35
yemək və onunla bağlı olan ənənələr
ictimai münasibətlərin
qurulmasında, əmək fəaliyyətində az rol oynamamışdır.
Qədim dövrdə insanların qidalanması ilə bağlı mövzunu
ortaya qoyan istiqamətləri 3 qrupa bölmək olar: birincisi, çox
sadədir, ibtidai insanların yediyi qidalarla bağlıdır. İkinci və
üçüncü isə daha mürəkkəbdir. Yeməyi qədim insanlar necə ha-
zırlayıb, harada saxlayırdılar? Məhz söhbət açacağımız mövzu
bu üç istiqamət haqqında olacaq.
Qida təkamülü
İbtidai insanlar nə yeyirdilər?
Tədqiqatçılar uzun müddət apardıqları elmi araşdırmalar-
dan belə nəticəyə gəlmişlər ki, ibtidai insan uzun müddət
meyvə, yarpaq və taxıl ilə qidalanmışdır. Onun vegeterianlığı-
nın təsdiqlənməsi qədim insanların dişlərinin qalıqlarında, bəzi
dolayı dəlillərdə, eyni zamanda heyvanların ovlanması üçün
zəruri olan qədim insanların böyük qruplarının olmamasıdır.
Sonralar iqlimdə baş verən dəyişikliklər bitki qidalarının
azalmasına səbəb oldu və insanlar paleolit dövründə onun qida-
lanmasının əsasını təşkil edən ət yeməyə məcbur oldular. Nə-
hayət, iqlim dəyişikliyi son buzlaşma dövründən sonra insanın
qida rasionunu əhəmiyyətli şəkildə dəyişdi və çoxçeşidli oldu.
Bitki mənşəli və ət məhsullarına yeni qidalar - dəniz məhsulları
və balıq da əlavə olundu.
Qədim insanın qida rasionunda bitki mənşəli qidaların ki-
fayət etmədiyi anı nəzərdən keçirək.
Çox vaxt insanlar məntiq və təcrübə qanunlarına
riayət
edir, onların yaşayış yerlərinə yaxın olan yemək yerlərini tapır-
dılar. Məlumdur ki, qədim insanlar qida tapmaq üçün əlverişli
heyvan sürülərinin toplaşdığı gölməçələrin yaxınlığında məs-
kunlaşmağa çalışırdılar. Mamont bir heyvan kimi qida baxı-
mından ətin həcminə və yağlılığına görə insanı daha çox cəlb
edirdi, onun üçün əvəzolunmaz idi. Eramızdan əvvəl X minil-
likdə sona çatan buzlaşma dövrünün əvvəlindən qədim insanın
ət rasionunda qismən dəyişikliklər baş verir. İqlim mülayimləşir
36
və buzlaqların azaldığı yerlərdə yeni meşələr - sıx bitki örtüyü ya-
ranır. Heyvanlar aləmi də dəyişir. Əvvəlki
dövrlərin iri heyvan-
ları - mamontlar, gərgədanlar, qılıncdiş pələnglər, öküz,
mağara
ayısı və digər böyük heyvan növlərinin nəsli kəsilir.
Dostları ilə paylaş: