Fərhad Mehdiyev
18
işlək idarəetmə üçündür. Hüquqi şəxs statusu isə müstəqillik tələb edir və belə
bir hüquq subyekti üzərində artıq ierarxiya qayda və sistemi tətbiq oluna bilmir.
Məhz buna görə icra hakimiyyətinin bütövlük prinsipinin pozulmaması üçün
ümumi hüquq şəxsləri üzərində inzibati nəzarət sistemi qurulur.
2.
Maddi məsuliyyət
. Bilindiyi kimi, hüquqi dövlətin şərt lərindən biri də,
dövlət hakimiyyətini həyata keçirən vahidlərin vurduqları ziyana görə məsu -
liyyət daşımalarıdır. Hüquqi dövlət bunu təmin etməlidir. Lakin mərkəzi icra
hakimiyyətinə daxil olan orqanların (məsələn, Vergilər Nazirliyi) müstəqil büd-
cəsi yoxdur. Vergilər Nazirliyi Azərbaycan Respublikası adından hərəkət edir,
belə olan halda vurduğu ziyana görə dövlət büdcəsi məsuliyyət daşımalıdır.
26
Lakin bu Nazirliyin hüquqi şəxs olması, əslində vurduğu ziyana görə özünün
məsuliyyət daşımasını tələb edir.
3.
Status
. Çağdaş Avropada dövlət idarəetməsi əsasən nazirliklər vasitəsi ilə
həyata keçirilir. Təbii olaraq nazirlik belə hallarda dövlət adından hərəkət edir
və onu təmsil edir. Lakin hüquqi şəxs, bir qayda olaraq, özü -özünü təmsil edir,
öz adından hərəkət edir. Məhz buna görə Mülki Məcəllənin 43.3 -cü maddəsi
“Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan
orqanları həyata keçirirlər” şəklindədir və texniki olaraq da düzdür. Buna görə
Vergilər Nazirliyi, ya da Maliyyə Nazirliyinin ayrıca hüquqi şəxsiyyətinin ta -
nınması, qanunun bu maddəsi ilə açıq ziddiyyət təşkil edir. Mülki Məcəllənin
43.3-cü maddəsinin tənzimlənməsi, əslində Almaniya hüquq sistemindən götürü-
lüb. Almaniyada dövlət hakimiyyət orqanlarının hüquqi şəxs statusu olmur, onlar
dövləti təmsil edirlər, dövlətin orqanları olaraq sanki dövlətin hüquqi şəxsiyyətini
bölüşürlər və təmsil edirlər.
27
Eyni sistem Fransa, İtalya və başqa Avropa
ölkələrində də hakimdir.
28
Belə fikir yarana bilər ki, nazirliklərin lazımi konkret hüquqi münasibətlərə
girməsi üçün müstəqil hüquq subyekti olmasına ehtiyac vardır. Lakin İqtisadi
İnkişaf Nazirliyi haqqında Əsasnamənin 6-cı bəndində görmək olar ki, nazirlik
ayrı hüquqi şəxs olmadan da balansa, bank hesablarına, möhür, blank və ştamp -
lara sahibdir. Dövlət hakimiyyət orqanları, səlahiyyətləri daxilində, qurumları
adından hərəkət edərkən, əslində dövlət adından hərəkət edirlər. Buna görə,
"BARMEK"lə İqtisadi İnkişaf Nazirliyi arasında bağlanmış müqavilə, bu sahə -
yə aid uyğun səlahiyyətlər yeni qur ulmuş Energetika və Yanacaq Nazirliyinə
verildikdən sonra da yenilənməmişdir.
26
Buna görə də belə hallarda kompensasiya tələbləri dövlət büdcəsinə nəzarət edən Maliyyə
Nazirliyinə qarşı irəli sürülür.
27
Килина О.М.
Dostları ilə paylaş: |