1. Qanunvericilik fəaliyyəti və inzibati fəaliyyət
Qanunvericilik funksiyasının nə olduğunu müəyyən etmək və idarəetmə fəaliy-
yətindən (inzibati fəaliyyətdən) fərqləndirmək üçün maddi (funksional) və orqanik
meyarlardan istifadə olunur.
Maddi (funksional) mənada
qanunvericilik ümumi qayda qoyma, dəyişdir -
mə və ləğv etmə fəaliyyətidir. İ darəetmə funksiyası isə ümumi və mücərrəd
normaların müəyyən şəxs və hadisələrə tətbiq edilməsidir. Ancaq maddi meyar -
dan istifadə edərək qanunvericilik funksiyasını idarəetmə fəaliyyətindən ayır-
maq hər zaman mümkün olmur. Çünki qanunvericiliyin fərdi aktları və fəaliy -
yəti olduğu kimi, idarəetmə orqanları da ümumi qayda (norma) yaratma fəaliy -
yətini həyata keçirir.
Konstitusiyanın Milli Məclisin səlahiyyətlərini tənzimləyən 94 və 95-ci
maddələrini incələsək görərik ki, Milli Məclisin funksiyası təkcə ümumi qayda
qoyma, dəyişdirmə və ləğv etmə fəaliyyətlərindən ibarət deyil. Misal olaraq,
etimadsızlıq mexanizmi ilə NK-ya nəzarət etmək, fövqaladə və hərbi vəziyyətin
elan edilməsi qərarını təsdiqləmək, hakimlərin, yaxud millət vəkillərinin toxu -
nulmazlığına son vermək, şuralara üzv təyin etmək kimi qərarları ümumi qayda
qoyma fəaliyyəti deyil. Digər tərəfdən , Konstitusiya həm Prezidentin, həm də
NK-nın fərman və qərar şəklində ümumi qaydaqoyma səlahiyyətini tanıyır.
Lakin burada qarşımızda olan ümumi qaydaqoyma funksiyasının (fərman və
NK qərarları vasitəsilə) qanunların icrasını təmin etmək üçün həyata keçirildi -
yini unutmaq olmaz. Belə halda, Konstitusiyaya görə, qanunvericilik və idarə-
etmə orqanlarını bir -birindən rahatlıqla ayırd etmək mümkün olsa da, bu orqan -
ların fəaliyyətinin mahiyyətindən çıxış edərək qanunvericilik və idarə funksiya -
larını bir-birindən fərqləndirmək mümkün olmur.
Qanunvericilik və idarəetmə funksiyalarının ayırd edilməsində maddi me -
yar yetərsiz və əlverişsiz olduğundan, bu fərqləndirmədə
orqanik meyardan
da
istifadə etmək lazımdır. Ona görə də parlamentin ümumi qayda qoyma və qa -
29
Qanunvericilik buna istisna gətirə bilər. Məsələn İİHQ -a görə, inzibati xətaların icraatına həmin
qanun tətbiq olunmur.
|