XVII əsr Qərbi Avropa ədəbiyyatı
127
FRANSIZ ƏDƏBİYYATI
GİRİŞ
Ədəbiyyatın inkişafını şərtləndirən tarixi şərait.
XVII əsr fransız ədəbiyyatının tarixində ən zəngin və
məhsuldar dövrlərdən biridir. Əsrin ilk illərindən başlayaraq
dövrün əsas ədəbi cərəyanı olan klassisizm formalaşır.
İntibah dövrünün humanist ənənələri və barokko əsrin ədəbi
hadisələri üzərində müəyyən izlər buraxsa da, bəzi nəsr,
dram və poeziya əsərlərinin yaranmasına səbəb olsa da,
klassisizm bu zamanın iqtisadi, siyasi və sosial hadisələri ilə
şərtlənən aparıcı üslubu və cərəyanı idi. Müəyyən cəhətlərinə
görə İntibah dövrü ənənələri ilə bağlı olan klassisizm ayrı-
ayrı cəhət və xüsusiyyətlərinə görə onunla əks mövqedə
dayanırdı. Fransada mütləqiyyət quruluşu XVII əsrin
sonlarının ölkəni parçalayan dini müharibələrindən sonra
misilsiz bir çiçəklənmə, yüksəliş dövrü keçirdiyi kimi, onun
təsirilə yaranan klassisist ədəbiyyat və mədəniyyət də böyük
uğurlar qazandı və uzun müddət Avropa ölkələrinin
mədəniyyətinə səmərəli təsir göstərə bildi.
XVII Fransanın siyasi və mədəni sahələrdə qazandığı
uğurlar birinci növbədə ölkənin daxilində iqtisadi və siyasi
baxımdan aparılan yenidən qurma işləri ilə bağlı idi. Fransa
mütləqiyyəti Burbonlar sülaləsinin ilk üç kralının – IV
Henrix, XIII Lüdovikin və XIV Lüdovikin zamanında XVII
əsrdən yadigar qalan feodal pərakəndəliyinə, dini
müharibələr və başqa ziddiyyətlərə son qoydu və milli
vəhdətin əsasını qoydu.
Fransız mütləqiyyətinin bu mütərəqqi tarixi cəhət-
lərini nəzərə almadan bu dövrün fransız mədəniyyətinin
özünü də doğru qiymətləndirmək çətindir.
Afaq Yusifli İshaqlı
128
IV Henrix ağıllı və ayıq bir siyasi dövlət xadimi idi.
Dövlətin ehtiyaclarını yaxşı başa düşən bu hökmdar
hakimiyyət başına gələn kimi ölkəni didib parçalayan
ziddiyyətləri həll etmək üçün düzgün yol seçdi, uzun müddət
davam edən dini müharibələrə son qoyub Fransada dövlətin
milli vəhdəti üçün möhkəm zəmin yaratdı. Lakin dini
mərkəzləşməyə nail olmadan siyasi mərkəzləşmənin
mümkün olmayacağını yaxşı anlayan IV Henrix özü
kalvinizmdən katolikliyə keçdi. Eyni zamanda özünün
keçmiş həmkarları olan huqenotların mənafeyini də müdafiə
etməyi nəzərə aldı. 1598-ci ildə nəşr etdiyi Nant edikti ilə
huqenotlara dini ibadət azadlığı və bəzi siyasi sərbəstliklər
bağışladı.
Huqenotları sakitləşdirdikdən sonra o, kəndliləri öz
tərəfinə çəkmək, ticarət və sənaye işlərinin qayğısına qaldı.
Kəndlilərdən alınan vergilərin miqdarını azaltdı, ötən
illərdən qalan borcları ləğv etdi, kənd təsərrüfatının
inkişafına himayədarlıq göstərdi. Ticarət və sənaye vasitəsilə
dövlətin gəlirini artırmaq məqsədilə bir sıra iri kral
manufakturaları yaratdı, xarici ticarət şirkətləri təşkil edib
başqa dövlətlərlə ticarət müqavilələri bağladı.
IV Henrix iri feodalları özünə tamamilə tabe edə
bilməmişdi, o, ancaq müəyyən mənada mərkəzi hakimiy-
yətin nüfuzunu artırmışdı. IV Henrix öz siyasətində daha çox
şəhərlərin burjua təbəqələrinə arxalanır, feodallara isə
müəyyən güzəştlər verərək onların siyasi fəaliyyət dairəsini
tədricən məhdudlaşdırır və mərkəzləşmiş mütləqiyyət
hakimiyyətini isə get-gedə möhkəmləndirirdi.
Feodalların özlərini hələ güclü saydığı, əvvəlki imti-
yazlarını geri qaytarmağa ümid etdiyi bu ilk mərhələdə IV
Henrixin Ravalyak adlı fanatik bir katolik tərəfindən
öldürülməsi də başlanğıc dövrünün qanunauyğun təzahürü
kimi qarşılanır. Bu mərhələdə mütləqiyyət quruluşu daha çox
XVII əsr Qərbi Avropa ədəbiyyatı
129
IV Henrixin şəxsi nüfuzuna əsaslanırdı. Orta əsr feodal
qüvvələri bu nüfuzun aradan qaldırılması ilə əvvəlki imtiyaz
və sərbəstliklərinin bərpa olunacağına ümid edirdilər. IV
Henrixin ölümündən sonra mübahisə edən qüvvələrin
gözdən keçirilməsi bu ümidlərin mənasız olduğunu göstərdi.
Henrixdən sonra onun doqquz yaşlı oğlu XIII Lüdovik adi
ilə kral elan edildi. O, həddi-buluğa çatmadığı üçün anası
Mariya Mediçi naib kimi hakimiyyəti ələ aldı. Lakin Mariya
Mediçi də, onu əhatə edən fırıldaqçı favoritləri də heç bir
siyasi istedada malik deyildilər.
Mütləqiyyətdən qisas almaq üçün əlverişli vaxt
olduğunu düşünən fransız feodallarının təşəbbüsü ilə 1614-
cü ildə üç silkin nümayəndələrindən ibarət Baş ştatların
yığıncağı çağırılır. Ruhaniliyin, dvoryanlığın və şəhər
burjuaziyasının nümayəndələri bir yerə yığılır. Yenə də
əvvəllər olduğu kimi ciddi ziddiyyətlər, ixtilaflar aşkar olur.
Hər bir silk məsələni öz xeyrinə həll etməyə çalışır.
Dvoryanlar yeni imtiyazlar istəyir, tacirlər isə hər cür
imtiyazların ləğv olunmasını, vergi vermək məcburiyyətinin
zadəganlara da aid edilməsini tələb edirlər.
Baş ştatlar aydın və qəti şəkildə başa salır ki, kral
hakimiyyəti aşağılar üçün də, yuxarılar üçün də vacibdir.
Dvoryanlara
o,
qara
camaatdan
qorunmaq
üçün,
burjuaziyaya isə dvoryanlardan müdafiə edilmək üçün lazım
idi. Buna görə də IV Henrixin ölümü heç nəyi dəyişmədi.
Kral hakimiyyəti nə qədər zəif olsa da, öz siyasi mövqeyini
saxlaya bildi.
1624-cü ildə kral XIII Lüdovik artıq müstəqil ölkəni
idarə edə biləcəyi bir vaxtda kardinal Rişelye birinci nazir
sifətilə hakimiyyət başına gəlir, on səkkiz illik hakimiyyət
dövründə IV Henrixin başladığı mərkəzləşmiş mütləqiyyət
dövləti yaratmaq işini başa çatdırır. Fransanı Avropanın ən
qüdrətli dövlətinə çevirir.
Dostları ilə paylaş: |