Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I


Demokratiya: Gediləsi uzun yol



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə129/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   125   126   127   128   129   130   131   132   ...   789
inzibati-huquq

Demokratiya: Gediləsi uzun yol,

Əbilov & Zeynalov Mətbəəsi, Bakı, 2001, s.51.

93

Chandran Kukathas,



The Many and the One: Pluralism in the Modern World

, Richard Madsen and

Tracy B. Strong, editors, 2003, p. 61.



İnzibati hüquq

49

edib.


94

Fransa  Dövlət Şurası  1873-cü  ildə  məşhur



Blanco

qərarını  verərkən  hələ  ki,

Fransada hüquqi  dövlət  qurulmamışdı,  o  dövr  kapitalist  iqtisadiyyatının  ideoloji

əsasını  qoyan  liberal  dövlət  zamanı  idi.

95

Əslində,  sosial  hüquqi  dövlət  liberal



dövlətin  əsaslarını,  xüsusən,  ideoloji  əsaslarını  mühafizə  etməkdə  davam  edir.

Sosial  hüquqi  dövlət  prinsipinin  yaranması  liberal  dövlətin  güddüyü  məqsədin -

liberal rejimin tətbiq etdiyi vasitələrin yararsızlığına bağlıdır.

Liberal dövlət mərhələsi inzibati idarəetmə hüququnun inkişafında və hü -quqi

dövlət  prinsipinin  yaranmasında  böyük əhəmiyyət  daşıyıb.  Hüquqi  dövlə -tin  bir

çox  prinsipləri  liberal  dövlət  mərhələsində  yaranıb.  Hüquqi  dövlətin  əsa-sən  XX

əsrin  II  yarısında  yaranmağa başladığını qəbul etmək olar.  Lakin inzi -bati hüquqi

aktlar  üzərində  məhkəmə  nəzarəti,  inzibati  orqanların  qanuniliyi,  maddi

məsuliyyəti  prinsipləri  pozitiv  hüquqa  daha  əvvəl,  liberal  dövlət  vaxtında  daxil

olub. Liberal dövlət prinsipinin tərk edilməsinin səbəbi isə əsas hüquqları təminat

altına  almaqdakı  yetərsizliyidir.  Klassik  liberal  dövlət  sistemi  əsas  hüquq  və

azadlıqları  tanıyır,  amma  onların  gerçəkləşdirilməsi  üçün  lazımi  şərait  təmin

etməyi özünə  vəzifə  saymırdı.

96

  Guya  dövlət  azadlıqlara  müdaxilə  etmə-sə,



bunların gerçəkləşdirilməsi  üçün  lazımi  şəraitin  özü -özündən  yaranacağı  qənaəti

hakim idi.

Sinfi  mübarizənin, sosializmin  güclənməsi, SSRİ-dən ixrac edilən “proleta-

riatın  dünya  inqilabı”  hədəsi  liberal  demokratiya  ideyasının  yenidən  nəzərdən

keçirilməsi fikrinə gətirib çıxarmışdı. Məhz bu amil sosial demokratiya və sosial

hüquqi  dövlət  prinsipinin  yaranmasına  səbəb  olmuşdu.  Çünki  klassik  liberal

dövlət  idarəetmə  formaları  vasitəsilə  burjuazi yanın  bütün  cəmiyyət  üzərində

sinfi hegemonluğunu bərpa etmək və qorumaq üçün qurulduğu qəbul edilir.

97

Liberal  dövlətdə  idarəetmə  orqanlarının  passiv  davranışı, inzibati  hüquq



münasibətlərinə  də  məhdud  yanaşırdı;  bunların  artması  ancaq  hüquqi  dövlətin

qurulması sırasında müşahidə olunur. Liberal dövlətdə inzibati hüqu q, daha çox

fərdin  azadlıqlarını  inzibati  orqanın  müdaxiləsindən  qoruyurdu.  Liberal

dövlətdə idarəetmə orqanlarının belə passiv davranması sosial hüquqi dövlətdə

dəyişir.  Artıq  idarəetmə  orqanlarına  tapşırıqlar  verilir,  sosial-ekonomik

səviyyənin  yaxşılaşdırılması  gözlənilir.

98

  Bu  da  məcburi  olaraq  administrativ



94

Bilgen Pertev.




Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə