasiya  edir 
(neytrallaşdırır); 
4)
 
bir  çox  xidmət  sahələrinə   təminat yaradır: 
rekreasiya-istirahət,  müalicə  mənbəyi,  estetik 
və s. 
Göstərilənlərlə  yanaşı  heç  bir  iqtisadi  sistem 
(nə  bazar,  nə  də  qiymətləndirmə)  bu  funksiyaların 
real  qiymətini  vermək  qabiliyyətində  deyildir  və 
onların  adekvat  qiymətini  müəyyən  edə  bilmirlər. 
Ümumi  hal  kimi  ya  «sıfır»  qiymətləndirmə,  ya  da 
adətən,  azaldılmış  qiymət  qəbul  edilmişdir.  Keçmiş 


221 
 
SSRİ-də  uzun  illər  təbii  sərvətlər  pulsuz  istifadə 
olunmuşdur, heç kimə də mənsub olmamışdır. Bu isə 
təbiətdən  istifadədə  israfçılığa  səbəb  olmuşdur. 
Əslində  göstərilənləri  qiymətləndirmək  üçün  real 
qiymətlər  lazımdır.  O  cümlədən  təbii  rifah  kompo-
nentlərini  də  qiymətləndirmək  lazım  gəlir.  Lakin 
həmişə  təbii  ehtiyatiarın  qiymətləndirilməsi  müsbət 
olmalıdır.  Təcrübədə  hər  hansı  bir  rifahın  «sıfır» 
qiyməti də ola bilər, əgər onun fıziki itkisi cəmiyyət 
üçün həm bu gün, həm də gələcəkdə iqtisadi itki ilə 
müşayiət olunmursa. 
Təbii  amilin  əhəmiyyətini,  rolunu  nəzərə 
alaraq və dərk edərək təbii ehtiyatların payını, iştirak 
dərəcəsini  təsərrüfat  fəaliyyətində-əməyin  nəticələ-
rində,  dəyər  və  qiymət  göstəricilərində  aşkar  etmək, 
müəyyənləşdirmək,  dəqiqləşdirmək,  kəmiyyət  amil-
lərini  təyin  etmək  zəruridir. Təbiət  resurslarının qiy-
mətləndirilməsi hər hansı problemin həll edilməsində 
alternativ  variantların  seçilməsinə  daha  əsaslı  imkan 
verə  bilər.  HES-lər  enerjinin  ən  ucuz  yolla  alın-
masında  ən  əlverişli  mənbə  hesab  edilir.  Lakin  bir 
çox  hesablamalardan  sonra  məlum  olur  ki,  geniş 
sahədə  su  altında  qalmış  məhsuldar  torpaqların  eko-
loji-iqtisadi  itkisi  (zərəri)  hiss  edilir  və  elektrik 
enerjisindən alınan effektdən çoxdur. 
Qiymətləndirilmiş  təbii  ehtiyatların  milli 
sərvətlər  sırasına  salınması  məqsədəuyğun  sayılır. 
Hazırda isə buraya əsas kapital, maddi dövri kapital, 
vətəndaşların  şəxsi  mülkiyyəti  cəlb  edilir.  Bir  çox 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə