30
MÖVZU 2. QİDA ƏNƏNƏLƏRİNİN FORMALAŞMASINA
COĞRAFİ İQLİMİN TƏSİRİ
İnsan cəmiyyətinin təşəkkülü, onun inkişafı təbiətlə həmi-
şə ayrılmaz surətdə bağlı olub. İnsanın tələbatları, öz tələbatını
ödəmək cəhdləri onun ətraf mühitlə əlaqəsini təyin edir. Orqa-
nizmin normal həyat fəaliyyətini
təmin etmək üçün insan bi-
rinci özünün maddi tələbatlarını təmin edir. Tələbat nədir? İn-
sanın həyat şəraitindən asılılığını təzahür etdirən aktivlik mən-
bəyidir. Bu tələbatlar insanın bir bioloji varlıq kimi həyat təmi-
natı ilə bağlıdır (oksigen, su, qida, istilik, yuxu, təhlükəsizlik,
doğumun davamı və s.). İnsanların mühitə fəal uyğunlaşması
və öz növbəsində ona təsir etməsi həmişə zərərsiz olmur.
İnsanın sağlamlığı və iş qabiliyyəti ətraf mühitlə qarşılıqlı
əlaqəsindən asılıdır. İnsanda digər canlı orqanizmlər kimi ətraf
mühitlə maddələr mübadiləsi və enerji axını ilə əlaqədardır.
Ona həm də mühitin ekoloji faktorları təsir göstərir. Lakin in-
san müəyyən dərəcədə mühitin əlverişsiz faktorlarının təsirin-
dən qorunmağı öyrənmişdir. Bununla yanaşı, insan onu əhatə
edən mühitə böyük təsir göstərir. İngilis filosofu Bekonun
sözlərinə görə “Təbiət üzərində
onu öyrənməklə və ona tabe
olmaqla hökmranlıq etmək olar”. Burada, həmçinin insanların
qidalanma xüsusiyyətləri, yaşadıqları iqlim və s. ilə əlaqədar
olan xəstəliklərin də öyrənilməsi ortaya çıxır. İqlimin qida
ənənələrinin formalaşmasına təsiri ilə bağlı fikirlər XX əsrin
70-ci illərindən ortaya çıxsa da, Antik dövrün mütəfəkkiri olan
Hippokrat, orta əsrlər tibb elminin görkəmli nümayəndəsi olan
İbn Sina və başqaları ətraf mühitin insan orqanizminə təsiri
məsələsinə ciddi fikir vermişdilər.
Hippokrat küləyin surəti, suyun keyfiyyəti, yer relyefi, tor-
pağın vəziyyəti, suvarılması və coğrafi meteoroloji faktorların,
ərzaq məhsullarının tərkibinin və
keyfiyyətinin insan orqaniz-
minə təsirinə xüsusi diqqət yetirməyi tövsiyə etmişdir. Gör-
kəmli filosof və həkim İbn Sina insanların sağlamlığını yaşayış
yerindən, ilin mövsümündən, ətraf mühitdən, qidalanmadan
31
asılılığını, xəstəliklərin əmələ gəlməsi və müalicəsində, həmin
faktorların rolunu həmişə diqqət mərkəzində saxlamış və özü-
nün əlyazmalarında buna xüsusi yer vermişdir.
Belə ki, torpaq və suyun tərkibinin xüsusiyyətləri təbii ki,
bitki və heyvan mənşəli qida məhsullarında öz əksini tapır. Or-
qanizmdə bu və ya digər elementin çatışmaması müxtəlif
xəstə-
liklərin yaranmasına səbəb olur. Məsələn, içməli suda yodun
çatışmazlığı və tərkibindəki yodun az olduğu torpaqda qida
məhsulu zob xəstəliyinin inkişafına səbəb ola bilər. İnsanların
həyatının maddi səviyyəsi qida əldə etmənin üsul və səmərə-
liliyindən asılıdır. Əlbəttə, bu zaman digər faktorlar,
o cümlə-
dən region üçün tipik olan xəstəliklər nəzərdən qaçırılmama-
lıdır.
Müasir tədqiqatçılara görə qida və qida məhsullarının ha-
zırlanması su, od, təzyiq, atmosfer, bitki və heyvan aləminin
müxtəlif növləri, duz və digər mineral maddələr il ərzində vax-
tın dəyişməsi, iqlim dəyişiklikləri,
göy cisimləri, astronomik
dövrlər və s. daxil olmaqla bizi əhatə edən aləmlə sıx bağlıdır.
Son zamanlar insanların sağlamlığının qidadan, qidanın
tərkibi və ekoloji faktorlardan asılılığını qabarıq ifadə və təbliğ
edən daha bir yeni sahə “Makrobatika” meydana gəlmişdir. İn-
sanların qidalanması ilə mühit arasındakı əlaqəni aydınlaşdır-
maq üçün hazırda insanların məskunlaşdığı ərazi tiplərinin elm
tərəfindən qəbul edilmiş nəzəriyyəni gözdən keçirmək lazım-
dır. Hazırkı dövrdə ən çox əhali bir-birindən fərqlənən coğrafi
regionlarda yaşayırlar.
İnsanların məskunlaşdığı regiondan və qidalanma xarakte-
rindən asılı olaraq təsərrüfatlar 3 əsas hissəyə bölünür: ovçu-
luq, maldarlıq, əkinçilk və ya qarışıq.
Birinci tipin əhalisi əsasən, zülallarla, ikinci tipin əhalisi
isə karbohidratlarla qidalanır.
Bütün
bunlara baxmayaraq, ekoloji faktorlardan asılı ola-
raq qida məhsullarına tələbat dəyişir ki, bu da müəyyən region-
da yaşayan insanların qidalanmasında özünü göstərir.
32
İnsanların məskunlaşdığı ərazi tiplərinin elm tərəfindən
qəbul olunmuş təsnifatını nəzərdən keçirmək lazımdır. Hazırkı
dövrdə dünya əhalisi müxtəlif regionlarda, tropik, meşə kol-bit-
ki zonaları, mülayim iqlim qurşağında, qarışıq meşələrlə örtül-
müş zonalarda, Aralıq dənizi, dağlıq zonada yaşayır. Region-
dan, iqlimdən asılı olaraq insanların qidalanma tərzi dəyişir.
Məsələn, tropik iqlimdə yaşayan insanlara nisbətdə,
soyuq iq-
limdə yaşayanlar daha çox enerji mənbəyi kimi yağlar və
zülallar istehlak edirlər. Cənub-Şərqi Asiya ölkələrinin xalqları
üçün düyü həyat mənbəyi hesab olunur.
Beləliklə, insanın qidalanmasının xarakteri insanın yaşayış
yerindən asılıdır. Müxtəlif coğrafi regionlardan idxal olunan
qida məhsullarına çox diqqətlə yanaşılmalıdır. Çünki həmin
məhsullarda bu və ya digər mikroelementlər,
vitaminlər, tok-
siki maddələr ya heç olmur, ya da həddindən artıq olur.
Dostları ilə paylaş: