danışmalıyıq. Nə üçün? İnzibati fəaliyyətə spesifik (ümumi) hüquq rejimi tətbiq
olaraq adlanır. Bu da müəyyən növ fəaliyyəti ifadə edir; bunları dövlətin başqa
növ fəaliyyətlərindən ayırmaq lazımdır. Bunları ayırmağa ehtiyac varmı? Var,
çünki inzibati mübahisələr və onların aidiyyəti məsələləri, inzibati fəaliyyət ilə
Fərhad Mehdiyev
20
müəyyən olunur, bu fəaliyyətin icrasından yaranır. Bu səbəblə bir fəaliyyət
inzibati olaraq müəyyən edildikdə, ona inzibati (ümumi) hüquq qaydaları tətbiq
edilir və belə mübahisələrə inzibati məhkəmələrdə baxılmalıdır.
29
Funksional mənada idarəetmə, inzibati fəaliyyəti ifadə edir. Bu kitabda
“idarəetmə funskiyası (fəaliyyəti)” ilə “inzibati fəaliyyət” eyni mənalarda
işlədilir. İndi isə qanunvericilik, məhkəmə və inzibati fəaliyyət arasındakı fə rqə
toxunaq.
Dostları ilə paylaş: